Məhkəmə qərarları › İş №2(078)-303/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-303/2025

12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-303/2025 12.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşamış mərhum X4 1985-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 1907-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Atası ilə anası X2 1946-cı ilin 14 oktyabr tarixində nikaha daxil olmuşdurlar. X1 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir və Naxçıvan şəhər Əliabad kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhumdan miras qalan əmlakı sənədləşdirmək üçün onun ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Atasından ünvan 2 ünvanında yerləşən 550 kvm olan torpaq sahəsi və üzərindəki yaşayış evi miras olaraq qalmışdır. Onun ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik ilə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmir. Buna görə də məhkəmə qaydasında atasının ölüm faktının müəyyən edilməsi zəruridir. Ölüm haqqında şəhadətnamənin alınması üçün mən Naxçıvan şəhər Nikah Evinə ərizə ilə müraciət etmişdir. Naxçıvan şəhər Nikah Evinin 25 dekabr 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, sizin xx.xx.2024-cü il tarixli müraciətinizə əsasən bildirirəm ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cu il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X4 xx.xx.1985-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən sizə izah olunur ki, ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edəsiniz. Naxçıvan şəhər Nikah Evinin məktubunda ölüm haqqında akt qeydinin 1985- 1989-cu illər üzrə yoxlanıldığı və "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmışdır və ölüm akt qeydinin aşkar olunmadığı qeyd olunmuşdur. X8 vəfat edərkən müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almamışlar. Bu səbəbdən də ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. X4 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olur. X4 1985-ci il tarixdə ünvan 3 ünvanında vəfat etməsi faktının müəyyən olunmasının məhkəmə qaydasında təsdiq olunmasını istəyir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin ünvanına məktub göndərərək işlərin çoxluğu ilə əlaqədar olaraq onun iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçi X1 1985-ci il tarixdə vəfat etmişdir. O da yas mərasimində iştirak etmişdir. Yunis Paşayev xərçəng xəstəliyindən əziyyət çəkirdi. Həmin vaxt onun 23-24 yaşı olardı. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, ərizəçi ilə dostdur. Ərizəçinin X1 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt onun 18-19 yaşı olardı. Hərbi xidmətdə idi. Yas mərasimində də iştirak etmişdir. Məhkəmənin qiymətləndirməsi: AZ 212471 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X8 ilə X2 arasında 14 oktyabr 1946-cı il tarixdə nikah bağlanmışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli 1560 nömrəli arayışdan aydın olur ki, X8 barəsində Naxçıvan şəhər Nikah Evində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi müvafiq olaraq 1985- 1989-cu illər üzrə yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmışdır və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən 06 yanvar 2025-ci il tarixdə verilmiş 2 nömrəli arayışda qeyd olunmuşdur ki, X6 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında poliklinikada məlumat yoxdur. Naxçıvan şəhər Nikah Evinin 25 dekabr 2024-cü il tarixli məktubuna əsasən, Ərizəçi ölüm faktının təsdiq olunması üçün məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X4 16 iyun 1985-ci ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi atasının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X4 16 iyun 1985-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar