Məhkəmə qərarları › İş №2(078)-324/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-324/2024

06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-324/2024 06.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 12, ev 2 ünvanda yaşamış qardaşı X2 1999-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, mərhum X7 onun qardaşıdır. O 1999-cu il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Naxçıvan şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti bürosunun 27 mart 2023-cü il tarixli, 55 nömrəli arayışına əsasən X7 1999-cu il tarixdə X9 (1947-1999), X22 (1929-2001), X10 (1939-2008) və X15 (1934-1951) qəbirlərin yanında dəfn olunduğu qeyd olunur. Naxçıvan şəhər Nikah Evinin xx.xx.2023-cü il tarixli çıxarışına əsasən X7 xx.xx.1965ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1965-ci il tarixdə, 756-cı səhifədə qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Nikah Evinin xx.xx.2023-cü il tarixli, 294 saylı arayışına əsasən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılması və ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X31 27 sentyabr 2023-cü il tarixli məktubunda X2 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Onlar müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini indiyədək almamışlar. Bu səbəbdən də qardaşının ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. O qardaşı X2 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə o anası mərhum X5 adına olan ünvan 12, mənzil 2 ünvanında mənzilin sənədləşdirilməsi üçün mərhum qardaşı X2 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan vərəsəlik hüququ haqqında şəhadətnaməsini ala bilmir. Mərhum qardaşı X7 vəfat edən vaxt o Türkiyə Respublikasında olmuşdur. 22 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı ərizəçinin nümayəndəsi X11 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Ərizəçinin nümayəndəsi X11 ərizədə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 12, ev 2 ünvanda yaşamış qardaşı X2 1999-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, hazırda iddia tələbini dəqiqləşdirərək ünvan 12, ev 2 ünvanda yaşamış X2 22 aprel 1999-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ərizəçinin nümayəndəsi X3 ərizəsi təmin olunaraq iddia tələbinə ünvan 12, ev 2 ünvanda yaşamış X2 22 aprel 1999-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Ərizəçi nümayəndəsi X3 ərizəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakını təmin etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə Naxçıvan Şəhər Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin nümayəndəsi X11 izahatında qaynı Əbülfəz vəfat etdiyi zaman həyat yoldaşı Neymətin Naxçıvan şəhərində olmadığını, qaynının xəstə olduğunu, həmin günü də evə neft tökdüyünü, onun da qorxub uşaqları da götürərək evdən getdiyini, həmin günü qaynı Əbülfəzin özünü asdığını, onun ölümündən sonra ölüm haqqında şəhadətnaməni qaynatasının niyə almadığını bilmədiyini, qaynının qaynatasını da vurduğunu, dalağından zədə aldığını, dalağının çıxarıldığını, qaynının Maştağada müalicə də aldığını, özünün də oğlunun epilepsiya xəstəsi olduğunu, qızının da xəstəliyinin olduğunu, bu səbəbdən qalan daşınmaz əmlakı onlar əziyyət çəkməsin deyə adlarına rəsmiləşdirmək istədiklərini, bunun üçün Əbülfəzin ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yarandığını, bu səbəbdən də məhkəməyə müraciət etməli olduqlarını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində ərizəçi ilə qonşu olduqlarını, onların 1-ci mərtəbədə, özünün isə 5-ci mərtəbədə yaşadıqlarını, Əbülfəz vəfat edərkən də qonşu olduqlarını, həmin vaxt Neymətin Naxçıvan şəhərində olmadığını, təxminən 1999-cu ildə Əbülfəzin özünü asdığını, həmin vaxt atasının da burada olmadığını, onu da çağırdıqlarını, sonra 10-15 nəfərlə aparıb dəfn etdiklərini, qonşu kimi onun yas mərasimində iştirak etdiyini, X2 Naxçıvan şəhər qəbiristanlığında dəfn edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində ərizəçi ilə qapı qonşu olduqlarını, Əbülfəzin xəstə olduğunu, əlinə gələni atdığını, heç sakit olmadığını, hər gün səs-küy olduğunu, onun bir müddət xəstəxanada yatdığını, həmin günü oğlunun gəldiyini “mama Əbülfəz özünü asıb dediyini”, onun da çıxdığını, təcili yardım, polis və s. gəldiyini gördüyünü, Əbülfəzin özünü mətbəxdə asdığını, təxminən 1999-cu ildə vəfat etdiyini, özünün də onun yas mərasimində iştirak etdiyini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: -İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Nikah evi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, X7 xx.xx.1965-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası X10, anası X8r. -İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Nikah evi tərəfindən təkrar verilmiş 16 mart 2023-cü il tarixli, AZ-İV seriyalı, 787238 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası X10, anası X8r. -İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Nikah evi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli çıxarışdan görünür ki, Naxçıvan şəhər Nikah X1 və X12 arasında xx.xx.1962-ci il tarixdə nikahın bağlanmış, həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 140 nömrə ilə qeyd edilmişdir. -İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Nikah evi tərəfindən təkrar verilmiş 09 yanvar 2024-cü il tarixli, AZ-İ seriyalı, 943525 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2008-ci il tarixdə miokard infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 36 nömrə ilə qeyd aparılmışdır. -İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 19 sentyabr 1985-ci il tarixli, İİİ-ЖГ seriyalı, 309751 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1985-ci il tarixdə sirkədən zəhərlənmə səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 170 nömrə ilə qeyd aparılmışdır. -İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03 nömrəli məktubda qeyd olunmuşdur ki, X2 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm aktı qeyd olunmamışdır. -İş materiallarında olan Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13/26 nömrəli arxiv çıxarışından görünür ki, X13 4 nəfər (X10-əri, X7-oğlu, X14-oğlu) ailə tərkibinə görə İİ mikrorayondakı 22 nömrəli binadan 2 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. -İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli, 57 nömrəli arayışda qeyd olunmuşdur ki, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Polikilinikası PHŞ-də arxiv olmadığı üçün X4 ölüm şəhadətnaməsinin verilməsi haqqında məlumat yoxdur. -İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli, 55 nömrəli arayışda qeyd olunmuşdur ki, X2 1999-cu il tarixdə Naxçıvan şəhər Qəbirstanlığında aşağıda adları göstərilən qəbirlərin yanında dəfn olunub: -Sol tərəf: X9 1947-1997 -Sağ tərəf: X22 1929-2001 -Baş tərəf: X10 1939-2008 -Ön tərəf: X15 1934-1951 Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində “X7 1965- 1999” yazıları qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1965-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X2 22 aprel 1999-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -xx.xx.1965-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X2 22 aprel 1999-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1965-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X2 22 aprel 1999-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar