Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-356/2022 11.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşamış X2nın 24.04.1995-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, X9 onun nənəsidir. O, 24 aprel 1995-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportla 956 inventar nömrəsi ilə X3 adınadır. Naxçıvan şəhər 2 saylı Nikah Evinin 17.12.2021-ci il tarixli arayışına əsasən X9 1907-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Bu barədə doğum kitabında 10.11.1937-ci il tarixdə, 2839-cu səhifədə qeydiyyat aparılmışdır. Naxçıvan şəhər 2 saylı Nikah Evinin 17.12.2021 -ci il tarixli, 3218 saylı arayışına əsasən X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 17.12.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılması və ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Naxçıvan şəhər 1 saylı Nikah Evinin 17.12.2021 ci il tarixli, 1198 saylı arayışına əsasən X3 nikah haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları’' avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 17.12.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılması və nikah akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X35 25 yanvar 2022-ci il tarixli məktubunda X3 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Naxçıvan şəhər 1 saylı Nikah Evinin 25 yanvar 2022-ci il tarixli, 05/Q-19/15 saylı məktubunda ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölüm qeydiyyatının aparılmasının mümkün olmadığı qeyd olunur. 06 aprel 1985-ci il tarixli vəsiyyətnaməyə əsasən nənəsi X1 şəhəri, H.Aslanov küçəsi, döngə 1, ev 7 ünvanındakı mənzilini ona -Ərizəçi vəsiyyət etmişdir. X2 vəfat edərkən onlar müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almamışdır. Bu səbəbdən də nənəsinin ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. O X2nın ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə o X2nın adına olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin sənədləşdirilməsi üçün nənəsinin ölüm haqqında şəhadətnaməsi tələb olunur. O da X2nın 24.04.1995-ci il tarixdə vəfat etdiyindən onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ərizəçinin vəkili və nümayəndəsi X5 hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu Ərizəçi iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakını təmin etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə Naxçıvan Şəhər Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili və nümayəndəsi X15 izahatında X3 ərizəçinin nənəsi olduğunu, onun 24 aprel 1995-ci il tarixdə Naxçıvan şəhərində vəfat etdiyini, Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunduğunu, yas mərasimində bütün qohum qonşuların iştirak etdiyini, lakin onun ölümündən sonra ölümün qeyd edilməsi üçün müraciət edilmədiyini, Naxçıvan şəhər 2 saylı Nikah Evinin 17.12.2021-ci il tarixli, 3218 saylı arayışına əsasən X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 17.12.2021 -ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılması və ölüm akt qeydinin aşkar olunmadığının bildirildiyini, Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X35 25 yanvar 2022-ci il tarixli məktubunda X3 adına ölüm haqqında tibbi şəhadətnamənin verilə bilməməsinin göstərildiyini, Naxçıvan şəhər 1 saylı Nikah Evinin 25 yanvar 2022-ci il tarixli, 05/Q-19/15 saylı məktubunda ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölüm qeydiyyatının aparılmasının mümkün olmadığının qeyd olunduğunu, 06 aprel 1985-ci il tarixli vəsiyyətnaməyə əsasən X2nın ünvan 1 ünvanındakı mənzilini Ərizəçi vəsiyyət etdiyini, ərizəçinin X2nın vəfat edərkən onların müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almadığını, bu səbəbdən də nənəsinin ölüm qeydinin qeydiyyat şöbəsində aparılmadığını, əizəçinin X2nın ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmədiyini, haliyədə onun X2nın adına olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin sənədləşdirilməsi üçün nənəsinin ölüm haqqında şəhadətnaməsinin tələb olunduğunu, ərizəçinin də X2nın 24.04.1995-ci il tarixdə vəfat etdiyindən onun ölüm haqqında şəhadətnaməsini ala bilmədiyini, bu səbəbdən də məhkəməyə müraciət etməli olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X31 ifadəsində onun nənəsinin Naxçıvan şəhəri, H.Aslanov küçəsində yaşadığını, onun da uşaqlığının nənəsinin yaşadığı evdə keçdiyini, nənəsinin yanında böyüdüyünü, mərhum Ceyran xalanın nənəsinin qonşuluğunda yaşadığını, mərhum Ceyran xalanın nəvəsi ilə uzun müddət yaxın dost olduqlarını, mərhum Ceyran xalanın 1995-ci ilin aprel ayında vəfat etdiyini, onun dəfnində və yas mərasimində özünün də iştirak etdiyini, Ceyran xalanın Naxçıvan şəhər qəbiristanlığında dəfn edildiyini, onun hansı səbəbdən öldüyünü bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində mərhum Ceyran xalanın nəvəsinin arvadı olduğunu, əvvəllər Ceyran xalanın yaşadığı küçədə yaşadıqlarını, onunla qonşu olduqlarını, onun nəvəsi ilə 1996-cı ildə ailə qurduqlarını, mərhum Ceyran xalanın təxminən 1995-ci ilin aprel ayında vəfat etdiyini, həmin vaxt nəvəsi ilə evli olmasa da qonşu kimi onun yas mərasimində iştirak etdiyini, valideynlərinin də həmin yas mərasimində iştirak etdiklərini, yas mərasiminin Ceyran xalanın evində keçirildiyini, yasın xərclərini İlhamənin çəkdiyini, Ceyran xalanın Naxçıvan Şəhər qəbiristanlığında dəfn edildiyini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: -İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli çıxarışdan görünür ki, X9 1907-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası X10, anası X6r. -İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli çıxarışdan görünür ki, Ərizəçi xx xxxx 1966-cı il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun anası X13r, uşağın ata adı anasının dediyinə əsasən Vahid yazılıb. -İş materiallarına əlavə edilmiş İ-ИЕ seriyalı, 511259 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 23 oktyabr 1938-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası X14, anası X11r. -İş materiallarında olan Naxçıvan şəhər 1 saylı Nikah evi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli, 1198 nömrəli məktubda qeyd olunmuşdur ki, X3 nikah haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 17.12.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. -İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli, 3218 nömrəli məktubda qeyd olunmuşdur ki, X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 17.12.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm aktı qeyd olunmamışdır. -İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 25.01.2022-ci il tarixli, 05/Q-19/15 nömrəli məktubda qeyd olunmuşdur ki, ölüm haqqında akt qeydinin olmaması barədə Naxçıvan şəhər 2 saylı Nikah Evinə daxil olunmuş ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, Naxçıvan şəhər 2 saylı Nikah Evinə arxivində akt qeydləri kitabı 1936-cı ildən saxlanılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən X4 ölüm qeydiyyatının aparılması mümkün deyil. -İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X36 Naxçıvan Şəhər Poliklinikası X39 tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli, 15 nömrəli məktubdan X36 Naxçıvan şəhər Poliklinikası PHŞ-in rəhbərliyinə 1907-ci ildə Naxçıvan şəhərində anadan olmuş X3 ölümü ilə bağlı müraciət olunmadığı, poliklinikada ölümünə dair heç bir məlumat tapılmadığı, bu səbəbdən də X3 ölümü haqqında tibbi şəhadətnamə sənədini təqdim edə bilmədikləri məlum olur. -İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən verilmiş 272 nömrəli arayışda qeyd olunur ki, X3 1995-ci il tarixdə Naxçıvan şəhər Qəbirstanlığında aşağıda adları göstərilən qəbirlərin yanında dəfn olunub: -Sol tərəf:X24 1928-1982 -Sağ tərəf: X25 1933- 1997 -Baş tərəf :X18 1928-1998 -Ön tərəf: X7 1932-2002 Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində «X9 1907- 24.04.1995 yazılar qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1907-ci il tarixdə doğulmuş X3 24.04.1995-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1907-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 24.04.1995-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-356/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-356/2022
11.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver