Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-378/2025 13.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi X22 və cavabdeh X12 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14, X25 və X26 qarşı mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.0603 ha torpaq sahəsindən və üzərində 86.68 kv.m yaşayış sahəsindən ibarət daşınmaz əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, miras olan həmin daşınmaz əmlakda tam payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X11ndan ünvan 1 ünvanında 0.0603 ha torpaq sahəsi və üzərində 86.68 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi miras əmlak olaraq qalmışdır. Mərhum atası Fərzalı İbrahimov 06 dekabr 2012-ci ildə vəfat etmişdir. Onun aşağıdakı vərəsələri olmuşdur: 1. X27-arvadı (vəfat edib); 2. X23arvadı; 3. X34-oğlu; 4. X35-oğlu; 5. İddiaçı-oğlu; 6. Əliyeva (İbrahimova) İradə Fərzalı qızı-qızı; 7. Cavabdeh1 Fərzalı qızı–qızı. Mərhum atası əvvəllər anası X27 ilə evli olmuşdur. Mərhum anası Gülənbər İbrahimova xx.xx.1992-ci ildə vəfat edəndən sonra X23 ilə 01 09.1993-cü il tarixdə nikaha daxil olmuşdur. Miras qoyan mərhum X11 06 dekabr 2012-ci ildə vəfat etmişdir. O vəfat edəndən sonra qanunla müəyyən olunmuş müddət ərzində (mirasın qəbulu üçun nəzərdə tutulmuş 3 aylıq müddət) həmin miras əmlakda faktiki yaşamaqla və miras əmlakı idarə etməkiə miras əmlakı özü qəbul etmişdir. Mərhum atasının vəfatından sonra həmin miras əmlakda özü və ailəsi, həmçinin atasının 2-ci həyat yoldaşı Solmaz Əliyeva birlikdə yaşamışlar. Mərhum atasının vəfatından sonra bələdiyyə ödənişlərini (torpaq, su, tullantı ödənişlərini), həmçinin elektrik sərfiyatına görə və s. ödənişləri özü ödəmişdir. Bundan əlavə isə 2018-ci ilin yanvar ayında mərhum atasından miras qalan “OKA SeAZ” minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşını miras olaraq qəbul edərək adına qeydiyyata aldırmış, bir müddət istifadə etdikdən sonra isə satmışdır. Həmin mirası (avtomaşını) qəbul edərkən isə xx.xx.2018-ci il tarixdə bütün vərəsələr (cavabdehlər) notariusda reyestr nömrəsi 7E-62 nömrəli ərizə verərək mərhum atasından miras qalan əmlakı qəbul etmədiklərini, etmək niyyətində olmadıqlarını, miras əmlakın (avtomaşının) onun adına qeydə alınmasına razı olduqlarını bildiriblər. Həmçinin gələcəkdə iddia qaldırmaq üçün müddətin bərpası ilə bağlı heç bir iddia və tələblərinin olmayacaqlarını ərizədə qeyd ediblər. Ümumiyyətlə həmin vərəsələr, yəni qardaşları və bacıları miras qoyan mərhum atası X1 ailə quraraq iddia tələbində qeyd etdiyi miras əmlakdan ayrılaraq öz evlərində ailələri ilə birlikdə yaşayaraq və qeyd olunan miras əmlakı qəbul etməyiblər. Mərhum X11ndan miras qalan ünvan 1 ünvanında 0.0603 ha torapq sahəsinə və üzərində 86.68 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair Qanun üzrə X48 Şəhadətnamə verilməsini Naxçıvan Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisindən xahiş etsə də, Notariat Ofisi müraciətindən imtina etmişdir. Bu səbəbdən də mirasın faktiki qəbulu ilə bağlı ərizə ilə Naxçıvan Səhər Məhkəməsinə müraciət etmiş, Naxçıvan Səhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1481/2024 nömrəli qərardadı ilə hüquq haqqında mübahisə yarandığından ərizəsi baxılmamış saxlanılmış və iddia icraatı qaydasında iddia qaldırmaq hüququ ona izah edilmişdir. Ona görə də iddia icraatı qaydasında məhkəməyə müraciət edir. İddiaçı ərizəsi əsasında X23, X34 və X35 iş üzrə cavabdeh qismində cəlb olunmuşlar. Məhkəmə iclası zamanı izahat verən iş üzrə İddiaçı iddianı müdafiə edərək iddia tələbi ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, X11 hələ sağ olanda onun adına vəsiyyətnamə vermişdir. Vəsiyyətnamə ilə evini, torpağını onun adına keçirmişdir. Atası veteranlar şurasının sədri idi və ona pulsuz avtomobil verilmişdir. Atasının vəfatından sonra həmin avtomobili idarə etmək üçün bütün bacı-qardaşları notarial qaydada ərizə vermişdir və avtomobili öz adına keçirmişdir. Sonra satmışdır. Atası bu evi öz qüvvəsi ilə tikib. Ataya miras qalmayıb. Həmin vaxt anası ilə atası evli olub. Onda Yaşarla o doğulmuşdu. O hələ körpə olanda bu evə köçüblər. Anası 1991-ci ilin yanvarında vəfat edib. O vəfat edəndə uşaqlardan sadəcə o evdə yaşayıb. Anasından sonra o və atası evdə yaşayıb. Məhkəmə iclası zamanı izahat verən iş üzrə iddiaçının nümayəndəsi X36 iddianı müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq vəsiyyətnamə təqdim edərək qeyd etmişdir ki, üç otaqlı ev hazırda yaşadıqları evdir, torpaq sahəsi vəsiyyətnamədə 400 kv.metr göstərilsə də 600 kv.metrdir. 2 sotunu ona görə babası vəsiyyətnaməyə daxil etməyib ki, fikriləşib ikinci yoldaşına qalsın. Sonra da vəfat etdi və yarımçıq qaldı. 2018-ci ildə avtomobil atasının adına keçirildi, 2021-ci ilin may ayında satıldı. Babası və nənəsi əslən Şərur rayonundan olub. Babası dəmiryolçu olub və müəyyən vəzifələrdə işləyir. 1961-ci ildə ev tikilibdir. Babası və nənəsinin nə vaxt evləndiyi barədə tam məlumatı yoxdur. Avtomobillə bağlı notariat kontoruna müraciət etdi, lakin həmin vaxt qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmədiyi bildirildi. İradə bibisi 1986-cı ildə ərə gedib. Nüşabə bibisi 1992-ci ildə ərə gedib. Onda nənəsi sağ olub. Nənəsi 1992-ci ildə vəfat edib. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə cavabdeh X23 izahatında bildirmişdir ki, Aydın həyat yoldaşının oğludur. 1992-ci ildə Fərzalı İbrahimovla ailə qurub həmin evə gəlmişdir. O gələndə evdə Aydın, yoldaşı və iki uşağı yaşayırdı. 2012-ci ildə yoldaşı vəfat etdi. Ondan sonra da həmin əmlakda yaşamağa davam etdi. Bu gün də orada yaşayır. Bütün kommunal xərcləri Aydın ödəyir, ona baxırlar. O heç bir pay tələb etmir. Payını Aydına verir. Dərmanını onlar alır, həkimə onlar aparır. O heç bir iş görə bilmir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə cavabdeh X35 izahatında bildirmişdir ki, onun əmlakda pay tələbi yoxdur. Dəmiryolunda mütəxəssis işləmişdir və 1990-cı ildə növbəsi çatdığından ona ev verilmişdir. Həmin vaxtdan evdən çıxmışdır. Cavabdeh X34 məhkəmə iclasına vatsapp proqram vasitəsilə qoşulmuş bildirmişdir ki, 1984-cü ildə ata evindən çıxmışdır. İkinci mikrorayonda yaşamış və 1996-cı ildə Bakı şəhərinə getmişdir. Bacıları anası vəfat edənə qədər ailə qurub getmişdir. Ana vəfat edəndən sonra orada Aydın və atası yaşadı. Sonra atası ailə qurdu və Aydınla birlikdə yaşadılar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və məhkəmə icasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 07 aprel 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X31 bildirmişdir ki, 50-60 il olar qonşudurlar. Bir məhəllədə yaşayırlar. Aydıngil 5 övlad olub, Oqtay, Yaşar, İradə, Nüşabə, Aydın. Atasının vəfat etdiyi tarixi bilmir. Yasında iştirak edib. Aydının anası Gülənbər xala çoxdan vəfat etmişdi. 1990-cı illərdə. 07 aprel 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X56 bildirmişdir ki, o evdə Aydın və ailəsi yaşayır. Solmaz da Aydıngillə orada qalır. Digər uşaqlar evlənib evdən çıxıblar. Ev balaca övlada qalar. İndi bacılar ondan pay istəyir. Axı o ev satmır ki, bacılara da pay verə. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan: Naxçıvan şəhər Nikah Evi tərəfindən 28 sentyabr 2023-cü il tarixdə verilmiş 339364 nömrəli çıxarışdan aydın olur ki, X28 ilə X38 arasında 13 noyabr 1962-ci il tarixdə nikah bağlanmış, bu haqda 224 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra qadına “İbrahimova” soyadı verilmişdir. “Elektron notariat” X8 vasitəsilə “Vətəndaşlıq vəziyyəti Aktaları” AQİS-dən Çıxarışa əsasən X34 xx.xx.1959-cu il tarixdə doğulmuşdur, anası X27, atası ananın dediyinə görə X17r. Doğum haqqında şəhadətnamənin surətinə əsasən X35 7.11.1960-cı ildə Noraşen rayonu Tumaslı kəndində doğulmuşdur. X11, anası X18r. “Elektron notariat” X8 vasitəsilə “Vətəndaşlıq vəziyyəti Aktaları” AQİS-dən Çıxarışa əsasən İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur, X11, anası X18r. “Elektron notariat” X8 vasitəsilə “Vətəndaşlıq vəziyyəti Aktaları” AQİS-dən Çıxarışa əsasən X32 xx.xx.1964-cü il tarixdə doğulmuşdur, X11, anası X18r. “Elektron notariat” X8 vasitəsilə “Vətəndaşlıq vəziyyəti Aktaları” AQİS-dən Çıxarışa əsasən Cavabdeh1 Fərzalı qızı xx.xx.1966-cı il tarixdə doğulmuşdur, X11, anası X18r. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən aydın olur ki, ünvan 1 ünvanında torpaq sahəsi 0.0603 ha, ümumi sahəsi 86.68 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 18/56 nömrəli reyestr kitabının 11063 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********78-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). “Elektron notariat” X8 vasitəsilə “Vətəndaşlıq vəziyyəti Aktaları” AQİS-dən Çıxarışa əsasən X9 Zivər Bəhman qızı ilə xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuşdur. “Elektron notariat” X8 vasitəsilə “Vətəndaşlıq vəziyyəti Aktaları” AQİS-dən Çıxarışa əsasən X7 Raziyə Abbasəli qızı ilə xx.xx.1984-cü il tarixdə nikaha daxil olmuşdur. “Elektron notariat” X8 vasitəsilə “Vətəndaşlıq vəziyyəti Aktaları” AQİS-dən Çıxarışa əsasən X10 Elmar İsrafil oğlu ilə xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuşdur. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən 24 iyun 1987-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, İddiaçı ilə X24 arasında 24 iyun 1987-ci il tarixdə nikah bağlanmış, bu haqda 148 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra qadına “İbrahimova” soyadı verilmişdir. “Elektron notariat” X8 vasitəsilə “Vətəndaşlıq vəziyyəti Aktaları” AQİS-dən Çıxarışa əsasən İbrahimova X39 Mahmud Əbil oğlu ilə xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşdur. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən 24 aprel 1992-ci il tarixdə verilmiş İV-JQ 257784 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, X27 02 sentyabr 1992-ci il tarixdə vəfat etmiş, bu haqda 96 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən 01 sentyabr 1993-cü il tarixdə verilmiş Vİ- JQ 269590 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, X28 ilə X23 arasında 01 sentyabr 1993-cü il tarixdə nikah bağlanmış, bu haqda 190 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra qadına “İbrahimova” soyadı verilmişdir. 10 sentyabr 2009-cu il tarixli vəsiyyətnamənin surətinə əsasən, X6 şəhəri, Ə.Qəmküsar küçəsi, döngə 2, ev 5 ünvanında yerləşən fərdi yaşayış evini oğlu İddiaçı vəsiyyət etmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 07 dekabr 2012-ci il tarixdə verilmiş AZ- İ 493766 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, X28 06 dekabr 2012-ci il tarixdə vəfat etmiş, bu haqda 426 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 3053 nömrəli, 11 dekabr 2023-cü il tarixli arayışa əsasən, mərhum X15 aşağıdakı vərəsələri var:
1. X27-1-ci arvadı (vəfat edib);
2. X23-2-ci arvadı 1946-cı il təvəllüdlü;
3. X34-oğlu 1959-cu il təvəllüdlü;
4. X35-oğlu 1960-cı il təvəllüdlü;
5. İddiaçı-oğlu 1962-ci il təvəllüdlü;
6. Cavabdeh2-qızı 1964-cü il təvəllüdlü;
7. Cavabdeh1 Fərzalı qızı–qızı 1966-cı il təvəllüdlü 09 yanvar 2018-ci il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, Cavabdeh2, Cavabdeh1, X35 və X23 “OKA SeAZ” minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşını miras olaraq qəbul etmədiklərini, etmək niyyətində olmadıqlarını, miras əmlakın İddiaçı adına qeydə alınmasına razı olduqlarını, gələcəkdə iddia qaldırmaq üçün müddətin bərpası ilə bağlı heç bir iddia və tələblərinin olmayacaqlarını bildirmişlər. 02 nömrəli aktın surətinə əsasən, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 23 oktyabr 2007- ci il tarixli 14-2 kollegiya qərarı ilə əlillərə pulsuz verilməsi nəzərdə tutulmuş avtomaşınların bölgüsünün həyata keçirilməsi məqsədi ilə yaradılmış komissiyanın sədri Nazir müavini Q.Əliyev, komissiyanın üzvləri Ə.Hümbətov, A.Qasımov, Ş.Əhmədov bu aktı tərtib edirlər ondan ötəri ki, Nazirliyin 08 may 2008-ci il tarixli 102 nömrəli əmri ilə 1941-1945-ci il X50 İ dərəcəli əlili Naxçıvan şəhər sakini X19 OKA «SeAZ» markalı ban XTJ **********4403, mühərrik nömrəsi 6502891, rəngi ağ olan avtomobil Naxçıvan MR Əlillərin Sosial Müdafiəsi İdarəsinin rəisi - maddi məsul şəxs X40 tərəfindən, komissiya üzvlərinin iştirakı ilə heç bir qüsur olmadan tam komplektləşdirilmiş formada təhvil verilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan MR X68 İdarəsinə ünvanlanmış 22/839 nömrəli, 24 iyun 2008-ci il tarixli məktubunun surətinə əsasən, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, «Xüsusi nəqliyyat almaq üçün tibbi göstəriciləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 avqust 1993-cü il tarixli 433№-li qərarı ilə təsdiq olunmuş təlimatın 15-ci bəndinə əsasən pulsuz olaraq X63 əlili X19 OKA “SeAZ” şassi XTJ**********4403 mühərrik ******* rəngi ağ olan avtomaşın verilmişdir. X4 verilən OKA “SeAZ” markalı avtomobilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 avqust 1993-cü il tarixli 433 nömrəli qərarı ilə təsdiq olunmuş təlimatın İV.21-ci bəndinə əsasən övladı sürücülük vəsiqə AANq 442834 olan İddiaçı idarə etməsinə köməklik göstərməniz xahiş olunur. Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış 387/2024 nömrəli, 30 mart 2024-cü il tarixli cavab məktubuna əsasən, Sizin 29 mart 2024cü il tarixli ərizənizə cavab olaraq bildiririk ki, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil- istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu və payların müəyyən edilməsi məhkəmə tərəfindən təyin olunur. Müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Məhkəmə iddia ərizəsini, izahatları və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakı hallarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Mülki prosessual qanunvericiliyin bu normasını rəhbər tutaraq məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinə həm qüvvədə olan, həm də qüvvədən düşmüş mülki qanunvericiliyin əmlak və vərəsəlik hüquq normalarına əsaslanmaqla hüquqi qiymətləndirmə aparılmalıdır. İddia tələbi üzrə müəyyən edilməli ilkin hal miras əmlakın ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak olub-olmamasıdır. Məhkəmə bu halın qiymətləndirilməsi üçün qeyd edir ki, iddia tələbinin bu hissədə əsasını həmin vaxt qüvvədə olan Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsi təşkil edir. Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə görə ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərbaər sahiblik, istifadə və sərəncam hüququna malikdir. Azərbaycan SSRİ Mülki Məcəlləsinin 101-ci maddəsinə görə bir yerdə yaşayan ərarvadın və onların yetkinlik yaşına çatmayan uşaqlarının şəxsi mülkiyyətində şəxsi mülkiyyət hüququ və onların birinə məxsus və ya onların ümumi mülkiyyətində olan bir yaşayış evi (və ya evin bir hissəsi) ola bilər. İş materiallarında olan sənədlərdən aydın olur ki, X28 ilə X27 arasında 13 noyabr 1962-ci il tarixdə nikah bağlanmışdır. Hazırda mübahisə predmeti olan daşınmaz əmlakın texniki pasportundan aydın olur ki, həmin texniki pasportda tikilinin inşa edildiyi il 1961-ci il olaraq qeyd edilmişdir. Daşınmaz əmlakın hüquqmüəyyənedici sənədi texniki pasportudur. Buna görə də məhkəmə belə hesab edir mübahisə predmeti olan miras əmlak-ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın mərhumlar X28 ilə X16 birgə nikahı dövründə əldə edilmiş əmlak deyildir, mərhum X15 öz əmlakıdır və həmin əmlak üzrə vərəsəlik hüququ müəyyən edilərkən mərhum X20 bütöv əmlak payına münasibətdə hüquqi qiymətləndirmə aparılmalıdır. Məhkəmə iddianı qismən təmin edərkən gəldiyi nəticəni yuxarıda qeyd olunan işin faktiki halları ilə əlaqəli şəkildə əsaslandırmaqla iddia tələbinin mirasın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verir. Belə ki, iddiaçının tələbi miras əmlakın onun tərəfindən qəbul edilməklə payların müəyyən edilməsi tələbidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, aydınlaşdırılmalı halların birincisi iddiaçının miras əmlakı qəbul edib-etməməsidir. Belə ki, qəbul edilməyən miras barəsində pay müəyyən edilə bilməz. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin adları yuxarıda qeyd edilmiş Qərarlarında formalaşmış mövqeyini qeyd etməkdə məqsədi ondan ibarətdir ki, sözügedən daşınmaz əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və payının tam hissədə müəyyən edilməsi tələbi irəli sürülümüşdür. Həmin əmlak üzərində vərəsələrin payının müəyyən edilməsi iddia tələbindən kənara çıxılması hesab edilməməlidir. Ona görə ki, hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla miras əmlakın hüquqi taleyi ilə vərəslər arasında olan bütün məsələlərin bir iddia çərçivəsində həll edilməsi prosessual qənaət prinsipinə də uyğun hesab edilir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi X5 miras qalan ünvan 1 ünvanında 0.0603 ha torapq sahəsindən və üzərində 86.68 kv.m yaşayış sahəsindən ibarət daşınmaz əmlakdan iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın həmin əmlakda payı, onun bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. İddia tələbi miras olan daşınmaz əmlakda tam payın müəyyən edilməsi barədədir. Bu halda isə məhkəmə mülki işin materiallarında olan sənədləri, tərəflərin izahatları ilə eləcə də maddi hüquq normaları ilə qarşılıqlı şəkildə tədqiq edib miras əmlakın bölüşdürülməsi barədə bütün mübahisəni birdəfəlik həll edir, miras şərikliyinə son verilməsi ilə nəticələnən məhkəmə aktı qəbul edir. Vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3560/2024 nömrəli 3 ulduzlu qərarı). Məhkəmə X5 qalan miras əmlakın hüquqi taleyinə aydınlıq gətirərək qeyd edir ki, bu halda iddia tələbinə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüquq normaları tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X28 06 dekabr 2012-ci ildə vəfat etmişdir. Eləcə də iş materialları ilə müəyyən edilir ki, mərhum X3 İddiaçı adına vəsiyyətnamə vermişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, İddiaçı mərhum X11nun vəfatından sonra miras əmlakı faktiki idarə etmiş, mirası qəbul etmişdir. Belə ki, iş üzrə izahatlardan, mülki işin materiallarından və şahid ifadələrindən aydın olur ki, İddiaçı atasının ölümündən sonra sözügedən ünvanda yaşamışdır. Məhkəmə işin bu halını mübahisəsiz hal hesab edir və qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı mərhum X11nun vəfatından sonra mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onun tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi). Konstitusiya Məhkəməsi dəfələrlə vərəsəlikdə məcburi pay institutu ilə bağlı normaları ətraflı şəkildə təhlil edərək bu institutun mahiyyətinin və cəmiyyətin həyatında rolunun açıqlanmasına dair bir sıra qərarlar qəbul etmişdir. Plenumun formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli Qərar). Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.2-ci maddəsinə görə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1203.2-ci maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Bununla yanaşı işə baxılan zaman müəyyən edilmişdir ki, mərhum X15 vəfatından sonra ondan qalan mirası həmçinin X23 qəbul etmişdir. X23 miras qoyanın arvadı olub və birinci növbəli vərəsəsidir. Məhkəmə iclasında cavabdeh X23 miras əmlakda pay istəmədiyini, payını İddiaçı verdiyini qeyd etmişdir. Lakin məhkəmə mülki qanunvericilikdə “miras açıldığı andan vərəsənin mülkiyyəti sayılır” normasına əsaslanaraq cavabdehin məcburi payının müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Payı müəyyən edilmiş vərəsə öz mülkiyyəti üzərində istədiyi kimi sərəncam vermək hüququna malikdir ki, bu hüquqlardan biri daşınmaz əmlakı notarial qaydada bağışlamaq hüququdur. Cavabdeh ona məhkəmə tərəfindən müəyyən edilmiş məcburi pay barəsində qanunla müəyyən edilmiş qaydada sərəncam vermək hüququna malikdir və hazırki məhkəmə iclasında isə onun mülkiyyətçi statusunda olması nəzərə alınaraq şifahi qaydada öz izahatı əsasında payından imtinaya-mülkiyyətindən imtina kimi qiymət verilməsi kimi dəyərləndirmə aparıla bilməz. Məhkəmə miras əmlakda payın müəyyən edilməsinə münasibətdə vəsiyyətnamənin mövcudluğunu və paya münasibətdə onun nəzərə alınmasını zəruri hesab edir. İşə baxılan zaman təqdim edilən vəsiyyətnamədən aydın olur ki, mövcud miras əmlak mərhum X28 tərəfindən İddiaçı vəsiyyət edilmişdir. Həmçinin cavabdeh X23 mərhum əri X13 qalan mirası qəbul etmişdir. Lakin məhkəmə vəsiyyətnamənin məzmununa diqqət yetirilməsini zəruri hesab edir. Belə ki, vəziyyətnaməyə görə mərhum X6 şəhəri, Ə.Qəmküsar küçəsi döngə 2, ev 5 ünvanında yerləşən evin sol tərəfində üç otaq qarşısında olan torpaq sahəsi 400 kv.metr hissədə olan mənzilini İddiaçı vəsiyyət etmişdir. Daşınmaz əmlakın çıxarışı və texniki pasportundan görünür ki, torpaq sahəsinin ölçüsü 603 kv.metrdir. Yəni ümumi daşınmaz əmlakın 2/3 hissəsi vəsiyyət edilmiş, qalan 1/3 hissəyə vəsiyyətnamə qoyulmamışdır. Bu halda isə miras əmlakın 2/3 hissəsi üzrə pay bölgüsü vəsiyyətnamə əsasında, 1/3 hissədə isə pay bölgüsü qanun üzrə vərəsəlik əsasında mirası qəbul edən vərəsələr arasında müəyyən edilməlidir. Azərbayvan Respublikası Mülki Məcəlləsinin 1172-ci maddəsinə görə əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Belə olan halda məhkəmə hesab edir ki, mirası qəbul edən vərəsə X12 vəsiyyət edilən daşınmaz əmlakın 2/3 hissəsində məcburi pay almaq hüququ vardır və onun məcburi payı vəsiyyətnamə olmadığı halda bütün vərəsələr nəzərə alınmaqla ona çatası payın yarısı həcmində müəyyən edilməlidir. Vəsiyyətnamə üzrə ümumi daşınmaz əmlakın 2/3 hissəsi üzrə mirası qəbul edən vərəsə İddiaçı miras əmlakda payı miras əmlakı qəbul etməyən vərəsənin payı da ona keçməklə müəyyən edilməldir və bu mülki qanunvericiliyin tələbidir. Digər vərəsələrin cavabdehlər X34, X35, Cavabdeh2 və Cavabdeh1 Fərzalı qızının X5 qalan miras əmlakı qəbul etməsi işə baxılan zaman sübuta yetirilməmişdir. Həmçinin məhkəmə miras qoyandan qalan avtomobilin iddiaçıya verilməsinə dair cavabdehlərin notarial qaydada təsdiq edilən ərizələrinə münasibətdə qeyd edir ki, həmin ərizələr OKA SEAZ minik markalı ** CB *** qeydiyyat nişanlı avtomobilin iddiaçının adına keçməsinə münasibətdə hüquq yaratsa da X48 şəhadətnamə verilməmiş və ərizələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmışdır. Həmin ərizələrin notariat ofisinə ünvanlanmadığı nəzərə alınaraq onların mahiyyətinin mirasın qəbulu və mirasdan imtina kimi qiymətləndirilməsi mülki qanunvericiliyin vərəsəlik hüququ institutunun normalarına uyğun deyildir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə İddiaçının mərhum X11ndan qalan miras əmlakdakı payının vəsiyyətnamə nəzərə alınaraq ümumi əmlakın 2/3 hissəsində 11/18 hissədə (miras əmlakda payı miras əmlakı qəbul etməyən vərəsənin payı da ona keçməklə) müəyyən olunmasını düzgün hesab edir. X5 qalan miras əmlakda cavabdeh X12 məcburi payı isə 1/18 (vəsiyyətnamə olmadığı halda bütün vərəsələr nəzərə alınmaqla ona çatası payın yarısı həcmində) olaraq müəyyən edilməlidir. Eyni zamanda vəsiyyətnaməyə daxil olmayan daşınmaz əmlakın 1/3 hissəsi üzrə pay isə mirası qəbul edən vərəsələr arasında bərabər qaydada-İddiaçı 1/6, cavabdeh X12 1/6 hissədə müəyyən edilməlidir. Ümumilikdə X5 miras qalan daşınmaz əmlakda İddiaçı payı 11/18+1/6=14/18 (7/9) hissədə, cavabdeh X12 pay 1/18+1/6=4/18 (2/9) hissədə müəyyən edilməlidir. Bütün bunların nəticəsində məhkəmə qalan hissədə iddia tələbin rədd edilməsi nəticəsinə gəlir. Belə ki, iddiaçının ümumi daşınmaz əmlakda payının tam hissə olaraq müəyyən edilmədiyi işin yuxarıda şərh olunmuş halları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 yanvar 2025-ci il tarixdə 8567 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, X23, X34 və X21 müştərək qaydada tutularaq İddiaçı qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. X5 miras qalan daşınmaz əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. ünvan 1 ünvanında 0.0603 ha torpaq sahəsi və üzərində 86.68 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evindən ibarət miras əmlakda İddiaçı 14/18 (7/9) hissədə payı müəyyən olunsun. Eləcə də cavabdeh X2 daşınmaz əmlakda 4/18 (2/9) hissədə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 yanvar 2025-ci il tarixdə 8567 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, X23, X34 və X21 müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.