Məhkəmə qərarları › İş №2(078)-390/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-390/2025

31.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-390/2025 31.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Mehdiyeva (Hacıyeva) Əsli Cəfər qızına, Mehdiyeva (Əliyeva) Fatma Cəfər qızına və X9 qarşı birgə mülkiyyətdən payların müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən Babək rayonu, Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə birgə mülkiyyət kimi 1990.17 kv.m kənd təsərrüfatlı təyinatlı torpaqdan və 2022.8 kv.m həyətyanı torpaq sahəsindən X1nın və X2nun 1/2 hissədə payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan şəhəri Bulqan kəndində yerləşən Babək rayonu, Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə 1990.17 kv.m kənd təsərrüfatlı təyinatlı torpağı və 2022.8 kv.m həyətyanı torpaq sahəsi iddiaçının nənəsi X1nın və atası X2nun birgə mülkiyyətinə verilmişdir. X1 02 noyabr 2017-ci il tarixdə və X2 isə 01 avqust 2022-ci il tarixdə vəfat etmişdir. X2 vəfat etdikdən sonra ondan miras qalan xx.xx.2020-ci il tarixli AD737088 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1240221B996559, mühərrikin nömrəsi **********5539 və buraxılış ili 1993-cü il tarixli olan "Mersedes Benz E 220" minik markalı **- VH-*** dövlət nömrəli qeydiyyat nişanlı avtomobil oğlu İddiaçı adına tam hissədə pay almaqla Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən birgə mülkiyyət kimi qeydə alınmış 1990.17 kv.m kənd təssərrüfatlı təyinatlı və 2022.8 kv.m olan həyətyanı torpaq sahəsindən mərhum atası X11 payına münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mərhum atası X11 birgə mülkiyyətdə ½ hissədə payının müəyyən olunmasını istəyir. Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(078)-390/2025 nömrəli qərardadı ilə Mehdiyeva (Hacıyeva) Əsli Cəfər qızının, Mehdiyeva (Əliyeva) Fatma Cəfər qızının və X7 cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh X9 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Mehdiyeva (Hacıyeva) Əsli Cəfər qızına və Mehdiyeva (Əliyeva) Fatma Cəfər qızına mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, lakin Mehdiyeva (Hacıyeva) Əsli Cəfər qızı 15 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək valideynlərinin mülkünün ikidə birə bölünməsinə razı olmadığını, əgər mümkünsə 5 uşaq olduqlarından 5 yerə bölünməsinə köməklik edilməsini xahiş etmiş, həmçinin Mehdiyeva (Əliyeva) Fatma Cəfər qızı 15 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək valdeynlərinin mülkünün ikidə birinə bölünməsinə razı olmadığını, əgər mümkünsə 54 sot olduğundan 5 yerə bölünməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Mehdiyeva (Hacıyeva) Əsli Cəfər qızı və Mehdiyeva (Əliyeva) Fatma Cəfər qızı tərəfindən məhkəməyə göndərilmiş teleqramları nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Mehdiyeva (Hacıyeva) Əsli Cəfər qızının və Mehdiyeva (Əliyeva) Fatma Cəfər qızının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil Aqrar İslahat Komissiyasının qərarından əvvəl sahiblik, istifadə hüquqları olan Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən 1990.17 m2 kənd təsərrüfatlı təyinatlı torpağı və 2022.8 m2 həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə iddiaçının nənəsi X1nın və atası X2nun birgə mülkiyyətində olduğunu, iddiaçının dediyinə görə atasının sağlığında payların müəyyən olunması üçün qardaşına müraciət etdiyini, lakin aralarında razılıq əldə olunmadığını, iddiaçı X6 və atası X2nun ½ hissədə paylarının müəyyən olunmasını istədiyini, iddia tələbini müdafiə etdiklərini, Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə birgə mülkiyyət kimi 1990.17 m2 kənd təsərrüfatlı təyinatlı torpağı və 2022.8 m2 həyətyanı torpaq sahəsindən X6 və atası X2nun ½ hissədə payının müəyyən olunmasını istədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia ərizəsində qeyd edilən 1990.17 m2 kənd təsərrüfatlı təyinatlı torpaq olmadığını, torpaq sahəsinin 0.99 m2 olduğunu, 0.99 m2 olmasının şəhadətnamə ilə öz əksini tapdığını, 0.99 m2 özünə, 0.99 m2 anasına, 0,99 m2 olmaqla 2-sinin də övladlarına məxsus olduğunu, 1970-ci ildə dövlət tərəfindən verilən torpaq sahəsinin 20 sot deyil, 5.88 sot olduğunu, 1991-ci ildə atasının, 2017-ci ildə isə anasının vəfat etdiyini, atası öləndən sonra o həyətin, evin bütün xərclərini özünün qarşıladığını, kommunal xərcləri özünün ödədiyini, 5 bacı-qardaş olduqlarını, tək qardaşının adına sənədləşdirilə bilməyəcəyini, həmin torpaqdan bütün övladların payı olmalı olduğunu, qardaşının adına özünün sənədləşdirdiyini, belə ki, 10 sot torpaq qarşılığında onu etdiyini, lakin 10 sot torpağın onun adına verilə bilmədiyini, həmçinin qardaşının ölümündən qabaq belə bir məsələ olmadığını, çünki ata torpağında özü yaşadığı, anasına, atasına özü baxdığı üçün aralarında özünün olması barədə razılığa gəldiklərini, qardaşının 1981-ci ildən Bakıya getdiyini, həmin evdə yaşamadığını, payların müəyyən olunmasına razı olmadığını bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən ümumi sahəsi 1990.17 m2 olan torpaq sahəsinin Babək rayonu, Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı əsasında X6 və X11 mülkiyyətinə verilməsi və Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən ümumi sahəsi 2022.8 m2 olan torpaq sahəsinin Babək rayonu, Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı əsasında X6 və X11 mülkiyyətinə verilməsi işin mübahisəsiz halıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -mülki iş materiallarına əlavə edilmiş JN 867 saylı, 10304018 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən Babək rayonu, Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə Babək rayon, Bulqan kəndində yerləşən ümumi sahəsi 0.20 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 və X11 mülkiyyətinə verilməsi; -mülki iş materiallarına əlavə edilmiş JN 968A saylı, 10304005 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən Babək rayonu, Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə Babək rayon, Bulqan kəndində yerləşən ümumi sahəsi 0.20 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 və X11 mülkiyyətinə verilməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan rayon Qaraxanbəyli kənd soveti tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli, A3 seriyalı, 694557 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 və İddiaçı Nəcəf oğlunun birgə nikahından xx.xx.1964-cü il tarixdə X17 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı, 336280 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 və X11 birgə nikahından xx.xx.1993-cü il tarixdə İddiaçı adlı övladları doğulmuşdur. İddia ərizəsinə əlavə olunmuş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 291478 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2022-ci il tarixdə mədə girəcəyinin bədxassəli yenitörəməsi səbəbindən Bakı şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 727 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı, 496212 nömrəli çıxarışdan görünür ki, X12 xx.xx.2017ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 418 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 277328 nömrəli çıxarışdan görünür ki, X18 xx.xx.1991-ci il tarixdə ağ ciyər vərəmi səbəbindən Babək rayon, Cavidabad kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 8 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə olunmuş 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçıdur (AA*******, xx.xx.2021 - Asan 2, FİN:xxxxxxx, d/t:xx.xx.1993) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD737088 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1240221B996559, mühərrikin nömrəsi **********5539 və buraxılış ili 1993-cü il olan MERCEDES BENZ E220 MİNİK markalı 99VH646 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli, 260 nömrəli arayışdan görünür ki, X6 əri X18 (vəfat edib), qızı X19, qızı X15, oğlu X17 (vəfat edib), qızı X13 və oğlu Cavabdeh1 adlı vərəsələri vardır. Hazırda iddiaçının mərhum atası X11 və mərhum nənəsi X6 ümumi mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən ümumi sahəsi 1990.17 m2 olan torpaq sahəsində və Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən ümumi sahəsi 2022.8 m2 olan torpaq sahəsində mərhum atası X14 düşən 1/2 payların və mərhum nənəsi X10 düşən 1/2 payların müəyyən olunmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Qanunvericiliyin tələbindən də aydın olur ki, ümumi mülkiyyətin paylı olması prezumpsiyası mövcuddur. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Hazırki vəziyyətdə isə daşınmaz əmlak üzrə payın müəyyən edilməsi ilə bağlı tərəflər arasında razılaşma olmaması müəyyən edildiyindən qanunvericiliyin sonuncu qeyd edilən normasını, yəni ümumi mülkiyyətdə olan əmlak üzrə iştirakçıların paylarının bərabərliyi prezumpsiyasını rəhbər tutan məhkəmə qeyd edir ki, həmin torpaq sahələri 2 nəfərin ümumi mülkiyyətinə verildiyindən, onların mübahisəli torpaq sahələri üzərində payları bərabər olmaqla, hər birinə 1 pay təşkil edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək mülki işin mübahisəli halı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, JN 867 saylı, 10304018 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında X6 və X11 ümumi mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən ümumi sahəsi 1990.17 m2 olan torpaq sahəsi üzərində X1nın payı 1/2 hissə və X2nun payı 1/2 hissə müəyyən edilməli, həmçinin JN 968A saylı, 10304005 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X6 və X11 ümumi mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən ümumi sahəsi 2022.8 m2 olan torpaq sahəsi üzərində X1nın payı 1/2 hissə və X2nun payı 1/2 hissə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; -JN 867 saylı, 10304018 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında X6 və X11 ümumi mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən ümumi sahəsi 1990.17 m2 olan torpaq sahəsi üzərində X1nın payı 1/2 hissə və X2nun payı 1/2 hissə müəyyən edilməli; -JN 968A saylı, 10304005 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X6 və X11 ümumi mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən ümumi sahəsi 2022.8 m2 olan torpaq sahəsi üzərində X1nın payı 1/2 hissə və X2nun payı 1/2 hissə müəyyən edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Mehdiyeva (Hacıyeva) Əsli Cəfər qızından, Mehdiyeva (Əliyeva) Fatma Cəfər qızından və X4 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. JN 867 saylı, 10304018 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında X6 və X11 ümumi mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən ümumi sahəsi 1990.17 m2 olan torpaq sahəsi üzərində X1nın payı 1/2 hissə və X2nun payı 1/2 hissə müəyyən edilsin. JN 968A saylı, 10304005 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X6 və X11 ümumi mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən ümumi sahəsi 2022.8 m2 olan torpaq sahəsi üzərində X1nın payı 1/2 hissə və X2nun payı 1/2 hissə müəyyən edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Mehdiyeva (Hacıyeva) Əsli Cəfər qızından, Mehdiyeva (Əliyeva) Fatma Cəfər qızından və X4 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar