Məhkəmə qərarları › İş №2(078)-423/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-423/2023

13.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-423/2023 13.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya dəyərinin alınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən qızıl-zinət əşyalarının ya özünü, ya da dəyəri olan 8820 (səkkiz min səkkiz yüz iyirmi) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında 16 noyabr 2009-cu il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində bağlanmış nikah Naxçıvan Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(078)-128/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, cavabdehin oğlu X3 ilə 16 noyabr 2009-cu il tarixində ailə qurmuş, nikahlarından iki övladı-18 sentyabr 2010-cu il təvəllüdlü X2 və 17 sentyabr 2011ci il təvəllüdlü X4 dünyaya gəlmişdi Xasiyyətləri uyğun gəlmədiyindən aralarındakı nikah onun tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(078)- 128/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra o, birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən əmlakda ½ pay hüququnun tanınması ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli, 2(078)-807/2022 nömrəli qətnaməsi ilə ½ pay hüququ müəyyən olunmuşdur. O, keçmiş həyat yoldaşı X5 ilə nişanlı zamanı və toyda qızıl-zinyət əşyaları ona hədiyyə olaraq verilmişdir. Evli olduqları müddətdə onun qızıl-zinyət əşyaları qayınanası-iş üzrə Cavabdeh olmuşdur. Onun keçmiş həyat yoldaşı həmişə qızılları satmaq istədiyi üçün bu səbəbdən qızıllarını qaynanası saxlayırdı. 2019-cu ilin əvvəllərində əmisi qızı Gülpərinin toyuna gedəcəyi üçün qaynanasından qızıllarının bir hissəsini alıb taxmaq istədiyində cavabdeh ona bildirmişdi ki, “Qızılları göndərmişəm Tünzalə saxlasın narahat olma deyəcəm göndərsin özündə saxla”. O, həmin vaxt keçmiş baldızı Tünzalə ilə əlaqə saxlayaraq qızılların onda olub-olmadığını soruşmuş, o da Tahirə xanımın onun qızıllarını saxlaması üçün verdiyini bildirmişdir. Bundan az müddət sonra Raminlə aralarında ailə münaqişəsi başlamış və o, atasının evinə getmişdir. Bundan sonra nikahın pozulması tələbi barədə iddia qaldırmışdır. Əlavə olaraq əmlakda ikidə bir pay müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Həmin zamanlarda o, qızıllarını keçmiş qaynanasından tələb etdiyində verəcəyini bildirmiş və məhz bu səbəbdən də məhkəmədə qızıl-zinyət əşyaları ilə bağlı məsələni mübahisələndirmək istəməmişdir. Hər dəfə qızıllarını tələb etsə də əvvəllər verəcəyini demiş, lakin sonra verməmişdir. Qızıllar onun haqqıdır, hədiyə verilib, həmin qızıl zinət əşyalarını evdə olduğu müddətdə qaynanası saxlamaq üçün götürmüşdür. Qızılların siyahısını iddia ərizəsində təqdim edib. Yalnız 1-ci sırada olan dəstin qolbağı ilə sepini dəyişib əvəzində baqa seplə qolbaq alıb. Ancaq sırğaüzüyünü dəyişdirməyib. Qızıllarının hamısı qaynanasında qalıb. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı qeyd etmişdir ki, 1-ci sırada qeyd etdiyi toyda alınan bir ədəd qarnitur dəsti-boyunbağı, sırğa, qolbaq və üzük dəstini nişan vaxtı ona gətirmişdirlər. Sonra boyunbağı qırılırdı və ona görə də sep və qolbağı dəyişmişdir. Əlavə sep və qolbaq almışdır. Eyni dəyərdə zincir formasında klon üstündə sep və qolbaq idi. Dəyişilən qızılın əvəzində həmin qızıl əşyaları veriləndən sonra 200 manat üstündə pul verilmişdir. Qızılı dəyişməyə keçmiş yoldaşı ilə getmişdir. Qızıl dəyişilən vaxt təxminən 1 il idi evli idilər, uşaqları doğulmuşdu. Qızılı Cahan Ticarət Mərkəzinin 2-ci mərtəbəsində iki qardaşın qızıl satdıqları mağazada dəyişmişdirlər. Keçmiş yoldaşının uzaq qohumları idi qızıl satan şəxslər. Əvvəlki qızıl dəstini də yoldaşıgil onlardan alıbdır. Keçmiş dəstin sırğa-üzüyü qalmışdı. 2-ci sırada qeyd etdiyi bir ədəd sep və qolbağı yoldaşı almışdı. İç-içə keçmə idi və 8 martda ona hədiyyə edilmişdi. Həmin vaxt evli idilər. Həmin qızıl əşyaları ilə bağlı hər hansı şəkli yoxdur. Bütün şəkillər evdən çıxanda yoldaşı evində qalmışdır. 3-cü sırada qeyd edilən bir ədə paxlava formasında tək üzük keçmiş yoldaşının əmisi tərəfindən nişanlı olduqları vaxt hədiyyə verilib. 4-cü sırada olan top fomrasında bir ədəd üzük söz almada ona hədiyyə verilib, nişan zamanı barmağıan taxılıb. Bununla bağlı fotəşəkillər vardır. 5-ci sırada bir ədəd qaşlı üzüyü də söz almada hədiyyə veriblər, nişan vaxtı barmağına taxıblar. 6-cı sırada nazik qaşsız üzük özü alıb, işlədiyi vaxt təxminən 2015-ci ildə ilk əmək haqqı ilə alınıbdır. Lakin bu üzüyün fotoşəkli yoxdur. 7-ci sırada olan bir ədəd nazik qaşsız üzüyü anasıgil uşaqların ad günündə onun üçün alıblar. Həmin üzüyün də fotoşəkli yoxdur. 8-cı sırada olan bir ədəd qalın qaşsız üzüyü 8 mart bayramında ona hədiyyə alıblar və toy zamanı üzərində olubdur. 9-cu sırada bir dəst sırğa-üzük ona toydan əvvəl hədiyyə olunubdur və toy zamanı üzərində olubdur. Top formasında idi. 10-cu sırada qeyd olunan bir ədə uşaq qolbağını küçmiş yoldaşı Ramin uşağın 1 yaşı olanda alıbdır. Ad yazdırmaq üçün qolbağın ortası qalın idi. Həmin qızılın da şəkli yoxdur. 11-ci sırada olan bir ədəd uşaq qolbağını anası gil uşağın ad günündə almışdılar. Halqa formasında idi, onun da şəkli yoxdur. 12-ci sırada olan bir ədəd uşaq sırğasını anası alıb, ağ qaşlı sırğa idi, uşağın ad günündə alıbdır. 13-cü sırada olan bir ədəd tək üzük ay formasında idi, şanel üzük idi, ad günündə alınmışdır. 14-cü sırada olan bir ədəd uşaq qolbağını xalası ad günündə almışdır. 15-ci sırada olan uşaq sepini anası alıbdır. Həmin qızılların şəkli yoxdur. Onun telefonu qırıldığı üçün sadə telefon işlətmişdir. Evdən çıxarkən də həmin telefonu işlətdiyi üçün, şəkillər isə cavabdehin evində qaldığı üçün şəkil təqdim edə bilməmişdir. Lakin toy zamanı üzərində olan qızıl əşyaları ilə bağlı şəkillərini təqdim etmişdir. Qeyd edilənləri nəzərə alıb iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiq etdiyini, əlavəsinin olmadığını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçının bir neçə qızılı Bakıda qızı Tünzalədədir. Qızılları 2014-cü ildən sonra girov qoyub pul götürüblər. Sonra pulu ödəyib qızılı qaytarmışdılar. 3000 manat qızılı qoyub pul götürmüşdülər. Sep, klon, iki üzük olubdur, başqa qızıl yox idi. İddiaçı onun keçmiş gəlinidir. Toyda alınan qızılları satıb iddiaçı başqasını alıbdır. Qarnitur dəstinin qolbağı yox idi. Onda olan üzüklər eni setka olan üzük və qaşlı üzük-nişan üzüyüdür. iddiaçının qızıllarından qolbaq, sep və üzük ondadır. O, həmin qızılları Bakıda qızına verib. Hazırda qızının evindədir. Gətirib iddiaçının özünə qaytaracaq. Həmin qızılları Bakıda girov qoymuşlar, iddiaçı həmin dövrdə onlarda olub və öz razılığı ilə girov qoymuşlar. Pulu qaytarıb qızılları girovdan çıxarmışlar. Buna görə də elə Bakıda qızının evində qalıb. Lakin iddiaçının iddia ərizəsində göstərdiyi qızılların əksəriyyəti şişirtmədir. Toyda gəlininin üzərində olan qızıl əşyaları ona hədiyyə olunan əşyalardır. Qeyd edilənləri nəzərə alıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə verən X3 bildirmişdir ki, iddiaçı onun keçmiş yoldaşı, cavabdeh anasıdır. O iddiaçıya 8 martda bayram günü bir ədəd üzəri setka formasında üzük almışdır. İddiaçıya alınan qarnitur dəstində sırğa və üzük olmamışdır. Sadəcə kolyesi və qolbağı vardı. Qızıl satan şəxslər onun xalası qızının yoldaşı olubdur. Həmin kolye və qolbağı onda dəyişmişlər. Təxminən ***-**** manata dəyişiblər. Toy zamanı iddiaçının üzərində olan qızıllardan üzüyü əmisi yoldaşı hədiyyə vermişdi. İddiaçı sonra dedi ki, həmin üzüyü itiribdir. Sırğa-üzük dəstini özü almışdır. Pulunu ya anasına verib ya da özü gedib alıb tam xatırlamır. Nişan üzüyünü iddiaçının öz razılığı ilə satıblar. Sep və qolbağı satıb sep və klona çeviriblər. Olbaq almayıblar. Üstündə əlavə 96 manat pul qaytarıblar. Uşaqların hər ikisinə nazik sep alıbdır. Təxminən 3 il əvvəl alıb həmin qızılları. 1 dəfə iddianın anasgil nəvələrinə sırğa-qıza, oğlana sep və ya qolbaq alıblar tam yadında deyil. Uşaqların qızıllarından heç birindən xəbəri yoxdur. İddiaçının özündədir. Atası xəstə olanda sep, klon, setka formasında olan üzüyü girov qoyub pul götürüblər. 1000 manat pul götürülmüşdü. Həmin qızıllar indi Bakıda bacısı evindədir. Məhkəmə baxışı iclasında Şahid ifadəsində bildirmişdir ki, Culfa şəhərində qızıl mağazası işlədir. Ruhəngiz xanım ondan sep, üzük, qolbaq alıbdır. Yaddaşında qalan qızıllar bunlardır. Anası ilə xanım gəlirdi. Qolbaq sep həm uşaq, həm də böyük üçün idi. əlavə qadın üçün üzük alıblar. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında mütəxəssis X1 bildirmişdir ki, Cahan Ticarət Mərkəzindən zərgər işləyir və ona təqdim edilmiş fotoşəkillərə baxaraq qeyd edir ki, toy şəkillərində gəlinin üzərində olan top formasında sırğa-üzük dəsti 585 əyardır, çəkisi təxminən 10-12 qram olar. Qızılın bir qramının 90 manat olası nəzərə alındıqda həmin dəstin ümumi qiymətinin 900 manat olduğu müəyyən edilir. Paxlava formasında olan tək üzük təxminən 3.8 qram olur, 585 əyardır və qiyməti 3.8x90manat=342 manat təşkil edir. Setka formalı qalın qaşsız üzük 6 qram olur, 585 əyardır, qiyməti 6x90=540 manat təşkil edir. Qarnitur dəsti ümumilikdə sep, qolbaq, sırğa-üzüklə birlikdə 30-35 qram olur, tək sırğa-üzüyü 12-14 qram təşkil edir. Çəkisi təxminən 12 qramx90=1080 manat təşkil edir. Bir ədəd qaşlı üzük təxminən 3 qram çəkidə olur və 585 əyardır, qiyməti 3x90=270 manat təşkil edir. Bir ədəd nazik qaşsız üzük 3 qram çəkidə olur və 585 əyardır, qiyməti 3x90=270 manat təşkil edir. Sep və qolbaq 585 əyar olur, 20 qram çəkidə olur. Qiyməti 20x90=1800 manat təşkil edir. Xanımın digər qolunda nazik qolbaq vardır. Onun isə çəkisi təxminən 7-8 qram təşkil edir və qiyməti 7x90=630 manat təşkil edir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işin faktiki və mübahisələndirilməyən hallarını tərəflərin izahatı, şahidlərin ifadəsi ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan həmin iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olmalı, 2) əşya cavabdehin sahibliyində olmalı və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu iddia təmin edilə bilər. Həmçinin nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünün mülkiyyətində olduğunu və tələb edilən anda cavabdehin sahibliyində olduğunu sübuta yetirməsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Mahmudov Rusiyaya qarşı iş, 26 iyul 2007-ci il tarixli qərar). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə ki, iş üzrə İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində qızıl-zinət əşyaları: bir ədəd qarnitur dəsti (boyunbağı, sırğa, qolbaq və üzük) italyan qızılı, əyyan 585, çəkisi 22 qram-2250 (iki min iki yüz əlli) manat, bir ədəd sep və qolbaq, italyan qızılı, əyyan 585. çəkisi 21 qram-1890 (bir min səkkiz yüz doxsan ) manat, bir ədəd tək üzük (paxlava formalı) əyyarı 585, çəkisi 3.8 qram-300 (üç yüz) manat, bir ədəd tək üzük, (top üzük) əyyarı 585, çəkisi 3 qram-280 (iki yüz səksən) manat, bir ədəd tək üzük, (qaşlı üzük) əyyarı 585, çəkisi 3.7 qram-300 (üç yüz) manat, bir ədəd tək üzük, (nazik qaşsız üzük) əyyarı 585, çəkisi 2.60 qram-240 (iki yüz qırx) manat, bir ədəd tək üzük, (nazik qaşsız üzük) əyyan 585, çəkisi 3 qram-280 iki yüz səksən manat, Bir ədəd tək üzük, (qalın qaşsız üzük) əyyan 585, çəkisi 8 qram-750 (yeddi yüz əlli) manat, bir dəst sırğa üzük , əyyarı 585, çəkisi 10 qram-900 (doqquz yüz) manat, bir ədəd uşaq qolbağı, əyyarı 585, çəkisi 3.3 qram-280 (iki yüz səksən) manat, bir ədəd uşaq qolbağı, əyyarı 585, çəkisi 1.07 qram-150 (bir yüz əlli) manat, bir ədəd uşaq sırğası, əyyarı 585, çəkisi 2 qram-160 (bir yüz altmış) manat, bir ədəd tək üzük, (ay formasında) əyyarı 585, çəkisi 2.20 qram-210 (iki yüz on) manat, bir ədəd uşaq qolbağ, italyan qızılı, əyarı 585, çəkisi 5.3 qıram-470 (dörd yüz yetmiş) manat, bir ədəd uşaq sepi, əyyarı 585, çəkisi 3.90 qram-350 (üç yüz əlli) manat olmaqla 15 adda qızıl-zinət əşyalarının ya özünü, ya da dəyəri olan 8820 (səkkiz min səkkiz yüz iyirmi) manat pulun alınıb verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə Cavabdeh iddia tələbinə münasibət bildirərkən verdiyi izahatında iddia ərizəsində qeyd edilmiş qızıl-zinət əşyalarından yalnız boyunbağı, klon, üzüyün onda olduğunu bildirmişdir. Lakin işdə olan fotoşəkillərdən aydın olur ki, toy zamanı iddiaçının üzərində 5 ədəd üzük, bir cüt sırğa, iki ədəd qolbaq və bir ədəd sep mövcud olmuşdur. Cavabdeh izahatında qızılları Bakı şəhərində girov qoyan zaman 3000 manat pul götürdüklərini bildirmiş, iddiaçının keçmiş həyat yoldaşı şahid qismində ifadə verən zaman isə 1000 manat pul götürdüklərini bildirmişdir. Məhkəmə bu hissədə cavabdehin izahatını əsaslı hesab edir. Belə ki, pul girov qoyulmuş əşyanın dəyərinə münasibətdə verilməsi nəzərə alındıqda bu gün cavabdehin onda olduğunu bildirdiyi bir ədəd sep, klon və üzüyün ümumi qiymətinin 3000 manat olması inandırıcı deyildir. Məhkəmə hazırlıq iclasında cavabdeh sep, qolbaq və üzüyün onda olduğunu bildirmiş, daha sonra qolbağın olmadığını qeyd etmiş, daha sonra isə iki üzüyün onda olduğunu bildirmişdir. Belə olan halda məhkəmə toy zamanı iddiaçıya hədiyyə edilmiş və mövcudluğu iddia ərizəsinə əlavə edilən fotoşəkillərlə öz təsdiqini tapan qızıl-zinət əşyalarının cavabdehdə olması nəticəsinə gəlir və bu hissədə iddianın təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmədə işə baxılarkən eyni zamanda müəyyən edilmişdir ki, adları qeyd edilən qızıl-zinət əşyalarının bəzilərinə dair ümumiyyətlə sübut təqdim edilməmiş, şahidlər ümumi məzmunlu ifadələr vermişdir. Bir dəst qarnitur dəstinin boyunbağı və sepinin dəyişdidiyi halda yenidən onun məhz keçmiş dəstinin tələb edilməsi əsaslı deyil. Həmin qarnitur dəstinin keçmiş halda-bütöv halda mövcudluğunu təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Eləcə də toy zamanı həmin qarnitur dəstinin boyunbağının və qolbağın iddiaçının üzərində olması, sırğa-üzük dəstinin isə fərqli olması qarnitur dəstinin bütöv halda iddiaçıya hədiyyə edilməsini şübhə altına salır. İstər cavabdeh, istrəsə də cavabdehin övladı iddiaçının keçmiş əri olan şahid ifadəsində boyunbağı və qolbağın sırğa-üzük olmadan hədiyyə edildiyini bildiriri, iddiaçının bunun əksini təsdiq edən sübutlar təqdim etmir. Belə olan halda məhkəmə həmin qarnitur dəstinin toy zamanı iddiaçıya bütöv şəkildə təqdim edilməsi, boyunbağı və sepinin dəyişdirildikdən sonra sırğa-üzük dəstinin onda qalması ilə bağlı halların işə bağılarkən sübut olunmadığı qənaətinə gəlir. Eyni zamanda məhkəmə boyunbağı və qolbağın dəyişdirilərək əlavə boyunbağı, klon və qolbaq alınmasına işin mübahisəsiz halı hesab edir. Bu halı iddiaçı ilə bərabər, cavabdeh və onun övladı iddiaçının keçmiş əri olan şahid təsdiq edir. Bu zaman məhkəmə həmin sep və qolbaq dəstinin, iddiaçının toy zamanı üzərində olan bir dəst top formasında sırğa-üzük dəstinin və dörd ədəd üzüyün cavabdehdən alınaraq ona verilməsi nəticəsinə gəlir. Belə ki, qızılların bir qisminin onda olmasını cavabdeh etiraf edir, qalan hissəsinin iddiaçıda olduğunu bildirir. Lakin bununla bağlı cavabdeh heç bir sübutu təqdim etmir. Məhkəmə eyni zamanda iddiaçı tərəfindən tələb edilən, lakin həmin əşyaların mövcudluğuna dair heç bir sübut təqdim edilməyən digər qızıl əşyalarının 3 ədəd uşaq qolbağı, bir ədəd tək üzük, bir ədəd uşaq sepi və bir ədəd uşaq sırğasına münasibətdə iddiaçının rədd edilməsi nəticəsinə gəlir. Belə ki, həmin əşyalara münasibətdə onun hansı formada olması görünüşü ilə bağlı iddiaçı heç bir sübut təqdim etməmiş, mütəxəssis tərəfindən qiymətləndirmənin aparılması mümkün olmamışdır. İstər iddiaçının təqdim etdiyi şahid, istər onun keçmiş əri olan şahid bu barədə ümumi məzmunlu ifadələr vermişlər. Belə olan halda məhkəmə qarnitur dəsti istisna olmaqla toy zamanı iddiaçının üzərində qızıl əşyalarının dəyərinin iddia tələbindən kənara çıxılmamaqla mütəxəssis tərəfindən hesablanmış dəyərdə hesablanaraq dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə mütəxəssis tərəfindən toy şəkillərinə baxılaraq qiymətləndirilən lakin iddia tələbində qeyd edilməyən qolbağa münasibətdə heç bir tələb irəli sürülmədiyindən hər hansı hüquqi qiymət verilmir. Məhkəmə mövcud olmayan əşyalara münasibətdə iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyini əsas gətirərək qalan əmlaklara münasibətdə iddianın rədd edilməsi qətnaətinə gəlir. Nəticə: Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, 585 əyar, çəkisi təxminən 10-12 qram olan top formasında dəyəri 900 manat sırğa-üzük dəsti, 585 əyar, 3.8 qram çəkidə paxlava formasında dəyəri 300 manat tək üzük, 585 əyar, 6 qram çəkidə, setka formalı dəyəri 540 manat olan qalın qaşsız üzük, 585 əyar, 3 qram çəkidə, dəyəri 270 manat olan bir ədəd qaşlı üzük, 585 əyar, 3 qram çəkidə dəyəri 240 manat olan bir ədəd nazik qaşsız üzük, bir ədəd sep və qolbaq, italyan qızılı, əyyarı 585, çəkisi 21 qram-1890 (bir min səkkiz yüz doxsan) manat olmaqla həmin qızıl əşyaları və ya onların dəyərini təşkil edən 4140 (dörd min yüz qırx) manat pul Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 26441 nömrəli qəbzlə ödənilmiş 109 (bir yüz doqquz) manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 71.40 (yetmiş bir manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya dəyərinin alınması tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin olunsun. 585 əyar, çəkisi təxminən 10-12 qram olan top formasında dəyəri 900 manat olan sırğa-üzük dəsti, 585 əyar, 3.8 qram çəkidə paxlava formasında dəyəri 300 manat olan tək üzük, 585 əyar, 6 qram çəkidə, setka formalı dəyəri 540 manat olan qalın qaşsız üzük, 585 əyar, 3 qram çəkidə, dəyəri 270 manat olan bir ədəd qaşlı üzük, 585 əyar, 3 qram çəkidə dəyəri 240 manat olan bir ədəd nazik qaşsız üzük, 585 əyar, 21 qram çəkidə, dəyəri 1890 (bir min səkkiz yüz doxsan) manat olan sep və qolbaq olmaqla həmin qızıl əşyaları və ya onların dəyərini təşkil edən 4140 (dörd min yüz qırx) manat pul Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 26441 nömrəli qəbzlə ödənilmiş 109 (bir yüz doqquz) manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 71.40 (yetmiş bir manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar