Məhkəmə qərarları › İş №2(078)-426/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-426/2025

29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-426/2025 29.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil, Cavabdeh5 və Cavabdeh4 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X14, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1, X14, Cavabdeh4 və Cavabdeh3 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən mərhumlar X12 və X4 miras qalmış yaşayış evinin atası X22 tərəfindən miras olaraq qəbul olunması və onun ölümündən sora irsi transmissiya qaydasında vəsiyyət üzrə məcburi payın və qanun üzrə mirası faktiki olaraq qəbul etməyinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Naxçıvan şəhəri, İstiqlal 94, mənzil 13 ünvanında yerləşən mənzil X9 və X5 miras qalmışdır. X17 xx.xx.2014cü il tarixdə vəfat etmişdir. X11 (həyat yoldaşı), X22 (oğlu), Cavabdeh1 (oğlu), Cavabdeh5 (oğlu), X19 (qızı) və Cavabdeh4 (qızı) adlı vərəsələri var. X3 1998-ci il tarixdə, X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. O, ata və anasından qalmış mirası qəbul etmişdir. X7 ilə X15 arasında xx.xx.1990-cı il tarixdə bağlanmış nikah akt qeydi Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(078)-288/2012 nömrəli qətnaməsi ilə pozulmuşdur. Hal-hazırda ünvan 2 ünvanında yerləşən mənzilin qeydiyyatında X15, İddiaçı və Cavabdeh3 adlı şəxslər durur. Naxçıvan şəhər İcra hakimiyyəti 5 saylı mənzil-istismar sahəsinin 04 iyun 2024-cü tarixli, 421 nömrəli arayışında X7nun X3ndan, mərhum X4, X2, İddiaçı və Cavabdeh3 ibarət vərəsələri vardır. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, 04/226 nömrəli məktubunda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 94-də yerləşən 13 nömrəli mənzil X16 adına olmuşdur. xx.xx.2010-cu il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 2V-177 və 2V178 nömrəli vərəsəlik şəhadətnamələri əsasında həmin mənzilin 10/12 hissəsi xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X10 adına qeydiyyata alınmışdır. Əmlakın 2/12 hissəsi isə X16 adında qalmışdır. Naxçıvan MR Ədliyyə nazirliyi Qeydiyyat və Notariat şöbəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 14 sentyabr 2011-ci il tarixdə X17 tərəfindən vəsiyyət olunmuş 2-V-123 reyestr nömrəli vəsiyyətnamə Naxçıvan şəhər 1 saylı notariat ofisində saxlanılır. Mirasın qəbulu ilə bağlı Naxçıvan şəhəri Regional "Asan Xidmət” Mərkəzinə Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə verilən 02 iyun 2024-cü il tarixli, 785/2024 nömrəli cavabda qanunda nəzərdə tutulmuş müddət keçdiyindən və müvafiq sənədlər ofisə təqdim olunmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil 17 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək İddiaçı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunmasına dair iddia tələbi ilə bağlı Cavabdeh5 cavabdeh qismində cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-426/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil vəsatətinin təmin edilməsi və İddiaçı cavabdehlər Cavabdeh1, X14, Cavabdeh4 və Cavabdeh3 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh5 cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh4 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Cavabdeh4 nümayəndəsi Nümayəndə cavabdehin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, X14 və Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehlər Cavabdeh1, X13 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddia tələbini müdafiə etdiklərini, Naxçıvan şəhəri, İstiqlal 94, mənzil 13 ünvanında yerləşən mənzilin X9 və X5 miras qaldığını, X3nun 1998-ci il tarixdə, X7nun isə xx.xx.2014-cü il tarixdə vəfat etdiyini, onun ata və anasından qalmış mirası qəbul etdiyini, X7 ilə X15 arasında xx.xx.1990-cı il tarixdə bağlanmış nikah akt qeydinin Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(078)-288/2012 nömrəli qətnaməsi ilə pozulduğunu, xx.xx.2010-cu il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 2V-177 və 2V178 nömrəli vərəsəlik şəhadətnamələri əsasında həmin mənzilin 10/12 hissəsinin xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X10 adına qeydiyyata alındığını, əmlakın 2/12 hissəsi isə X16 adında qaldığını, Naxçıvan MR Ədliyyə nazirliyi Qeydiyyat və Notariat şöbəsinin xx.xx.2021ci il tarixli məktubunda 14 sentyabr 2011-ci il tarixdə X17 tərəfindən vəsiyyət olunmuş 2-V- 123 reyestr nömrəli vəsiyyətnamənin Naxçıvan şəhər 1 saylı notariat ofisində saxlanıldığının qeyd edildiyini, Naxçıvan şəhəri, İstiqlal 94, mənzil 13 ünvanında yerləşən mərhumlar X12 və X4 miras qalmış yaşayış evinin iddiaçının atası X22 tərəfindən miras olaraq qəbul olunması və onun ölümündən sora irsi transmissiya qaydasında vəsiyyət üzrə məcburi payın və qanun üzrə mirasın faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini istədiklərini, Zakirin mirası qəbul etməsinə dair hər hansı sənəd olmadığını, iddiaçının atasının ölümündən sonra mübahisəli evdə yaşamadığını, sonra da təhsil üçün Türkiyə Respublikasına getdiyini, özündə olan məlumata görə həmin evin qapısının bağlı olduğunu, açarın da iddiaçı tərəfdə olmadığını, iddiaçının atasının ölümündən sonra mübahisəli evdə yaşamasını təsdiq edən hər hansı bir sübut olmadığını, iddiaçı aralarında razılıq əldə olunma ehtimalı olduğu üçün iddia ərizəsinin geri qaytarılmasını istədiyini, məhkəmə tərəfindən vəsatətin təmin olunmadığı və işə mahiyyətə üzrə baxılması davam etdirildiyi üçün hal-hazırda iddia tələbini müdafiə etdiklərini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi Nümayəndə izahatında iddia ərizəsində ziddiyyətli məqamlar olduğunu, X18 ata və anasından qalmış mirası qəbul etdiyinin deyildiyini, lakin xahiş hissəsində X22 tərəfindən miras olaraq qəbul olunmasının xahiş edildiyini, eyni zamandan ölmüş şəxsin adından mirasın qəbul edilməsinin xahiş olunduğunu, ölmüş şəxsin adından müəyyən tələblər irəli sürülə biləcəyini, lakin bunun istisna hallar olduğunu, belə ki, şəxsin mirasdan xəbəri sonradan olmuş olmalı olduğunu, ya da X1 bu iddianı qaldırmış olmalı olduğunu, həmçinin ən əsas məsələlərdən biri olan iddia müddətinin ötürüldüyünü, mübahisəli mənzilə iddiaçının adına məktublar gəldiyini, lakin hamısının iddiaçı orada yaşamadığı üçün geri qaytarıldığını, iddiaçının neçə illərdir qeyd olunan mənzildə yaşamadığını, onun harada olduğunun da onlar üçün məlum olmadığını, bir evin iki şəxsin adına ola bilməyəcəyini, qayınatasının ölümündən sonra həmin mənzilin tamamilə qayınanasının adına keçdiyini, iddia tələbinin əsassız olduğunu, iddiaçı tərəfin boşboşuna illərdir yersiz yerə mübahisə apardığını, hər kəsin vaxtını aldığını, ilk məhkəmədə müvafiq sənədləri də gizlətdiklərini, əsas istədiklərinin o ev satıldığı təqdirdə onlara da pul çatması olduğunu, ev satıldığı təqdirdə alınan məbləğin yarısının 3 yerə, digər yarısı da həmin 3 şəxs də daxil olmaqla 5 yerə bölünüb hər kəsə payının verilə biləcəyini, X16 1998-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin mənzildə yoldaşı, Zakir və onun ailəsinin yaşadığını, qayınanasının ölümündən sonra isə Zakir xəstə olduğu üçün onlarla birlikdə yaşadığını, yoldaşının ona qulluq etdiyini, mənzilin açarının Cavabdeh4 olduğunu, evi onun gedib təmizlədiyini, evin xərclərini də özlərinin çəkdiyini, heç biri vərəsənin həmin mənzilə getmədiyini, qayınanası ölməmişdən qabaq açarın onda olduğunu, X18 mirası faktiki olaraq qəbul etmədiyini, iddiaçının atası ilə anası ayrıldıqdan sonra iddiaçının anasının yanında qaldığını, iddiaçının atasının özünün xəstəliyi ilə əlaqədar onlarla yaşadığını, bacısı, yəni yoldaşının ona baxdığını, evin açarının da Cavabdeh4 olduğunu, iddiaçının nə nənəsinin, nə də atasının ölümündən sonra həmin evdə yaşamadığını, keçən məhkəmə iclasından 1 aya yaxın müddət keçdiyini, razılıq üçün heç bir addım atılmadığını, illərdir bu məsələnin davam etdiyini, artıq nəticələnməyini istədiklərini, iddia tələbinin əsassız olduğunu bildirərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında 1964-1965-ci ildə həmin evin alındığını, qardaşının bir yaşı olanda alındığını, Altunun dünyaya belə gəlmədiyini, birinci məhkəmələrində nikahın pozulması qətnaməsini də gizlətdiklərini, saxta yolla qeydiyyata aldırdıqlarını, illərdir bu məsələnin davam etdiyini, atası X16 1998-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin mənzildə anasının, Zakir və onun ailəsinin yaşadığını, anasının ölümündən sonra isə xəstə olduğu üçün bacısı ilə yaşadığını, bacısının ona qulluq etdiyini, Zakirin pulu da olmadığını, özünün də köməklik etdiyini, Fərman müəllimin dediklərinə özünün də qoşulduğunu, iddiaçının tələbinin tamamilə əsassız olduğunu, anasını vəfat etdikdən sonra qardaşı Zakirin bacısı Firuzənin evində yaşadığını, ona bacısı Firuzənin baxdığını, Zakirin anasının vəfatından sonra mübahisəli evdə yaşamadığını, həmin evin açarının bacısı Firuzədə olduğunu, iddiaçının atası ilə anasının 2012-ci ildə boşandıqlarını, iddiaçının anasının yanında qaldığını, iddiaçı atasının vəfatından sonra mübahisəli mənzildə yaşamadığını, həmin evin qapısının bağlı olduğunu bildirərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, ünvan 3 ünvanında yerləşən mənzilin 2/12 hissəsinin X16 və 10/12 hissəsinin X10 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli məktubdan Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 94-də yerləşən 13 nömrəli mənzilin X16 adına olması, xx.xx.2010-cu il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 2V-177 və 2V-178 nömrəli vərəsəlik şəhadətnamələri əsasında həmin mənzilin 10/12 hissəsinin xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X10 adına qeydiyyata alınması və əmlakın 2/12 hissəsinin isə X16 adında qalması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 421 nömrəli arayışdan X7nun X20 (atası) (vəfat edib), X17 (anası) (vəfat edib), X15 (həyat yoldaşı), İddiaçı (oğlu) və Cavabdeh3 (qızı) adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli, 403 nömrəli arayışdan mərhum X10 X20 (həyat yoldaşı) (vəfat edib), X22 (oğlu) (vəfat edib), Cavabdeh1 (oğlu), Cavabdeh5 (oğlu), X19 (qızı) və Cavabdeh4 (qızı) adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər Məhkəməsinin 07 dekabr 2012-ci il tarixli, 2(078)-288/2012 nömrəli qətnamənin surətindən X15 ilə X22 arasında Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən bağlanmış və 11 oktyabr 1990-cı il tarixdə nikahın 285 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah qeydinin pozulmasının qət edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ seriyalı, 494697 nömrəli çıxarışdan X10 xx.xx.2014-cü il tarixdə xərçəng intoksikasiyası səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 28 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ seriyalı, 554657 nömrəli çıxarışdan X18 xx.xx.2014-cü il tarixdə mədə qanaxması səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 375 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 285790 nömrəli çıxarışdan X16 1998-ci ildə miokard infarktı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 72 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli, V-JQ seriyalı, 325422 nömrəli çıxarışdan X22 və X6 arasında 11 oktyabr 1990-cı il tarixdə nikah bağlanması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli çıxarışdan X22 və X21 birgə nikahından xx xxxx 1991-ci il tarixdə Cavabdeh3 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli çıxarışdan X22 və X21 birgə nikahından xx xxx 1993-cü il tarixdə İddiaçı adlı övladlarının doğulması; İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasınin Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 02 iyun 2024-cü il tarixli, 785/2024 nömrəli cavab məktubundan görünür ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu məhkəmə tərəfindən təyin olunur. Müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı X3ndan və mərhum X4 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzilin mərhum atası X22 tərəfindən miras olaraq qəbul olunması və onun ölümündən sora irsi transmissiya qaydasında vəsiyyət üzrə məcburi payın və qanun üzrə mirası faktiki olaraq qəbul etməyinin müəyyən olunmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə belə hesab edir ki, ilkin olaraq iddiaçı tərəfindən atasından qalan miras əmlakın qəbul edilib-edilməməsi məsələsi araşdırılmalıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X22 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi İddiaçı və Cavabdeh3 X18 qanun üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı X7nun vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etməsi, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etməsi məhkəmədə işin araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddiaçının atasının ölümündən sonra mübahisəli evdə yaşamadığını, sonra da təhsil üçün Türkiyə Respublikasına getdiyini, özündə olan məlumata görə həmin evin qapısının bağlı olduğunu, açarın da iddiaçı tərəfdə olmadığını, iddiaçının atasının ölümündən sonra mübahisəli evdə yaşamasını təsdiq edən hər hansı bir sübut olmadığını bildirərək İddiaçı X7nun vəfatından sonra ondan qalmış miras əmlakı faktiki idarə etmək üsulu ilə qəbul etmədiyini bir daha təsdiq etmişdir. Həmçinin bu hal işdə iştirak edən şəxslərin izahatları ilə də təsdiq edilmişdir. Həmçinin işin araşdırması zamanı iddiaçı tərəfindən atasının ölümündən sonra qanunda nəzərdə tutulan müddətdə notariat ofisinə müraciət edilməməsi və miras əmlakı qəbul etməsi ilə bağlı vərəsəlik haqqında şəhadətnamə alınmaması aşkarlanmışdır. Göründüyü kimi iddiaçı atasından qalan mirası nə formal nə də faktiki üsulla qəbul etməmişdir. Bu səbəbdən məhkəmə belə hesab edir ki, İddiaçı atası X18 ölümündən sonra ondan qalmış miras əmlakı qəbul etmədiyi üçün onun atası X7 tərəfindən mərhum X5 və X4 miras qalmış əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yekunda məhkəmə qeyd edir ki, İddiaçı atası X18 ölümündən sonra ondan qalmış miras əmlakı nə formal nə də faktiki üsulla qəbul etmədiyindən (yəni miras əmlakı qəbul etmədiyindən) onun mərhum babası X12 və mərhum nənəsi X4 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzilin mərhum atası X22 tərəfindən miras olaraq qəbul olunması faktının müəyyən edilməsini tələb etmək üçün də subyektiv hüququ yoxdur. Həmçinin iddiaçı atasından miras qalan əmlakı qəbul etmədiyindən onun miras əmlakda məcburi payın müəyyən edilməsinə dair iddiası da əsassız sayılmalıdır. Yekunda məhkəmə belə qeyd edir ki, iddia tələbi rədd edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı X3ndan və mərhum X4 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzilin mərhum atası X22 tərəfindən miras olaraq qəbul olunması və onun ölümündən sora irsi transmissiya qaydasında vəsiyyət üzrə məcburi payın və qanun üzrə mirası faktiki olaraq qəbul etməyinin müəyyən olunması tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı X3ndan və mərhum X4 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzilin mərhum atası X22 tərəfindən miras olaraq qəbul olunması və onun ölümündən sora irsi transmissiya qaydasında vəsiyyət üzrə məcburi payın və qanun üzrə mirası faktiki olaraq qəbul etməyinin müəyyən olunması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar