Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-428/2025 25.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X8, X13, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bağırova (Qasımova) Raisə Eldar qızına, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X15 vəfatından sonra Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsində 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 74.60 kv.m yaşayış. 6.5 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evindən ibarət mirasın X5 tərəfindən qəbul edilərək payının müəyyən olunması, onun ölümündən sonra isə İddiaçı tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsində 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 74.60 kv.m yaşayış, 6.5 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evi X32ndan miras qalmışdır. X32 19 mart 1979-cu ildə vəfat etmişdir. Onun aşağıdakı vərəsələri vardır: 1. X62, həyat yoldaşı, vəfat edib 2. X69, vəfat edib 3. X70, vəfat edib 4. X50, vəfat edib 5. Cavabdeh9, 6. İddiaçı, 7. X42, vəfat edib. Qeyd edim ki, mərhumə X62 1967-cı il tarixdə vəfat etmişdi. X14 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X43 aşağıdakı vərəsələri vardır: 1. X35, həyat yoldaşı, vəfat edib 2. Cavabdeh1, 3. X20, vəfat edib 4. X28İ, 5. Cavabdeh3, X43 vərəsələrindən olan oğlu X20 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, vəfat etdiyi günədək ailə həyatı qurmamışdır. Bununla bağlı nikah evinin arayışı mövcuddur və ərizəyə əlavə edirəm. X18 01 iyul 2003-cü il tarixdə vəfat etmişdir və aşağıdakı vərəsələri vardır: 1. X36, həyat yoldaşı, vəfat edib 2. Cavabdeh5, 3. Bağırova (Qasımova) Raisə Eldar qızı, 4. Cavabdeh7,
5. Cavabdeh8, X44 vərəsəsi, həyat yoldaşı X36 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və aşağıdakı vərəsələri vardır: 1. X9, həyat yoldaşı, vəfat edib. 2. Cavabdeh4 Cavanşır oğlu, X1 həyat yoldaşı X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qeyd etmişdir ki, X32nda miras qalan Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsində 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 74.60 kv.m yaşayış, 6.5 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evi onun vəfatından sonra İddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı miras əmlakı öz adına keçirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldikdən sonra bu məqsədlə Naxçıvan şəhər "Asan xidmət” Mərkəzində yerləşən notariat ofisinə müraciət etmişdir. Naxçıvan şəhər "Asan xidmət" Mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1128/2024 nömrəli məktubunda notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək bildirdi ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin Yerli İdarəsinin və ya mənzilistismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu və payların müəyyən edilməsi məhkəmə tərəfindən təyin olunur. Müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Qeyd etmişdir ki, vərəsələrdən heç biri qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişdir. Hazırda İddiaçı həmin evin təsərrüfatını idarə edərək mirası qəbul etmişdir. Miras qoyanın ölümündən, yəni X15 vəfatından sonra həmin evdə X5 yaşamış, onun xx.xx.2022-ci il tarixdə ölümündən sonra isə həmin əmlakı vəkili və nümayəndəsi olduğum X52 idarə etməyə başlamışdır. İddiaçı bacısının ölümündən sonra da oranı idarə etməsini istənilən qohum və qonşular təsdiq edə bilərlər. Qeyd etmişdir ki, neçə illərdir ki, X61 digər vərəsələri ailə həyatı quraraq köçüb özlərinə aid mülklərində yaşayırlar. X15 ölümündən sonra miras qalmış Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsində 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 74.60 kv.m yaşayış, 6.5 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evində İddiaçı və ailə qurmamış bacısı X5 yaşamış və idarə edərək qəbul etmişdirlərlər. X29 2022-ci ildə vəfatından sonra həmin yaşayış evini İddiaçı idarə etməyə başlamışdır. O, bu illər ərzində həmin fərdi yaşayış evini heç kəs tərəfindən heç bir etiraz və narazılıq olmadan istifadə və idarə etmişdir. Həyətin və evin açarı İddiaçıdır. Həyət-bacaya və evə o baxır və idarə edir. Tələblə bağlı qeyd etdiyi şəxslər məhkəmədə şahid qismində dindirilə bilərlər və onların məhkəməyə dəvət olunaraq şahid qismində dindirilməsini istəyir. İddiaçı tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1243-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Cavabdeh3 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək 1979-cu ildə vəfat etmiş mərhum babası X51 qalmış Naxçıvan şəhəri M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində 1 mərtəbəli 4 otaqlı 74.6 kv.m yaşayış, həmçinin 6.5 kv.m qeyriyaşayış sahəsindən ibarət miras əmlakın mərhum anası X69 tərəfindən, ondan qalmış mirasın isə onun vərəsələri tərəfindən qəbul edilmısi faktı tanınmaqla həmin miras əmlaka dair pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, mərhum babası X81 1979cu ildə vəfat etmiş və ondan Naxçıvan şəhəri M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində 1 mərtəbəli 4 otaqlı 74.6 kv.m yaşayış, həmçinin 6.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi miras qalmışdır. Mərhum babam N.Qasımovun aşağıdakı tərkibdən ibarət - 1. X62 - arvadı (vəfat edib); 2. X69 (vəfat edib); 3.X70 (vəfat edib); 4. X50 (vəfat edib); 5. Cavabdeh9; 6. İddiaçı; 7. X45 (vəfat edib) ailə üzvü və vərəsələri omuşdur ki, bu vərəsələrin əksəriyyəti vəfat etmişdir. Belə ki, babam vəfat etdikdən sonra miras əmlak olan evdə xalam Minurə tək yaşamışdır ki, anam Sara da çox vaxt onunla birlikdə yaşamış, miras əmlakın faktiki qəbulu və idarə edilməsində iştirakı olmuşdur. Xalam Minurə xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bundan az keçməmiş anam Sara da vəfat etmişdir. Həmin vaxt yəni anam və xalam vəfat etdikdən sonra babamın vərəsələri ailə qurub ayrı təsərrüfat olaraq fərqli ünvanlarda yaşadıqlarından onlardan qalmış miras faktiki olaraq heç bir vərəsə tərəfindən qəbul edilməmişdir. Sonradan xalam Ləzifə mərhum babam X81 1979-cu ildə vəfat etmiş və ondan Naxçıvan şəhəri M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində 1 mərtəbəli 4 otaqlı 74.6 kv.m yaşayış, həmçinin 6.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi miras qalmışdır. Mərhum babam N.Qasımovun aşağıdakı tərkibdən ibarət - 1. X62 - arvadı (vəfat edib); 2. X69 (vəfat edib); 3.X70 (vəfat edib); 4. X50 (vəfat edib); 5. Cavabdeh9; 6. İddiaçı; 7. X45 (vəfat edib) ailə üzvü və vərəsələri omuşdur ki, bu vərəsələrin əksəriyyəti vəfat etmişdir. Belə ki, babam vəfat etdikdən sonra miras əmlak olan evdə xalam Minurə tək yaşamışdır ki, anam Sara da çox vaxt onunla birlikdə yaşamış, miras əmlakın faktiki qəbulu və idarə edilməsində iştirakı olmuşdur. Xalam Minurə xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bundan az keçməmiş anam Sara da vəfat etmişdir. Həmin vaxt yəni anam və xalam vəfat etdikdən sonra babamın vərəsələri ailə qurub ayrı təsərrüfat olaraq fərqli ünvanlarda yaşadıqlarından onlardan qalmış miras faktiki olaraq heç bir vərəsə tərəfindən qəbul edilməmişdir. Sonradan xalam Ləzifə babamdan qalmış mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmışdır ki, o da ailəli olaraq Bakı şəhərində yaşamaqla həmin şəhərdə qeydiyyatda dayanır və bildiyimə görə uzun müddətdir Bakı Dövlət Universitetində məsul vəzifədə çalışır. Belə olan təqdirdə isə mirasın faktiki olaraq onun tərəfindən qəbul edilməsi mümkün deyil.Hazırki vəziyyətdə isə mərhum babam Nağının vərəsələri müxtəlif ünvanlarda yaşayırlar. Ondan qalmış miras isə faktiki olaraq xalam Minurə tərəfindən qəbul edilmişdir ki, o da ailə qurmamış və tək yaşadığı üçün mərhum anam Sara onunla birlikdə mərhum atasından qalmış mirasın qəbul edilməsində iştirak etmişdir. Buna görə də hesab edirəm ki, mərhum babamdan qalmış miras mərhum xalam və mərhum anam tərəfindən qəbul edildiyindən miras əmlaka dair paylar onların vərəsələri arasında bərabər şəkildə bölünməlidir. Qeyd edim ki, babam uzun müddət bundan əvvəl vəfat etdiyindən həmçinin anam ve xalamın vəfatından sonra miras əmlaka dair sənədlərin əldə edilməsi mümkünsüzlüyü səbəbindən mübahisəlıəndirilən miras əmılakın qəbulu ilə bağlı müvafiq notariat kontoruna müraciətim də nəticəsiz olmuşdur. Buna görə də ərizəmdə göstərilənləri nəzərə alaraq hesab edirəm ki, mərhum babam X51 qalmış Naxçıvan şəhəri M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və onun üzərində 1 mərtəbəli 4 otaqlı 74.6 kv.m yaşayış, həmçinin 6.5 kv.m qeyri-yaşayış sahəsindən ibarət miras əmlakın mərhum anam X69 tərəfindən qəbul edilməsi və mərhum anam X37 qalmış əmlakın onun vərəsələri tərəfindən qəbul edilmısi faktı tanınmaqla həmin miras əmlaka dair payların müəyyən edilməsi barədə qərar qəbul edəcəkdir. Naxçıvan Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə qərardadından Cavabdeh3 tərəfindən verilən şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasında baxılaraq 30 may 2025-ci il tarixdə baxılaraq 2(108)-95/2025 nömrəli qərardadla şikayət təmin edilməmiş, qərardad qüvvəsində saxlanılmışdır. Məhkəmə iclası zamanı izahat verən iş üzrə İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ev atasının adına olub. Evi atası və anası nikahda olan zaman inşa ediblər. X19 1967-ci ildə vəfat edib. Onlar iki qardaş 4 bacı olublar. Ən böyükləri Sara bacısı olub. Sara bacısı 1955-ci ildə evlənib Naxçıvan şəhərinə gəlin köçübdür. Yadındadır ki, o və bacısı onlar ev tikən zaman anası yemək hazırlayırdı, ustalara yemək aparırdılar. Anası 1967-ci ildə vəfat edən zaman evdə o, bacıları Rəfiqə, Minurə, qardaşı Eldar və Cavanşir və atası yaşayırdı. Cavanşir Bakıda təhsil alırdı, özü isə Naxçıvanda ali təhsil alırdı. Həmin il Cavanşir məktəbi qutarıb gəldi, sonra hərbi sahəni seçdi və getdi. 1970-ci ildən sonra o evdə yaşamadı. Atası 1979-cu ildə vəfat edib. Həmin vaxt o ailəli olub, lakin başqa evləri olmadığından valideynləri ilə birlikdə yaşayıb. Həyətdə iki ev olub. Birində qardaşı Eldar və ailə yaşayıb. Birində isə onlar, və Minurə yaşayıb. O 1984-cü ilə qədər Naxçıvanda həmin evdə yaşayıb. Sonra Bakı şəhərinə köçüb və hazırda Bakıda yaşayır. Bakı Dövlət Universitetinin müəllimidir, professordur. Atası vəfat edən zaman həmin evdə o, bacısı Minurə, qardaşı Eldar yaşayırdı. Digər bacısı Rəfiqə atasının sağlığında ailə qurub getmişdir. Daha sonra evin birində Minurə bacısı, birində Eldar qardaşı yaşadı. Minurə ailə qurmamışdı. Hələ onun sağlığında ona hər cür maddi köməklik edibdir, evdə təmir, tikinti nə iş olubsa onun maddi vəsaiti hesabına düzəlibdir. Eldar qardaşı 2003-cü ildə vəfat edib. O vəfat edəndən sonra onun qaldığı evdə ailəsi yaşmağa davam etdi və hazırda oğlu Ramiz həmin evə baxır. Digər tərəfdə isə vəfat edənə qədər Minurə bacısı yaşayıb və 2021-ci ildə koronadan vəfat etdi. Bacısı Munirənin vəfatından sonra 2022-ci ildə digər bacısı Sara vəfat edib. 2023-cü ildə isə qardaşı Cavanşir vəfat edib. Munirə bacısının vəfatından sonra evə özü baxıb, kommunal xərclərini özü ödəyib, nə kimi təmir işi olubsa öz vəsaiti hesabına edib. Orada bacısı Rəfiqə yaşayır. Bu gün Yenilə həmin evdən pay istəyir. Yenilədən başqa bütün vərəsələr əmlakın onun adına sənədləşdirilməsinə etiraz etmirlər. Yenilə bacısı Saranın qızıdır. Munirə bacısının yasında belə Yenilə iştirak etmədi. Bəlkə də 20 ildir ki, həmin evə addım atmayıb. Evdə nə var nə yoxdur bilmir. Onlardan pul istəyir və deyir ki, hamı razılıq versin ev onun adına sənədləşsin, o da onlara pay versin. Razılıq ərizəsi vermir. Ancaq bu düzgün deyil. Yenilənin həmin mirasla uzaqdan yaxından əlaqəsi yoxdur. İddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək verdiyi izahatında iddiaçının izahatına əlavəsi olmadığını, iddianı müdafiə etdiyini və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh9 izahatında bildirmişdir ki, bacısı Ləzifənin dedikləri tam düzgündür. Hələ anası sağ olanda Sara bacısı ailə qurub gedib. Anası vəfat edən zaman evdə o, bacıları Ləzifə, Minurə, qardaşları Eldar və Cavanşir və atası yaşayırdı. Cavanşir anasının vəfatından bir il sonra ali məktəbi Bakıda bitirib Naxçıvana gəldi, sonra hərbi sahəni seçdi və Naxçıvandan getdi. Bir daha da Naxçıvana qayıtmadı. Ləzifə bacısı anası vəfat edəndə Naxçıvanda təhsil alırdı, tələbə idi. Anasının vəfatından 3-4 il sonra özü ailə qurub evdən gedibdir. Atası vəfat edəndə evdə bacısı Ləzifə, qardaşı Eldar və bacısı Minurə yaşayırdı. Ləzifə bacısı ailəli idi və həmin evdə ailəsi ilə birlikdə qalırdılar. İki ev həyətdə var. Eldar qardaşı birində, Munirə və Ləzifə digərində qalırdı. Qardaşı Eldar vəfat edəndən sonra orada Eldarın ailə yaşadı, bu gün də Eldarın oğlu Ramiz o evə baxır. Minurə vəfat edənə qədər öz evində qaldı. Minurə atası ilə qalırdı. 80 yaşında COVİD-19 virusundan vəfat etdi. Ona maddi cəhətdən bacısı Ləzifə baxıb. Bu gün də həmin evdə o yaşayır, ancaq bütün kommunalları, nə təmir işi vaxrsa Ləzifə öz vəsaiti ilə edir. Bacısının vəfatından sonra evdə heç kim qalmırdı. Hazırda o həmin evdə qalır. 1 il olar gəlib. Bakıda yaşayır. Evin bütün kommunal xərcini Ləzifə bacısı ödəyir. Suyun sayğacı xarab olmuşdu, su axıb getmişdi. Ləzifə gəlib dövlətə 150 manat cərimə ödədi. Bacısı Saranın o evlə heç bir gediş-gəlişi olmayıb. Öz evində Naxçıvan şəhərində 90 yaşında vəfat edib. Sara bəlkə də 70 il əvvəl o evdən çıxmışdı. Anası 40 yaşında vəfat etdi. Atası evi alanda iki otaq idi. Anamla evli idilər. Qardaşı Eldar vəfat edənə qədər orada yaşayıb. Cavanşir Bakıda öz evində vəfat edib. Minurənin qəbrini Ləzifə götürüb, yas mərasimini o edib. Heç Yenilə yasa belə gəlib iştirak etməyib. Evdə təmir işləri gedib, hamısını Ləzifə edin. Özü hazırda orada tək yaşayır. Ləzifə Naxçıvan gələndə birlikdə qalırlar. Mirasın Ləzifə tərəfindən qəbul edilməsinə heç bir etirazı yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iddiaya münasibət bildirərək qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il tarixli Qərarına görə vərəsələr miras əmlakda bərabər pay almalıdır. Təmsil etdiyi Yenilə xanım miras qoyan Minurə xanımın bacısı Sara xanımın qızıdır. Yenilə xanım hesab edir ki, anası Sara xanımın da bacısı Munirə xanımdan qalan miras əmlakda vərəsə payı vardır və ona da pay verilməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər X8, X13, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bağırova (Qasımova) Raisə Eldar qızına, Cavabdeh7, Cavabdeh8 məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh3 vəkil və nümayəndə vasitəsilə təmsil olunmuşdur. Cavabdeh X22 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilən xx.xx.2025-ci il tarixdə teleqram göndərilmişdir. Teleqramda bildirmişdir ki, yaşayış evinin xalası İddiaçı adına keçirilməsinə etirazı yoxdur. Cavabdeh4 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilən xx.xx.2025-ci il tarixli teleqramda bildirmişdir ki, yaşayış evinin ona düşən hissəsinin bibim İddiaçı adına keçirilməsinə etirazım yoxdur. Cavabdeh7 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilən xx.xx.2025-ci il tarixli teleqramda bildirmişdir ki, mülkdən heç bir təmənnası yoxdur. Məhkəmə işə cavabdehlər X4, X10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bağırova (Qasımova) Raisə Eldar qızının, Cavabdeh7 və Cavabdeh8 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X30 ifadəsində bildirmişdir ki, həmin həyətdə Minurə xala qalırdı. Minurə xala rəhmətə gedəndən sonra Rəfiqə xala qalırdı. Evə Ləzifə xala baxır və bütün xərclərini o çəkir. Minurə xala tək qalanda da Ləzifə xala həmişə gəlib ona baxırdı. Xərclərini çəkirdi. O həyətdə Rəfiqə xalandan başqa kimisə görməyib. Həyətdə olan ev bir damın altındadır, giriş-çıxış ikidir. Son illərdə Ləzifə xala həyətdə hamam-tualet tikdirib. 2000-ci ildən bu ailəni tanıyır. Qaynanasının bibisi qızlarıdır. 4-5 il əvvəl hamam və mətəbəx tikilibdir. Ləzifə xanımla Munirə xanım tikibdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X64 ifadəsində bidlirmişdir ki, o iddiaçının atasını və anasını görməmişdir. Atası vəfat edəndə Minurə xala, Rəfiqə xala və Ləzifə xala qalırdı. Yeniləni orada görməmişdir. Eldar tərəfə ramiz, Raifə, Raisəni görmüşdür. Bildiyinə görə Sara xalanın başqa evi olub. Minurə xala evdə qalan vaxt evi kim təmir edib bilmir. Amma təmir işləri aparıldığını görübdür. Həyətdə iki ev var. Minurə xala və Eldar əmigil yaşayıblar. Ancaq bir dam altındadır. Sonra Minurə xala tək qaldı. Suları partlayan vaxt özü təmir edib. Təmir pulunu Ləzifə müəllimə veribdir. Eldar əmigil tərəfə Ramiz baxır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 74.60 kv.m yaşayış, qeyri-yaşayış, 6.50 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X61 adına daşınmaz əmlakın dövlət reyestrində 18/12 nömrəli reyestr kitabının 2333 nömrəli vərəqində, xx.xx.2012-ci il tarixdə **********42- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportdan aydın olur ki, X71 aid Sabir küçəssi 16 (220 nömrəli fərdi yaşayış evi 1973-cü il tarixdə pasportlaşdırılmışdır. Naxçıvan Şəhər Nikah Evi tərəfindən xx.xx.2012-ci il tarixli 360 nömrəli arayışdan aydın olur ki, X38 1919-cu ilə aid nikah akt qeydi tapılmamışdır. Yoxlama 1936-1940-cı illər üzrə aparılmışdır. Nikah akt qeydiyyatı kitabları 1936-cı ildən saxlanılır. Naxçıvan Şəhər Nikah Evi tərəfindən xx.xx.2012-ci il tarixli arayışdan aydın olur ki, X43 1934-cü ilə dair doğum akt qeydi tapılmadığını müəyyən edilmişdir. Doğum akt qeydiyyatı kitablarının 1936-cı ildən saxlanılması qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X82, qızı xx.xx.1942-ci il tarixdə doğulmuşdur. X40, X19dır. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh9 xx.xx.1945ci il tarixdə doğulmuşdur. X40, X19dır. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı, qızı xx.xx.1947ci il tarixdə doğulmuşdur. X40, X19dır. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X45 xx.xx.1950-ci il tarixdə doğulmuşdur. X40, X19dır. X62 barəsində tərtib edilən ölüm haqqında arayışdan aydın olur ki, o 30 avqust 1967-ci il tarixdə Naxçıvan şəhəri Sabir ükçəsi 22 ünvanında vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X81 19 mart 1979-cu il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 54 nömrəli, 22 yanvar 2025-ci il tarixli arayışa əsasən, X15 aşağıdakı vərəsələri var:
1. X53, arvadı vəfat edib;
2. X69, qızı vəfat edib;
3. X70, oğlu vəfat edib
4. X50, qızı vəfat edib
5. X45, oğlu vəfat edib
6. Cavabdeh9, qızı 1945-ci il təvəllüdlü
7. İddiaçı, qızı 1947-ci il təvəllüdlü Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 11 iyul 2003-cü il tarixdə verilmiş AZ-İ 028818 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, X70 11 iyul 2003-cü il tarixdə vəfat etmiş, bu haqda 54 nömrəli akt qeydi tərtib olunmuşdur. Qeydiyyat şöbəsi tərəfindən 15 avqust 2023-cü il tarixdə verilmiş AZ-İİ 375095 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, X45 15 avqust 2023-cü il tarixdə vəfat etmiş, bu haqda 431 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah Evi tərəfindən 0.15.2022-ci il tarixdə verilmiş, 802268 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X69 xx.xx.2022-ci il tarixdə, Naxçıvan şəhərində vəfat etmişdir. X29 ölüm haqqında şəhadətnaməsindən aydın olur ki, o, 27 avqust 2021-ci il tarixdə vəfat etmiş və bu barədə 138 nömrəli ölüm akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər 2 saylı Nikah Evindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, xx.xx.1942-ci ildə doğulmuş, xx.xx.2021-ci ildə vəfat etmiş X12 olmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 53 nömrəli, 22 yanvar 2025-ci il tarixli arayışa əsasən, X18nun aşağıdakı vərəsələri var:
1. X36 arvadı vəfat edib;
2. Cavabdeh5 1961-ci il təvəllüdlü;
3. Cavabdeh7 1963-cü il təvəllüdlü;
4. Cavabdeh6 1966-cı il təvəllüdlü.
5. X39 1967-ci il təvəllüdlü Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh7 xx.xx.1963cü il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X27, anası X23r. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh6 xx.xx.1966cı il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X27, anası X23r. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X39 xx.xx.1969-cu il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X27, anası X23r. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh5 xx.xx.1961ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X27, anası X23r. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 29 dekabr 2010-cu il tarixdə verilmiş AZ-İ 433852 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, X36 29 dekabr 2010-cu il tarixdə vəfat etmiş, bu haqda 54 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah Evi tərəfindən 26 yanvar 1989-cu il tarixdə verilmiş, 392496 nömrəli nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X54 ilə Cavabdeh6 arasında 26 yanvar 1989-cu il tarixdə nikah bağlanmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli 78008442 nömrəli arayışından aydın olur ki, Cavabdeh9 15 sentyabr 2003-cü il tarixdən Naxçıvan şəhəri, Nizami ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli 78008467 nömrəli arayışından aydın olur ki, X55 16 oktyabr 2023-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışından aydın olur ki, Cavabdeh5 Nağı oğlu 30 dekabr 2001-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. "xxxx" MMC-nin yaşayış yeri haqqında 351 nömrəli arayışından aydın olur ki, Cavabdeh8 ünvan 5 ünvanında yaşayır. 77 Saylı Mənzil Kommunal İstismarı sahəsinin 769 nömrəli arayışından aydın olur ki, Cavabdeh7 20 yanvar küçəsi, ev 15, mənzil 26 ünvanında qeydiyyatdadır. Nəsimi rayonu 33 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli 800 nömrəli arayışından aydın olur ki, X45 vəfat edən günədək ünvan 7 ünvanında qeydiyyatda olub. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh4 xx.xx.1999cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X11, anası X3r. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 52 nömrəli, 22 yanvar 2025-ci il tarixli arayışa əsasən, mərhum X43 aşağıdakı vərəsələri var:
1. X35 əri vəfat edib;
2. Cavabdeh1, oğlu 1956-cı il təvəllüdlü;
3. X24, oğlu 1960-cı il təvəllüdlü;
4. X31, qızı 1962-ci il təvəllüdlü.
5. Cavabdeh3, qızı 1966-cı il təvəllüdlü Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh1 xx.xx.1956cı il tarixdə doğulmuşdur. X7, anası X47r. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli 78008461 nömrəli arayışından aydın olur ki, X22 10 may 2012-ci il tarixdən ünvan 8 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışından aydın olur ki, Cavabdeh1 26 fevral 2015-ci il tarixdən ünvan 9 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər Nikah Evi tərəfindən 05 sentyabr 2024-cü il tarixdə verilmiş 216875 nömrəli çıxarışdan aydın olur ki, X35 və X69 xx.xx.1955-ci ildə nikah bağlamışdır, bu haqda 33 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıvan şəhər Nikah Evi tərəfindən 05 sentyabr 2024-cü il tarixdə verilmiş 082326 nömrəli çıxarışdan aydın olur ki, X22 xx.xx.1962-ci ildə doğulmuşdur, bu haqda 458 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 2019 nömrəli, 12 dekabr 2024-cü il tarixli arayışa əsasən, Hüseynova X41 şəhəri M.Ə.Sabir küçəsi, ev 92 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X16 xx.xx.1990-cı il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda 212 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışından aydın olur ki, İddiaçı 29 iyun 2017-ci il tarixdən ünvan 13 ünvanında qeydiyyatdadır. Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 1128/20234 nömrəli məktubda bildirilir ki, iddiaçının 12 avqust 2024-cü il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbuletdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzilistismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu və payın müəyyən olunması məhkəmə tərəfindən təyin olunur. Müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Məhkəmə iddianı təmin edərkən gəldiyi nəticəni yuxarıda qeyd olunan işin faktiki halları ilə əlaqəli şəkildə əsaslandırmaqla iddia tələbinin mirasın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verir. Belə ki, iddiaçının tələbi miras əmlakın onun tərəfindən qəbul edilməklə payların müəyyən edilməsi tələbidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, aydınlaşdırılmalı halların birincisi sözügedən əmlakın ər-arvadın birgə nikahı dövründə əldə edilən əmlak olunolmaması məsələsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin adları yuxarıda qeyd edilmiş Qərarlarında formalaşmış mövqeyini qeyd etməkdə məqsədi ondan ibarətdir ki, sözügedən daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmaqla daşınmaz əmlak üzərində payların müəyyən edilməsi kimi iddia tələbi irəli sürlümüşdür. Məhkəmənin yuxarıda gəldiyi nəticədə sözügedən əmlakın birgə nikah dövründə əldə edilməsi hüquqmüəyyənedici sənədlə öz təsdiqini tapması qeyd edilmişdir. Həmin əmlakın hər iki ½ hissə mülkiyyətçisinin əmlakı barədə vərəsələrin payının müəyyən edilməsi iddia tələbindən kənara çıxılması hesab edilməməlidir. Ona görə ki, hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla miras əmlakın hüquqi taleyi ilə vərəslər arasında olan bütün məsələlərin bir iddia çərçivəsində həll edilməsi prosessual qənaət prinsipinə də uyğun hesab edilir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Mülki prosessual qanunvericiliyin bu normasını rəhbər tutaraq məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinə həm qüvvədə olan, həm də qüvvədən düşmüş mülki qanunvericiliyin əmlak və vərəsəlik hüquq normalarına əsaslanmaqla hüquqi qiymətləndirmə aparılmalıdır. Məhkəmə bu halın qiymətləndirilməsi üçün qeyd edir ki, miras əmlakın ər-arvadın nikahı dövründə əldə edilən əmlak olub-olmamasına münasibətdə qeyd edir ki, 1928-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR Nikah, Ailə və Qəyyumluq və vətəndaş halları Aktların Qeydiyyatı Məcəlləsinin 24-cü maddəsinə görə nikahdan əvvəl ər və arvada təllayüq edilən əmlak onların ayrı malı olub qalır. Nikah davam etdiyi dövrdə qazanılan əmlak isə ər-arvadın ortaqlı malı hesab olunur. Hansı birinə çatası hissə haqqında mübahisə zühur etdikdə məsələ məhkəmə qərarı üzrə həll olunur. Hazırki iş üzrə miras qoyan X51 miras qalan əmlakın tərəflərin izahatları ilə hər nə qədər valideynlərinin birgə nikahları dövründə əldə edilməsi qeyd edilsə də onların nikah akt qeydi üzrə məlumatlar tapılmamışdır. Bu halda isə sözügedən miras əmlakın ərarvadın birgə nikahları dövründə əldə edilməsi barədə təməl olan mötəbər sənəd-nikah haqqında akt qeydi olmadığından həmin əmlaka birgə mülkiyyət adlandırmaq mümkün deyildir və miras qoyan X61 öz əmlakı hesab edilməlidir. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Miras qoyan X81 19 mart 1979-cu il tarixdə vəfat etmişdir. Belə olan halda hazırki tələb üzrə miras əmlaka münasibətdə 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 561-ci maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə görə vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay küçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, X32 1979cu il tarixdə vəfat etdikdən sonra ondan qalan mirası birinci növbəli vərəsələri mərhumlar X70, X50 və İddiaçı qəbul etmişdir. Belə ki, tərəflərin izahatları, şahid ifadələri ilə miras qoyan vəfat etdiyi vaxt hər üç vərəsənin həmin ünvanda yaşadıqları müəyyən edilmişdir. Miras əmlakda adları qeyd edilən birinci növbəli vərəsələrin məhrum X61 vəfatından sonra yaşamasını tərəflərin hər hansı biri mübahisələndirmir. Digər şəxslərin-birinci növbəli vərəsəsi X25 isə sağlığında atasının vəfatından sonra ondan qalan miras əmlakı qəbul etmələri işə baxılan zaman müəyyən edilməmişdir. Eləcə də digər birinci növbəli vərəsə Cavabdeh9 atasının vəfatından təxminən 5-6 il əvvəl ailə qurub gəlin köçdüyünü, həmin əmlakda yaşmadığını bildirmişdir. X56 münasibətdə isə nəzərə alınmalıdır ki, iş materialları ilə müəyyən edilmişdir ki, Sara Qasımovanın doğum akt qeydi məlumatlar əsasında müəyyən edilməmişdir. Yəni onun miras qoyanla hüquqi bağlığını təsdiq edən mötəbər sübut yoxdur. Bununla yanaşı hətta təsdiq edildiyi halda belə onun mirası qəbul etməsi işə baxılan zaman təsdiqini tapmamışdır. Belə olan halda X15 vəfatından sonra ondan qalan Naxçıvan şəhəri M.Ə.Sabir küçəsində 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 74.60 kv.m yaşayış, 6.5 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evində mirası qəbul edən vərəsələri- X18nun, X2 və İddiaçı hər birinin payı 1/3 hissə (miras əmlak 3 vərəsə arasında bərabər bölünməklə) pay hüququ müəyyən edilməlidir. İşin arasıdırılmış halları ilə müəyyən edilir ki, mərhum X50 27 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Bu hissədə isə miras əmlakla bağlı hüquqi məsələlər qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüquq normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə miras əmlakdan payın müəyyən olunması tələbinə hüquqi qiymət verərək aşağıdakı halların zəruriliyini qeyd edir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsində 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 74.60 kv.m yaşayış, 6.5 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evindən iddiaçının mirası qəbul edilməsi və payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. İşin halları ilə müəyyən edilir ki, mərhum X50 vəfat edən zaman subay olmuş və onun valideynləri vəfat etdiyindən birinci növbəli vərəsələri həyatda olmamışdır. İkinci növbəli vərəsələri isə bacıları Cavabdeh9, İddiaçı və X45 olmuşdur. X56 münasibətdə isə nəzərə alınmalıdır ki, iş materialları ilə müəyyən edilmişdir ki, Sara Qasımovanın doğum akt qeydi məlumatlar əsasında müəyyən edilməmişdir. Yəni onun miras qoyanla hüquqi bağlığını təsdiq edən mötəbər sübut yoxdur. Bununla yanaşı hüquqi bağlılıq sübuta eytirilsə belə onun mirasın qəbul etməsi işə baxılan zaman təsdiqini tapmamışdır. İşə baxılan zaman tərəflərin izahatlarından, şahid ifadələrindən aydın olmuşdur ki, mərhum Minurə Qasımovadan miras qalan əmlak İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmişdir. Cavabdeh9 izahatında həmin ünvanda faktiki olaraq yaşadığını bildirmiş, hansı müddətdə yaşaması ilə bağlı suala cavab olaraq təxminən 1 il əvvəldən həmin ünvanda yaşadığını, məhkəmə işlərinə görə burada olduğunu qeyd etmişdir. Yəni miras qoyanın vəfatından sonra qanunla müəyyən eidlmiş müddət ərzində onun vərəsələri mirasın faktiki və ya formal qəbul edilməsinə yönəlmiş hərəkətləri həyata keçirməsi nəzərə alındıqda məhkəmə qeyd edir ki, bu halda cavabeh Cavabdeh9 həmin ünvanda yaşaması miras qoyanın vəfatından sonra təxminən üç il sonraya təsadüf etməsi nəzərə alınmalı və bu hal mirasın qəbul edilməsi kimi qiymətləndirilməməlidir. Bununla yanaşı məhkəmə belə hesab edir ki, mərhum X26 miras qalan Naxçıvan şəhəri Sabir küçəsində 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 74.60 kv.m yaşayış, 6.5 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinin İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməklə tam pay hüququ müəyyən edilməlidir. Qüvvədən düşən Mülki Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. İş materiallarında olan cavabdehlər X57 tərəfindən verilmiş 17 avqust 2024-cü il tarixli, Cavabdeh1 tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli, Cavabdeh9 tərəfindən verilən 21 avqust 2024-cü il tarixli, X22 tərəfindən verilən 13 avqust 2024-cü il tarixli və Cavabdeh4 tərəfindən verilən 15 avqust 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən aydın olur ki, onlar X51 çatan mirası qəbul etməmişlər və etmək niyyətində deyillər. Məhkəmə cavabdehlərin miras qalan əmlakdan imtina etməsinə dair notarial qaydada verilmiş ərizə ilə əlaqədar bildirir ki, həmin ərizə atasının mirasına münasibətdə keçmiş, mülki qanunvericilikdə müəyyən edilən mirasdan imtina üçün nəzərdə tutulan müddət ərzində verilmədiyindən onun heç bir əhəmiyyəti yoxdur. Həmin ərizələr həm müddətində verilmədiyindən hər hansı hüquqi əhəmiyyəti olmaması nəzərə alınmalıdır. Məhkəmə miras şərikliyinə son qoyulması ilə nəticələnən məhkəmə aktı qəbul etməklə yekunda belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, miras qoyan X51 miras qalan Naxçıvan şəhəri Sabir küçəsində 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 74.60 kv.m yaşayış, 6.5 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi daşınmaz əmlakın X18, mərhum X50 və İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməklə hər birinin payı 1/3 hissə (miras əmlak 3 vərəsə arasında bərabər bölünməklə) pay hüququ müəyyən edilməli, X2 vəfatından sonra ondan qalan miras əmlakın-daşınmaz əmlakın 1/3 hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı tanınmaqla həmin əmlakda tam pay hüququ müəyyən edilməlidir. Naxçıvan şəhəri Sabir küçəsində 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 74.60 kv.m yaşayış, 6.5 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi daşınmaz əmlakı ümumi olaraq 2/3 hissədə İddiaçı, 1/3 hissədə X18nun pay hüququ müəyyən edilməlidir. Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 miras əmlakda cavabdehin anasının pay hüququnun müəyyən edilməsi və ona münasibətdə cavabdehin pay hüququnun müəyyən edilməsi üçün miras əmlakın faktiki olaraq qəbul edilməsinə dair hər hansı sübut təqdim etməmiş, tələbinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi sözügedən Plenum Qərarı qüvvəyə mindikdən sonra yaranan vərəsəlik münasibətlərinə şamil edilir. Miras qoyan X81 1979-cu ildə, X50 2021-ci il tarixdə vəfat etmişdir. Onların vəfat etdikləri vaxt mirasın açılma vaxtı və vərəsəlik münasibətlərinin yarandığı vaxtdır. Həmin vaxt isə Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarı qəbul edilməmişdir. Buna görə də qeyd edilən Qərarın hazırki iddiaya münasibətdə tətbiq edilməsi yolverilməzdir. Digər tərəfdən Cavabdeh3 anası X43 doğum akt qeydi olmadığından miras qoyanlarla vərəsə hüquq münasibətlərində olmasını təsdiq edən hər hansı mötəbər sənədlərini təqdim etməmişdir. Vərəsəlik hüquq münasibətlərinin həll edilməsi üçün zəruri və ilkin sənəd məhz hüquqi bağlılığın-qohumuq münasibətlərinin təsdiq edən sənədlərin təqdim edilməsidir. Bu sənədlər isə mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər X17, X22, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bağırova (Qasımova) Raisə Eldar qızı, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada tutularaq İddiaçı qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. Miras qoyan X51 miras qalan Naxçıvan şəhəri Sabir küçəsində 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 74.60 kv.m yaşayış, 6.5 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin-daşınmaz əmlakın mərhum X50 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməklə 1/3 hissə pay hüququ müəyyən edilsin. Həmçinin miras qoyan X51 miras qalan Naxçıvan şəhəri Sabir küçəsində 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 74.60 kv.m yaşayış, 6.5 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin-daşınmaz əmlakın X18 və İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməklə hər birinin 1/3 hissə pay hüququ müəyyən edilsin. X2 vəfatından sonra ondan qalan miras əmlakın-daşınmaz əmlakın 1/3 hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı tanınmaqla həmin əmlakda tam pay hüququ müəyyən edilsin. Nəticədə Naxçıvan şəhəri Sabir küçəsində 0.0922 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 74.60 kv.m yaşayış, 6.5 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evində-daşınmaz əmlakda ümumi olaraq 2/3 hissədə İddiaçı, 1/3 hissədə X18nun pay hüququ müəyyən edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər X17, X22, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bağırova (Qasımova) Raisə Eldar qızı, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.