Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-45/2025 24.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh6 və Cavabdeh1 qarşı əmlakın açıq hərracdan satılması və satış dəyərinin bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.3871 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 m2 olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satış dəyərinin aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ilkin iddia tələbinin dəqiqləşdirilməsi zərurətinin yarandığını bildirmiş və ərizənin nəzərə alınaraq iddia tələbinə “İddiaçı cavabdehlər Cavabdeh6 və Cavabdeh1 qarşı əmlakın açıq hərracdan satılması və satış dəyərinin bölünməsi tələbi” çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 24 yanvar 2025-ci il tarixli qərardadı ilə iddia tələbinə “İddiaçı cavabdehlər Cavabdeh6 və Cavabdeh1 qarşı əmlakın açıq hərracdan satılması və satış dəyərinin bölünməsi” çərçivəsində baxılması qərara alınmışdır. 23 yanvar 2025-ci il tarixdə tərəflər qarşılıqlı razılığa gələrək aşağıdakı məzmunda barışıq sazişi bağlamışdırlar.
1. Cavabdeh1 Şahbuz rayon, Kükü kəndində yerləşən 15 iyul 2015-ci il tarixdə vəfat edən X3 miras qalmış 1/7 payı İddiaçı bağışlamağı öhdəsinə götürür.
2. Cavabdeh6 Şahbuz rayon, Kükü kəndində yerləşən 19 aprel 2014-cü il tarixdə vəfat edən anası X2 miras qalmış 1/7 payı iddiaçı xalası İddiaçı bağışlamağı öhdəsinə götürür.
3. İddiaçı Şahbuz rayon, Kükü kəndində yerləşən 5/1 payını və mərhum qardaşı X3 miras qalmış 1/7 payı və mərhum bacısı X2 miras qalmış 1/7 payı onların vərəsələrindən qəbul edib, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətində adına qeydiyyatdan keçirib, mülkiyyət sənədi aldıqdan sonra, yaşayış evini 400(dörd yüz) kvm torpaq sahəsi ilə birlikdə mərhum qardaşı X5 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh2 və 400 (dörd yüz) kvm torpaq sahəsini mərhum bacısı X1 vərəsəsi olan Cavabdeh6 bağışlamağı öhdəsinə götürür.
İmza: imza İddiaçı. İmza: imza Cavabdeh1. İmza: imza Cavabdeh6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə İddiaçı, Cavabdeh1 və Cavabdeh6 imzaladıqları barışıq sazişini müzakirə edib belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də İddiaçı, Cavabdeh1 və Cavabdeh6 arasında imzalanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 27372 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarlmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərarverdi:
İddiaçı, Cavabdeh1 və Cavabdeh6 arasında imzalanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı cavabdehlər Cavabdeh6 və Cavabdeh1 qarşı əmlakın açıq hərracdan satılması və satış dəyərinin bölünməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 27372 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva