Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-458/2024 16.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçinin nümayəndəsi X3 və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23-355-25 maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə uyğun olaraq tərəflər arasında bağlanılmış 07 mart 2023-cü il tarixli, A-308 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Ərizəçində mexanik-elektrik kimi fəaliyyət göstərmiş X4 tərəfindən cəmiyyətin quşçuluq sahəsində istehsal olunan cücələrin alışı ilə bağlı 7050,0 manat borc yaranmışdır. Həmin borcun ödənilməsi məqsədilə vətəndaşa dəfələrlə şifahi və yazılı müraciət olunmasına baxmayaraq vəsaitin ödənilməsi təmin edilməmişdir. Cari ilin mart ayı ərzində məsələnin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən tərəflər arasında 07 mart 2023-cü il tarixli, A-308 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Cəmiyyətin mexanikelektriki X4 tərəfindən cəmiyyətə olan 7050,0 manat borcun 01 aprel 2023-cü il tarixdən etibarən hər ayın birindən otuzunadək 300 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin ötən müddət ərzində X4 tərəfindən barışıq sazişinin müddəaları pozularaq Cəmiyyətə ödənişin aparılması təmin olunmamışdır. Məsələnin hüquqi istiqamətdə həlli məqsədilə Cəmiyyət tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən könüllü ödənişin aparlması məqsədilə vətəndaşa 11 iyul 2023-cü il tarixdə müraciət göndərilmişdir. Ötən müddət ərzində Cəmiyyət tərəfindən qanunvericiliyə uyğun tədbirlərin görülməsinə baxmayaraq vəsaitin ödənilməsi istiqamətində müsbət nəticə əldə edilməmişdir. Ərizəçinin nümayəndəsi X5 məhkəmə baxışı iclasında Maraqlı şəxs həmin dövrdə Ərizəçində mexanik-elektrik kimi fəaliyyət göstərdiyini, X1 dəfələrlə Ərizəçi quşçuluq sahəsindən cücə götürdüyünü, satışını həyata keçirdiyini, bunun işlə əlaqəsi olmadığını, Maraqlı şəxs özü üçün etdiyini, əvvəllər götürdüyü cücələrin pulunu Ərizəçinə qaytardığını, son dövrlər götürdüyü cücələrin pulunu qaytarmadığını, Maraqlı şəxs tərəfindən cəmiyyətin quşçuluq sahəsində istehsal olunan cücələrin alışı ilə bağlı 7050,0 manat borcu yarandığını, 07 mart 2023-cü il tarixli, A-308 saylı barışıq sazişinə əsasən pulu hər ay 300 manat olmaqla qaytarmağı öhdəsinə götürdüyünü, saziş bağlandıqdan sonra Maraqlı şəxs ödəniş həyata keçirmədiyini, şəxsin işdən çıxarıldığını, bunun səbəbinin Ərizəçi öz fəaliyyətini dayandırması olduğunu, bütün işçilərin işdən çıxarıldığını, barışıq sazişinin təsdiq olunmasını istədiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə Maraqlı şəxs məhkəmə baxış iclasında izahat verərək izahatında cücələri aldığını və pulunu qaytarmadığını qəbul etdiyini, ərizəçi ilə barışıq sazişi bağladıqlarını, ayda 300 manat ödəməyi öhdəsinə götürdüyünü, götürdüyü cücələrin çoxunun öldüyünü, qalanını isə satdığını, 6000 cücə götürdüyünü, 7050 manat pul ödəməli olduğunu, sonra işdən çıxarıldığını, hal-hazırda 360 manat əmək haqqı aldığını, cücələrə yer düzəltmək üçün bankdan pul götürdüyünü, ayda 125 manat banka pul ödədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını qiymətləndirən məhkəmə müəyyən edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişinin imzalanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarında olan 07 mart 2023-cü il tarixli, A-308 saylı barışıq sazişindən Ərizəçi nümayəndəsi X7 ilə Maraqlı şəxs arasında həmin tarixdə mediator X6 iştirakı ilə barışıq sazişi bağlanması, barışıq sazişinə əsasən "xxxx" MMC-də satış bölməsinin mexanikelektrik vəzifəsində işləyən X1 MMC-nin Quşçuluq sahəsində istehsal olunan cücələrin alışı ilə bağlı yaranmış 7050 (bir yeddi min əlli) manat borcu xx.xx.2023-cü il tarixindən etibarən hər ayın 1-dən 30-dək 300 manat olmaqla ödəməyi öz öhdəsinə götürməsi aydın olur. -İş materiallarında olan Ərizəçi direktoru X5 tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli, 07 nömrəli əmrin surətindən görünür ki, Maraqlı şəxs 01 mart 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Ərizəçi MMC-yə tam ştat vahidi ilə mexanik-elektrik vəzifəsinə keçirilmişdir. -İş materiallarında olan Ərizəçi direktoru X5 tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 11 nömrəli əmrin surətindən görünür ki, Maraqlı şəxs təsərrüfat bölməsinin mexanikelektriki 03 aprel 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. -İş materiallarında olan 11 iyul 2023-cü il tarixli, 13 nömrəli məktubunun surətindən görünür ki, Ərizəçi direktoru X5 tərəfindən Maraqlı şəxs borcun ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs borcun ödənilməsinə dair barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. Maraqlı şəxsə ərizənin surətinin göndərilməsinə baxmayaraq tələbə qarşı etirazı və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər aralarında bağlanmış barışıq sazişində alimentin ilk ödənişinin xx.xx.2023-cü il tarixdə olacağı və borcun hər ayın 1-dən 30-dək ödəniləcəyi barədə razılığa gəlmişlər. Beləliklə, məhkəmə barışıq sazişinin bağlanmasından sonra könüllü icra müddətində icra edilmədiyini, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 mart 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, 07 mart 2023-cü il tarixli barışıq sazişi əsasında Maraqlı şəxs Quşçuluq sahəsində istehsal olunan cücələrin alışı ilə bağlı yaranmış 7050 (yeddi min əlli) manat borc üçün hər ay 300 (üç yüz) manat məbləğində pul tutularaq Ərizəçinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə təmin edilməli olduğundan ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunmalı; - Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 mart 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli; -Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs Quşçuluq sahəsində istehsal olunan cücələrin alışı ilə bağlı yaranmış 7050 (yeddi min əlli) manat borc üçün hər ay 300 (üç yüz) manat məbləğində pul tutularaq Ərizəçinə ödənilməli; - Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 mart 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs Quşçuluq sahəsində istehsal olunan cücələrin alışı ilə bağlı yaranmış 7050 (yeddi min əlli) manat borc üçün hər ay 300 (üç yüz) manat məbləğində pul tutularaq Ərizəçinə ödənilsin. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-458/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-458/2024
16.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver