Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-46/2025 29.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəm hər iki şəxsin paylı mülkiyyətində olan Naxçıvan şəhəri,Səməd Vurğun küçəsi,ev 21 ünvanındakı 0,0275 ha torpaq sahəsi üzərindəki sahəsi 21,10 kv.m olan fərdi yaşayış evinin və İddiaçı tərəfindən tikilmiş ikimərtəbəli,sahəsi 121 kv.m olan evin açıq hərracdan satılması və Naxçıvan şəhəri,Səməd Vurğun küçəsi,ev 21 ünvanındakı 0,0275 ha torpaq sahəsi üzərindəki sahəsi 21,10 kv.m olan fərdi yaşayış evinin satış pulunun İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal hazırda Naxçıvan şəhəri, Səməd Vurğun küçəsi,ev 21 ünvanında yerləşən 0,0275 ha torpaq sahəsi üzərindəki sahəsi 21,10 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 9/10 (onda doqquz) hissədə cavabdehin,1/10 hissəsi isə özünün mülkiyyətindədir.Cavabdeh tərəfindən hər ikisinin paylı mülkiyyətində olan evin naturada bölünməsi barədə tələb irəli sürülsə də, tələb məhkəmə tərəfindən təmin edilməmişdir.Onu da bildirmişdir ki,tərəfindən müvafiq bildirişlə Cavabdeh müraciət edilərək, Naxçıvan şəhəri, Səməd Vurğun küçəsi,ev 21 ünvanındakı evdəki hüquqlarından cavabdehin xeyrinə imtina etəyin müqabilində tikdiyi ikimərtəbəli, sahəsi 121 kv.m evin tikilməsinə çəkdiyi 38.000 manat məbləğində xərcin, eləcə də paylı mülkiyyətdə olan 0,0275 ha torpaq sahəsi və üzərindəki 21,10 kv.m sahənin 1/10 hissəsinin,təxminən 4000 manatın,ümumilikdə 42.000 manat məbləğində pulun 5 (beş) gün ərzində ona ödənilməsi xahiş edilmiş, əks halda,mövcud qanunvericiliyə əsasən, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin hərracdan satılması və satış pulunun 1/10 hissəsinin oa ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Ev miras əmlak kimi adlansa da özü yenidən həmin evi söküb tikmişdir. Köhnə ev ev olaraq yoxdur. 40000 manat həmin evə xərc qoymuşdur. O vaxt məhkəmə qətnaməsi qəbul ediləndə ona 1 pay verildi. 9 pay cavabdehə verildi. Neçə vaxtlar həmin 1 pay atasının adında qaldı. Sonra o İnzibati Məhkəməyə müraciət edib çıxarış aldı. İndi o evdə yaşaya bilmir. Çünki qapısının ağzını cavabdeh zibil yeri edib. İçəri daxil olmaq olmur. Dözülməz şərait yaradıb. O da deyir ki, xərci ödəsinlər evdən çıxsın. O vaxt texniki pasportun əslini almayıb. Çıxarışın əsli onda olub. Nə veriblərsə məhkəmə əli ilə veriblər. İddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, həmin ev miras evdir. Bünövrə yerində qalıb, üstü tikilib. Həmin ev cavabdehin tikdiyi ev hesab edilə bilməz. O vaxt məhkəmə olanda o rüsum ödəyib. Əvəzində yeni texniki pasport verməli idilər. Ancaq onun atasına verilən texniki pasport daşınmaz əmlakın nümayəndəsinin seyfindən çıxdı. Hər yerə şikayət etdi. O vaxt rüsum ödəsə də yeni ölçü aparıb yeni texniki pasport verməyiblər. Bu gün ekspert rəy vermir ki, ev miras ev deyil, ancaq ev sökülüb tikilməyib, üstü qaldırılıb. Evin 9 hissəsi ona məxsusdur. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak etmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Cavabdeh müraciəti araşdırılmışdır. Müəyyən edilmişdir ki, onun nümayəndəsi-digər qardaşı Xidmətə yazılı müraciət edib, onlarda olan texniki pasportun əslinin məhv olunduğunu bildirmişdir. Həmin tecniki pasport götürülmüş, Xidmətdə olan texniki pasportun dublikatı vətəndaşa verilmişdir. Çıxarış isə əsli verilmişdir. Dəfələrlə yerində baxış keçirilmiş, yeni ölçülər və texniki pasportda olan ölçülər müqayisə edilmişdir və fərq gözlə görünə biləcək dərəcədədir. Baxış zamanı müəyyən olundu ki,275.10 kv.m həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi sənəd üzrə 21.10 kv.m-dir.Əmlakın bölünməsi mümkün olmadığından əmlakdan vərəsələrə çatacaq pay müvafiq olaraq, İddiaçı 1/10,Cavabdeh 9/10 hissə müəyyən olunmuşdur.Fərdi yaşayış evi naturada yenidən ölçüldü və məlum oldu ki,TİB-in avqust 1963-cü il tarixli,3039 inventar nömrəli texniki pasportunda göstərilən ölçülər və sahə ilə faktiki faktiki ölçülər və sahə eynilik təşkil etmir.Fərdi yaşayış evi 1-ci mərtəbədə zal 45.82 kv.m,2-ci mərtəbədə sanitar qovşağı 6.14 kv.m , otaq 29.81 kv.m,zal 35.77 kv.m-dən ibarətdir.texniki pasportda fərdi yaşayış evinin ümumi sahəsi 21.10 kv.m olmasına baxmayaraq,faktiki ümumi sahə 117.54kv.m tikinti altı sahə isə 97.56 kv.m təşkil edir. Bununla bağlı rəy təqdim etmişdir. Məhkəmə baxışı iclasında ekspert X4 izahatında ekspert rəyi verilməsi üçün mütəxəsislə birlikdə əmlaka baxış üçün getdiklərini, lakin cavabdehin yeni texniki pasport tələb etdiyini, ona görə baxışa imkan vermədiyini, bir dəfə iş üzrə rəy verildiyini, miras əmlakla mövcud əmlak ölçüləri arasında ciddi fərq yarandığını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işin mahiyyəti ilə əlaqədar işə əlavə edilmiş aşağıdakı materialları qiymətlənmişdir: Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 0.0275 ha torpaq sahəsinin 9/10 hissəsi Cavabdeh,1/10 hissəsi isə İddiaçı Nurədin oğlunun mülkiyyətindədir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 04/1059 nömrəli məktubunda qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(078)-1183/2024 nömrəli müraciəti ilə əlaqədar Naxçıvan şəhəri,Səməd Vurğun küçəsi,ev 21 ünvanında Cavabdeh (9/10 hissə) və İddiaçı (1/10 hissə) paylı mülkiyyətlərində olan 0,0275 ha torpaq sahəsinin üzəridə yerləşən , ümumi sahəsi 21,10 kv.m olan fərdi yaşayış evinin hal-hazırda mövcud olmaması qiymətləndirmə obyektinin bərpasına,yaxud da əvəzləşdirilməsinə lazım olan xərclərin müəyyən edilməsinə imkan vermədiyindən əmlakın dəyərinin müəyyənləşdirilməsi mümkün olmamışdır. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 818 nömrəli Fərmanına əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətindəki torpaqlar və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyəti göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və kofərqləri) Azərbaycan Respublikası Topaq Məcəlləsinin 43-cü maddəsinə uyğun yerquruluşu qaydasında aradan qaldırılır. Buna razılıq olmadıqda isə Azərbaycan Respublikası Topaq Məcəlləsinin 103-cü maddəsinə uyğun olaraq müvafiq məhkəmədə baxılır. -Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Texniki Pasportu” na, əsasən, ünvan 3 ünvanında yerləşən 0.0275 ha torpaq sahəsinin planı və ölçüləri iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair 19 dekabr 2024-cü il tarixli, 2(078)-1183/2024 nömrəli işlə əlaqədar 23 yanvar 2025-ci il tarixində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülnar Səfərəliyevanın,Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin baş məsləhətçisi X1,iddiaçı X2 və cavabdehin iştirakı ilə baxış keçirildi.ünvan 4 ünvanında yerləşən 275.10 kv.m sahəsi olan həyətyanı torpaq sahəsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ,A 033701 inventar nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə dövlət reyestrində qeydiyyata alınmışdır.Baxış zamanı müəyyən olundu ki,275.10 kv.m həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi sənəd üzrə 21.10 kv.m-dir.Əmlakın bölünməsi mümkün olmadığından əmlakdan vərəsələrə çatacaq pay müvafiq olaraq, İddiaçı 1/10,Cavabdeh 9/10 hissə müəyyən olunmuşdur.Fərdi yaşayış evi naturada yenidən ölçüldü və məlum oldu ki,TİB-in avqust 1963-cü il tarixli,3039 inventar nömrəli texniki pasportunda göstərilən ölçülər və sahə ilə faktiki faktiki ölçülər və sahə eynilik təşkil etmir.Fərdi yaşayış evi 1-ci mərtəbədə zal 45.82 kv.m,2-ci mərtəbədə sanitar qovşağı 6.14 kv.m , otaq 29.81 kv.m,zal 35.77 kv.mdən ibarətdir.texniki pasportda fərdi yaşayış evinin ümumi sahəsi 21.10 kv.m olmasına baxmayaraq,faktiki ümumi sahə 117.54kv.m tikinti altı sahə isə 97.56 kv.m təşkil edir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 689 saylı Ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, baxış zamanı aşkar olunmuş faktiki vəziyyətini, mülki iş materiallarında olan zəruri məlumatları və məhkəmə tərəfindən tədqiqata təqdim edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin baş məsləhətçisi K.Quliyevin şəxsi imzası ilə təsdiq edilmiş mütəxəssis rəyinin göstəricilərini nəzərə alaraq, Naxçıvam şəhəri,Səməd Vurğun küçəsi,ev 21 ünvanında yerləşən,mübahisəli fərdi yaşayış evinin sənəd (TİB-in avqust 1963-cü il tarixli,3039 saylı texniki pasportu) üzrə ümumi sahəsinin 21.10 kv.m,mövcud vəziyyətdə isə evin ümumi sahəsinin 117.54 kv.m,tikinti altı sahəsinin 97.56 kv.m təşkil etdiyi müəyyən olunur.Naxçıvan şəhəri,Səməd Vurğun küçəsi,ev 21 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin daxili və xarici sahələrində əhəmiyyətli dərəcədə tikintiquraşdırma və təmir işlərinin aparılması nəticəsində,evin sənəd üzrə ümumi sahəsi ilə faktiki (mövcud) sahə arasında fərq yaranmışdır. Məhkəmə tərəflərin və mütəxəssisin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Qeyd olunmalıdır ki, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Saliba Maltaya qarşı iş üzrə 2005-ci il 8 noyabr və X9rşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ilkin və ən mühüm tələbi ondan ibarətdir ki, dövlət orqanının mülkiyyətdən dinc istifadəyə hər hansı müdaxiləsi qanuni olmalıdır. Qanunun aliliyi demokratik cəmiyyətin təməl prinsiplərindən biri kimi Konvensiyanın bütün maddələrinin ayrılmaz elementi olmaqla dövlətin və ya hər hansı dövlət orqanının ona qarşı qəbul edilmiş məhkəmə əmrlərini və ya qərarlarını yerinə yetirmək vəzifəsini özündə ehtiva edir. Qanuçuluq tələbi onu da ifadə edir ki, daxili hüquq normaları kifayət qədər əlçatan, dəqiq və proqnozlaşdırıla bilən olmalıdır. Oxşar mövqe Avropa Məhkəməsinin Moskal Polşaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, öz əmlakından maneəsiz istifadə hüququna dövlət hakimiyyətinin istənilən müdaxiləsi qanuni olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci abzasının ikinci cümləsi əmlakdan məhrum etməni yalnız “qanunla nəzərdə tutulmuş hallarda” mümkün sayır, ikinci abzas isə dövlətlərin mülkiyyətdən istifadəyə nəzarəti qanunları təmin etməklə həyata keçirilməli olduğunu müəyyən edir. Həmçinin şəxsin əmlakından məhrum edilməsinə gətirib çıxaran qanunvericiliyin retroaktiv tətbiqi bir tərəfdən ümumi maraqların tələbləri, digər tərəfdən isə “əmlakdan” maneəsiz istifadə etmək hüququnun müdafiəsi arasında ədalətli tarazlığın pozulmasına səbəb olur (Avropa Məhkəməsinin Moris Fransaya qarşı iş üzrə 2005-ci il 6 oktyabr tarixli Qərarı, §§90 və 93). İddiaçı iddia tələbləri cavabdehlə onun paylı mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinin hərracda satılması və sözügedən torpaq sahəsi və üzərindəki 21.10 kv.m olan fərdi yaşayış evinin satış pulunun 1/10 hissəsinin, eləcə də 2 mərtəbəli sahəsi 121 kv.m olan evin satış pulunun ona ödənlməsi tələbidir. İddia tələbinin məzmunundan belə təsəvvür yaranır ki, iddiaçı həm paylı mülkiyyətdə olan evi hərracdan satılaraq satış pulunu tələb edir, həm də evin satış pulunu tələb edir ki, evin ölçüləri fərqlidir. Yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, əmlak vahid daşınmaz əmlakdır. Fərdi yaşayış evinin ölçüləri texniki pasportda 21.10 kv.metr, faktiki olaraq 117 kv.metrdir. Mövcud ölçülərlə olan əmlaka tərəflərin paylı mülkiyyətlərində olan miras əmlak demək üçün texniki pasportda göstəricilərlə real vəziyyət arasında kəskin fərq vardır. Lakin paylı mülkiyyətdə olan əmlakın tamamilə sökülərək hazırki evin inşa edilməsi də işə baxılan zaman təsdiqini tapmamışdır. Belə ki, divarlar texniki pasportda qeyd edilən divar ölçüləri olub onun üstündə əlavə hörgü və sair işlər aparılmışdır. Bu halda həmin əmlakın hərraca çıxarılması, texniki pasporta uyğun qiymətləndirmə aparılması mümkün olmamışdır. İş üzrə təyin edilən məhkəmə tikinti-texniki ekspertizasının rəyinə görə Naxçıvam şəhəri, Səməd Vurğun küçəsi,ev 21 ünvanında yerləşən,mübahisəli fərdi yaşayış evinin sənəd (TİB-in avqust 1963-cü il tarixli,3039 saylı texniki pasportu) üzrə ümumi sahəsinin 21.10 kv.m,mövcud vəziyyətdə isə evin ümumi sahəsinin 117.54 kv.m,tikinti altı sahəsinin 97.56 kv.m təşkil etdiyi müəyyən olunur.Naxçıvan şəhəri,Səməd Vurğun küçəsi,ev 21 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin daxili və xarici sahələrində əhəmiyyətli dərəcədə tikinti-quraşdırma və təmir işlərinin aparılması nəticəsində,evin sənəd üzrə ümumi sahəsi ilə faktiki (mövcud) sahə arasında fərq yaranmışdır. Bu halda isə həmin əmlakın məhz texniki pasportda qeyd edilən və tərəflərin paylı mülkiyyəti hesab edilən əmlak kimi yanaşmaqla hərraca çıxarılması, həmçinin satış pulunun bölünməsi onların hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnəcəkdir. Buna görə də məhkəmə iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə eyni zamanda iddiaçıya izah edir ki, o hazırda yaşadığı əmlak üzrə çəkdiyi xərcləri tələb etmək hüququ vardır. Nəticə: Məhkəmə qeyd edilənləri nəzərə alıb hesab edir ki, iddia təəbi əsassız olduğundan rədd edilməlidir. İddia tələbi rədd edildiyindən məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eləcə də məhkəmə ekspertizasının xərci olan 100 (bir yüz) manat İddiaçı alınaraq X5 MR İdarəsinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın bölünməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə ekspertizasının xərci olan 100 (bir yüz) manat İddiaçı alınaraq X5 MR İdarəsinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-46/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-46/2025
29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver