Məhkəmə qərarları › İş №2(078)-475/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-475/2024

27.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-475/2024 27.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Ərizəçi X3 barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi X5 12 fevral 2024-cü il tarixdə ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, M-0121 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə Maraqlı şəxs ilə 24 iyul 2023-ci il tarixdə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X5 tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Maraqlı şəxs arasında 24 fevral 2015-ci il tarixli, 55 nömrə ilə Naxçıvan Şəhər Nikah Evində bağlanmış nikah Naxçıvan Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(078)-1161/2023 nömrəli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahda yaşadıqları dövrdə xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. M-0121 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə Maraqlı şəxs ilə 24 iyul 2023-cü il tarixdə barışıq sazişi imzalamışlar. 27 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə ərizəçi X4 və Maraqlı şəxs mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsasən ərizəçi X3 və Maraqlı şəxs iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi X5 27 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, ərizədə barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə baxılmayaraq ərizəsinin və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən məhkəməyə ərizənin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. Ərizəçi tərəfindən məhkəməyə göndərilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi X3 barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla bağlı məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə verilərkən ərizəçi X5 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 11823 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçi X4 qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: Ərizəçi X3 barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçi X4 geri qaytarılsın. Ərizəçi X5 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 11823 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçi X4 qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar