Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-486/2025 15.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi nümayəndə vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, X6 19 mart 1995-ci ildə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X1 şəhərində doğulmuşdur. X3 19 mart 1995-ci ildə, anası X11 xx.xx.1991-ci il tarixdə ölmüşlər. Atası vəfat edərkən həmin vaxtı heç kim ona ölüm haqqında şəhadətnamə alınmasını düşünməmişdir. Hazırda atasından miras qalmış əmlakı vərəsələri qəbul etmək istəyirlər. Bunun üçün X3nun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün müvafiq sənədləri toplayıb Naxçıvan Şəhər Nikah Evinə göndərməklərinə baxmayaraq 13 yanvar 2025-ci il tarixdə 3-16-5/8- xx-xx/2025 nömrəli məktubla verilmiş cavabda ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkləri xahiş olunmuşdur. Bu səbəbdən də X3nun ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. X2 19 mart 1995-ci ildə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsinin məhkəmə qaydasında təsdiq edilməsini istəyir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə iclası ərizəçinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək ərizədə göstərilənləri bir daha qeyd edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin ünvanına məktub göndərərək, işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərindən iştirakları olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, Məmmədov Mehdi onun atasının dayısı olmuşdur. 1995-ci ildə vəfat etmişdir. Naxçıvan Şəhər Qəbirstanlığında dəfn olunmuşdur. O da iştirak etmişdir. Yaşlı kişi idi, əlil idi, bir ayağını çəkirdi. Əvvəl kababçı işləmişdi. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, Məmmədov Mehdi 1995-ci ildə vəfat etmişdir. Qocalmışdı, gözləri tutulmuşdu. Əvvəl kababçı işləyirdi. Vəfat edəndə 84 yaşı vardı. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli, 39 nömrəli arayışdan aydın olur ki, X6 barəsində Naxçıvan Şəhər Nikah Evinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. 1995-2000-ci ilədək olan dövr üzrə ilkin və bərpa ölüm haqqında akt qeydləri yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli məktubdan aydın olur ki X6 19 mart 1995-ci ildə öldüyünə dair Naxçıvan Şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Ərizəçi ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət etməsi bildirilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən 11 fevral 2025-ci il tarixdə verilmiş məktubda qeyd olunmuşdur ki, 19 mart 1995-ci ildə Naxçıvan şəhərində vəfat etmiş X6 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası phşdə məlumat yoxdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən 05 fevral 2025-ci il tarixdə verilmiş 30 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X12 19 mart 1995-ci ildə Naxçıvan Şəhər Qəbirstanlığında dəfn olunub. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli, 257998 nömrəli çıxarışa əsasən, X11 28 iyul 1991-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin vəkili və nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X6 19 mart 1995-ci ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi atasının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X6 19 mart 1995-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-486/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-486/2025
15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver