Məhkəmə qərarları › İş №2(078)-494/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-494/2022

12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-494/2022 12.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Ərizənin qaytarılması barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Ərizəçi məhkəməyə müraciət edərək qardaşı X2 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi, qətnamənin icrasının Naxçıvan şəhər 2 saylı Nikah evinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 309-cu maddəsinin tələbinə əməl olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 152.1-ci maddəsinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: -152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Ərizəçi qardaşı X2 26.12.1996-cı il tarixdə Sədərək döyüş bölgəsində xidməti borcunu yerinə yetirərkən nizamnaməyə uyğun olmayan münasibətlər çərçivəsində odlu silahdan aldığı güllə yarasından öldüyünü qeyd etsə də, ərizəçi yaşayış yeri kimi Bakı şəhəri Binəqədi rayon Abay Kumanbayov 9/25, mənzil 126 kimi göstərilməsinə baxmayaraq elektron məhkəmə sistemində şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, ərizəçi Əliyeva X1 rayonu Mincivan qəsəbəsi Nəsimi küçəsi 20 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçiyə qeydiyyatda olduğu yerin məhkəməsinə müraciə etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar