Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-498/2023 13.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə Maraqlı şəxs ilə 07 fevral 2022-ci il tarixdə imzalanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 07 noyabr 2019-cu il təvəllüdlü X4 onun himayəsindədir. Övladı 07 noyabr 2019-cu il tarixli X1 hərəkət sərbəstliyinin təmin edilməsi ilə bağlı mediasiyaya müraciət etmiş və 07 fevral 2022-ci il tarixdə onun, Maraqlı şəxs və mediator X2 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən Maraqlı şəxs 07 noyabr 2019-cu il təvəllüdlü X1 onun himayəsi və nəzarəti altında Azərbaycan Respublikası ərazisindən kənara getmək də daxil olmaqla Azərbaycan Respublikası ərazisində sərbəst hərəkət etməsinə razılıq verəcəyi və uşağın Azərbaycan Respublikası ərazisindən kənara getmək zərurəti yaranarsa Maraqlı şəxs uşağın Azərbaycan Respublikası ərazisindən kənara getməsinə etiraz etməməsi haqqında notarial qaydada təsdiq edilmiş müvafiq razılıq sənədinin ona verəcəyinə dair öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs bugünə qədər götürdüyü öhdəliyi icra edilməmişdir. Ərizəçi məhkəmə baxışı iclasında ərizə ilə eyni məzmunlu izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 07 fevral 2022-ci il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X2 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2ci maddəsinin şərtinə əsasən Maraqlı şəxs 07 noyabr 2019-cu il təvəllüdlü X1 Ərizəçi himayəsi və nəzarəti altında Azərbaycan Respublikası ərazisindən kənara getmək də daxil olmaqla Azərbaycan Respublikası ərazisində sərbəst hərəkət etməsinə razılıq verəcəyi və uşağın Azərbaycan Respublikası ərazisindən kənara getmək zərurəti yaranarsa Maraqlı şəxs uşağın Azərbaycan Respublikası ərazisindən kənara getməsinə etiraz etməməsi haqqında notarial qaydada təsdiq edilmiş müvafiq razılıq sənədinin Ərizəçi verəcəyinə dair öhdəlik götürmüşdür. Həmin sazişin 2.2-ci bəndi ilə tərəflər razılaşmışlar ki, sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 787054 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Maraqlı şəxs ilə X5 nikahlarından 07 noyabr 2019cu il tarixli X4 adlı övladları vardır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(078)- 33/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh X6 qarşı nikahın pozulması tələbinə dair ərizəsi təmin edilərək Maraqlı şəxs ilə X8 arasında 09 iyul 2018-ci il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış 222 nömrəli nikahın pozulması, boşanmadan sonra 07 noyabr 2019-cu il tarixli X1 anası X5 yanında saxlanılması qət edilmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 401452 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, Maraqlı şəxs ilə X5 arasında bağlanmış nikah xx.xx.2022-ci tarixdə pozulmuş və bu barədə akt qeydləri kitabında 44 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 655 nömrəli arayışa əsasən Əliyeva X7 şəhəri, Əcəmi 37/29 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ünvan 2ar İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 835 nömrəli arayışa əsasən Hüseynli X3 şəhəri, Atabəylər 2/20 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 07 fevral 2022-ci il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X2 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən Maraqlı şəxs 07 noyabr 2019-cu il təvəllüdlü X1 Ərizəçi himayəsi və nəzarəti altında Azərbaycan Respublikası ərazisindən kənara getmək də daxil olmaqla Azərbaycan Respublikası ərazisində sərbəst hərəkət etməsinə razılıq verəcəyi və uşağın Azərbaycan Respublikası ərazisindən kənara getmək zərurəti yaranarsa Maraqlı şəxs uşağın Azərbaycan Respublikası ərazisindən kənara getməsinə etiraz etməməsi haqqında notarial qaydada təsdiq edilmiş müvafiq razılıq sənədinin Ərizəçi verəcəyinə dair öhdəlik götürmüşdür. Ərizəçi qeyd edilən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə də məhkəmə hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələbinə uyğun olduğundan, barışıq sazişinin icra edilməsi müddəti keçdiyindən və ərizə təmin edilməli və 07 fevral 2022-ci il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış 07 fevral 2022-ci il tarixli Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-498/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-498/2023
13.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver