Məhkəmə qərarları › İş №2(078)-505/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-505/2024

29.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-505/2024 29.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 11 sentyabr 2023-cü il tarixdə X1 bağlanmış A-1352 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2016-cı il tarixdə Şahbuz rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurub. Nikahlarından 28 iyul 2017-ci il təvəllüdlü X8 və 21 yanvar 2020-ci il təvəllüdlü X6 doğulub. Yola gedə bilmədikləri üçün Naxçıvan Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah qeydi pozulub. Aliment və uşaqların onun yanında saxlanılması ilə bağlı X3 müraciət etmiş və 11 sentyabr 2023-cü il tarixdə mediator X4 iştirakı ilə Maraqlı şəxs ilə onun arasında 11 sentyabr 2023-cü il tarixdə A-1352 nömrəli barışıq sazişi imzalanmışdır. Sazişin şərtinə əsasən tərəflərin razılığı ilə 28 iyul 2017-ci il təvəllüdlü X8 və 21 yanvar 2020-ci il təvəllüdlü X6 onun yanında saxlanılmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün təqdim olunmuş bankomat kartına hər ayın 25-30 arası ilkin ödəniş sentyabr ayından hesablanmaqla iki uşaq üçün 400 manat məbləğində alimentin onun xeyrinə ödənilməsi barədə öhdəlik götürmüşdür. Maraqlı şəxs götürdüyü öhdəliyi icra edilməmişdir. Həmin tarixdən sonra Maraqlı şəxs cəmi bir dəfə 120 manat ödəniş edib. Ərizəçi məhkəmə baxışı iclasında ərizə ilə eyni məzmunlu izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 11 sentyabr 2023-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X4 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən -Uşaqların yaşayış yerinin müəyyən olunması üzə tərəflərin hər ikisinin razılığına əsasən birgə nikahdan doğulmuş övladları 28 iyul 2017-ci il təvəllüdlü X5 və 21 yanvar 2020-ci il təvəllüdlü X2 anaları Ərizəçi yanında qalmasına razılaşdılar. -Tərəf Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün təqdim olunmuş bankomat kartına hər ayın 25-30 arası ilkin ödəniş sentyabr ayından hesablanmaqla iki uşaq üçün cəmi 400 manat məbləğində alimentin Ərizəçi xeyrinə ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 966580 nömrəli və AZ-İV seriyalı 460728 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Maraqlı şəxs ilə Ərizəçi nikahlarından 28 iyul 2017-ci il təvəllüdlü X8 və 21 yanvar 2020-ci il təvəllüdlü X6 adlı övladları vardır. Naxçıvan Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(078)-36/2024 nömrəli qətnaməsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında 20 sentyabr 2016-cı il tarixdə Şahbuz rayon Qeydiyyat şöbəsində bağlanmış 66 nömrəli nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər 4 saylı Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 27 nömrəli arayışa əsasən Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 11 sentyabr 2023-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X4 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən uşaqların yaşayış yerinin müəyyən olunması üzə tərəflərin hər ikisinin razılığına əsasən birgə nikahdan doğulmuş övladları 28 iyul 2017-ci il təvəllüdlü X5 və 21 yanvar 2020-ci il təvəllüdlü X2 anaları Ərizəçi yanında qalmasına razılaşdılar. Tərəf Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün təqdim olunmuş bankomat kartına hər ayın 25-30 arası ilkin ödəniş sentyabr ayından hesablanmaqla iki uşaq üçün cəmi 400 manat məbləğində alimentin Ərizəçi xeyrinə ödənilməsi barədə öhdəlik götürmüşdür. Ərizəçi qeyd edilən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə də məhkəmə hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələbinə uyğun olduğundan, barışıq sazişinin icra edilməsi müddəti keçdiyindən və ərizə təmin edilməli və 11 sentyabr 2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış 11 sentyabr 2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar