Məhkəmə qərarları › İş №2(078)-507/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-507/2022

17.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-507/2022 17.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi Kərb. Səfər qızının və ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi Kərb. Səfər qızının şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Kərb. Səfər qızı ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X3 məhkəmə qaydasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında ərizəçi qismində izahat verən Ərizəçi Kərb. Səfər qızı ərizəni müdafiə edərək, xx xxxx 1953-cü ildə Şərur rayonu, Çərçiboğan kəndində anadan olduğunu, 1973-cü ildə yaşamaq və işləmək üçün Naxçıvan şəhərinə köçdüyünü, həmin vaxtlarda X5 ilə tanış olub 31 yanvar 1974-cü ildə onunla rəsmi nikaha girərək evləndiyini, 3 aylıq hamilə olarkən Nurəddin Dünyamalıyevin onu həmin vəziyyətdə tək qoyaraq indiki Rusiya Federasiyasına (köhnə RSFSR) getdiyini, X12 Federasiyasına getdiyi 1974-cü ildən bu günədək ondan heç bir xəbər və məlumat olmadığını, Nurəddinlə birgə nikahlarından 10 iyul 1975-ci ildə qızı X4 doğulduğunu, Nurəddin Rusiya Federasiyasına gedərkən onun hamilə olduğunu və ata olacağını bildiyini, hətta buna baxmayaraq, 1974cü ildən indiki vaxtadək heç övladı ilə də maraqlanmadığını, qızı olandan sonra bir neçə dəfə Nurəddinlə əlaqə yaradaraq övladının olduğu barədə ona məlumat vermək istəsə də, mümkün olmadığını, X12 Federasiyasının hansı bölgəsinə getməsi, harada olması, həyatda olub-olmaması barədə məlumat əldə edə bilmədiyinə görə onunla ailə münasibətlərinin kəsildiyini, nikahlarının artıq formal olduğunu, həmçinin öldüyünü düşünüb bir neçə ildən sonra Seyidov X19 ilə rəsmi nikaha girmədən evləndiklərini, həmin evlilikdən də 3 uşağı- X9, X10 və X14 doğulduğunu, köhnə nikahını da ləğv etmək üçün müxtəlif yerlərə müraciət etsə də, rəsmiləşdirə bilmədiyini, həmçinin X3 qardaşı tərəfindən də onun yaşayıb-yaşamaması ilə bağlı dəqiq məlumat əldə olunmadığını, Rusiyanın Krasnadar vilayətində rəhmətə getdiyinin ehtimal edildiyini, bir neçə il olar ki, ünvan 1 ünvanında daşınmaz əmlak əldə etdiyini, həmin evi oğluna bağışlamaq məqsədilə notariusa müraciət etsə də, notariusun imtina edərək nikah şəhadətnaməsi üzrə həyat yoldaşının ərizəsinin lazım olduğunu bildirdiyini, bunları nəzərə alaraq, həyat yoldaşı X3 məhkəmə qaydasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında ərizəçinin vəkili qismində izahat verən Vəkil ərizəni müdafiə etdiyini, əlavəsinin olmadığını, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X17, Nurəddinin qardaşı Adəmin həyat yoldaşı olduğunu, ərizəçinin ərinin qardaşı Nurəddinin yoldaşı olduğunu, 1982-ci ildə Adəmlə evlənib gəlin gəldiyini, qaynı Nurəddini görmədiyini, onun Rusiyaya getdiyini eşitdiyini, bu günə qədər ondan xəbər ala bilmədiklərini bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X8, Nurəddinin onun qaynı olduğunu, Nurəddinin qardaşı Orucun həyat yoldaşı olduğunu, 11 ildir ki gəlin gəldiyini, Nurəddini görmədiyini, onun Rusiyaya getdiyini eşitdiyini, bu günə qədər ondan xəbər ala bilmədiklərini bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat şöbəsinin 09 nömrəli, 09 dekabr 2020-ci il tarixli məktubuna əsasən, xx xxxx 1953-cü il Şərur rayonu, Çərçiboğan kənd doğumlu X27. Səfər qızının nikahının müəyyən edilməsi məqsədilə 1971-ci ildən 09 dekabr 2020-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair ümumrespublika elektron məlumat bankı’na daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışdır. Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata görə, X13 Naxçıvan rayonunda 31 yanvar 1974-cü ildə 02 nömrə akt qeydi ilə 1951-ci il təvəllüdlü X5 ilə nikah qeydiyyatı aparılmışdır. Nikahdan sonra kişiyə Dünyamalıyev, qadına isə Dünyamalıyeva soyadı verilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m, torpaq sahəsinin ölçüsü 0.427 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X27. Səfər qızının adına daşınmaz əmlakın dövlət reyestrində 18/41 nömrəli reyestr kitabının7985 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********84-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 07.09.2020). Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 20 avqust 2020-ci il tarixdə tərtib edilmiş 19595 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X27. Səfər qızının adına qeydiyyata alınmışdır. AR DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin 22 sentyabr 2021-ci il tarixli arayışına əsasən, 25 oktyabr 1951-ci il təvəllüdlü X3 qeydiyyat yeri barədə məlumat yoxdur. Naxçıvan MR Dövlət Arxivinin 13/832 nömrəli, 08 dekabr 2020-ci il tarixli arxiv arayışına əsasən, Naxçıvan rayon Myasnikovabad (Əliabad) kəndinin 1963-1965-ci illərə dair 5 nömrəli təsərrüfatbaşına kitabında X3 axırıncı qeydiyyat yeri kimi göstərilmişdir. AR-in Dövlət Sərhəd Xidməti X20 Diviziyasının 21 sentyabr 2021-cdi il tarixli, 33/802 nömrəli məktubuna əsasən, 25 oktyabr 1951-ci il təvəllüdlü X3 barəsində heç bir məlumat tapılmamışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosunun 32 nömrəli, 12 oktyabr 2021-ci il tarixli məktubuna əsasən, X1 şəhər Qəbristanlığında dəfn olunmamışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsinin 08 oktyabr 2021-ci il tarixli, 2439 nömrəli məktubuna əsasən, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 08 oktyabr 2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 oktyabr 2021-ci il tarixli məktuba əsasən, X3 ərizəsi olmadığına görə, bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə ərizəçinin və vəkilinin izahatına, şahidlərin ifadələrinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, sübutlarla müəyyən olunur ki, 25 oktyabr 1951-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş X2 Rusiya Federasiyasına getdiyi 1974-cü ildən bu günədək heç bir xəbər olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi X3 ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilməz. Yuxarıda göstərilənlər nəzərə alınmaqla və şəxsin vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyət daşıdığından, X3 ölməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, 25 oktyabr 1951-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş X5 ölmüş elan edilməklə, məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş səndələrin bərpası mümkün olmasın. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 25 oktyabr 1951-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş X5 ölmüş elan edilsin. X3 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün sayılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar