Məhkəmə qərarları › İş №2(078)-51/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-51/2025

22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-51/2025 22.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3 və cavabdeh X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı payın naturada ayrılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1572 kv.m torpaq sahəsindən 1/3 paylarının, həmin ünvanda 524 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 96.3 kv.m təşkil edən daşınmaz əmlak üzərində 1/6 paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanında yerləşən 1572 kvm torpaq sahəsi üzərində İddiaçı3, İddiaçı1, İddiaçı2 1/3 payları və eyni zamanda həmin ünvanda 524 kvm torpaq sahəsi və üzərində yerləşən 96.3 kvm ümumi sahəsi olan daşınmaz əmlak üzərində İddiaçı3, İddiaçı1, İddiaçı2, X3, Cavabdeh2 və Cavabdeh3 1/6 payları müəyyən olunmuşdur. Lakin paylar müəyyən olunsa da naturada ayrılmadığından X5, Cavabdeh2 və Cavabdeh3 ilə torpaqdan və fərdi yaşayış yerindən istifadə etməkdə mübahisə yaranır. Gələcəkdə sakit rahat yaşamaq üçün paylarının ayrılmasını arzulayırlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasında iştirak etməmiş nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə iclası iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ekspert rəyi ilə müəyyən edilmiş qiymətlə razılaşır. Əgər pay bölünə bilmirsə satılsın. Anası kürəkən qapısında qalır. Evin hərraca çıxarılmasına etirazı yoxdur. Anasının 74 yaşı var, evində yaşaya bilmir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən cavabdeh X5 verdiyi izahatında bildirmişdir ki, ümumiyyətlə uzun illərdir, məhkəmə iclasları keçirilir, lakin iş düzgün araşdırılmamışdır. 90-cı ilin sənədini götürüb torpaq şöbəsinə getmişdir. Torpaq onun atasının adına idi. İddiaçı tərəf saxta sənəd alıbdır. Nikah dövründə ər arvadın əldə etdiyi onun ikisinə də çatır, onun anasının haqqı onlara verilmədi. Axı onun anası həmin evi tikiləndə sağ olub. Yarısı anaya çatır. Anasının da payını o və qardaşları qəbul edib. Həyətdə onun tikililəri olubdur. Köhnə tikililər tikiləndə o uşaq idi. Evin torpağın hərraca çıxarılmasına etirazı yoxdur. Ev hərraca gedəndən sonra əlavə xərc qoyduqlarını da tələb edəcək. 2014-cü ildə qardaşı gəldi, 2014-2017-ci illərdə orda qalıbdır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan: Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ölçüsü 96.3 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı1 adına 1/6 hissə, İddiaçı2 adına 1/6 hissə, İddiaçı3 adına 1/6 hissə, X3 adına 1/6 hissə, Cavabdeh2 adına 1/6 hissə və Cavabdeh3 adına 1/6 hissə ilə daşınmaz əmlakın dövlət reyestrində 18/60 nömrəli reyestr kitabının 11818 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********54- 10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024). Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən, ölçüsü 0.1572 ha olan torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı3 adına 1/3 hissə, İddiaçı1 adına 1/3 hissə və İddiaçı2 adına 1/3 hissə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********60, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2024-cü il tarixli 1341 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqi hissəsində göstərilənləri, baxış zamanı, aşakar olunmuş faktiki vəziyyətinə mülki iş materialında olan zəruri məlumatları nəzərə alaraq, ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ölçüsü ümumilikdə 96.3 kv.m olan fərdi yaşayış evindən və ünvan 3 ünvanında yerləşən, ölçüsü 0.1572 ha olan həyətyanı torpaq sahəsindən 1/6 və 1/3 paylara uyğun naturada təcrid olunmuş qaydada bölünərək verilməsi İnşaat Norma və Qaydaları 22.08.01.89-un (СНиП 2.08.01.89-un «Жилые здания») 1.1., 2.2., 2.4., 2.9. bəndlərində və metodik vəsaitin (Məmmədov M.N. «Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları» Bakı-2008) tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubuna, 06 mart və 10 mart 2025-ci il tarixli arayışlarına əsasən, ünvan 4 ünvanında yerləşən İddiaçı1 (1/3 hissə), İddiaçı2 (1/3 hissə) və İddiaçı3 (1/3 hissə) paylı mülkiyyətində olan 0,1572 ha torpaq sahəsinin və ünvan 1 ünvanında yerləşən İddiaçı1 (1/6 hissə), İddiaçı2 (1/6 hissə), İddiaçı3 (1/6 hissə), X3 (1/6 hissə), Cavabdeh2 (1/6 hissə), Cavabdeh3 (1/6 hissə) paylı mülkiyyətində olan fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmələrin nəticəsinə əsasən torpaq sahəsinin hazırki bazar qiyməti 48000 (qırx səkkiz min) manat, fərdi yaşayış evinin hazırki bazar qiyməti isə 31200 (otuz bir min iki yüz) manat təşkil edir. Qeyd olunan torpaq sahəsinin qiymətləndirilməsinə görə 136 (bir yüz otuz altı) manat xidmət haqqının ********** nömrəli, fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 143 (bir yüz qırx üç) manat xidmət haqqının ********** nömrəli ərizəyə ödənilməsi təmin edildikdən sonra sənədlərin həqiqiliyinin QR kod vasitəsilə yoxlanılması mümkün olacaqdır. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinin tələbinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında müəyyən edilmişdir ki, “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılımasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmalkın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Yuxarıda sadalanan işin hallarından da göründüyü kimi, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən mövqeyinə uyğun olaraq mübahisəyə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinə əməl olunmuşdur. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlaqı nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ölçüsü ümumilikdə 96.3 kv.m olan fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən, ölçüsü 0.1572 ha olan həyətyanı torpaq sahəsi açıq hərracdan satılaraq satış pulu paylara uyğun tərəflər arasında bölünməlidir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2024-cü il tarixli 1341 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqi hissəsində göstərilənləri, baxış zamanı, aşakar olunmuş faktiki vəziyyətinə mülki iş materialında olan zəruri məlumatları nəzərə alaraq, ünvan 3 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ölçüsü ümumilikdə 96.3 kv.m olan fərdi yaşayış evindən və ünvan 3 ünvanında yerləşən, ölçüsü 0.1572 ha olan həyətyanı torpaq sahəsindən 1/6 və 1/3 paylara uyğun naturada təcrid olunmuş qaydada bölünərək verilməsi İnşaat Norma və Qaydaları 22.08.01.89-un (СНиП 2.08.01.89-un «Жилые здания») 1.1., 2.2., 2.4., 2.9. bəndlərində və metodik vəsaitin (Məmmədov M.N. «Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları» Bakı-2008) tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubuna, 06 mart və 10 mart 2025-ci il tarixli arayışlarına əsasən, ünvan 4 ünvanında yerləşən İddiaçı1 (1/3 hissə), İddiaçı2 (1/3 hissə) və İddiaçı3 (1/3 hissə) paylı mülkiyyətində olan 0,1572 ha torpaq sahəsinin və ünvan 1 ünvanında yerləşən İddiaçı1 (1/6 hissə), İddiaçı2 (1/6 hissə), İddiaçı3 (1/6 hissə), X3 (1/6 hissə), Cavabdeh2 (1/6 hissə), Cavabdeh3 (1/6 hissə) paylı mülkiyyətində olan fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmələrin nəticəsinə əsasən torpaq sahəsinin hazırki bazar qiyməti 48000 (qırx səkkiz min) manat, fərdi yaşayış evinin hazırki bazar qiyməti isə 31200 (otuz bir min iki yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərini ilə bağlı məsələni müzakirə edən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı3 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 05 avqust 2024-cü il tarixdə 28084 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı3 qaytarılmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 alınaraq X6 MR İdarəsinə ödənilməlidir (Kod: 502906 VÖEN: **********, Müxbir hesab: AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin olunsun. ünvan 1 ünvanında yerləşən, ölçüsü 0.1572 ha olan torpaq sahəsi açıq hərracdan satılsın və satışdan əldə olunacaq məbləğin 1/3 hissəsi İddiaçı1, 1/3 hissəsi İddiaçı2 və 1/3 hissəsi İddiaçı3 verilsin. ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ölçüsü 96.3 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyətçilərin razılığı olmadan açıq hərracdan satılsın və satışdan əldə olunacaq məbləğin 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi İddiaçı3, 1/6 hissəsi X4, 1/6 hissəsi Cavabdeh2 və 1/6 hissəsi Cavabdeh3 verilsin. ünvan 1 ünvanında yerləşən, ölçüsü 0.1572 ha olan torpaq sahəsinin hazırki bazar qiyməti 48000 (qırx səkkiz min) manat, ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ölçüsü 96.3 kv.m olan fərdi yaşayış evinin hazırki bazar qiyməti isə 31200 (otuz bir min iki yüz) manat məbləğində müəyyən olunsun. İddiaçı3 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 05 avqust 2024-cü il tarixdə 28084 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı3 qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 alınaraq X6 MR İdarəsinə ödənilsin (Kod: 502906 VÖEN: **********, Müxbir hesab: AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar