Məhkəmə qərarları › İş №2(078)-518/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-518/2024

29.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-518/2024 29.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, Cavabdeh və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, M.S.ünvan 3-də yerləşən 5 nömrəli evin 4/6 hissəsinə onun, 1/6 hissəsinə Cavabdeh və 1/6 hissəsinə isə X8 miras payına uyğun olaraq naturada bölgüsünə, bu mümükün olmadıqda isə cavabdeh tərəfindən ona və digər paylı mülkiyyətçi X9 paylarına uyğun kompensasiya verilməsinə, cavabdeh kompensasiya verməkdən imtina etdikdə mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin paylarına uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 29 mart 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı iş üzrə İddiaçı ərizə təqdim edərək, ilkin iddia tələbində Cavabdeh qarşı iddia qaldıranda X10 üçüncü şəxs qismində göstərdiyini, lakin X8 mübahisəli əmlakda 1/6 hissə pay hüququ olduğundan X8 da Cavabdeh ilə yanaşı cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq X13 cavabdeh qismində məhkəmə prosesinə cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Naxçıvan şəhərində doğulub, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Bakı şəhərində yaşayır. Anası X1 şəhəri, X17 küçəsi, döngə 3-də yerləşən 5 saylı evi xx.xx.2013-cü il tarixdə ona vəsiyyət etmişdir. Anası xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra o və qardaşları Cavabdeh və X13 anasının 1-ci növbəli vərəsələri kimi notariusa müraciət etmişlər və vərəsəlik işi açılaraq payları müəyyənləşdirilmişdir. Naxçıvan şəhəri, X17 küçəsi, döngə 3-də yerləşən 5 saylı evin 4/6 hissəsinə onun, 1/6 hissəsinə qardaşı Cavabdeh və 1/6 hissəsinə isə qardaşı X8 miras payına dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Sonra onlar Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edərək Naxçıvan şəhəri, X17 küçəsi, döngə 3-də yerləşən 5 saylı evə paylarına uyğun olaraq Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Reyestrindən paylı mülkiyyətə dair çıxarış almışlar. Üç vərəsə arasında razılıq olmadığı üçün əmlakı naturada bölə bilmirlər. Çünki Cavabdeh onların paylarına uyğun olaraq kompensasiya vermir. Nə də satıb evin dəyərini paylarına uyğun olaraq bölünməsinə icazə vermir. Buna görə payının naturada ayrılmasını istəyir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi iddia ərizəsində qeyd edilənlərlə eyni izahat vermiş və qeyd etmişdir ki, aralarında heç cür razılaşma əldə olunmadığından məcbur qalaraq məsələnin həlli üçün məhkəməyə müraciət etmişdir. Mülkün 72 %-i ona məxsusdur və buna baxmayaraq onun mülkiyyət hüquqları pozulub. Naxçıvana gələndə qalmağa yeri olmur. Həmin əmlak ya bölünməlidir, ya da kompensasiya ödənilməli, mümkün olmadıqda isə hərraca çıxarılmalıdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, özü o evdə yaşayır. 1/6 hissə onun payıdır. Qardaşı Ənvər də özünün 1/6 hissəsini ona verəcək. Kompensasiya verilməsinə maddi imkanı yoxdur. O, maraqlanıb və ona deyilib ki, torpaq sahəsindən yer ayrıla bilər və o həmin yerdə özünə yaşayış evi tikər. Həmin sahənin ayrıca çıxışı ola bilər. O daima həmin evdə yaşayıb. Əmlakın hərraca çıxarılmasına razı deyil. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh X9 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, lakin o, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məhkməyə ərizə, xx.xx.2024-cü il tarixdə teleqram göndərərək Bakı şəhərində yaşadığını, maddi imkanı aşağı olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işin onun iştirakı olmadan keçirilməsi və Naxçıvan şəhəri, M.S.ünvan 3-də yerləşən 5 nömrəli evin 1/6 hissəsinin dəyərinin ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi X11 izahatında bildirmişdir ki, Naxçıvan şəhəri M.S.ünvan 3-də 0.0567 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli fərdi yaşayış evinə baxış keçirilmiş və fərdi yaşayış evinin bazar qiymətinin müəyyən edilməsi haqqında məlumat məhkəməyə təqdim edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri M.S.ünvan 3-də 0.0567 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5692 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri M.S.ünvan 3-də 0.0567 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 1/6 hissə Cavabdeh, 1/6 hissə X8 və 4/6 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5692 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2017-ci ildə tərtib olunmuş 8015 inventar nömrəli Fərdi yaşayış evinin texniki pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri, M.S.ünvan 3-də yerləşən 5 nömrəli fərdi yaşayış evi Cavabdeh, X8 və İddiaçı adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(078)-518/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Mərkəzin 23 may 2024-cü il tarixli 393 nömrəli məhkəmə tikinti-texniki ekpertizası üzrə ekspert rəyinə əsasən, Naxçıvan şəhəri M.S.Ordubadi küçəsi döngə 3-də yerləşən 0.0567 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 74.32 kv.m sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin-daşınmaz əmlakın mülkiyyətçilərin paylarına mütənasib surətdə (4/6 hissə İddiaçı, 1/6 hissə Cavabdeh və 1/6 hissə X9) naturada təcrid olunmuş qaydada bölünərək verilməsi İnşaat Norma və Qaydaları 22.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(078)-518/2024 nömrəli qərardadı ilə iş üzrə Naxçıvan şəhəri M.S.Ordubadi küçəsi döngə 3-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Mərkəzin 26 avqust 2024-cü il tarixli 773 nömrəli ekspert rəyinə əsasən,rəyin tədqiqat hissəsində göstərilənləri və mülki iş materiallarında olan zəruri məlumatları nəzərə alaraq, Naxçıvan şəhəri, M.S.ünvan 3 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinin hazırki bazar qiymətinin müəyyən olunması zamanı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilməli olan mütəxəssis rəyi ekspertiza tədqiqatına təqdim olunmadığından və ekspertiza tədqiqatına zəruri olan məlumatların ekspertiza tədqiqatına təqdim olunmadığından, həmçinin Mərkəzdə əmlakın qiymətləndirilməsi ilə bağlı baza məlumatları olmadığından ekspertiza qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılması və cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixdə verdiyi 04/1097 nömrəli məktubda qeyd edilmişdir ki, Naxçıvan şəhəri M.S.ünvan 3-də 0.0567 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 1/6 hissə Cavabdeh, 1/6 hissə X8 və 4/6 hissə İddiaçı adına daşınmaz əmlakın həmin ərazi üzrə uyğun fərdi yaşayış evlərinə dair 2024-cü ildə notariat ofislərində bağlanılmış alqı-satqı müqavilələrə əsasən hazırda həmin ərazidə torpaq sahələrinin 1 kv.m-nin bazar qiyməti 150-170 manat arasında, fərdi yaşayış evlərinin 1 kv.m-nin bazar qiyməti isə 350-500 manat arasında dəyişilir. Qeyd edilənlərə əsasən İddiaçı (4/6 hissə), Cavabdeh (1/6 hissə) və X8 (1/6 hissə) paylı mülkiyyətlərdə olan fərdi yaşayış evinin 0,0567 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 85000.0 (səksən beş min) - 96000,0 (doxsan altı min manat) aralığında, ümumi sahəsi 74.32 m" olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti isə 26000,0 (iyirmi altı min) - 37000,0 (otuz yeddi min) manat aralığında müəyyənləşdirilə bilər. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinin tələbinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında müəyyən edilmişdir ki, “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılımasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmalkın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Yuxarıda sadalanan işin hallarından da göründüyü kimi, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən mövqeyinə uyğun olaraq mübahisəyə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinə əməl olunmuşdur. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlaqı nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Naxçıvan şəhəri M.S.ünvan 3-də 0.0567 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılaraq satış pulu paylara uyğun tərəflər arasında bölünməlidir. Məhkəmə daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizası təyin etmiş, mütəxəssis dəvət etmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixdə verdiyi 04/1097 nömrəli məktubda qeyd edilmişdir ki, Naxçıvan şəhəri M.S.ünvan 3-də 0.0567 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 1/6 hissə Cavabdeh, 1/6 hissə X8 və 4/6 hissə İddiaçı adına daşınmaz əmlakın həmin ərazi üzrə uyğun fərdi yaşayış evlərinə dair 2024cü ildə notariat ofislərində bağlanılmış alqı-satqı müqavilələrə əsasən hazırda həmin ərazidə torpaq sahələrinin 1 kv.m-nin bazar qiyməti 150-170 manat arasında, fərdi yaşayış evlərinin 1 kv.m-nin bazar qiyməti isə 350-500 manat arasında dəyişilir. Qeyd edilənlərə əsasən İddiaçı (4/6 hissə), Cavabdeh (1/6 hissə) və X8 (1/6 hissə) paylı mülkiyyətlərdə olan fərdi yaşayış evinin 0,0567 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 85000.0 (səksən beş min) - 96000,0 (doxsan altı min manat) aralığında, ümumi sahəsi 74.32 m" olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti isə 26000,0 (iyirmi altı min) - 37000,0 (otuz yeddi min) manat aralığında müəyyənləşdirilə bilər. Buna görə də məhkəmə hesab edir ki, mübahisə predmeti olan Naxçıvan şəhəri M.S.ünvan 3-də 0.0567 ha daşınmaz əmlak hərraca çıxarılan zaman ilkin satış qiymətinin torpaq sahəsində yerləşən ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli fərdi yaşayış evinin 0,0567 ha torpaq sahəsinin hazırkı bazar qiymətinin 90000 (doxsan min) manat, ümumi sahəsi 74.32 m" olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti isə 30000,0 (otuz min) manat olmaqla daşınmaz əmlakın ümumi olaraq ilkin satış qiymətinin 120000 (bir yüz iyirmi min) manat müəyyən edilməsini ədalətli hesab edir. Məhkəmə xərclərini ilə bağlı məsələni müzakirə edən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən “ASAN Ödəniş” sisteminə **********928926720 sifariş nömrəsi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və X7 tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 30 (otuz) manat cavabdehlər Cavabdeh və X7 alınaraq alınaraq X15 MR İdarəsinə ödənilməlidir (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Eləcə də ekspertiza xərci olan 20 (iyirmi) manat cavabdehlər Cavabdeh və X7 alınaraq X15 MR İdarəsinə ödənilməlidir (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin olunsun. Naxçıvan şəhəri M.S.ünvan 3-də 0.0567 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli fərdi yaşayış evi paylı mülkiyyətçilərin razılığı olmadan açıq hərracdan satılsın və satışdan əldə olunacaq məbləğin 4/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh və 1/6 hissəsi X9 verilsin. Naxçıvan şəhəri M.S.ünvan 3-də 0.0567 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli fərdi yaşayış evinin 0,0567 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 90000 (doxsan min) manat, ümumi sahəsi 74.32 m2 olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti isə 30000,0 (otuz min) manat olmaqla daşınmaz əmlakın ümumi olaraq ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat mələğində müəyyən olunsun. İddiaçı tərəfindən “ASAN Ödəniş” sisteminə **********928926720 sifariş nömrəsi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və X7 tutularaq iddiaçıya qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 30 (otuz) manat və 20 (iyirmi) manat cavabdehlər Cavabdeh və X7 alınaraq X15 MR İdarəsinə ödənilsin (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar