Məhkəmə qərarları › İş №2(078)-536/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-536/2025

20.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-536/2025 20.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X21, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X8, Cavabdeh13 və Quliyeva (Selen) İlhamə Abdulla qızına qarşı miras əmlakının faktiki qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X21, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X8, Cavabdeh13 və Quliyeva (Selen) İlhamə Abdulla qızına qarşı miras əmlakının faktiki qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında 0.2029 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 101.1 m2 təşkil edən fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsi faktının və payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxxxx 1965-ci ildə ünvan 2 ünvanında doğulmuşdur. Onlar ailədə 3 qardaş, 5 bacı olmuşlar, onlardan iki qardaşı vəfat ediblər. O, ailə qurmamışdan əvvəl qardaşları və dörd bacısı ailə quraraq ata evindən getmişdilər. O, ailə quranda bacısı İlhamə subay olmuşdur. O da 1992-ci ildə bir Türkiyə Respublikası vətəndaşı ilə kəbin kəsdirərək evlənmiş və yaşamaq üçün Türkiyə Respublikasına getmişdir. O vaxtdan da orada yaşayır. Övladları ailə qurublar, nəvələri var. Ata evlərində özü, ailəsi və anası yaşamışlar. Yaşadıqları ev mərhum atası Cavabdeh4 İman oğlunun adınadır. Atası 1979-cu ildə, anası isə 2021-ci ildə vəfat ediblər. Bütün bu illəri ata evində o, ailəsi ilə yaşamışlar, miras əmlakı özü qəbul edərək idarə edir. İşıq, qaz, su məsrəflərini özü ödəyir, həmin müqavilələr özünün adına bağlanıb. Miras əmlak faktiki olaraq özü tərəfindən qəbul edilərək idarə olunduğundan adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair Naxçıvan “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinə ünvanladığı ərizəsinə cavab verilərək vərəsəlik hüququnun bərpası üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Xüsusi icraat qaydasında məhkəməyə göndərdiyi ərizəsinə Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-131/2025 nömrəli qərardadı ilə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən məhkəmə ərizəni baxılmamış saxlayıb və ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. İddiaçının vəkil və nümayəndəsi Vəkil 04 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ərizədə qeyd etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.2029 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 101.1 kv.m təşkil edən fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı valideynləri evlənib nikahlarını rəsmi olaraq 14 oktyabr 1959-cu il tarixdə qeydiyyatdan keçiriblər. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 may 2025-ci il tarixli 04/766 nömrəli məktubuna əsasən ünvan 1 ünvanında 0.2029 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101.1 kv.m təşkil edən fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 bürosu tərəfindən 1973-cü ilin iyun ayında atası Cavabdeh4 İman oğlunun adına inventarlaşdırılmış, 3902 inventar nömrəli texniki pasport verilmişdir. Fərdi yaşayış evi texniki pasport əsasında 15 may 2024-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh4 İman oğlunun adına qeydiyyata alınmışdır. Texniki pasportda fərdi yaşayış evinin 1970-ci ildə inşa olunduğu qeyd olunmuşdur. İddiaçı atası Cavabdeh4 İman oğlu 1979-cu ildə, anası X22 isə 2021-ci ildə ölüblər. 15 may 2024-cü il tarixdə Cavabdeh4 İman oğlunun adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən miras əmlak ər-arvadın birgə nikah dövründə qazandıqları əmlak olduğundan həmin əmlakda onların payları bərabər olmaqla 1/2 hissə təşkil edir. İddiaçı atası Cavabdeh4 İman oğlu 1979-cu ildə öldüyündən onun miras əmlakdakı 1/2 payı İddiaçı və anası X22 tərəfindən faktiki olaraq qəbul edilmişdir. 2021-ci ildə X10 ölümündən sonra onun miras əmlakı faktiki olaraq İddiaçı tərəfindən qəbul edilmişdir. Ona görə də iddia tələbinin həcmini artıraraq ünvan 1 ünvanında yerləşən 0.2029 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101.1 m2 təşkil edən fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış daşınmaz əmlak olduğundan Cavabdeh4 İman oğlunun və X10 1/2 paylarının müəyyən olunmasını, Cavabdeh4 İman oğlunun ölümündən sonra onun mirasının faktiki olaraq İddiaçı və X22 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla paylarının müəyyən edilməsi, X10 ölümündən sonra onun payının İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbi daxilində baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-536/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkil və nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi və iddia tələbinə ünvan 1 ünvanında yerləşən 0.2029 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101.1 m2 təşkil edən fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış daşınmaz əmlak olduğundan Cavabdeh4 İman oğlunun və X10 1/2 paylarının müəyyən olunması, Cavabdeh4 İman oğlunun ölümündən sonra onun mirasının faktiki olaraq İddiaçı və X22 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla paylarının müəyyən edilməsi, X10 ölümündən sonra onun payının İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X21, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X8, Cavabdeh13 və Quliyeva (Selen) İlhamə Abdulla qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə aşağıda göstərilən ərizə və teleqramları göndərmişlər: Cavabdeh1 21 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, razı olduğunu, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, həmçinin 16 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı ünvan 1 ünvanında yerləşən miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə və miras əmlakda bütünlükdə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh2 15 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, razı olduğunu, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, həmçinin 20 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı ünvan 1 ünvanında yerləşən miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə və miras əmlakda bütünlükdə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh X14 15 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, razı olduğunu, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, həmçinin 18 iyun 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı cavabdehlər X7 və qeyrilərinə qarşı ünvan 1 ünvanında yerləşən miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə və miras əmlakda bütünlükdə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh4 15 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, razı olduğunu, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, həmçinin 01 iyul 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı Cavabdeh4 və qeyrilərinə qarşı ünvan 1 ünvanında yerləşən miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə və miras əmlakda bütünlükdə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh5 15 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, razı olduğunu, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, həmçinin 01 iyul 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı Cavabdeh5 və qeyrilərinə qarşı ünvan 1 ünvanında yerləşən miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə və miras əmlakda bütünlükdə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh6 15 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, həmçinin 16 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı Cavabdeh6 və qeyrilərinə qarşı ünvan 1 ünvanında yerləşən miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə və miras əmlakda bütünlükdə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh7 15 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, razı olduğunu, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, həmçinin 01 iyul 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı Cavabdeh7 və qeyrilərinə qarşı ünvan 1 ünvanında yerləşən miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə və miras əmlakda bütünlükdə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh X31 15 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, razı olduğunu, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, həmçinin 28 iyun 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, razı olduğunu, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmişdir. Cavabdeh9 15 aprel 2025-ci il tarixdə və 18 iyun 2025-ci il tarixdə məhkəməyə eyni məzmunlu teleqramlar göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, razı olduğunu, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, həmçinin 19 avqust 2025ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı Cavabdeh1 və digərlərinə qarşı ünvan 1 ünvanında yerləşən 0.2029 ha həyatyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101.1 kv.m təşkil edən fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış daşınmaz əmlak olduğundan Cavabdeh4 İman oğlunun və X10 1/2 paylarının müəyyən edilməsi, Cavabdeh4 İnam oğlunun ölümündən sonra onun mirasının İddiaçı və X22 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla paylarının müəyyən edilməsi, X10 ölümündən sonra onun payının İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə, miras əmlakda bütünlüklə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu, gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını bildirmişdir. Cavabdeh10 15 aprel 2025-ci il tarixdə və 18 iyun 2025-ci il tarixdə məhkəməyə eyni məzmunlu teleqramlar göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, razı olduğunu, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, həmçinin 19 avqust 2025ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı Cavabdeh1 və digərlərinə qarşı ünvan 1 ünvanında yerləşən 0.2029 ha həyatyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101.1 kv.m təşkil edən fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış daşınmaz əmlak olduğundan Cavabdeh4 İman oğlunun və X10 1/2 paylarının müəyyən edilməsi, Cavabdeh4 İnam oğlunun ölümündən sonra onun mirasının İddiaçı və X22 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla paylarının müəyyən edilməsi, X10 ölümündən sonra onun payının İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə, miras əmlakda bütünlüklə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu, gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını bildirmişdir. Cavabdeh11 15 aprel 2025-ci il tarixdə və 18 iyun 2025-ci il tarixdə məhkəməyə eyni məzmunlu teleqramlar göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, razı olduğunu, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, həmçinin 19 avqust 2025ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı Cavabdeh1 və digərlərinə qarşı ünvan 1 ünvanında yerləşən 0.2029 ha həyatyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101.1 kv.m təşkil edən fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış daşınmaz əmlak olduğundan Cavabdeh4 İman oğlunun və X10 1/2 paylarının müəyyən edilməsi, Cavabdeh4 İnam oğlunun ölümündən sonra onun mirasının İddiaçı və X22 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla paylarının müəyyən edilməsi, X10 ölümündən sonra onun payının İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə, miras əmlakda bütünlüklə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu, gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını bildirmişdir. Cavabdeh X15 15 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı mərhum atası Cavabdeh4 İman oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olmasına etirazı olmadığını, razı olduğunu, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, həmçinin 17 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı cavabdehlər X8 və qeyrilərinə qarşı ünvan 1 ünvanında yerləşən miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə və miras əmlakda bütünlükdə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh13 18 iyun 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı Cavabdeh13 və qeyrilərinə qarşı ünvan 1 ünvanında yerləşən miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsinə və miras əmlakda bütünlükdə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh Quliyeva (Selen) İlhamə Abdulla qızı 03 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı mərhum atası Cavabdeh4 İman oğlunun adına Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X49ndə 15 may 2024-cü il tarixdə qeydiyyata alınmış ünvan 4 ünvanında yerləşən miras əmlakın faktiki qəbul edilməsi faktının və payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, sonradan iddia tələbinin həcmini artıraraq ünvan 1 ünvanında yerləşən 0.2029 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101.1 kv.m təşkil edən fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış daşınmaz əmlak olduğundan Cavabdeh4 iman oğlunun və X10 2/1 paylarının müəyyən olunmasını, Cavabdeh4 iman oğlunun ölümündən sonra onun mirasının faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməsi, X10 ölümündən sonra onun payının İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbi daxilində baxılmasını və tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, özünün iddia tələbinin təmin edilməsinə və miras əmlakda bütünlüklə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu, gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacağını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X31, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X15, Cavabdeh13 və Quliyeva (Selen) İlhamə Abdulla qızı tərəfindən məhkəməyə göndərilmiş teleqram və ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında atasından qalan mirasın özü tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini istədiyini, atasının 1979-cu ildə vəfat etdiyini, onun ölümündən sonra həmin evdə özünün də, digər bacı-qardaşlarının da yaşadığını, Cavabdeh1 və Cavabdeh2 atasının ölümündən qabaq həmin evdən getdiklərini, yəni atasının ölümündən sonra yaşamadıqlarını, digər bacı-qardaşlarının da ailə həyatı qurub getdiklərini, anasının 2021-ci ildə vəfat etdiyini, onun ölümündən sonra həmin evdə özünün ailəsi ilə birgə yaşadığını, kolxozda işlədiyi üçün atasına torpaq verdiklərini, atası ilə anasının birgə nikahda olduqları müddətdə həmin evi tikdiklərini, o evə köçəndə özünün doğulduğunu, Cavabdeh2 1978-ci ildə qoşulub qaçaraq Bakı şəhərində getdiyini, hal-hazırda xəstə olduğunu, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, cavabdehlərin hamısının mirasın onun tərəfindən qəbul edilməsinə razı olduqlarını, heç bir tələbləri olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Vəkil izahatında atasının ölümündən sonra həmin evdə iddiaçının bacı-qardaşları ilə yaşadığını, lakin digər bacı-qardaşlarının ailə həyatı qurub həmin evdən getdiklərini, cavabdehlərin hamısının mirasın iddiaçı tərəfindən qəbul edilməsinə razı olduqlarını, heç bir tələbləri olmadığını, mirasdan pay istəmədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 22 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh13 izahatında 1989-cu ildə ailə həyatı qurduğunu, ailə həyatı qurduqdan sonra da həmin evdə yaşamadığını, atasının 1979-cu ildə vəfat etdiyini, atasının ölümündən sonra həmin evdə bacı-qardaşları ilə yaşadıqlarını, Hüseyndən başqa hamısının ailə həyatı qurub həmin evdən çıxdıqlarını, miras əmlakdan heç bir tələbi olmadığını, iddia tələbi ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadəsində 43 ildir Hüseyngillə qonşu olduqlarını, o evdə daimi olaraq Hüseynin ailəsi ilə birgə yaşadığını, digər bacıqardaşlarının həmin evdə yaşadığını, ailə həyatı qurub getdiklərini, anasının ölümündən sonra Hüseynin ailəsi ilə yaşadığını, başqa kiminsə yaşadığını görmədiyini, atası öldüyü zaman qonşu olmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X32 ifadəsində 35 ildir Hüseyngillə qonşu olduqlarını, uçuq evləri olduğunu, evi Hüseynin əziyyətlə düzəltdiyini, özünün daima Hüseyni o evdə gördüyünü, anasının ölümündən sonra Hüseynin ailəsi ilə yaşadığını, başqa kiminsə yaşadığını görmədiyini, bacı-qardaşlarının Bakıda yaşadıqlarını bildiyini, Hüseynin anasının təxminən 3 ildir vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadəsində Hüseynin uzun illərdir ailəsi ilə birlikdə həmin evdə yaşadığını, digər bacı-qardaşlarının həmin evdə yaşadığını, ailə həyatı qurub getdiklərini, atasının ölümündən sonra Hüseyn və qardaşlarının yaşadığını, anasının ölümündən sonra Hüseynin ailəsi ilə yaşadığını, başqa kiminsə yaşadığını görmədiyini bildirmişdir. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh4 İman oğlunun mülkiyyətində olması, mərhum Cavabdeh4 İman oğlunun arvadı X22 (vəfat edib), qızı X16, qızı Cavabdeh2, oğlu X24 (vəfat edib), oğlu X11 (vəfat edib), qızı X15, oğlu İddiaçı, qızı X19 və qızı X17 adlı vərəsələrinin olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X49 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh4 İman oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 18/59 nömrəli reyestr kitabının 11647 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli, 405 nömrəli arayışdan mərhum Cavabdeh4 İman oğlunun arvadı X22 (vəfat edib), qızı X16, qızı Cavabdeh2, oğlu X24 (vəfat edib), oğlu X11 (vəfat edib), qızı X15, oğlu İddiaçı, qızı X19 və qızı X17 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli, 406 nömrəli arayışdan mərhum X12 arvadı X14, oğlu Cavabdeh4, oğlu Cavabdeh5, oğlu Cavabdeh6 və oğlu Cavabdeh7 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli, 01/0375 nömrəli arayışdan mərhum X4 atası Cavabdeh4 İman oğlu (vəfat edib), anası X22 (vəfat edib), arvadı X31, oğlu Cavabdeh9, oğlu Cavabdeh10 və qızı X20 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan Cavabdeh4 İman oğlu ilə X22 arasında 14 oktyabr 1959-cu il tarixdə nikah bağlanması və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 239 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan Cavabdeh4 İman oğlu və X25 birgə nikahlarından xx xxxxxxxx 1957-ci il tarixdə Cavabdeh2 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan Cavabdeh4 İman oğlu və X25 birgə nikahlarından 23 noyabr 1959-cu il tarixdə X24 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan Cavabdeh4 İman oğlu və X25 birgə nikahlarından 23 avqust 1961-ci il tarixdə X11 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan Cavabdeh4 İman oğlu və X25 birgə nikahlarından xx xxx 1963-cü il tarixdə X15 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan Cavabdeh4 İman oğlu və X25 birgə nikahlarından xx xxxxxx 1965-ci il tarixdə İddiaçı adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan Cavabdeh4 İman oğlu və X25 birgə nikahlarından xx xxxx 1970-ci il tarixdə X19 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan Cavabdeh4 İman oğlu və X25 birgə nikahlarından 08 sentyabr 1974-cü il tarixdə X17 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan X24 ilə X14 arasında 15 noyabr 1979-cu il tarixdə nikah bağlanması və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 369 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan X11 ilə X31 arasında 21 iyul 1983-cü il tarixdə nikah bağlanması və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 170 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli, 251810 nömrəli çıxarışdan X18 ilə X19 arasında 19 iyul 1989-cu il tarixdə nikah bağlanması və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli çıxarışdan X13 ilə X15 arasında 15 aprel 1986-cı il tarixdə nikah bağlanması və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 96 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli, 332254 nömrəli çıxarışdan X9 ilə X16 arasında 19 dekabr 1976-cı il tarixdə nikah bağlanması və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 47 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 312840 nömrəli çıxarışdan X24 və Cavabdeh3 birgə nikahlarından xx xxx 1980-ci il tarixdə Cavabdeh4 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 433494 nömrəli çıxarışdan X24 və Cavabdeh3 birgə nikahlarından xx xxxx 1985-ci il tarixdə Cavabdeh6 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 299012 nömrəli çıxarışdan X24 və Cavabdeh3 birgə nikahlarından xx xxxxxx 1993-cü il tarixdə Cavabdeh7 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli, 422696 nömrəli çıxarışdan X24 və Cavabdeh3 birgə nikahlarından xx xxxxxx 1983-cü il tarixdə Cavabdeh5 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 378806 nömrəli çıxarışdan X11 və Cavabdeh8 birgə nikahlarından xx xxxxxx 1996-cı il tarixdə X20 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 270305 nömrəli çıxarışdan X11 və Cavabdeh8 birgə nikahlarından xx xxx 1984-cü il tarixdə Cavabdeh9 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 296175 nömrəli çıxarışdan X11 və Cavabdeh8 birgə nikahlarından xx xxxx 1985-ci il tarixdə Cavabdeh10 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan Cavabdeh4 İman oğlunun xx.xx.1979-cu il tarixdə infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan X4 xx.xx.2010-cu il tarixdə sidik kisəsinin xərçəngi səbəbi ilə Bakı şəhəri, Nizami rayonunda vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və 1 saylı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X12 xx.xx.2015-ci il tarixdə kəskin ürəyin dayanması səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan X10 xx.xx.2021-ci il tarixdə bağırsaq yolunun dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yeni törəməsi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə qeyd aparılması aydın olur. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Regional “ASAN xidmət” mərkəzi Kommunal (Qaz) Xidməti tərəfindən verilmiş 21 aprel 2024-cü il tarixli, 657 nömrəli arayışdan görünür ki, ünvan 5 ünvanında sayğac nömrəsi 26012180 olan smart tipli qaz sayğacı müqaviləsi xx.xx.2015-ci il tarixdə İddiaçı adına bağlanmışdır və həmin ildən qaz ödənişləri İddiaçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Dövlət Energetika Xidməti Naxçıvan Regional “ASAN xidmət" mərkəzi tərəfindən verilmiş 21 aprel 2024-cü il tarixli, 24 nömrəli arayışdan görünür ki, ünvan 6 ünvanında xx.xx.2017-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70378794 olan smartkart tipli elektrik sayğacın müqaviləsi X10 adına bağlanmışdır, ödənişlər İddiaçı tərəfindən ödənilmişdir və sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Sukanalizasiya idarəsi Naxçıvan Regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 21 aprel 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 5 ünvanında 12 oktyabr 2017-ci il tarixdə 27603 mexaniki tipli su sayğacı müqaviləsi X28 adına bağlanmışdır. Həmin tarixdən su ödənişləri İddiaçı tərəfindən ödənilmişdir və sayğac göstəricisi 01935 m³-a kimi borcu yoxdur. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1532/2024 nömrəli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Naxçıvan regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə ünvanladığı ərizədə, atası xx.xx.1979-cu il tarixdə vəfat etmiş Cavabdeh4 İman oğlundan miras qalmış əmlakı qəbul etdiyini bildirmiş, mirasın açıldığı gündən üç ay müddətində mirasın qəbulu üçün ərizə verildiyi, altı ay keçdikdən sonra isə mirasın qəbul edildiyi, əgər mirasın qəbulu ərizəsi üç ay müddətində verilməyibsə 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi, vərəsəlik hüququnun bərpasının məhkəmənin səlahiyyətində olduğundan vərəsəlik hüququnun bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 30 may 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında 2029 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 101,1 m2 olan fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki inventarlaşdırma Bürosu tərəfindən 1973cü ilin iyun ayında Cavabdeh4 İman oğlunun adına inventarlaşdırılmış, onun adına 3902 inventar nömrəli texniki pasport verilmişdir. Fərdi yaşayış evi həmin texniki pasport əsasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 iman oğlunun adına qeydiyyata alınmışdır. Texniki pasportda fərdi yaşayış evinin 1970-ci il tarixdə inşa olunduğu qeyd olunmuşdur. İddiaçı ünvan 1 ünvanında yerləşən 0.2029 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 101.1 m2 təşkil edən fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış daşınmaz əmlak olduğundan Cavabdeh4 İman oğlunun və X10 1/2 paylarının müəyyən olunması, Cavabdeh4 İman oğlunun ölümündən sonra onun mirasının faktiki olaraq İddiaçı və X22 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla paylarının müəyyən edilməsi, X10 ölümündən sonra onun payının İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə iddiaçının ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evinin birgə nikah dövründə qazanılmış daşınmaz əmlak olduğundan Cavabdeh4 İman oğlunun və X10 1/2 paylarının müəyyən olunmasını tələb etməsinə dair hissədə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh4 İman oğlu ilə X22 arasında 14 oktyabr 1959-cu il tarixdə nikah bağlanmış və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 239 nömrə ilə qeyd edilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 30 may 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında 2029 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 101,1 m2 olan fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki inventarlaşdırma Bürosu tərəfindən 1973-cü ilin iyun ayında Cavabdeh4 İman oğlunun adına inventarlaşdırılmış, onun adına 3902 inventar nömrəli texniki pasport verilmişdir. Fərdi yaşayış evi həmin texniki pasport əsasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 iman oğlunun adına qeydiyyata alınmışdır. Texniki pasportda fərdi yaşayış evinin 1970-ci il tarixdə inşa olunduğu qeyd olunmuşdur. Qeyd olunan hala əsasən iddiaçının qeyd edilən tələbi Cavabdeh4 İman oğlu ilə X22 arasında nikah münasibətlərinin mövcud olduğu və birgə mülkiyyətin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1970-ci ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Nikah və Ailə Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1970-ci ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilibedilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ərarvadın birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. Həmin Məcəllənin 27-ci maddəsinə əsasən ər-arvad arasında ümumi birgə əmlakın bölgüsü könüllülük qaydasında aparıla bilər. Ümumi birgə əmlakı bölmək barədə ər-arvad arasında razılığı əldə edilmədikdə, ər-arvadın və ya onlardan birinin iddiasına görə əmlakın bölgüsü bu Məcəllənin 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən araşdırılır. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər hesab edilir... Mülki iş üzrə məhkəmə araşdırması zamanı mülki iş materiallarında olan sənədlərdən, işdə iştirak edən şəxslərin izahatlarından məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evi mərhum X22 və mərhum Cavabdeh4 İman oğlu tərəfindən birgə nikah dövründə əvəzli qaydada əldə edilmişdir, ona görə də qeyd olunan əmlak onların birgə mülkiyyəti kimi tanınmalıdır. Yuxarıda qeyd olunan qanunvericilik normaları və mülki işin araşdırılması zamanı müəyyən edilmiş halları nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış hesab edilməklə, həmin daşınmaz əmlakın 1/2 hissəsinə X10 və 1/2 hissəsinə isə Cavabdeh4 İman oğlunun payı müəyyən edilməlidir. İddiaçının digər tələbi olan Cavabdeh4 İman oğlunun ölümündən sonra onun mirasının faktiki olaraq İddiaçı və X22 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla paylarının müəyyən edilməsini tələb etməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh4 İman oğlu xx.xx.1979-cu il tarixdə infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə qeyd aparılmışdır. Qeyd olunan hala əsasən iddiaçının Cavabdeh4 İman oğlunun vəfatından sonra ondan qalmış miras əmlakın, yəni ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində olan 1/2 hissədə payının İddiaçı və X22 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla paylarının müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan Cavabdeh4 İman oğlu tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X22, X16, Cavabdeh2, X24, X11, X15, İddiaçı, X19 və X17 mərhum Cavabdeh4 İman oğlunun birinci növbə vərəsələridir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasından görünür ki, Azərbaycan Respublikasının qüvvədən düşən mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. İddia tələbinin məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı və mərhum anası X3 Abdulla İman oğlundan qalan mirası qeyri-formal üsulla qəbul etmişlər. Yəni onlar mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul etmişlər. Bu fakt həm işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatları ilə, həm də məhkəmədə dindirilmiş şahid ifadələri, həmçinin digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək, belə nəticəyə gəlir ki, İddiaçı və mərhum anası X3 Abdulla İman oğlunun vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə mirası qəbul etmişlər. Məhkəmə qeyd olunan nəticəyə gələrkən cavabdehlər tərəfindən məhkəməyə göndərilən ərizə və teleqramları da nəzərə alır. Məhkəmə İddiaçı özünün və mərhum anası X10 Cavabdeh4 İman oğlunun vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində olan 1/2 hissədə payında paylarının müəyyən olunmasını tələb etməsi ilə bağlı belə hesab edir ki, iddiaçılar İddiaçı və mərhum anası X22 mərhum Cavabdeh4 İman oğlunun vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində olan 1/2 hissədə payını qəbul etdiyindən hazırda iddiaçı həmin miras əmlakda özünün və anasının paylarının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənləri ümumiləşdirərək, həmçinin cavabdehlərin miras əmlakdan pay istəməmələrini, iddiaçının bütünlüklə payının müəyyən edilməsinə razı olduqlarını bildirmələrini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Cavabdeh4 İman oğlunun vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində olan 1/2 hissədə payında İddiaçı və mərhum anası X10 bərabər hissədə, yəni İddiaçı 1/4 hissədə payı və X10 1/4 hissədə payı müəyyən edilməli və ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə X10 həmin əmlakda 1/2 hissədə payı müəyyən edildiyindən, daşınmaz əmlakın vahidliyi prinsipinə əsasən ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində X10 3/4 və İddiaçı isə 1/4 hissədə payı müəyyən edilməlidir. İddiaçının İddiaçı digər tələbi olan X10 ölümündən sonra onun payının tərəfindən faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə belə hesab edir ki, miras əmlakda payın müəyyən olunması üçün ilkin olaraq miras əmlakın qəbul edilib-edilməməsi məsələsi araşdırılmalıdır. Məhkəmə mülki işin həmin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X22 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X16, Cavabdeh2, X15, İddiaçı, X19 və X1 Sara Musa qızının qanun üzrə vərəsələridir. 26 dekabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X10 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində olan 3/4 hissədə payını mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi halının aşkar edilməməsini, şahidlərin ifadələrini, cavabdehlərin məhkəməyə göndərdikləri ərizə və teleqramlarda miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə və payların müəyyən olunmasına heç bir etirazları olmadığını qeyd etmələrini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə İddiaçı ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində payının müəyyən olunmasını tələb etməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə belə hesab edir ki, İddiaçı mərhum X10 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində olan 3/4 hissədə payını qəbul etdiyindən, həmçinin mərhum Cavabdeh4 İman oğlundan qalmış miras əmlakı qəbul etdiyi üçün həmin əmlakda 1/4 hissədə payı olduğundan hazırda payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, daşınmaz əmlakın vahidliyi prinsipinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində tam hissədə payı müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X31, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X15, Cavabdeh13 və Quliyeva (Selen) İlhamə Abdulla qızından müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış hesab edilməklə, həmin daşınmaz əmlakın 1/2 hissəsinə X10 və 1/2 hissəsinə isə Cavabdeh4 İman oğlunun payı müəyyən edilməli; -X10 və İddiaçı mərhum Cavabdeh4 İman oğlunun vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində olan 1/2 hissədə payını qəbul etmələri faktı müəyyən edilməklə, X10 və İddiaçı mərhum Cavabdeh4 İman oğlunun vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində olan 1/2 hissədə payında bərabər hissədə, yəni X10 1/4 hissədə payı və İddiaçı 1/1 hissədə payı müəyyən edilməli, ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə X10 həmin əmlakda 1/2 hissədə payı müəyyən edildiyindən, daşınmaz əmlakın vahidliyi prinsipinə əsasən ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində X10 3/4 və İddiaçı isə 1/4 hissədə payı müəyyən edilməli; -İddiaçı mərhum X10 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində olan 3/4 hissədə payını qəbul etməsi faktı müəyyən edilməklə, İddiaçı ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində tam hissədə (mərhum anasından miras qalmış həmin fərdi yaşayış evində olan 3/4 hissədə payını qəbul etdiyindən, həmçinin mərhum Cavabdeh4 İman oğlundan qalmış miras əmlakı qəbul etdiyi üçün həmin əmlakda 1/4 hissədə payı olduğundan) payı müəyyən edilməli; -iddia təmin edildiyindən İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X31, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X15, Cavabdeh13 və Quliyeva (Selen) İlhamə Abdulla qızından müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış hesab edilməklə, həmin daşınmaz əmlakın 1/2 hissəsinə X10 və 1/2 hissəsinə isə Cavabdeh4 İman oğlunun payı müəyyən edilsin. X10 və İddiaçı mərhum Cavabdeh4 İman oğlunun vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində olan 1/2 hissədə payını qəbul etmələri faktı müəyyən edilməklə, X10 və İddiaçı mərhum Cavabdeh4 İman oğlunun vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində olan 1/2 hissədə payında bərabər hissədə, yəni X10 1/4 hissədə payı və İddiaçı 1/4 hissədə payı müəyyən edilməli, ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə X10 həmin əmlakda 1/2 hissədə payı müəyyən edildiyindən, daşınmaz əmlakın vahidliyi prinsipinə əsasən ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində X10 3/4 və İddiaçı isə 1/4 hissədə payı müəyyən edilsin. İddiaçı mərhum X10 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində olan 3/4 hissədə payını qəbul etməsi faktı müəyyən edilməklə, İddiaçı ünvan 1 ünvanında yerləşən 0.2029 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 101.1 m2 olan fərdi yaşayış evində tam hissədə (mərhum anasından miras qalmış həmin fərdi yaşayış evində olan 3/4 hissədə payını qəbul etdiyindən, həmçinin mərhum Cavabdeh4 İman oğlundan qalmış miras əmlakı qəbul etdiyi üçün həmin əmlakda 1/4 hissədə payı olduğundan) payı müəyyən edilsin. İddia təmin edildiyindən İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X31, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X15, Cavabdeh13 və Quliyeva (Selen) İlhamə Abdulla qızından müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar