Məhkəmə qərarları › İş №2(078)-543/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-543/2024

06.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-543/2024 06.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X1 05 may 1971ci ildə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, 1905-ci il təvəllüdlü mərhum nənəsi X2 05 may 1971 -ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Onun 7 övladı olub. Hazırda heç biri həyatda deyil. O, nənəsini xatırlamır, çünki o, 1975-ci ildə doğulub. Nənəsi vəfat edən dövrdə yaddan çıxdığı üçün övladları tərəfindən Qeydiyyat şöbəsinə müracət edib, onun ölümünü qeydə aldırmadıqlarına görə nənəsinə ölüm haqqında şəhadətnamə verilməmişdir. Lakin müəyyən müddət keçəndən sonra o Maraqlı şəxsndən nənəsinin ölümü haqqında akt qeydindən çıxarış almaq istəyəndə ona rəsmi arayış təqdim olunaraq bildirilmişdir ki, X1 ölməsinə aid “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış İnformasiya sistemi üzrə 23 fevral 2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlamalar aparılmışdır və ölüm akt qeydi aşkar edilməmişdir. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti Bürosuna müraciət etmiş, Bürodan verilmiş 24 fevral 2024-ci il tarixli, 49 nömrəli arayışı ilə təsdiq olunmuşdur ki, nənəsi X2 1971-ci il tarixdə Naxçıvan şəhər qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisioğludur. Nənəsi öləndə o 8-ci sinifdə oxuyurdu. Nənəsini təqribi xatırlayır. Əmiləri, atası və bibiləri rəhmətə gedib. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun bibisi nəvəsidir. Şərəbanı onun bibisidir. Bibisi öləndə onun 11 yaşı olub. Xatırladığı qədəri ilə bibisi xəstə idi və xəstəlikdən vəfat edib. Məhkəmənin qiymətləndirməsi: Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 13 nömrəli arayışdan aydın olur ki, X2 barəsində xx.xx.2024-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 49 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X2 1971-ci ildə vəfat edib və Naxçıvan Şəhər Qəbirstanlığında aşağıda göstərilən qəbirlərin yanında dəfn edilmişdir, sol tərəfi X8 1926-1994, sağ tərəfi X6 1912-1976, baş tərəf X3 1959-1992, ön tərəfi X12 1927-1979. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki X1 1971-ci ildə öldüyünə dair qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X1 05 may 1971-ci ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi nənəsinin ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 05 may 1971-ci ildə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar