Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-585/2025 23.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı daşınmaz əmlakdan payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə payının 1/9 hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yer yaşayış evi anası X3 miras qalmışdır. X1 əlavə 8 nəfər arasında bölünmüşdür. Mərhum anası X10 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Mərhum anası X5 aşağıdakı vərəsələri vardır: 1. X14, həyat yoldaşı; 2. İddiaçı, oğlu; 3. X8, qızı. Lakin həmin torpaq sahəsində olan fərdi yaşayış evinə paylarının hansı hissəsində olması, paylarından istifadə ilə bağlı aralarında narazılıqlar yaranmışdır. Buna görə payının müəyyən olunmasını istəyir. Naxçıvan Şəhər Məhkəməsinin 15 aprel 2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı daşınmaz əmlakdan payların müəyyən olunması tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş başqa cavabdehlərin cəlb olunması barədə ərizəsi təmin olunmaqla, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 hazırki mülki iş üzrə prosesə cavabdeh qismində cəlb edilməkləri qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı daşınmaz əmlakdan payların müəyyən olunması tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmaqla, mülki işə “iddiaçının mərhum anası X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə payının müəyyən olunması" tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlər onun xalaları və dayılarıdır. Anası 2016-cı ildə vəfat edibdir. Əmlak anası, xalaları və dayılarına məxsusdur. Həmin əmlakda anasının payının müəyyən edilməsini istəyir ki, həmin payı dayısına bağışlaya bilsin. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh6 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh7 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh5 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh4 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10, X9 və X6 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10, X7 və X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən aydın olur ki, ünvan 1 ünvanında 0.2285 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 40.4 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X11, X12, Cavabdeh2, Cavabdeh6, X5, Cavabdeh7, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 18/49 nömrəli reyestr kitabının 9561 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********58-10301, qeydiyyat nömrəsi: **********, xx.xx.2022). İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Nikah Evi tərəfindən 18 sentyabr 2023-cü il tarixdə verilmiş çıxarışa əsasən, X10 22 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 07 iyun 2023-cü il tarixdə verilmiş AZ-İ 943931 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X15 08 may 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 18 sentyabr 2023cü il tarixli, 1237 nömrəli arayışa əsasən, mərhum X5 aşağıdakı vərəsələri vardır:
1. X14, həyat yoldaşı;
2. İddiaçı, oğlu;
3. X8, qızı. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli, 2830 nömrəli arayışa əsasən, mərhum X11 aşağıdakı vərəsələri vardır:
1. X21, həyat yoldaşı, vəfat edib;
2. Cavabdeh8, oğlu;
3. Cavabdeh9, oğlu;
4. Cavabdeh10, oğlu. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25 iyul 2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, Cavabdeh2 26 avqust 2019-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X13, Cavabdeh9, X20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən, mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Mülki Məcəllənin 152.5-ci mаddəsinə əsаsən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər... İstər işin yuxarıda qeyd edilən faktiki hallarından, istərsə də yuxarıda qeyd edilən maddi hüquq normaları ilə işin faktiki hallarının təhlilindən məhkəmə bu qənaətə gəlir ki, mövcud sənədlər İddiaçı mərhum anası X5 paylı mülkiyyətdə fərdi yaşayış evindən payının olmasını təsdiq edir. Cavabdehlər məhkəmə iclasında izahatlarında iddianı qəbul etdiklərini, iddia tələbinə münasibətdə heç bir etirazları olmadığını bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, nə qədər ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmirsə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (MM 140-cı maddə). Belə olan halda məhkəmə qüvvədə olan hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıların paylı mülkiyyətində olan torpaq sahələrində onların hər birinin payının müəyyən edilməsi barədə iddia tələbini uğurlu hesab edir və iddia tələbində qeyd edilənləri nəzərə alaraq iddiaçıların hər birinin payını-bütün mülkiyyətçilər nəzərə alınmaqla bərabər qaydada müəyyən edilməsini qanunvericiliyin norma və prinsiplərinə uyğun hesab edir. Məhkəmə mərhum X5 daşınmaz əmlakda 1/9 hissədə pay hüququnun müəyyən edilməsini əsaslı hesab edir. Belə ki, daşınmaz əmlakın çıxarışından aydın olur ki, əmlak 9 mülkiyyətçiyə məxsusdur. Bu halda hər bir mülkiyyətçinin bir paya malik olması nəzərə alındıqda əmlakda 1/9 hissə pay hüququ mövcuddur. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mərhum anası X5 ünvan 1 ünvanında 0.2285 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 40.4 kv.m olan fərdi yaşayış evindən payı 1/9 hissədə müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia təmin edildiyindən İddiaçı tərəfindən 11 mart 2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10, X14 və X2 tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. İddiaçı mərhum anası X5 ünvan 1 ünvanında 0.2285 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 40.4 kv.m olan fərdi yaşayış evindən payı 1/9 hissədə müəyyən edilsin. İddiaçı tərəfindən 11 mart 2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10, X14 və X2 tutularaq İddiaçı qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.