Məhkəmə qərarları › İş №2(078)-598/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-598/2024

07.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-598/2024 07.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyənetdim: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək , 12 iyun 2023-cü il tarixdə X1 Maraqlı şəxs arasında bağlanmış və Ə-568 nömrə ilə qeydiyyatdan keçirilmiş aliment ödənilməsinə dair barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir və iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Maddənin də məzmunundan göründüyü kimi qanunvericiliyin tələbinə görə məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilməli və onun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.2-ci maddəsinin tələbinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat rüsum ödənilməlidir. Ərizəyə əlavə olunmuş dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əməl etmədən müəyyən olunmuş məbləğdən az dövlət rüsumu ödəmişdir. Belə ki, ərizəçi 100 manat dövlət rüsumu ödəməli olduğu halda 50 manat rüsum ödənilməsinə dair qəbz əlavə etmişdir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə X3 ödənilən 50 (əlli) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə X3 ödənilən 50 (əlli) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar