Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-599/2024 15.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri 6-cı küçədə yerləşən 94 nömrəli (əvvəlki ünvanı Firdovsi küçəsi ev 106) fərdi yaşayış evində yaşamış X1 28 iyul 1969-cu ildə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 onun nənəsidir. O, 28 iyul 1969cu il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportla Naxçıvan şəhər, 6-cı küçədə yerləşən 94 nömrəli fərdi yaşayış evi (əvvəlki ünvanı Firdovsi küçəsi, ev 106) X6 məxsusdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti bürosunun 05 fevral 2024-cü il tarixli 32 nömrəli arayışına əsasən X11 1969-cu ildə Naxçıvan şəhər Qəbirstanlığında aşağıda dəfn olunub. Naxçıvan MR Dövlət Arxivinin arayışına əsasən, Naxçıvan Muxrar Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq X3 Şöbəsinin Naxçıvan şəhərinin 1897-ci ilə dair doğum akt qeydi kitablarında X4 anadan olması haqqında məlumata rast gəlinmədi. Naxçıvan şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli arayışına əsasən X4 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılması və ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X20 24 fevral 2024-ci il tarixli arayışında xx.xx.1969-cu il tarixdə vəfat etmiş X4 adma ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Ölüm faktının təsdiq olunması üçün Naxçıvan şəhər Nikah Evinə ərizə ilə müraciət etmiş və ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. X2 vəfat edərkən onlar müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almamışlar. Bu səbəbdən də nənəsinin ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. X1 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə X1 adına olan Naxçıvan şəhər, 6-cı küçədə yerləşən 94 nömrəli fərdi yaşayış evinin sənədləşdirilməsi üçün nənəsinin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısı oğludur. Nənəsi öləndə onun 18 yaşı vardı. Nənəsi xəstəlikdən və qocalıqdan rəhmətə gedib. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısı oğludur. Nənəsi öləndə onun 13 yaşı vardı. Nənəsi xəstəlikdən və qocalıqdan rəhmətə gedib. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 07 nömrəli arayışdan aydın olur ki, X11 barəsində xx.xx.2024-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki X4 xx.xx.1969-cu ildə öldüyünə dair qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 32 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X11 1969-cu ildə vəfat edib və Naxçıvan Şəhər Qəbirstanlığında aşağıda göstərilən qəbirlərin yanında dəfn edilmişdir, sol tərəfi X9 1930-1991, sağ tərəfi X10 1965-1992, baş tərəf X12 1938-1956, ön tərəfi X5 1913-1981. Naxçıvan MR Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 13/289 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Arxivdə mühafizə olunan Naxçıvan MR Ədliyyə Nazirliyinin VVAQŞ-nin Naxçıvan şəhərinin 1897-ci ilə dair doğum akt qeydi kitabında mərhum X4 anadan olması barədə məlumata rast gəlinmədi. Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası phş tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 11 nömrəli arayışda qeyd olunmuşdur ki, xx.xx.1969-cu ildə vəfat etmiş X4 ölüm haqqında şəhadətnamənin verilməsi haqqında Poliklinikada məlumat yoxdur. 2170 inventar nömrəli texniki pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri 6-cı küçədə yerləşən 94 nömrəli (əvvəlki ünvanı Firdovsi küçəsi ev 106) fərdi yaşayış evi X4 adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, X4 mülkiyyətində olan Naxçıvan şəhəri 6-cı küçədə yerləşən 94 nömrəli fərdi yaşayış evinin əvvəlki ünvanı ünvan 5 materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X4 28 iyul 1969-cu ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi nənəsinin ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X4 28 iyul 1969-cu ildə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-599/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-599/2024
15.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver