Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-6/2023 18.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 Heydər oğlunun, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələri aradan qaldıraraq küçəyə çıxışa şərait yaradılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X8, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Naxçıvan şəhəri, B.Abbasov küçəsi, döngə 7, ev 8 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, torpaq üzərində tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldıraraq küçəyə çıxışına şərait yaradılması barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, qardaşı Zalxanın vəfatından bir müddət öncə 2020-ci ilin ortalarında ona məxsus olan həyətyanı torpaq sahəsində onun razılığı olmadan tikililər tikməyə başladığını, həmin andan həmin tikililərin qanunsuz olduğunu, ona məxsus torpaq üzərində aparılmasını onlara deyərək dərhal sökülməsini qardaşına və onun ailəsinə bildirdiyini, buna baxmayaraq, onların tikintini dayandırmayaraq inşaya davam etdiklərini, qardaşının vəfatından sonra isə onun oğlu Vüqarın və ailəsinin onu eşitməyərək, onun narazılıqlarına məhəl qoymayaraq, qanunsuz hərəkətlərini davam etdirərək ona məxsus torpaq sahəsi üzərində tikililər tikməyə davam etdiklərini, 2021-ci ilin əvvəlində Vüqarın vəfatından sonra hazırki cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qanunsuz tikilini başa çatdıraraq onun hüquqlarını pozmaqda davam etdiklərini, onların onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması üçün dəfələrlə onların özlərinə, polisə, icra nümayəndəliyinə, daşınmaz əmlaka müraciət etdiyini, nəticə etibarilə cavabdehlərin onu dinləmədiklərini, dövlət qurumlarının isə ona “qarşı tərəf bizi dinləmir, sizin mübahisənizə məhkəmə baxmalıdır” dediklərini, bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəldiyini, qardaşı Zalxanın oğlu Vüqarın vəfatından sonra, hazırda ailə üzvləri olan X4, Cavabdeh2 və Cavabdeh3 ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmələri nəticəsində onun Azərbaycan Respublikasının milli qanunvericiliyi və beynəlxalq hüquq normalarında nəzərdə tutmuş hüquqlarının kobud şəkildə pozulduğunu və hazırda da pozulmaqda davam etməkdə olduğunu, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulmasının (zəbt edilməsinin) qanunla qadağan olunmasına baxmayaraq, cavabdehlər tərəfindən son 2 (iki) il ərzində inşa edilmiş özbaşına tikilinin qanuni olaraq ona məxsus olan torpaq sahəsi üzərində inşa olunduğunu və həmin tikilinin onun özünə aid həyətyanı torpaq sahəsindən istifadə edərək küçəyə çıxışına bir dəfəlik son qoyduğunu, hazırda yaşadığı evdən öz torpaq sahəsindən keçməklə küçəyə çıxışının həmin qanunsuz aparılmış tikiliyə görə mümkün olmadığını, küçədən evinə nəinki özünün gediş gəlişinin, hətta heç bir əşyanın gətirilməsinin, habelə avtomobilin gəlməsinin qeyrimümkün olduğunu, onun yola (küçəyə) çıxmağının yalnız qonşuluğunda yaşayan bacısının həyətindən keçməklə dar bir cığırla mümkün olduğunu, mülkiyyətindən ana yolla birbaşa çıxışı olan yolunun (ərazisinin) mövcud olmasına baxmayaraq, cavabdehlərin mülkiyyətində olan torpağı qanunsuz zəbt etməklə üzərində qanunsuz tikili aparması nəticəsində öz torpağından keçərək, istifadə edərək küçəyə çıxmaq imkanına son qoyulduğunu, bu gün qanunsuz şəkildə zəbt edilərək tikilmiş tikilini qarşı tərəf söksə, onun öz torpağından keçərək dədə-babadan qoyulan dəmir qapı vasitəsilə yola çıxışına maneələrin aradan qalxmış olacağını və özünün də öz mülkiyyəti olan ərazidən istifadə edərək küçəyə rahat çıxış və giriş əldə edəcəyini, ona məxsus mübahisəli torpaq sahəsinin cavabdehlərin xeyrinə özgəninkiləşdirilməsi barədə aralarında forma etibarilə yazılı və notariat qaydada təsdiqlənməsi tələb olunan müqavilə bağlanılmadığını, torpaq sahəsi üzərində cavabdehlərin hər hansı hüququnun dövlət reyestrində qeydə alınmadığını, torpaq sahəsinin onun olduğunu, torpaq sahəsini özünün könüllü olaraq cavabdehlərə vermədiyini, cavabdehlərin 3-4 il əvvəl tikinti apardıqlarını, 2009-cu ildə cavabdehlərin ona məxsus torpaq sahəsində tikinti aparmadıqlarını, ondan icazəsiz tikinti apardığına görə ölənə kimin qardaşı ilə küsülü olduğunu, 2020-ci ildə qardaşı Zalxan Quliyevin tikinti apardığını, onun ölümündən sonra oğlu Vüqar Quliyevin tikintini davam etdirdiyini, o, da vəfat etdikdən sonra Cavabdeh2 davam etdirdiyini, həmin torpaq sahəsinin vərəsəlik qaydasında ona verildiyini, həmin torpaq sahəsinin 1890 kvm olduğunu, üzərində iki otaqlı ev olduğunu, nənəsinin vəsiyyətinə görə 1890 kvm torpaq sahəsinin 3 yerə qardaşı, bacısı və onun arasında bölünməli olduğunu, bu səbəbdən hər biri 600 kvm torpaq sahəsi götürməli olduqlarını, qardaşı Zalxana 625 kvm torpaq sahəsi verildiyini, tikili olan torpaq hissəsinin onda qaldığını, bacısı İradə Quliyevaya çatacaq torpaq sahəsinin ayrılıb verilmədiyini, bacısının iki otaqlı ev tiksə də sənədləşdirmədiyini, lakin orada qeydiyyatda olmaqla yaşadığını, qardaşı Zalxana aid torpaq sahəsinin 1982-ci ildən sənədləşdiyini, qardaşının iki otaqlı ev tikdiyini, 2019-cu ilin sonlarında qardaşının ona aid torpaq sahəsində öz evinə birləşik artırma etməklə otaq tikdiyini, həmin vaxtı qardaşı ilə küsülü olduqlarını, etiraz etdikdə qardaşının ona sənin torpağın çoxdur ölüb gedəcəksən tək adamsan dediyini, 2019-cu ildə polis orqanına, icra hakimiyyəti orqanına dediyini, ona bu məsələnin məhkəməyə aid olduğunu bildirdiklərini, 2020-ci ilin aprel ayında qardaşının vəfat etdiyini, oğlu Vüqarın ona məxsus torpaq sahəsində əlavə olaraq bir otaq da tikdiyini, sonra əlavə olaraq mətbəx və hamam tikdiyini, 2021-ci ilin yanvar ayında Vüqarın vəfat etdiyini, sonra məhkəməyə müraciət etdiyi vaxtda Əfsanənin tikililərin təmirini etdiyini, hazırda cavabdehlərdən Cavabdeh2 və iki uşağının həmin tikililərdə yaşadığını, cavabdehlər tərəfindən aparılmış tikililərin yalnız ona aid torpaq sahəsinə düşdüyünü, bacısına aid sahəyə düşmədiyini, evinin yoldan 35 metr aralı olduğunu, öz torpaq sahəsindən ərazi ayıraraq yol kimi istifadə etdiyini, lakin tikililər aparılıb həmin ərazini tutduqlarından avtomobillə evinə gedə bilmədiyini, torpağı satmaq fikirinin olmadığını, torpağa görə cavabdehdən pul istəmədiyini, torpağının qaytarılmasını istədiyini, məhkəmə araşdırmalarının nəticəsində vərəsə olaraq cavabdehlərin müəyyən olunduğunu, nəyə görə Tərlan Bağırovanın neçə illərdir gəlib yolun bağlandığını, hardan gedib gəldiyini demədiyini, torpaq sahəsinin əvəzinə görə qarşı tərəfdən pul istəmədiyini, istəsəydi veriləcəyini, məhkəmə mübahisələrinin də olmayacağını, torpaq sahəsində olan tikililərin cavabdehlərə məxsus olduğunu, cavabdehlərin torpaq sahəsində tikinti aparmaqlarına icazə vermədiyini, Vüqardan əvvəl atası ilə mübahisələrinin olduğunu, bu səbəbdən onların qapısını açmadığını, cavabdehlərin tikintiyə 2019-cu ildə başladıqlarını, tikintini dayandırmaq üçün dövlət orqanlarına şifahi müraciət etdiyini, təxminən 2018-2019cu ildə torpaq komitəsinə tikinti ilə bağlı yazılı müraciət etdiyini, nümayəndənin gəlib baxdığını, onlara aid məsələ olmadığını deyib məhkəməyə müraciət etməli olduğunu bildirdiyini, Vüqarı və Əfsanəni mübahisələrinə görə evinə dəvət etdiyini, Vüqarın ona tikdiklərini sökdürərsə evini yandıracağını dedyini, torpaq sahəsinin onun mülkiyyətində olduğu üçün cavabdehin tikinti aparmasına etiraz etdiyini, cavabdehlərin yeni tikdikləri evdə 2020-ci ildən yaşadıqlarını, cavabdehlərin digər hissədə 7 metirlik məsafə qalmasına baxmayaraq tikililəri yol hissəyə saldıqlarını, digər boş hissədən küllük kimi istifadə etdiklərini, iş üzrə təqdim olunmuş sübutların, mütəxəssis rəyinin və ekspertin rəyinin qəbul edilib qiymətləndirilməsini, cavabdehlərin tikililərinin sökülməsini istəmədikləri halda zəbt etdikləri torpağın əvəzində torpaq vermələrini, və ya qonşuluqda 25000 manata satılan torpaq sahəsinin olduğunu alıb vermələrini istədiyini göstərərək, cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Naxçıvan şəhəri, B.Abbasov küçəsi, döngə 7, ev 8 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, torpaq üzərində tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldıraraq küçəyə çıxışına şərait yaradılması barədə qətnamə qəbul edilməsini хаhiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil1 Heydər oğlu izahatında, iddia ərizəsində tələblərini kifayət qədər əsaslandırdıqlarını, həmin hissələrə təkrarən toxunmaq istəmədiklərini, əlavə olaraq torpaq sahəsinin iddiaçıya məxsus olduğunu, cavabdeh tərəfin həmin torpaq sahəsində tikililəri mülkiyyətinə qeydiyyata saldırmasının mümkün olmadığını, məhkəmə torpaq sahəsini cavabdeh tərəfə versə belə sənədləşdirməsinin mümkün olmadığını, cavabdeh tərəfin hansısa sübut təqdim etməsinin əsasının olmadığını, daşınmaz əmlakın əvvəlki məhkəmə araşdırılmasında mütəxəssisin rəy verdiyini, qaranlıq məqamların olduğunu, qarşı tərəfin müdafiəçisi rolu oynadıqlarını, rəydə ziddiyyətlərin aydınlaşdırılması üçün məhkəmənin diqqətə aldığını, suallar verməklə qaranlıq yazıların aydınlaşdırıldığını, müəyyən məhdud çərçivədə olsa da verilən hissə ilə iddiaçının narazı qalmadığını, məhkəməyə açıq-aydın sübutların verildiyini, məhkəmənin araşdırıb torpaq sahəsini cavabdehə versə də onu nə edə biləcəyini, iddiaçının torpaq sahəsini cavabdehə vermədiyini, satmadığını, əvvəlki məhkəmə işinə görə qəbul olunmuş məhkəmə qətnaməsinin ləğv olunduğunu, həmin iş üzrə verilmiş izahatların iddiaçının fikirləri əsasında yazılmadığını, digər məhkəmə işində cavabdehin 4 il olar ki, tikintini yekunlaşdırdıqlarını bildirdiyini, izahata əsasən tikintinin 2018-2019-cu illərdə bitdiyini, zəbt olunmuş torpaq sahəsinin iddiaçıya məxsus olduğunu, cavabdehlərin mülkiyyətinə verilmədiyini, daşınmaz əmlakda dövlət reyesterində qeydiyyatdan keçmədiyini, cavabdehlərin sahiblik və mülkiyyət hüquqlarının olmadığını, torpaq təcrübəsinin tətbiqi təcrübəsinin müddəalarına əsasən şəhadətnamələr və aktlar əsasında torpaq sahələrinin mülkiyyətə alındığını, bu xarakterli sənədləşmələr olmadıqda torpağın tutulmasının qanunsuz zəbt olduğunu, bu qanunvericililiyin nəzərə alınaraq iş materiallarında olan sübutlar əsasında iddianın təmini barədə qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh2 iddianı qəbul etmədiyini, 2000-ci ildə həmin evə gəlin gəldiyini, qaynını evləndirəndə geniş şərait olsun deyə otaqdan qapı açıldığını, əri Vüqarın əlavə otaq tikməyə başladığını, Əzizxan əmisinin dirək gətirib Vüqara verərək otağın üstünə atmasını dediyini, 3-4 ildən sonra 2009-cu ildə evi tikməyə başladıqlarını, Əzizxanın özünün torpaq sahəsini artıq verdiyini, qardaşı ilə sözü olduğundan həmin torpaq sahəsinə setqa çəkərək Vüqara Zalıya görə torpağı alacağını dediyini, 2009-cu ilin sentyabr ayında uşaqlara otaq tikməyə başladıqlarını, pulları olduqca tikinti apardıqlarını, 2015-ci ildə hamam-tualet tikməyə başladıqlarını, 2016-cı ildə bitirdiklərini, sonra mətbəx, axırıncı isə salon tikdiklərini, tikililərin hamısının qapısının salona açıldığını, qaynatasının yasının onun tikdiyi evdə olduğunu, 2019-cu ildə tikintinin olmadığını, çünki, o, qədər pulunun olmadığını, həmin vaxtı uşaq oxutduğunu, Əzizxanla mehriban olduqlarını, qaynatasının ölümündən sonra nə oldusa Əzizxanın onlara evləri söküb çıxmağı tələb etdiyini, qaynatasının 7 il yataq xəstəsi olduğunu, onun xəstə olduğundan ev tikmək imkanının olmadığını, 2003-2004-cü ildən evinin ayrıldığından qaz və işıq çəkilərək sayğac qoyulduğunu, 2019-cu ildən deyil əvvəldən evlərin tikildiyini, əmisinin ondan tikdiyi evin sənədinin olub-olmamasını soruşduqda olmadığını dediyini, əmisinin ona həmin ərazidə yol çəkiləcəyini bu səbəbdən sənədləşdirməyi bildirdiyini, əgər evi sənədi olmasa yol çəkiləndə evi dövlət ehtiyacları üçün alınmayacağını bildirdiyini, ev tikdikləri ərazinin Əzizxanın olduğunu, münasibətləri yaxşı olduğunu, Vüqarın bibisi İradənin onlara gəldiyini, ona evi sənədləşdirmək istədiyini bildirdiyini, İradənin ona evi tik qurtar birdəfə edərsən dediyini, Əzizxana deyil İradəyə sənədləşdirməni deməklərinin səbəbi kimi, böyük kimi həmişə fikirlərini ona dediklərini, ev tikəndə Əzizxanın rulun zeşt, palitelin, armaturlar verərək istifadə etmələrini bildirdiyini, Əzizxanın həmin torpaq sahəsini könüllü olaraq onlara tikinti aparmaq üçün verdiyini, əgər sökdürəcəkdisə niyə verdiyini, tikililərin yoldaşı ilə onun apardığını, qaynatasının tikinti aparmadığını, yalnız tikintilərdə işləməklə kömək etdiyini, tikintinin 2017-2018-ci ildə bitdiyini, məhkəmə mübahisələri başlayanda tikintilərin və təmirlərin artıq bitdiyini, yalnız mətbəxdə təmir işləri gördüklərini, T.Bağırovanın ərinə məxsus evdə yaşadığını, yeni tikililərə aidiyyətinin olmadığını, Əzizxanın öz razılığı ilə tikililər apardıqlarından iddianı qəbul etmədiyini, Əzizxanın 2020-ci ildə ona torpağı satmağı ona dediyini, 140 kvm torpaq sahəsini satmaq istədiyini, tam qiymət demədiyini, torpağın sotunun 8000 manat olduğu halda ona 6000 manata satacağını dediyini, Əzizxana tikililəri sökdürməməsini dediyini, ərinin sağlığında işliyib qazancı olduğunu bildirdikdə, Əzizxanın pulu tək sən deyil qaynın Polad da istifadə edir o, da versin dediyini, Polada olanları dediyini, Poladında vermədiyini, Əzizxanın da Poladın özünə avtomobil ala bilməsini, pul verməməsini deyib irad bildirdiyini, Əzizxanın 2009-cu ildə bacısı İradənin və digər qardaşının onun, qaynatasının, əri Vüqarın, yanında tikinti aparılmasına icazə verdiyini, evlərinin quruluşuna görə Əzizxana məxsus torpaq sahəsində tikili aparmaq mümkün olduğundan ondan torpaq istədiklərini, həyətdə tut ağacının kəsilməsinə görə Əzizxanla qaynatasının arasında söz olduğundan küsülü olduqlarını, lakin Vüqarla onun mehriban olduqlarını, tikintilərə çəkdikləri xərci tam olaraq bilmədiyini, çünki zamanla xərclədiklərindən tam olaraq yadında qalmadığını, torpaq komitəsindən kiminsə gəlib həmin əraziyə baxmadığını, Əzizxanın 2020-ci ildə onları məhkəməyə verəndə narazı olduğunu bildiklərini, tikintini 2018-ci ildə bitirdiklərini, 2020-ci ildə evini sökdürməməsi üçün Əzizxana pul təklif etdiyini, Əzizxanında torpağın dəyərinin neçə olmasından asılı olaraq ondan aşağı 8000 manatdırsa 6000 manata, verəcəyini dediyini, qaynı Polada bu barədə deyib Əzizxanın onunda yoldan istifadə etdiyindən pul verməli olduğunu dediyini, Poladında pulu olmadığını verməyəcəyini dediyini, özünündə əri öldüyündən pulu olmadığından verə bilmədiyini, mübahisədən əvvəl tuduqları torpaq sahəsini ölçüsünü bilmədiyini, indi təxminən 144 kvm sahəni tuduğunu bildiyini, Əzizxanın əvəzsiz olaraq torpaq sahəsini verdiyini, indi niyə sökdürmək istədiyini, niyə pul istədiyini bilmədiyini, kanalizasiya sistemi çəkildiyindən tikintini digər boş qalan hissəyə sala bilmədiklərini göstərərək qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh2 vəkili qismində izahat verən Vəkil2 iddia tələbini qəbul etmədiklərini, cavabdehin izahatına əlavəsinin olmadığını, əvvəlki məhkəmə işlərində Əzizxanın izahatında 12 il ərzində qanunsuz torpaq sahəsini tutduqlarına görə ona vurduqları ziyana görə ili 1000 manatdan hesablanmaqla ödənilməsini istədiyini, bu izahatdan da tikililərin 2009-cu ildən aparıldığının təsdiq edildiyini, torpağın mülkiyyətçisinin gözü qarşısında tikililərin aparıldığını, burdanda torpaq mülkiyyətçisinin tikililərin aparılmasına razılıq verməsinin məlum olduğunu, iddiaçının torpaq sahəsində tikililərin aparılmamasına dair rəsmi dövlət orqanlarına müraciətinin olmadığını, həmin sübutları təqdim edə bilmədiyini göstərərək iddia tələbinin təmin olunmaması barədə qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən X15 iddianı qəbul etmədiyini, Əzizxanın razılığı əsasında tikintilərin aparıldığını, iki ildir ki, onları məhkəməyə verib başlarına oyun açdığını, xəstə olduğunu, şəkər, təzyiq, ürək xəstəsi olduğunu, həm yaşıd olduqlarını, qaynı olaraq heç vaxt Əzizxana hörmətsizlik etmədiyini, nəyə görə onları məhkəməyə verdiyini, tikintidən əvvəl yolun açıq olduğunu, Əzizxanın yol dediyi hissədən yox digər hissədən gedib-gəldiyini, həmin sahəni Əzizxanın özünün öz təşəbbüsü ilə tikinti aparılması üçün verdiyini, hazırda da Əzizxanın yolunun olduğunu, tikinti apardıqları torpaq sahəsinin kimə aid olduğunu, bilmədiyini, bildiyi həmin sahədən onlarında yol olaraq gedib-gəldiyini, həmin sahənin onların yolu olduğunu, başqa yolunun olmadığını, oğlunu ailə olduğundan bir otaq verib ayırdıqlarını, sonra Əzizxanın razılığı ilə digər otaq tikməyə başladıqlarını, Əzizxanın özünün qohum olaraq tikintiyə material verərək kömək etdiyini, tikinti apardıqları vaxt baldızının tikintini aparmalarını lakin onlara tərəf pəncərə qoymamalarını istədiyini, əzizxanın heç vaxt gəlib tikinti aparmaqlarına etiraz etmədiyini, tikintinin dayandırılması barədə hansısa dövlət orqanına müraciət etmədiyini, tikinti aparanda torpaq sahəsinin onların olmadığını bildiklərini, əmisi kimin Əzizxanın həmin sahəni Vüqara verdiyini, Əzizxanın həmin vaxtı tikin qurtarın sonra sənəd verəcəm adınıza sənədləşdirin dediyini, tikinti apardıqları vaxt sənədləşmə üçün notariusa getmədiklərini, əri öləndən sonra Əzizxanın onların başına bu oyunu açacağını düşünmədiklərini, mərhum oğlu Vüqarın neçənci ildə tikintiyə başladığını savadsız olduğundan unutduğunu, lakin bildiyi nəvəsi Zeynəbin birinci sinifdə oxuduğunu, hazırda Zeynəbin səkkizinci sinifdə oxuduğunu, tikintini ərinin və oğlunun vəfatından əvvəl təxminən 5 il olar ki, bitirdiklərini, hər ikisinin yas mərasimlərinin həmin tikdikləri evdə olduğunu, Əzizxanın heç bir şərt olmadan Vüqarla münasibət yaxşı olduğundan torpaq sahəsini verdiyini, əri öləndən sonra Vüqarla aralarında nə söz oldusa Əzizxanın onları məhkəməyə verəcəyini dediyini, Əzizxanın əvəzsiz, ödənişsiz həmin torpaq sahəsini ölçərək çəpər çəkərək verdiyini, Əzizxanın göstərdiyi sahədə tikili apardıqlarını, tikintini aparmaq üçün dövlət orqanlarına icazə üçün müraciət etmədiklərini, tikililəri əvvəlcədən tikdikləri evlərini birləşik tikdiklərini, evlərinə aid sənədin yeni tikililərə münasibətdə dəyişilməsi üçün daşınmaz əmlaka müraciət etmədiklərini, Əzizxanın evinə başqa yoldan avtomobilin gəldiyini, Əzizxana sənədləşmə üçün müraciət etmədiyini, bu işi Əzizxanın insafına buraxdığını, iki yetimi çölə buraxarsa özünün biləcəyini göstərərək qanuni qərar verilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası Cavabdeh3 iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 2496 inventar nömrəli Pasportun təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 2740 inventar nömrəli Pasportun surətinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X16 adına qeydiyyata alınmışdır. 2740 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun surətinə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 4227 inventar nömrəli Pasportun surətinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 4228 inventar nömrəli Pasportun surətinə əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. Naxçıvan MR-in Daşınmaz Əmlak və X22 Dövlət Xidmətinin 19 aprel 2022-ci il tarixli, 04/234 nömrəli məktubuna əsasən, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsində inşa olunan mübahisəli tikilinin yerləşdiyi 53 m2 torpaq sahəsi və mübahisəli tikilidən dəmir qapıya qədər yol kimi istifadə olunan 168 m2 torpaq sahəsinin 83 m2 hissəsi 2496 inventar nömrəli texniki pasporta əsasən İddiaçı məxsusdur. Lakin həmin torpaq sahəsindən faktiki olaraq X10 vərəsələri istifadə edir. Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15629 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətinə əsasən, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-209/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsinin surətinə əsasən, İddiaçı cavabdeh X13 qarşı onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq, yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(108)-39/2022 nömrəli qərardadının surətinə əsasən, İddiaçı və onun vəkili Vəkil1 Heydər oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, İddiaçı cavabdeh X13 qarşı onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq, yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. 08 iyun 2007-ci il tarixli Bağışlama Müqaviləsinin surətinə əsasən, X1 şəhəri, B.Abbasov küçəsi, döngə 7, ev 8 ünvanında yerləşən ümumi sahəsi 625.5 kv.m olan torpaq sahəsinin 300.0 kv.m olan hissəsini qızı X11 bağışlamışdır. 28 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, yerində baxış zamanı iddia olunan yolun 1962-ci ilin texniki pasportda olan hissəsi ölçüldü. Ölçülər aparılan zaman məlum oldu ki, həmin yoldan haliyyədə X7 ailəsi istifadə edir və başqa tərəfdən həmin həyətə yol yoxdur. X17 xx.xx.2007-ci ildə həyətyanı sahəsini bağışlayarkən bu yolun istifadəsində olduğu nəzərə alınaraq bölgü aparılmışdır. 08 iyul 2022-ci il tarixli mütəxəssis rəyinə əlavəyə əsasən, 53 m2 mübahisəli yaşayış evinin yerləşdiyi sahə və 83.65 m2 yol kimi mübahisələndirilən sahə Cavabdeh2 və X4 istifadəsində olmasına baxmayaraq, İddiaçı aid 1962-ci ilin texniki pasportunda göstərilən torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Lakin bu günkü tarixədək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı həyətyanı torpaq sahəsinin küçəyə çıxışı olmasına baxmayaraq, yol kimi mübahisələndirilən ərazidən istifadə etməsinə Cavabdeh2 və Cavabdeh3 yaşadığı yaşayış evi və X18 mülkiyyətində olan həyətyanı sahəyə əsas giriş maneə yaradır. Naxçıvan MR-in Daşınmaz Əmlak və X22 Dövlət Xidmətinin nümayəndəsi X3 08 iyul 2022-ci il tarixli izahatına əsasən, mütəxəssis rəyi mübahisənin texniki tərəfini izah etməkdən, mövcud vəziyyəti göstərməkdən və təkliflərdən ibarətdir. Texniki tərəfdən yanaşma isə sxem və plan-ölçüdən ibarətdir. Sxemlərdə 1962-1982-ci ilin pasportlarda olan torpaq sahəsinin planı və ölçüləri göstərilir. Lakin faktiki vəziyyətlə müqayisə etdikdə çox ciddi fərqlər yaranır və görünür ki, həmin ərazidəki sakinlər texniki pasportdakı torpaq sahələrinin ölçülərindən fərqli formada uzun müddət istifadə edirlər. Bəziləri qeydiyyatdan köhnə pasportdakı vəziyyətlə deyil, faktiki vəziyyətlə keçiblər. Xidmətin hüququ və səlahiyyətlərində mütəxəssisin yerində baxış zamanı əgər ilkin sənədlərlə faktiki vəziyyətdə ciddi fərq yaranarsa, akt tərtib edib qeydiyyatı dayandırma, mülkiyyətçiyə problemi bildirmə ixtiyarı var. Əgər mülkiyyətçi razılıq verərsə, faktiki vəziyyətə uyğun qeydiyyat aparılır. Əks təqdirdə, qeydiyyatdan imtina olunur. Bu gün iddiaçının 1962-ci ilin texniki pasportuna istinadən hüquqların bərpası digər mülkiyyətçilərin hüquqlarını pozur. Əgər hər hansısa fərdi yaşayış evi təkrar qeydiyyatdan keçən zaman onun həyətyanı sahəsinə əsas girişi yoxdursa, yolu bərpa olanadək həmin mülkün üzərində hər hansı bir hüquqi proses aparmaq mümkün deyil. Hətta ona ünvan belə vermək olmaz. Ona görə də, 60 il əvvəl verilmiş texniki pasportdakı sərhədləri bərpa edərkən həm müddəti, həm faktiki vəziyyəti, həm də hansısa mülkiyyətçinin mülkiyyətini qeydiyyata alma hüququnun pozulmamasını nəzərə alınmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2022-ci il tarixli, 224 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X22 Dövlət Xidmətinin sədr müavini N.Fətəliyevin imzası ilə təsdiq edilmiş 20 sentyabr 2022-ci il tarixli, 14/89 saylı məktuba eləcə də, mülki iş materiallarında olan həmin idarənin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ümumi şöbəsinin dövlət sirrinin mühafizəsi üzrə baş mütəxəssisi S.Qasımovun şəxsi imzası ilə təsdiq edilmiş 28 iyun 2022-ci il tarixli mütəxəssis rəylərinin və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Cavabdeh2 istifadəsində olan 53 m2 yaşayış evinin yerləşdiyi mübahisəli sahə İddiaçı aid, 1962-ci ildə tərtib olunmuş texniki pasportda göstərilən, lakin faktiki vəziyyətlə uyğun olmayan torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Həmin torpaq sahəsi və torpaq sahəsi üzərində olan tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 1962-ci ildə iddiaçının adına tərtib olunmuş texniki pasportda göstərilən torpaq sahəsinin sərhədləri daxilində Cavabdeh2 aid 53 m2 yaşayış evi və cavabdehlərin uzun müddət yol kimi istifadəsində olan 83.65 m2 torpaq sahəsi yerləşir və həmin fərdi yaşayış evlərinə başqa yerdən gediş-gəliş yolu yoxdur. İddiaçının həyətyanı torpaq sahəsinin küçəyə piyada olan çıxışı olmasına baxmayaraq, yol kimi mübahisələndirilən əraziyə Cavabdeh2 və Cavabdeh3 yaşadığı yaşayış evi və X4 mülkiyyətində olan həyətyanı torpaq sahənin əsas girişinə, yəni iddiaçının avtomobil yolundan istifadə etməsinə maneə yaradır. Cavabdehin istifadəsində olan mübahisəli tikilidən küçəyədək olan məsafədə yerləşən torpağın ümumi sahəsi 168.0 m2 təşkil edir. Həmin ərazinin 83.65 m2 hissəsi iddiaçının adına 1962-ci ildə tərtib olunmuş texniki pasportda göstərilən torpaq sahəsinə aid olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi V.Kazımovun imzası ilə təsdiq edilmiş 08 sentyabr 2022-ci il tarixli, 14/83 saylı məktuba və həmin məktuba əlavə edilmiş mütəxəssis rəyi və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, İddiaçı məxsus olan Naxçıvan şəhəri, B.Abbasov küçəsi, döngə 7, ev 8 ünvanında yerləşən torpaq sahəsinin üzərində aparılmış cavabdehlərin istifadəsində olan mübahisəli tikililərin sökülməsi həmin tikililərin bitişik olduğu digər tikililərin (mübahisəli torpaq sahəsində yerləşməyən) konstruksiyalarına zərər vurmadan mümkün olduğu müəyyən edilmişdir. Mülki iş materiallarında və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, İddiaçı məxsus olan Naxçıvan şəhəri, B.Abbasov küçəsi, döngə 7, ev 8 ünvanında yerləşən torpaq sahəsindən küçəyə çıxış (avtomobil yolu olmaqla) cavabdehlərin istifadəsində olan mübahisəli tikililər sökülmədən torpaq sahəsinin digər hissələrindən açılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.10-cu maddəsinə əsasən, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4.-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Naxçıvan şəhəri, B.Abbasov küçəsi, döngə 7, ev 8 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, torpaq üzərində tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldıraraq küçəyə çıxışına şərait yaradılması tələbinə dair iddia rədd edilməlidir. Belə ki, mübahisəli tikili inşa edilərkən iddiaçı buna razılıq vermiş və buna heç bir şəkildə etiraz etməmişdir. Bu fakt iş üzrə tərəflərin izahatı ilə öz təsdiqini tapır. İş üzrə cavabdehlərin izahatından məlum olur ki, 2009-cu ildə iddiaçının razılığı əsasında, münasibətlərinin yaxşı olduğu vaxtda, iddiaçının özü tərəfindən torpaq sahəsinin sərhəddi müəyyən olunmaqla əvəzssiz olaraq ayrılıb onlara verildiyindən mübahisəli tikililəri inşa edib neçə illərdi orada yaşadıqlarını bildirirlər. İddiaçı mübahisəli tikililərin 2019-cu ildə inşa edilməsinə başlanmasını, bunun qarşısını almaq üçün müraciətlər etməsini bildirsədə bu faktın təsdiqi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Məkəmə qeyd edir ki, mübahisəli tikililər daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmamışdır. Lakin həmin tikililərin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır və bu cavabdehlər tərəfindən də mübahisələndirilmir. Məhkəmə qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikililnin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları vardır. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşşat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz hesab edilir. Məhkəmə iddiaçı və cavabdehlərin qohumluq münasibətinin olmasını, zamanında yaxşı münasibətlərinin olmasını və torpaq mülkiyyətçisi kimi tikintiyə icazə verməsini əsas tutaraq qeyd edir ki, binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilə bilməz və həmin şəxs vicdansız sahib sayıla bilməz. Bundan başqa izahatlardan məlum olur ki, iddiaçı tikinti aparılarkən material verməklə cavabdeh tərəfin tikintisinə köməklik etmiş, sonradan torpaq sahəsinin əvəzində ona müəyyən qədər pul vəsaiti ödənilməsi barədə söhbətləri də olmuş, cavabdehin maddi imkanı olmadığından bu fakt reallaşmamışdır. Bu hal İddiaçının məhkəmə iclasında verdiyi izahatında da öz əksini tapır. Belə ki, iddiaçı izahatında cavabdehlərin tikililərinin sökülməsini istəmədikləri halda zəbt etdikləri torpağın əvəzində torpaq vermələrini, və ya qonşuluqda 25000 manata satılan torpaq sahəsinin olduğunu alıb vermələrini istədiyini qeyd etmişdir. Məhkəmə həmçinin iddiaçının öz hüququna əsaslanıb verdiyi razılığı hazırda geri götürməklə, tikililərin sökülməklə inşa etmiş şəxslərin çıxarılmasını tələb etməsini mülkiyyətçinin hüquqları ilə yanaşı tikililəri inşa etmiş şəxslərində qanuni mənafeyini nəzərə almağı və ədalətli tarazlığın təmin olunmasının vacibliyini qeyd edir. Belə ki, torpağın mülkiyyətçisinin razılığına və rəftarına güvənərək müvafiq vəsait sərf etməklə inşa etmiş şəxslərin əmlak mənafeləri nəzərə alınmalıdır. İddiaçının razılığı ilə inşa edilmiş tikililərin sökülməsi nəticəsində cavabdeh tərəf maddi zərərə düşəcək. Məhkəmə mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılmasını ədalətin təmin olunması üçün vacib sayır. Məhkəmə iddiaçının əvvəl verdiyi razılığı, buna etimad etməklə cavabdeh tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsini dürüstlük qaydasına uyğun olmadığını qeyd edir. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüququndan suiistifadə sayılır ki, qanunvericilik hüququndan açıqca sui-istifadə edilməsi qorunmur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı X8, Cavabdeh2 və Cavabdeh3 qarşı Naxçıvan şəhəri, B.Abbasov küçəsi, döngə 7, ev 8 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, torpaq üzərində tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldıraraq küçəyə çıxışına şərait yaradılması tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-6/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-6/2023
18.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver