Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-600/2025 13.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 17 fevral 1969-cu il təvəllüdlü X2 24 iyun 1987-ci ildə ölməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum valideynləri- atası X9 ilə anası X14 arasında 1966-cı ilin iyun ayında o vaxtkı İliç rayonunun ZAQS Bürosunda dövlət qeydiyyatına alınmaqla rəsmi nikah bağlanmışdır. Onların birgə nikahlarından 16 dekabr 1965-ci il tarixdə X10; 03 iyun 1966-cı il tarixdə X11; 17 fevral 1969-cu il tarixdə X12; 10 fevral 1972-ci il tarixdə X6; 21 iyul 1973-cü il tarixdə X13; 04 mart 1975-ci il tarixdə X7; xx xxxx 1977-ci il tarixdə Ərizəçi adında yeddi övladları doğulmuşdur. Valideynləri uzun müddət Şərur rayon Tənənəm kəndində yaşamış, sonradan isə ailəliklə Naxçıvan şəhərinə köçmüşlər. Naxçıvan şəhərinə köçməmişdən əvvəl isə ölkədə aparılan islahat zamanı ailələrinə ümumi sahəsi təqribən 0.3 ha torpaq sahəsi ayrılmış və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən MH seriyalı ******* və ******* nömrəli çıxarışlar da verilmişdir. Anası Zəhra xx.xx.2017-ci ildə, atası Nəriman isə xx.xx.2018-ci ildə vəfat etmiş, onlardan da qeyd edilən əmlaklar miras qalmışdır. Hazırda həmin mirası vərəsəlik qaydasında rəsimləşdirmək istəsə də müəyyən çətinliklərlə üzləşmişdir. Belə ki, 1969-cu il təvəllüdlü bacısı X12 1987-ci ildə gənc yaşlarında vəfat etsə də, müxtəlif səbəblərdən onun ölümü barədə zəruri qeydiyyat aparılmamışdır. Bununla əlaqədar Şərur rayon Nikah Evinə müvafiq şəhadətnamənin verilməsi ilə bağlı müraciət etsə də, nəticəsi olmamış və ona qeyd edilən şəhadətnamənin alınması üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Haliyədə isə valideynlərindən miras qalmış əmlakın vərəsələr tərəfindən vərəsəlik qaydasında rəsmiləşdirilməsinə ehtiyac olduğundan müvafiq ərizə ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir, 1987-ci ildə vəfat etmiş bacısı X2 ölümünün qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin ünvanına məktub göndərərək, işlərinin çoxluğu ilə əlaqədar iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi izahatında tam dəqiq bilmədiyini, deyəsən bacısının zəhərlənmədən rəhmətə getdiyini, ana və atasının rəhmətə getdiyini, torpaq sənədləşdirilməsində problem yaşandığını, bacı və qardaşının şahid ola biləcəyini, bacının ölümündən sonra müəyyən səbəblərə görə ölüm kağızının alınmadığını, mülkü adına saldıra bilmədiyini, evin atasının adına olduğunu, şahidlərin bacı və qardaşı olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində Sevdanın bacısı olduğunu, özünün 1984-cü ildə hərbi xidmətə çağırıldığını, 1986-cı ilin noyabrın 3-nə gəldiyini, xatırladığı qədəriylə Sevdanın yaz aylarında zəhərləndiyini və vəfat etdiyini, Sevdanın subay olduğunu, məktəbi təzə qurtardığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində Sevdanın bacısı, İlhamın isə qardaşı olduğunu, bacısı Sevdanın fevralın 17-si 1969-cu ildə anadan olduğunu, 18 yaşında vəfat etdiyini, nədən zəhərləndiyini xatırlamadığını, vəfat edərkən subay olduğunu bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən 13 mart 2025-ci il tarixdə verilmiş 22 nömrəli məktubda qeyd olunmuşdur ki, X3 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. Naxçıvan MR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat şöbəsi tərəfindən 26 noyabr 2024-cü il tarixdə verilmiş 32 nömrəli arayışa əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “ Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4-cü və 8.5-ci maddəsinə əsasən qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda isə ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X2 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “ Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırıbmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında ilkin qeydiyyatın aparılması üçün ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən müraciətin tərəflərindən təmin edilməsi mümkün deyil. Göstərilənləri nəzərə alaraq ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi xahiş olunur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, Şərur rayonu, Tənənəm kəndində yerləşən 0.1442 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 19/20 nömrəli reyestr kitabının 3792 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********38, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017). Şərur rayon Nikah Evinin Ərizəçi ünvanlanmış 23 sentyabr 2024-cü il tarixli məktubuna əsasən, Şərur rayon Nikah Evinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək 1969-cu il təvəllüdlü Şərur rayon Tənənəm kəndində anadan olmuş X2 ölüm haqqında şəhadətnaməsinin verilməsini xahiş etmisiniz. Ölüm haqqında şəhadətnamə vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında verilir. Lakin ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyiniz halda bu barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm haqqında şəhadətnamə məhkəmə qətnaməsinə əsasən verilə bilər. Göstərilənlərə əsasən aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə müraciət etməyiniz tövsiyyə olunur. Şərur rayon Nikah Evinin 23 sentyabr 2024-cü il tarixli məktubuna əsasən, ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə Şərur rayon Nikah Evinin arxivində və “Vətəndaşlıq Vəziyyəti aktları” X1 Sisteminə 1987-ci ildən 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Şərur Rayon İcra Hakimiyyəti Tənənəm kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 07 oktyabr 2024-cü il tarixdə verilmiş 90 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X12 24 iyun 1987-ci ildə Şərur rayonu, Tənənəm kəndində vəfat etmiş, Tənənəm kənd Qəbirstanlığında dəfn olunub. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, Şərur rayonu, Tənənəm kəndində yerləşən 0.15 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 19/18 nömrəli reyestr kitabının 3449 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********32, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017). Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 may 2018-ci il tarixli, AZ-İ 496487 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X9 18 may 2018-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 noyabr 2017-ci il tarixli, AZ- İ 496228 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X14 10 noyabr 2017ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X2 24 iyun 1987-ci ildə Şərur rayonu, Tənənəm kəndində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi atasının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 24 iyun 1987-ci ildə Şərur rayonu, Tənənəm kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-600/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-600/2025
13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver