Məhkəmə qərarları › İş №2(078)-611/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-611/2024

28.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-611/2024 28.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızının iştirakı ilə, Ərizəçi Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızının Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızı ərizə ilə məhkəməyə müraciət edərək, Z-1001 nömrəsi ilə qeydiyyatdan keçmiş mediatorun iştirakı ilə Maraqlı şəxs ilə arasında bağlanmış 14 avqust 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızı ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, onunla Maraqlı şəxs arasında nikaha Naxçıvan şəhər Məhkəməsinin 2(078)- 1231/2023 nömrəli qətnaməsinə əsasən 23 noyabr 2023-cü il tarixdə xitam verilmiş və 01 fevral 2023-cü il tarixdə 22 nömrəli aktla qeydə alınmışdır. Birgə nikahda yaşadıqları dövrdə 17 fevral 2017-ci il təvəllüdlü X11 və 21 sentyabr 2018-ci il təvəllüdlü X10 adlı 2 övladları doğulmuşdur. Z-1001 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X9 iştirakı ilə Maraqlı şəxs ilə 14 avqust 2023-cü il tarixdə barışıq sazişi imzalamışlar. Barışıq sazişinin, şərtlərinə əsasən, uşaqlar 17 fevral 2017-ci il təvəllüdlü X7 və 21 sentyabr 2018-ci il təvəllüdlü X1 üçün ataları Maraqlı şəxs hər ayın sonu hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində vəsaiti ərizəçi Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızının müvafiq bank hesab kartına ödəyəcəyini öhdəsinə götürməklə tərəflər razılığa gəlmişlər. Cavabdeh Maraqlı şəxs barışıq sazişində göstərilən aliment məbləğini ödəmir. Barışıq sazişində qeyd olunan müddət keçmişdir və saziş üzrə 1700 (min yeddi yüz) manat aliment borcu yaranmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Maraqlı şəxs mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Maraqlı şəxs iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızı məhkəmə baxışı iclasında Maraqlı şəxs 400 manat verməyəcəyini dediyini, bəzən ayda 100 manat, bəzən ayda 200 manat aliment verdiyini, sadəcə fevral ayında uşağın doğum günü olduğu üçün 300 manat verdiyini, barışıq sazişinin 2023-cü ilin avqust ayında bağlandığını, Maraqlı şəxs uşaqların hər birinə hər ay 200 (iki yüz) manat olmaqla birlikdə 400 (dörd yüz) manat aliment ödəməyi öhdəsinə götürdüyünü, Maraqlı şəxs bu günədək 2800 manat aliment verməli olduğunu, indiyədək cəmi 1100 manat aliment ödədiyini, 1700 manatını ödəmədiyini, barışıq sazişinin Maraqlı şəxs tərəfindən icra edilməsini istədiyini, onun barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, ərizəçinin izahatını qiymətləndirən məhkəmə müəyyən edir ki, ərizəçi Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızı ilə Maraqlı şəxs arasında bağlanmış nikahın pozulması, həmin nikahdan 17 fevral 2017-ci il təvəllüdlü X11 və 21 sentyabr 2018-ci il təvəllüdlü X10 adlı övladlarının olması və ərizəçi ilə maraqlı şəxsin arasında barışıq sazişinin imzalanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli, AZ-İ seriyalı, 402711 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 ilə Maraqlı şəxs arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeyd aparılması; -İş materiallarına əlavə edilmiş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən 27 oktyabr 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 966646 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 və Maraqlı şəxs 17 fevral 2017-ci il təvəllüdlü X11 adlı övladlarının olması; -İş materiallarına əlavə edilmiş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən 09 avqust 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 167409 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 və Maraqlı şəxs 21 sentyabr 2018-ci il təvəllüdlü X10 adlı övladlarının olması; -İş materiallarına əlavə edilmiş 07 mart 2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızının ünvan 1 ünvanında yaşaması; -İş materiallarında olan 14 avqust 2023-cü il tarixli, Z-1001 nömrəli barışıq sazişindən Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızı ilə Maraqlı şəxs arasında həmin tarixdə mediator X9 iştirakı ilə barışıq sazişi bağlanması, barışıq sazişinə əsasən tərəflərin birlikdə Mediasiya prosesində övladları xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün, atası Maraqlı şəxs hər ayın sonu hər uşağa 200 (iki yüz) manat olmaqla, birlikdə 400 (dörd yüz) manat aliment pulu, birinci tərəfə X5 müvafiq kart hesabı ilə ödəməsinə razılaşmaları və X3 övladları xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 ataları ilə telefon və ya digər rabitə vasitəsi ilə əlaqə saxlamalarına, gəzmələrinə və hər həftənin şənbə günü 18:00-dan, bazar günü 17:00-dək ataları Maraqlı şəxs yanında qalmalarına razılaşmaları aydın olur. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs alimentin ödənilməsinə dair barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. Maraqlı şəxsə ərizənin surətinin göndərilməsinə baxmayaraq tələbə qarşı etirazı və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Tərəflər aralarında bağlanmış barışıq sazişində alimentin hər ayın sonu ödəniləcəyi barədə razılığa gəlmişlər. MPM-in 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişinin bağlanmasından sonra könüllü icra müddətində onun alimentə dair hissədə icra edilmədiyini, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını, uşaqların yüksək mənafeyinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 14 avqust 2023-cü il tarixli barışıq sazişi aliment tələbinə dair hissədə təsdiq edilməli, 14 avqust 2023-cü il tarixli barışıq sazişi əsasında Maraqlı şəxs 17 fevral 2017-ci il təvəllüdlü X11 və 21 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 200 (iki yüz) manat olmaqla, birlikdə 400 (dörd yüz) manat məbləğində aliment 14 avqust 2023-cü ildən tutularaq uşaqların anası Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızına ödənilməli, tələb alimentə dair hissədə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə təmin edilməli olduğundan ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunmalı; -Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 14 avqust 2023-cü il tarixli barışıq sazişi aliment tələbinə dair hissədə təsdiq edilməli; -Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 17 fevral 2017-ci il təvəllüdlü X11 və 21 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment 14 avqust 2023-cü ildən tutularaq uşaqların anası Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızına ödənilməli; -Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilməli; -Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızı tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunsun. Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 14 avqust 2023-cü il tarixli barışıq sazişi aliment tələbinə dair hissədə təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 17 fevral 2017-ci il təvəllüdlü X11 və 21 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment 14 avqust 2023-cü ildən tutularaq uşaqların anası Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızına ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilsin. Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızı tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Haqverdiyeva (Zeynalova) Aysel Ramazan qızına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar