Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-622/2022 28.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh3 və cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı birgə nikahda qazanılmış əmlakda atanın 1/2 mülkiyyət hüququnun tanınması, mərhum atanın payının faktiki olaraq qəbul edilməsi və daşınmaz əmlakda payın müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək ünvan 2 saylı mənzilin və ünvan 1 ünvanında 1294 m2 torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 105.97 m2 olan fərdi yaşayış evinin üzərində atası X3 1/2 mülkiyyət hüququnun tanınması, ünvan 2 saylı mənzilin və Naxçıvan şəhəri, Hacıniyyət kəndi, 6-cı küçə, ev 1 ünvanında 1294 m2 torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 105.97 m2 olan fərdi yaşayış evinin üzərində mərhum atası X3 1/2 payının onun tərəfindən faktiki qəbulu faktının təsdiqi, ünvan 2 ünvanında yerləşən mənzildən və ünvan 3rləşən fərdi yaşayış evindən payının müəyyən olunması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 28 iyun 2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə digər cavabdehlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar hazırlıq iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh4 24 iyun 2022-ci il tarixli teleqram göndərərək teleqramda İddiaçı oglu ona qarşı miras əmlakla əlaqədar iddia qaldırıb onun həmin iddia ilə əlaqədar qarşılıqlı iddia verəcəyini, bununla bağlı müvafiq orqanlara sorğu göndərdiyini, həmin sorğuya cavab gəlmədiyindən qarşılıqlı iddianı verə bilmədiyini, ona görə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 28 iyun 2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək ərizəsində cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia qaldıraraq mərhum atası X3 1/2 mülkiyyət hüququnun tanınması, payının onun tərəfindən faktiki qəbulu faktının təsdiqi və payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, hazırda iddiasını geri götürdüyünü, iddia ərizəsini və iddiaya əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh3 da həmçinin 28 iyun 2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək ərizəsində iddiaçıya qarşı vermiş olduğu qarşılıqlı iddia ərizəsini geri götürdüyünü qeyd edərək qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh3 ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə məhkəmənin hazırlıq iclasında iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə, cavabdeh isə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalı, həmçinin Cavabdeh3 qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 16 may 2022-ci il tarixli, 25254 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı, Cavabdeh3 tərəfindən "xxxx" ASCnin Naxçıvan filialına 17 iyun 2022-ci il tarixli, 13819 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh3 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı birgə nikahda qazanılmış əmlakda atanın 1/2 mülkiyyət hüququnun tanınması, mərhum atanın payının faktiki olaraq qəbul edilməsi və daşınmaz əmlakda payın müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh3 geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 16 may 2022-ci il tarixli, 25254 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı və Cavabdeh3 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 17 iyun 2022-ci il tarixli, 13819 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh3 geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-622/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-622/2022
28.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver