Məhkəmə qərarları › İş №2(078)-625/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-625/2024

01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-625/2024 01.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhərində yaşamış qardaşı X4 1991-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan şəhər 2 saylı Nikah Evi mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxış iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəni müdafiə edərək, X4 onun qardaşı olduğunu, Nurəddinin 10 iyun 1962-ci il tarixdə Naxçıvan şəhərində anadan olduğunu və ona 693 nömrəli doğum haqqında şəhadətnamə verildiyini, onun 1991-ci il tarixdə Naxçıvan şəhərində vəfat etdiyini və Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunduğunu, Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosunun 27 dekabr 2023-cü il tarixli, 316 nömrəli arayışına əsasən X4 1991-ci ildə Naxçıvan şəhər Qəbirstanlığında 1. sol tərəf: X2 (1910-1987), 2. sağ tərəf: X7 (1962- 1994), 3. baş tərəf: X8 (1936-2007) qəbirlərinin yanında dəfn olunduğunu, Naxçıvan Şəhər Nikah Evinin 13 mart 2024-cü il tarixli arayışına əsasən X4 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 13 mart 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparıldığının və ölüm akt qeydinin aşkar olunmadığının bildirildiyini, Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsinin 12 mart 2024-cü il tarixli arayışında 1991-ci il tarixdə vəfat etmiş X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyinin göstərildiyini, qardaşı X6 vəfat edərkən müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almadıqlarını, bu səbəbdən də, qardaşının ölüm qeydinin qeydiyyat şöbəsində aparılmadığını, qardaşı X4 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmədiyini və məcbur qalıb məhkəməyə müraciət etməli olduğunu, qardaşı X4 1991-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən olunmasının məhkəmə qaydasında təsdiq olunmasını istədiyini, bunları nəzərə alaraq, Naxçıvan şəhərində yaşamış qardaşı X4 1991-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X14, qonşu olduğunu, X4 ondan iki yaş böyük olduğunu, bir məhəllədə böyüdüklərini, 1991-ci ildə Nurəddinin vəfat etdiyini, onun dəfnində və yas mərasimində iştirak etdiyini bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X12, qonşu olduğunu, aralarında divar olduğunu, X5 tanıdığını, ondan böyük olduğunu, bir məhəllədə yaşadıqlarını, 1991-ci ildə Nurəddinin vəfat etdiyini, onun dəfnində və yas mərasimində iştirak etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən verilmiş 16 nömrəli, 12 mart 2024-cü il tarixli məktuba əsasən, 1991-ci ildə vəfat etmiş X4 ölüm haqqında şəhadətnaməsinin verilməsi haqqında məlumat yoxdur. Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli, 15 nömrəli arayışa əsasən, X4 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində 13 mart 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosunun 27 dekabr 2023-cü il tarixli, 316 nömrəli arayışına əsasən, X4 1991-ci ildə Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, sübutlarla müəyyən olunur ki, X6 1991-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. X1 ölümü ilə bağlı müvafiq qeydiyyat şöbəsində qeydiyyat aparılmamış və ölüm şəhadətnaməsi alınmamışdır. Eyni zamanda, X4 ölümü haqqında həkim arayışı (şəhadətnaməsi) yoxdur. Ona görə də, ərizəçi X4 ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilməz. Yuxarıda göstərilənlər nəzərə alınmaqla və şəxsin vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyət daşıdığından, X4 1991-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinin tələbinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş səndələrin bərpası mümkün olmasın. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X4 1991-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar