Məhkəmə qərarları › İş №2(078)-628/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-628/2024

29.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-628/2024 29.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşamış mərhum anası X1 18 fevral 1977-ci ildə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, vəkil və nümayəndə vasitəsilə təmsil edilmişdir. Məhkəmə işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəsini müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ərizəçinin anası X5 qara ciyər serrozu xəstəliyindən əziyyət çəkirdi. Bir ilə qədər xəstə yatıb. Ərizəçinin dediyi qədəri ilə o vaxtı Naxçıvan şəhərində “Böyük xəstəxana” var idi. Orada bir neçə ay müalicə olundu. Sonra həkimlər deyib ki, aparın evə, müalicənin xeyri olmur. Ərizəçi anasını yaşadıqları Naxçıvan şəhəri, H.Aslanov küçəsi döngə 2-də yerləşən 5 saylı evə gətirib. Evdə də 3 ay xəstə yatıb, sonra 18 fevral 1977-ci il tarixdə ərizənin doğum günündə vəfat edib. Həmin günü saat 15:00 da mərhum Həcər xanımı Naxçıvan şəhər qəbiristanlığında dəfn ediblər. Yasını yaşadıqları evdə saxlayıblar. Həmin dövrdə mərhumun ölüm haqqında şəhadətnaməsini almayıblar. Bu illər ərzində də ölüm haqqında şəhadətnamə lazım olmadığından sənədi almaq yaddan çıxıb. Yaşadıqları ev atalarının adınadır. İstəyirlər ki, evi birinin adına keçirsinlər, bunun üçün isə anasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Həcər xanımın ölüm haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə etdiyi müraciətə 07 mart 2024-cü il tarixdə cavab verilərək X1 18 fevral 1977-ci il də öldüyünə dair Maraqlı şəxs arxivində heç bir məlumatın tapılmadığı və vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqında qeydiyyatın aparılmasının mümkün olmadığı, ölüm faktının təstiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Həcər xalanın yasında da iştirak edib. Yaşlılıqla bağlı xəstə idi. Ərizəçi Sevilgil 1 bacı 3 qardaş olublar. Hidayət qardaşı vəfat edib, Ələddin və Heydər Bakı şəhərində yaşayır. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, o, tələbə olan zaman 1977-ci ildə mərhum Həcər xalanın evində kirayə qalıb. O zaman Həcər xala tək yaşayırdı. Arda oğlu Heydər və qızı Sevil tez-tez gəlib analarına baş çəkirdilər. Həcər xala iki ay xəstə oldu sonra da vəfat etdi. Məhkəmənin qiymətləndirməsi: Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 11 nömrəli arayışdan aydın olur ki, X5 barəsində xx.xx.2024-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 47 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X5 1977-ci ildə vəfat edib və Naxçıvan Şəhər Qəbirstanlığında aşağıda göstərilən qəbirlərin yanında dəfn edilmişdir, sol tərəfi X7, sağ tərəfi X8 1906-1982, baş tərəf X4 1912-1970, ön tərəfi X3 1910-1988. Naxçıvan MR Ədliyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası phş tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9 nömrəli arayışda qeyd olunmuşdur ki, 1977ci ildə vəfat etmiş X1 ölüm haqqında şəhadə\tnamənin verilməsi haqqında Poliklinikada məlumat yoxdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki X1 xx.xx.1977-ci ildə öldüyünə dair qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin vəkili və nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X1 18 fevral 1977-ci ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi anasının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 18 fevral 1977-ci ildə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar