Məhkəmə qərarları › İş №2(078)-636/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-636/2025

07.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-636/2025 07.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı vəCavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarş daşınmaz əmlakda payın naturada ayrılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Quliyev X2 şəhəri, İstiqlal küçəsi, mənzil 17 ünvanında yerləşən, ümumi sahəsi 70.38 kvadratmetr olan mənzildə 1/4 hissədə olan payımın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.38 kvadratmetr olan mənzil paylı mülkiyyət hüququ ilə 14 hissə olmaqla mənə, 3/4 hissə olmaqla oğlunun mülkiyyətinə verilmişdir. Uzun müddətdir oğlu ona qarşı ləyaqətini alçaldan ifadələr işlədir, onu yola vermir, döyür və əxlaqsız ifadələr işlədirdi. Bəlkə münasibəti düzələr deyə evin bölünərək oğluna da pay verilməsini istəmişdir. Qarşılıqlı şəkildə razılaşdıq və evin 3/4 hissəsini ona verdim. Həmin gündən oğlunun davranışları yaxşılaşmaq əvəzinə daha da pisləşdi. Ondan niyə belə etdiyini soruşanda ona dedimişdir ki, niyə ölmürsən sən?, ölsəydin rahat yaşayardım. Sosial Müdafiə Nazirliyinə müraciət edib Ahıllar evinə getmək istədiyimi bildirdim. Evə nümayəndə göndərdilər. Oğlunu başa salmağa çalışdılar ki, atanız burada əziyyət çəkir. Ahıllar evinə getsə daha yaxşı olar. Lakin oğlu ona da razı olmadı. Dedi ki, ölənədək mənim yanımda qalassan. Qeyd etmişdir ki, o 2010-2014-cü illərdə Ahıllar evində olmuşdur. Ona dedi ki, nəyǝ gəlirdin yanıma elə orada da qalardın. Onun nə getməyinə icazə verir, nə də bir ata kimi ona hörmət qoyur. O eşidə bilmədiyi üçün eşitmə cihazından istifadə edirəm. Bunun da səbəbkarı oğludur, ona şillə vurmuş və nəticəsində eşitmə qabiliyyətindən məhrum olmuşdur. Qeyd edir ki, 2010-2014-cü illərdə yuxarıda göstərdiyi səbəblərə əsasən oğluna verdiyi paydan peşman olmuşdur. Ona görə də paylarının naturada bölünməsini istəyir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək kimsəyə böhtan atmadığını, oğlunun 40 ildən çoxdur ona zülm etdiyini, onu döydüyünü, ondan uzaqlaşmaq istədiyini, özü oğlundan uzaqlaşmasa böyük hadisənin baş verəcəyini, özünün evdə yaşaya bilmədiyini, onu döyüb söydüyünü, zülüm verdiyini, ona ata kimi hörmət etmədiyini, onu daima döydüyünü, ondan uzaqlaşmaq istədiyini, özünün heçne pul, imkan istəmədiyini, sadəcə evin satılıb bir otaqlı bir ev alıb ona verməsini istədiyini, orada qalmaq istədiyini, oğlunu ondan uzaqlaşdırılmasını istədiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahatında atasının 87 yaşı olduğunu, o yaşda belə bütün gün polislərdə olduğunu, dəfələrlə tutulduğunu, özünün 1500 manat pul verib onu çıxardığını, özünün gedib orda burda eysan yediyini, anasını döydüyünü, televizora baxanda kirini yerə tökdüyünü, o səbəbdən qoymadığını, atasının maxelərə faizə pul verdiyini, dediklərinin yalan olduğunu, özünün heçnəyə imkanının çatmadığını, özünün ev almağa imkanının olmadığını, otuz min manata ev tapsa əgər ala biləcəyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan: Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 70.38kv.m olan yaşayış evi paylı mülkiyyət hüququ əsasında 1/4 hissə olmaqla İddiaçı və 3/4 hissə olmaqla Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 1588 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********65-05101-093018; qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024 və qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024). İş materiallarında olan Ahıllar evinin xx.xx.2020-ci il tarixli 3/11 nömrəli arayışında göstərilir ki, Naxçıvan şəhər sakini İddiaçı ondan ötəri ki, "Ahıllar Evi sakinlərinin qeydiyyatı kitabı'nda göstərildiyi kimi o 19 iyul 2010-cu ildə Ahıllar Evinə sakin qəbul edilib və 23 mart 2014-cü il tarixdə (həmin ildə Ahıllar Evinin direktoru olan D.Allahverdiyevin göstərişi ilə) on beş nömrəli əmrə əsasən Ahıllar Evinin sakinliyindən azad edilib. Naxçıvan Şəhər 5 saylı Mənzil İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli 287 nömrəli arayışından aydın olur ki, Quliyev X2 şəhəri, İstiqlal Küçəsi, ev 73, mənzil 17 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Naxçıvan MR X3 qeydiyyatda olubolmaması barədə arayışdan aydın olur ki, İddiaçı Y.Budaqov adına Naxçıvan MR X1 psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 564 nömrəli ekspert rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənləri, baxış zamanı aşkar olunmuş faktiki vəziyyətini, mülki iş materialında və tədqiqata təqdim edilmiş zəruri məlumatları nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 70.38 kv.m olan mənzildən payların naturada təcrid olunmuş qaydada bölünərək (ayrılması) verilməsi İnşaat Norma və Qaydaları 22.08.01.89un (СНиП 2.08.01.89-un "Жилые здания") 1.1., 2.2., 2.4., 2.9. bəndlərində və metodik vəsaitin (Məmmədov M.N. "Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları" Bakı- 2008) tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər uzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 564 nömrəli ekspert rəyi sübut kimi qiymtləndirir və verilmiş rəyi iddia ərizəsi və iş üzrə toplanmış sübutlarla yanaşı qiymətləndirərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Belə ki, iddia tələbi payın naturada ayrılması tələbidir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, iddiaçının payı 1/4 hissədədir. Ekspert rəylərinə görə naturada bölgü mümkün deyildir. Hazırki vəziyyətdə iddia tələbindən kənara çıxmaq üçün müstəsna hallar yoxdur. Ona görə də məhkəmə tələbin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 4 aprel 2014-cü il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat İddiaçı alınaraq X5 MR İdarəsinə ödənilməlidir (Kod: 502906, VÖEN: **********, Müxbir hesab: AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakda payın naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat İddiaçı alınaraq X5 MR İdarəsinə ödənilsin (Kod: 502906, VÖEN: **********, Müxbir hesab: AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar