Məhkəmə qərarları › İş №2(078)-646/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-646/2023

19.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-646/2023 19.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, A-1285 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə Maraqlı şəxs ilə 21 noyabr 2022-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi və dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat pulun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Maraqlı şəxs ilə 25 yanvar 2021-ci il tarixdə nikah qeydindən keçməklə nikahların rəsmiləşdirmişlər. Birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmamış, 04 noyabr 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün cavabdehdən uşağın saxlanmasını bildirmişdir. Birgə nikahda yaşadıqları müddətdə 1 övladı xx.xx.2022-ci il təvəllüdlü X8 doğulmuşdur. A-1285 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə Maraqlı şəxs ilə 21 noyabr 2022-ci il tarixdə barışıq sazişı imzalamışlar. Barışıq sazışınin şərtlərərinə əsasən “ikinci tərəf” birgə nikah dövründə xx.xx.2022-ci il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatanadək “ birinci tərəf”ə hər ay 200 (iki yüz) manat məbləğində aliment ödəyəcəyini öz öhdəsinə götürür. “İkinci tərəf” alimentin ödənişini 01 dekabr 2022-ci il tarixdən, növbəti ödənişlər isə hər ayın 01-05 arasında “birinci tərəfin” təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlmişlər. Cavabdeh Maraqlı şəxs barışıq sazişində göstərilən aliment məbləğini ödəmir. Barışıq sazişində qeyd olunan müddət keçmişdir. Ərizəçi məhkəmə baxışı iclasında ərizə ilə eyni məzmunlu izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxs məhkəmə baxış iclasında izahat verərək izahatında ərizəçi ilə 25 yanvar 2021-ci il tarixdə nikah qeydindən keçməklə nikahlarını rəsmiləşdirdiklərini, onların birgə nikahından 04 noyabr 2022-ci il təvəllüdlü X6 doğulduğunu, uzun müddətdir ki, ərizəçi ilə ayrı yaşadıqlarını, uşağın ərizəçinin yanında yaşadığını, ərizəçi ilə mediasiya prosesində barışıq sazişi imzaladıqlarını, barışıq sazişinin şərtlərinə əsasən özünün xx.xx.2022-ci il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatanadək ərizəçiyə hər ay 200 (iki yüz) manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürdüyünü, lakin ərizəçi onunla aralarında bağlanmış nikahın pozulmasına razı olmadığı üçün özünün də barışıq sazişi əsasında öhdəsinə götürdüyü aliment məbləğini ödəmədiyini, uşağın bir yaşına çatmadığı üçün özünün nikahın pozulması barədə ərizə verə bilmədiyini, əgər ərizəçi nikahın pozulmasına razılıq verməsə barışıq sazişi ilə müəyyən edilmiş alimenti ödəməyəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, ərizəçinin və maraqlı şəxsin izahatını qiymətləndirən məhkəmə müəyyən edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında nikanın bağlanması, həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X8 adlı övladlarının olması və ərizəçi ilə maraqlı şəxsin arasında barışıq sazişinin imzalanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli, AZ-İİ seriyalı, 158284 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X4 ilə Maraqlı şəxs arasında 25 yanvar 2021-ci il tarixdə nikahın bağlanması, bunun 18 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı iddiaçının özünə “Abbaszadə” soyadını seçməsi; -iş materiallarına əlavə edilmiş Naxçıvan şəhər 1 saylı Niakh Evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 785622 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi və Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X8 adlı övladlarının olması; -İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 578 nömrəli arayışa əsasən Ərizəçi Naxçıvan MR Naxçıvan Şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olması; -İş materiallarında olan 21 noyabr 2022-ci il tarixli A-1285 nömrəli barışıq sazişindən Ərizəçi ilə Maraqlı şəxs arasında həmin tarixdə mediator X5 iştirakı ilə barışıq sazişi bağlanması, barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 üçün uşaq yetkinlik yaşına çatana kimi Ərizəçi hər ay 200 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürməsi, ilk aliment ödənişinin 01 dekabr 2022-ci il tarixdən, növbəti ödənişlərin isə hər ayın 01-05 arasında “birinci tərəfin” təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsini öhdəliyinə götürməsi aydın olur. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs alimentin ödənilməsinə dair barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. Maraqlı şəxsə ərizənin surətinin göndərilməsinə baxmayaraq tələbə qarşı etirazı və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Tərəflər aralarında bağlanmış barışıq sazişində alimentin ilk ödənişinin 01 dekabr 2022-ci il tarixdə olacağı və alimentin hər ayın 01-05 arası ödəniləcəyi barədə razılığa gəlmişlər. MPM-in 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişinin bağlanmasından sonra könüllü icra müddətində icra edilmədiyini, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını, uşaqların yüksək mənafeyinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, xx.xx.2022-ci il tarixli barışıq sazişi əsasında Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat məbləğində aliment 01 dekabr 2022-ci ildən tutularaq uşağın anası Ərizəçi ödənilməli, tələb alimentə dair hissədə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə təmin edilməli olduğundan ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunmalı; -Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli; -Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat məbləğində aliment 01 dekabr 2022-ci ildən tutularaq uşağın anası Ərizəçi ödənilməli; -Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilməli; -Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat məbləğində aliment 01 dekabr 2022-ci ildən tutularaq uşağın anası Ərizəçi ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilsin. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar