Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-65/2024 20.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdehnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi nümayəndə vasitəsilə Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 10 noyabr 1954-cü il tarixdə vəfat etmiş babası X7 və 07 aprel 2005-ci il tarixdə vəfat etmiş anası X8 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəni müdafiə edərək, mərhum babası Qurbanla mərhum nənəsi Güllünün ötən əsrin əvvəllərində nikah bağlayaraq ailə qurduğunu, məlum səbəblərdən onların nikahının rəsmi qeydiyyata alınmadığını, onların birgə nikahından dörd övladı- X26, X32, X27 və X20 doğulduğunu, sonradan babası Qurbanın 1954-cü ildə vəfat etdiyini və ondan ünvan 1 ünvanında yerləşən 0.0751 ha torpaq sahəsinin və onun üzərində 1 mərtəbədən, 2 otaqdan ibarət yaşayış, həmçinin digər köməkçi sahələrdən ibarət qeyri-yaşayış sahəsinin miras qaldığını, mərhum babasının vərəsələrinin ailə qurub təsərrüfatdan ayrıldıqlarını, yeganə vərəsə anası X13 mərhum atası Məmmədlə ailə quraraq öz valideynlərinin, yəni mərhum baba və nənəsinin yanında yaşadığını, onların bu nikahından da 5 övladı- Ərizəçi (Məhəmməd) oğlu, X73 (Məhəmməd) oğlu, Maraqlı şəxs2 (Məhəmməd) oğlu, X59 (Məhəmməd) qızı və X65 (Məhəmməd) qızının doğulduğunu, anası X13 isə 2005-ci ildə vəfat etdiyini, anasından sonra mərhum babasından qalmış mirasın faktiki olaraq onun tərəfindən qəbul edildiyini, mərhum babasından miras qalmış torpaq sahəsi üzərində onun tərəfindən 3 otaq və bir balkondan ibarət bir mərtəbəli ev tikildiyini və həmin evə sahiblik hüququnun məhkəmə tərəfindən tanındığını, ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bildiyini, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, 2023-cü ilin avqust ayında Vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün Notariat Ofisinə müraciət etdiyi zaman Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından Vərəsəlik hüququ haqqında Şəhadətnamə verməkdən imtina etdiyini, vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etdiyini, bunları nəzərə alaraq, 10 noyabr 1954-cü il tarixdə vəfat etmiş babası X7 və 07 aprel 2005-ci il tarixdə vəfat etmiş anası X8 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili və nümayəndəsi qismində izahat verən Vəkil ərizəni müdafiə etdiyini, ərizəçinin izahatına əlavəsinin olmadığını, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Cavabdehnə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, işlərinin çoxluğu ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilmədiklərini, onların iştirakı olmadan işə baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2, Hüseynova (Cəfərova) Kəmalə Məmməd qızına və Həsənova (Cəfərova) İradə Məmməd qızına məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxslər məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə baxış iclası maraqlı şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X33, Rəhimlə xalaoğlu olduqlarını, babasının evi Rəhimin anasına-xalasına verdiyini, Rəhimin sözügedən evdə doğulduğunu, orada da yaşadığını bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X34, ərizəçi ilə qonşu olduqlarını, ərizəçini həmin evdə yaşayan gördüyünü, ondan başqa həmin mülkdə kiminsə qaldığını görmədiyini bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X35, ərizəçi ilə qonşu olduqlarını, həmin məhləyə 38 ildir gəlin gəldiyini, Rəhimi həmin evdə gördüyünü, Fatmanı da gördüyünü, onun sözügedən evdə öldüyünü bildirdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 596 nömrəli, 04 sentyabr 2023-cü il tarixli arayışa əsasən, X13 doğum haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 04 sentyabr 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və doğum akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Dövlət Arxivinin 20 sentyabr 2023-cü il tarixli, 13/1539 nömrəli arxiv arayışına əsasən, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan şəhər Qeydiyyat şöbəsinin 1930-1940-cı illərə dair doğumun qeydiyyatı kitablarında mərhum X13 anadan olması haqqında məlumata rast gəlinmədi. Naxçıvan MR Dövlət Arxivinin 20 sentyabr 2023-cü il tarixli, 13/1540 nömrəli arxiv arayışına əsasən, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan şəhər Qeydiyyat şöbəsinin 1930-1940-cı illərə dair sənəd materiallarında mərhum X14 nikahı haqqında məlumata rast gəlinmədi. Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın və 15 sentyabr 2009-cu il tarixli, 1832 nömrəli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Dövlət Reyestrindən Arayışın surətindən aydın olur ki, Naxçıvan şəhəri, V.Qasımov küçəsi, döngə 2-də 0.0751 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 31.6 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 7.9 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 18/2 nömrəli reyestr kitabının 390 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********62-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2009). İ-İE 141485 nömrəli evlənmək haqqında şəhadətnamənin surətinə əsasən, X42 ilə X5 arasında 01 noyabr 1961-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına “Babayeva” soyadı verilmişdir. AZ-İ seriyalı, 116615 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X32 07 aprel 2005-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 138 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 333910 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X36 10 noyabr 1954-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir. 19 dekabr 2023-cü il tarixli çıxarışa əsasən, X42 05 noyabr 1980-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm kitabında 161 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 802333 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X43 30 aprel 2022-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 494 nömrə ilə qeyd edilmişdir. 11 iyul 2012-ci il tarixli arayışa əsasən, mərhum X14 aşağıdakı vərəsələri vardır:
1. X26 övladı 1924-cü ildə vəfat edib;
2. X32 övladı 1926-cı ildə vəfat edib;
3. X27 övladı 1930-cu ildə vəfat edib;
4. X42 övladı 1933-cü ildə vəfat edib. 11 iyul 2012-ci il tarixli arayışa əsasən, mərhum X13 aşağıdakı vərəsələri vardır:
1. Ərizəçi Məhəmməd oğlu övladı 1958-ci il təvəllüdlü;
2. X28 övladı 1959-cu il təvəllüdlü;
3. Maraqlı şəxs2 Məhəmməd oğlu övladı 1961-ci il təvəllüdlü;
4. X15 övladı 1964-cü il təvəllüdlü;
5. X21 övladı 1966-cı il təvəllüdlü. 11 iyul 2012-ci il tarixli arayışa əsasən, mərhum X9 aşağıdakı vərəsələri vardır:
1. X16 övladı 1944-cü il təvəllüdlü;
2. X29 övladı 1946-cı il təvəllüdlü;
3. X17 övladı 1949-cu il təvəllüdlü;
4. X10 övladı 1948-ci il təvəllüdlü;
5. X22 övladı 1954-cü il təvəllüdlü;
6. X23 övladı 1956-cı il təvəllüdlü;
7. X37 övladı 1960-cı il təvəllüdlü;
8. X18 övladı 1962-ci il təvəllüdlü;
9. X33 övladı 1965-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli, 3281 nömrəli arayışa əsasən, mərhum X11 aşağıdakı vərəsələri vardır:
1. X38 həyat yoldaşı vəfat edib;
2. X44 qızı 1978-ci il təvəllüdlü;
3. X39 oğlu 1980-ci il təvəllüdlü;
4. X50 oğlu 1984-cü il təvəllüdlü. Naxçıvan Şəhər Məhkəməsinin 2-68/2008 nömrəli, 26 fevral 2008-ci il tarixli qətnaməsinin surətinə əsasən, Naxçıvan şəhəri, Vüqar Qasımov küçəsi, döngə 2, 5 saylı həyətdə Ərizəçi Məhəmməd oğlu tərəfindən tikilmiş ölçüləri 6x3,5 metr, 6x4 metr, 8,1x3 metr olan 3 otaqdan və ölçüsü 8,1x3 metr olan açıq balkondan ibarət yaşayış evi üzərində onun sahiblik hüququ tanınmışdır. 04 iyul, 05 iyul, 06 iyul, 10 iyul və 10 avqust 2012-ci il tarixli notarial təsdiqli ərizələrə əsasən, X16, X10, X37, X33, X4, X51, X6 və X2 Qurban Salman oğlundan miras qalmış əmlaka dair paylarından imtina etdiklərini, heç bir tələblərinin olmayacağını bildirmişlər. 05 iyul 2012-ci il tarixli notarial təsdiqli ərizəyə əsasən, X1 Fatma Qurban qızından miras qalmış əmlaka dair payından imtina etdiyini, heç bir tələbinin olmayacağını bildirmişdir. 12 dekabr, 18 dekabr və 19 dekabr 2023-cü il tarixli notarial təsdiqli ərizələrə əsasən, Maraqlı şəxs2, X39, X50, Maraqlı şəxs3 və Maraqlı şəxs1 10 noyabr 1954-cü il tarixdə vəfat etmiş X14 ölümündən sonra qalmış miras payını qəbul etmədiklərini, etmək niyyətində olmadıqlarını, adlarının Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə salınmasını istəmədiklərini, gələcəkdə həmin miras əmlaka dair heç bir iddia və tələblərinin olmayacağını bildirmişlər. 07 yanvar 2024-cü il tarixli notarial təsdiqli ərizəyə əsasən, X52 10 noyabr 1954-cü il tarixdə vəfat etmiş X14 ölümündən sonra miras qalmış əmlaka dair payından imtina etdiyini, heç bir tələbinin olmayacağını, həmin mülkdən vərəsəlik yolu ilə ona çatan bütün miras əmlakdan imtina etdiyini bildirmişdir. Cavabdeh 31 avqust 2023-cü il tarixli, 335 nömrəli məktubuna əsasən, mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizənin dəlillərini araşdırıb işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi ilə vərəsəlik hüququna təminat verilir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Məhkəmə ərizəçinin, onun vəkili və nümayəndəsinin izahatlarına, şahidlərin ifadələrinə, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş üzrə toplanılmış sübutlarla təsdiq olunur ki, miras əmlak vərəsələrdən Ərizəçi tərəfindən yuxarıda sadalanan hərəkətləri həyata keçirməklə, faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə ərizəçinin, onun vəkili və nümayəndəsinin məhkəməyə verdiyi izahatları, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Belə ki, ərizəçinin babası X36 10 noyabr 1954-cü il və anası X32 isə 07 aprel 2005-ci il tarixdə vəfat etmişlər. Ərizəçi Cəfərov X31 şəhəri, V.Qasımov küçəsi, döngə 2-də 0.0751 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 31.6 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 7.9 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evini sahiblənərək miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin normalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Cavabdeh 31 avqust 2023-cü il tarixli, 335 nömrəli məktubuna əsasən, mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Ərizəçi 10 noyabr 1954-cü il tarixdə vəfat etmiş babası X7 miras qalmış Naxçıvan şəhəri, V.Qasımov küçəsi, döngə 2-də 0.0751 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 31.6 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 7.9 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evini miras əmlak olaraq qəbul etməsini təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi öz təsdiqini tapdığından, həmin miras əmlakın qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. İzahatlara, şahid ifadəsinə iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 10 noyabr 1954-cü il tarixdə vəfat etmiş babası X7 miras qalmış Naxçıvan şəhəri, V.Qasımov küçəsi, döngə 2-də 0.0751 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 31.6 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 7.9 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi :
Ərizə təmin edilsin. 10 noyabr 1954-cü il tarixdə vəfat etmiş X7 miras qalmış Naxçıvan şəhəri, V.Qasımov küçəsi, döngə 2-də 0.0751 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 31.6 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 7.9 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.