Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-665/2022 20.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi şəxsin müəyyən vaxtda vəfat etməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi nümayəndə vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X4 1987-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan şəhər 2 saylı Nikah evi mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin Naxçıvan şəhər 2 saylı Nikah evi məhkəməyə məktub göndərərək, işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərindən iştirakları olmadan baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Ərizəçi məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Həmçinin məhkəməyə teleqram göndərərək, işi ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmədiyini, iştirak edə bilməməyini üzrlü sayaraq vəkil və nümayəndəsinin iştirakı ilə məhkəmə proseslərinin keçirilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclası ərizəçinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxış iclasında ərizəçinin vəkili və nümayəndəsi qismində izahat verən Vəkil ərizəni müdafiə edərək, Ərizəçi 1964-cü ildə Naxçıvan şəhərində doğulduğunu, onun atası mərhum X5 29 mart 1991-ci ildə vəfat etdiyini, anası X4 isə 1987-ci ildə vəfat etdiyini, Əliyev Nİftinin 6 vərəsəsinin- 1. X10 (vəfat edib), 2. X11 (vəfat edib), 3. X12, 4. Ərizəçi, 5. X7, 6. X13 olduğunu, ərizəçinin atasından ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın miras qaldığını, Ərizəçi atasından qalan miras əmlakı öz adına sənədləşdirmək istədiyini, bunun üçün Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq istədiyini, onun uzun müddət atasının ölümündən sonra həmin evdə yaşadığını və mirası idarə etməklə faktiki olaraq qəbul etdiyini, vərəsələr arasında da miras əmlaka dair hər hansı mübahisə olmadığını, hər bir vərəsənin mirasın Ərizəçi tərəfindən faktiki qəbul edildiyini təsdiqlədiyini və miras əmlakın onun adına sənədləşməsinə etiraz etmədiklərini, lakin ərizəçinin anası X4 ölümü barəsində müvafiq dövlət orqanlarında heç bir hüquqi sənəd tapılmadığını, digər sənədlərin isə (vərəsələrin imtina ərizələri də daxil olmaqla) hazır və qaydasında olduğunu, məhz X4 ölümünü təsdiqləyəcək hüquqi sənəd olmadığından müvafiq notariat ofisinin X3 miras qalmış əmlaka dair vərəsəlik işinin (icraatının) açılmasından imtina etdiyini, buna görə də, ərizəçinin məhz həmin vərəsəlik icraatının rəsmiləşdirilməsi və atasından miras qalmış əmlakın hüquqi taleyini həll etmək üçün anasının barəsində ölüm sənədi tapılmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, bunları nəzərə alaraq, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X4 1987-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X9, mərhum Matı Əliyevanın onun xalası olduğunu, 1987-ci ildə vəfat etdiyini, onu qəbristanlıqda dəfn etdiklərini, yas mərasiminin yaşadığı məhəllədə keçirildiyini bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X8, mərhum Matı Əliyevanın onun xalası olduğunu, 1987-ci ildə vəfat etdiyini, onu qəbristanlıqda dəfn etdiklərini, yas mərasiminin yaşadığı məhəllədə keçirildiyini bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli, 01/0209 nömrəli arayışa əsasən, X5 aşağıdakı vərəsələri vardır:
1. X14 həyat yoldaşı vəfat edib;
2. X7 oğlu 1954-cü il təvəllüdlü;
3. X12 oğlu 1961-ci il təvəllüdlü;
4. Ərizəçi oğlu 1964-cü il təvəllüdlü;
5. X13 qızı vəfat edib;
6. X11 oğlu vəfat edib;
7. X10 oğlu vəfat edib; Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 169 nömrəli, 01 fevral 2022-ci il tarixli arayışa əsasən, ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 01 fevral 2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli çıxarışa əsasən, X13 26 iyul 2007-ci il tarixdə vəfat etmişdir. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 048831 nömrəli çıxarışa əsasən, X11 10 oktyabr 1964-cü il tarixdə vəfat etmişdir. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli çıxarışa əsasən, X15 29 mart 1991-ci il tarixdə vəfat etmişdir. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, AZ-İ seriyalı, 496395 nömrəli çıxarışa əsasən, X10 07 mart 2018-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, 01/0453 nömrəli arayışa əsasən, X4 ünvan 1 ünvanında qeydiyyatda olması, yaşaması və vəfat etməsi barədə heç bir məlumat yoxdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosunun 24 aprel 2022-ci il tarixli, 93 nömrəli arayışına əsasən, mərhum X14 1987-ci il tarixdə Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.0856 ha olan fərdi yaşayış evi (72.13 kv.m) tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 18/46 nömrəli reyestr kitabının 9106 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********86-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022). Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli məktuba əsasən, Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən verilmiş 9/36 nömrəli, 22 aprel 2022-ci il tarixli məktuba əsasən, 1987-ci ildə vəfat etmiş X4 ölümü haqqında məlumatın qeydiyyatı sənədlər dövlət arxivinə verildiyi üçün aşkar olunmamışdır. Naxçıvan MR Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən verilmiş 60 nömrəli, 16 may 2022-ci il tarixli məktuba əsasən, X4 ölümünə dair heç bir məlumat tapılmamışdır. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 02/206 nömrəli, 16 may 2022ci il tarixli məktuba əsasən, X4 ölüm qeydiyyatının aparımasından imtina olunmuşdur. Naxçıvan MR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat şöbəsi tərəfindən verilmiş 19 nömrəli, 14 mart 2022-ci il tarixli məktuba əsasən, X4 ölümü barədə vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemində və Naxçıvan MR Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının arxivində heç bir məlumat tapılmamışdır. Naxçıvan MR Dövlət Arxiv İdarəsi 02/43 nömrəli, 31 mart 2022-ci il tarixli məktuba əsasən, X4 doğulması və vəfat etməsi barədə heç bir məlumat yoxdur. Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxçıvan şəhər Polis İdarəsi tərəfindən verilmiş 7/1212 nömrəli, 04 aprel 2022-ci il tarixli məktuba əsasən, X4 Forma 1 kartoçkasında ölümü barədə heç bir məlumat tapılmamışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 04/177 nömrəli, 31 mart 2022-ci il tarixli məktuba əsasən, ünvan 1 ünvanında 856.61 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi 72.13 m2 olan fərdi yaşayış evi 15 fevral 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır. Həmin əmlak 1962-ci il tarixdə Nifti Əliyevin adına inventarlaşdırılmış və onun adına 1423 nömrəli texniki pasport verilmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, sübutlarla müəyyən olunur ki, X14 1987-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. X2 ölümü ilə bağlı müvafiq qeydiyyat şöbəsində qeydiyyat aparılmamış və ölüm şəhadətnaməsi alınmamışdır. Həmçinin qeydiyyat orqanı tərəfindən ölümün qeydiyyatının aparılmasından imtina olunmuşdur. Eyni zamanda X4 ölümü haqqında həkim arayışı (şəhadətnaməsi) yoxdur. Ona görə də, ərizəçi X4 ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilməz. Yuxarıda göstərilənlər nəzərə alınmaqla və şəxsin vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyət daşıdığından X4 1987-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinin tələbinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş səndələrin bərpası mümkün olmasın. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i:
Ərizə təmin edilsin. X4 1987-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.