Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-677/2024 23.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli (ölüm) faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum qızı X3 12 oktyabr 1993-cü il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, o Dünyamalıyeva (Məmmədova) Gülabə Əvsəl qızı ilə 24 aprel 1989-cu il tarixdə nikahlarını rəsmiləşdirib ailə qurmuşlar və onların həmin nikahdan 3 nəfər övladları doğulmuşdur. 04 may 1990-cı il təvəllüdlü böyük qızı X11 12 oktyabr 1993-cü il tarixdə spazma keçirərək vəfat etmişdir. Lakin həmin vaxtlar unudulub, yaddan çıxdığı üçün Qeydiyyat Şöbəsinə müracət edilib onun ölümünü qeydə aldırmadıqları üçün Nubara ölüm haqqında şəhadətnamə verilməmişdir. Müəyyən müddət keçəndən sonra o Naxçıvan şəhər X17 ölüm akt qeydini almaq istəyəndə ona 15 avqust 2023-cü il tarixdə 3- 16-5/8-15-392/2023 saylı rəsmi arayış təqdim olunmuşdur ki, xx.xx.2023-cü il tarixədək Maraqlı şəxsndə ölüm haqqında məlumatın müəyyən olunması üçün X2 sistemi üzrə yoxlamalar aparılmış, X7 aid ölüm akt qeydi aşkar olunmamışdır. O qızı Nübarı 12 oktyabr 1993-cü il tarixdə Naxçıvan şəhər qəbiristanlığında dəfn etmişdir. Ancaq balaca azyaşlı uşaq olduğundan ona məzar (başdaşı) qoymamışdır. Bu səbəbdən də onun məzar və baş daşının fotoşəkillərini sübut kimi fotoşəkillərini çəkərək məhkəməyə təqdim edə bilmir. Hal-hazırda o mülkiyyətində olan evi oğlunun adına rəsmiləşdirmək istəyir, lakin Nubar sağmış kimi həmin evdə qeydiyyatda göründüyündən onun da razılıq ərizəsi tələb olunduğu üçün bu rəsmiləşdirməni apara bilmir. Qeyd etdiyi kimi bununla bağlı o Maraqlı şəxsndən həmin ölüm haqqında şəhadətnaməni başqa cür ala bilmir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakını təmin etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi qızı X3 1990-cı ildə anadan olduğunu, 1993-cü ildə yəni 3 yaşında istilikdən spazma keçirərək vəfat etdiyini, xəstəxanaya aparmadıqlarını, evdə vəfat etdiyini, səhlənkarlıqdan həmin vaxt ölümü qeydə aldırmadıqlarını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində uşağın 1990-cı ildə anadan olduğunu, 1993-cü ildə vəfat etdiyini, adının Nubar olduğunu, istilikdən spazma keçirdiyini, belə vəfat etdiyini, yas mərasimində özünün də iştirak etdiyini, uşağın Şahbuz rayonu, Külüs kəndində dəfn edildiyini, uşaq olduğu üçün baş daşı qoyulmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində uşağın 1990-cı ildə anadan olduğunu, 1993-cü ildə vəfat etdiyini, dilinin qatlandığını, istilikdən spazma keçirdiyini, bu səbəbdən vəfat etdiyini, yas mərasimində özünün də iştirak etdiyini, uşağın Şahbuz rayonu, Külüs kəndində dəfn edildiyini, uşaq olduğu üçün baş daşı qoyulmadığını bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İddia ərizəsinə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli, 345702 nömrəli çıxarışdan görünür ki, X11 04 may 1990-cı il tarixdə doğulmuşdur. Onun atası Ərizəçi, anası X4r. İddia ərizəsinə əlavə edilmiş Şahbuz rayon Külüs kənd İcraiyyə komitəsi tərəfindən verilmiş 24 aprel 1989-cu il tarixli, İV-ЖГ seriyalı, 301949 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 ilə Ərizəçi arasında 24 aprel 1989-cu il tarixdə nikahın bağlanmış, həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra iddiaçının özünə cavabdehin soyadını yəni “Dünyamalıyeva” soyadını seçmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 541 nömrəli arayışda qeyd olunmuşdur ki, ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları” X2 sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 15-392/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi “X3 ölüm haqqında şəhadətnaməsinin verilməsinə dair” ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş ona ilkin ölüm haqqında akt qeydinin ölümü təsdiq edən tibbi şəhadətnamə və ya məhkəmənin ölüm faktını müəyyən edən qətnaməsi əsasında tərtib edildiyi bildirilmiş və ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli, 24 nömrəli tibbi arayışda qeyd olunmuşdur ki, 1993-cü ildə vəfat etmiş X5 ölüm haqqında şəhadətnamənin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında heç bir məlumat tapılmamışdır. İş materiallarında olan Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1026 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1028 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Ş.M.Xiyabani küçəsi, ev 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1025 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır və onun ailə üzvləri arvadı X9, oğlu X13 və qızı X6r. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 04 may 1990-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 12 oktyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -04 may 1990-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 12 oktyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 04 may 1990-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 12 oktyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-677/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-677/2024
23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver