Məhkəmə qərarları › İş №2(078)-706/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-706/2025

29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-706/2025 29.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən əmlakda paylarının bərabər qaydada müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən əmlakı, mərhum anası X2 və İddiaçı adına xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmaqla Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaqla tam mülkiyyət hüququ əldə etmişlər. Mərhum anası X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən əmlakı paylı mülkiyyət olsa da payları müəyyən olunmamışdır. O, mərhum anası Lətifə Tağıyeva ilə payların bərabər qaydada yəni hər birinin 1/2 pay hüquqları vardır. Payları müəyyən olunmadığından mirasın qəbul faktı ilə bağlı müraciət edə bilmir, bu səbəbdən paylar müəyyən olunandan sonra mərhum anasından qalmış miras əmlakın qəbulu üçün məhkəməyə müraciət edəcəkdir. Qeyd olunanları nəzərə almaqla birgə mülkiyyətdə olan əmlakda pay hüququnun müəyyən edilməsini istəyir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 nümayəndələri X5 və X12 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndələri məhkəmə baxış iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında özünün ünvan 1 ünvanında yerləşən evdə doğulduğunu, həmin evdə də böyüdüyünü, bu günə kimi həmin evdə yaşadığını, sadəcə olaraq 2 il 7 ay əsgərlikdə olduğu müddətdə həmin evdə yaşamadığını, bacılarının ailə həyatı quraraq həmin evdən getdiklərini, özünün həmin torpaq sahəsində oğluna da ev tikdiyini, onu qeydiyyata aldırmadığını, həmin həyətdə olan digər evin də qeydiyyata alınmadığını, hal-hazırda ünvan 1 ünvanında yerləşən torpaq sahəsində 2 ev olduğunu, evlərin qeydiyyata alınmadığını, özünün mülk mübahisəsi etmədiyini, sadəcə olaraq ünvan 1 ünvanında yerləşən əmlakda özünün və mərhum anası X2 paylarının bərabər qaydada, yəni hər birinin payı 1/2 olmaqla müəyyən olunmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclası zamanı verdiyi izahatında anasının 8 ildir vəfat etdiyini, özünün 8 ildir həmin evə getmədiyini, özlərinin də həmin əmlakda payları olduğunu, özünə düşən payı istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi izahatında torpaq sahəsinə baxış keçirilmədən payların müəyyən edilə bilməyəcəyini, çıxarış alınarkən özünün və bacısının həmin evdə qeydiyyatda olmadıqlarını, bu səbəbdən də çıxarışın anasının və qardaşının adına alındığını, iddiaçının həmin torpaq sahəsində ev tikdiyini, özlərindən icazə almalı olduğunu, icazə almadığını, ümumiyyətlə heç bir qurumdan icazə almadığını, qanunsuz olaraq tikdiyini, ona görə də həmin tikilini sökməli olduğunu, özünün heç nəyə ehtiyacı olmadığını, ancaq özünə düşən payı istədiyini, başqa heç nə istəmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 27 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X10 izahatında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1098-ci maddələrinə əsasən əmlakda olan bölgünün bərabər aparılmalı olduğunu, özlərinin ilk olaraq bölgü aparılmasını istədiklərini, anasının icazəsi olmadan həmin əmlakda tikinti aparıldığını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən həmin tikilinin qanunsuz olduğunu, həmin tikinlinin qeyri-qanuni hesab edilməsini istədiklərini, həmin tikilinin onlara düşən mülkün üzərində olduğu halda kompensasiya tələb etdiklərini, bölgü aparılmadığı üçün torpaq sahəsinin hansı hissəsinin kimin olduğunun bilinmədiyini, torpaq sahəsində payların müəyyən olunmasını istədiklərini bildirmişdir. 11 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X15 izahatında iddia ərizəsində nənəsinin ölüm tarixinin xx.xx.2017-ci il tarixi kimi göstərildiyini, halbuki nənəsinin 06 mart 2017-ci il tarixində vəfat etdiyini, səhv göstərildiyini, torpaq sahəsində 3 otaqlı ev olduğunu, onun da bölünməsini istədiklərini, 1999-cu ildə torpaq sahəsinə sənədin sadəcə olaraq İddiaçı və X2 adına verilməsinin həmin torpaq sahəsinin sadəcə onlara məxsus olması demək olmadığını, texniki məhdudiyyətlər səbəbindən anasının və xalasının adının göstərilmədiyini, əmlakın nənəsinə məxsus olduğunu, 3 vərəsə arasında bərabər bölünməli olduğunu, İddiaçı özünün də həmin torpaq sahəsində olan evi özbaşına tikdiyini dediyini, ya tikilinin sökülməsini, yenidən bölgü aparılmasını, ya tikilinin də bölünməsini, ya da kompensasiya ödənilməsini tələb etdiklərini, iddiaçının bunlarla razı olmadığı təqdirdə isə nənəsinin evini və onun qarşısında olan torpaq sahəsini verməsini tələb etdiklərini bildirmişdir. Mülki iş materiallarını tədqiq edən zaman məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 0.0648 ha torpaq sahəsinin İddiaçı və X2 mülkiyyətində olması işin mübahisəsiz halıdır. Qeyd edilən faktlar mülki iş materiallarına əlavə olunmuş aşağıdakı sənədlərlə təsdiq olunur: İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X23 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0648 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı və X2 adına 22 iyul 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16/32 nömrəli reyestr kitabının 6054 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Babək rayon Cavidabad kənd icra komitəsi tərəfindən verilmiş 25 iyul 1974-cü il tarixli, A3 seriyalı, 281315 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X8 arasında 25 iyul 1974-cü il tarixdə nikah bağlanmış və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 7 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Babək rayon Cavidabad kənd icra komitəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli, İİİ-ЖГ seriyalı, 352514 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 və X1 birgə nikahından xx.xx.1975-ci il tarixdə X9 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Babək rayon Cavidabad kənd icra komitəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, İV-ЖГ seriyalı, 442907 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 və X1 birgə nikahından xx.xx.1977-ci il tarixdə İddiaçı adlı övladları doğulmuşdur. İş materiallarına əlavə olunmuş “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemi “X7” AQİS-dən çıxarışdan görünür ki, X13 və X1 birgə nikahından xx.xx.1982-ci il tarixdə X11 adlı övladları doğulmuşdur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ seriyalı, 702598 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə kəskin böyrək çatışmazlığı səbəbindən Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 118 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə olunmuş Babək rayon Cavidabad kənd soveti tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, İİİ-ЖГ seriyalı, 404235 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1988-ci il tarixdə miokard infarkt səbəbindən Babək rayon, Qaraxanbəyli kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli arayışdan "X7" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X3 aid 11 aprel 2025-ci ilədək daxil edilmiş bütün X7 üzrə yoxlama aparılmış və əri (arvadı) X13 (xx.xx.1940), qızı Cavabdeh1 (xx.xx.1975), oğlu İddiaçı (xx.xx.1977) və qızı Cavabdeh2 (xx.xx.1982) ibarət ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Hazırda iddiaçının özünün və X2 ümumi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0648 ha torpaq sahəsində paylarının müəyyən olunmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Qanunvericiliyin tələbindən də aydın olur ki, ümumi mülkiyyətin paylı olması prezumpsiyası mövcuddur. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Hazırki vəziyyətdə isə daşınmaz əmlak üzrə payın müəyyən edilməsi ilə bağlı tərəflər arasında razılaşma olmaması müəyyən edildiyindən qanunvericiliyin sonuncu qeyd edilən normasını, yəni ümumi mülkiyyətdə olan əmlak üzrə iştirakçıların paylarının bərabərliyi prezumpsiyasını rəhbər tutan məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi 2 nəfərin ümumi mülkiyyətində olduğundan, onların mübahisəli torpaq sahəsi üzərində payları bərabər olmaqla, hər birinə 1 pay təşkil edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək mülki işin mübahisəli halı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X23 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı və X2 ümumi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0648 ha torpaq sahəsi üzərində iddiaçının payı 1/2 hissə və mərhum X2 payı 1/2 hissə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X23 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı və X2 ümumi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0648 ha torpaq sahəsi üzərində İddiaçı payı 1/2 hissə və mərhum X2 payı 1/2 hissə müəyyən edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X23 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı və X2 ümumi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0648 ha torpaq sahəsi üzərində İddiaçı payı 1/2 hissə və mərhum X2 payı 1/2 hissə müəyyən edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar