Məhkəmə qərarları › İş №2(078)-714/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-714/2024

16.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-714/2024 16.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 06 oktyabr 2021-ci ildə X2 bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Maraqlı şəxs ilə 29 iyul 2009-cu ildə Şahbuz rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan 04 aprel 2014-cü il təvəllüdlü X9 və 21 iyun 2016-cı il təvəllüdlü X10 adlı iki övladları olmuşdur. Maraqlı şəxs ilə yola getmədiklərindən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-86/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahın pozulması və aliment tələbi ilə bağlı X3 etdiyi müraciətə 06 oktyabr 2021-ci ildə baxılarkən Maraqlı şəxs uşaqların hər birinə 90 manat olmaqla ümumilikdə 180 manat aliment ödəyəcəyini öhdəsinə götürdüyü üçün onunla razılığa gəlmiş və mediasiya təşkilatında aralarında barışıq sazişi bağlanmışdır. Həmin tarixdən sonra cavabdeh alimenti vaxtlı-vaxtında ödəmiş, lakin, 6 aydır ki, alimenti ödəmir. Dəfələrlə telefon vasitəsilə alimenti tələb etsə də müxtəlif bəhanələr gətirərək alimenti ödəmək istəmir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Buna görə də Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsini istəyir. Ərizəçi məhkəmə baxış iclasında Maraqlı şəxs 6 aydır ödəniş etmədiyini, əvvəl daimi olaraq ödədiyini, sadəcə son 6 aydır heç bir ödəniş etmədiyni, aralarında bağlanmış barışıq sazişinin icra edilməsini, Maraqlı şəxs alimenti tam ödəməyini istədiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə baxış iclasında son 5-6 aydır alimenti ödəyə bilmədiyini, bunun səbəbinin səhhətində yaranan problemlər olduğunu, kredit götürdüyünü, müalicə aldığını, ürəyində problemlər olduğunu, son iki ildə həyatının alt-üst olduğunu, uşaqlarına çox bağlı olduğunu, ailəsinin dağılmasında ciddi problem olmadığını, borcunun çox olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, ərizəçinin izahatını qiymətləndirən məhkəmə müəyyən edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış nikahın pozulması, həmin nikahdan 21 iyun 2010-cu il təvəllüdlü X10 və 04 aprel 2014-cü il təvəllüdlü X9 adlı övladlarının olması və ərizəçi ilə maraqlı şəxsin arasında barışıq sazişinin imzalanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli, AZ-İ seriyalı, 401493 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X11 ilə Maraqlı şəxs arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 72 nömrə ilə qeyd aparılması; -İş materiallarına əlavə edilmiş Naxçıvan MR Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən 10 avqust 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 504284 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X11 və Maraqlı şəxs 21 iyun 2010-cu il təvəllüdlü X10 adlı övladlarının olması; -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Nikah Evi tərəfindən 28 aprel 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 079061 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X11 və Maraqlı şəxs 04 aprel 2014-cü il təvəllüdlü X9 adlı övladlarının olması; -İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı mənzil-istismar idarəsi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli, 341 nömrəli arayışa əsasən Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olması; -İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli barışıq sazişindən Ərizəçi ilə Maraqlı şəxs arasında həmin tarixdə mediator X6 iştirakı ilə barışıq sazişi bağlanması, barışıq sazişinə əsasən Maraqlı şəxs həyat yoldaşı X11 ilə birgə nikahdan doğulmuş övladları 21 iyun 2010-ci ildə Naxçıvan şəhərində anadan olmuş X7 və 04 aprel 2014-cü ildə Naxçıvan şəhərində anadan olmuş X1 üçün hər ay hər uşağa 90 manat (cəmi 180 manat) məbləğində aliment ödəyəcəyini öhdəsinə götürməsi, alimentin ödənilməsi nağd pulun hər ayın 25-30 arası X8 verilməsi vasitəsilə həyata keçiriləcəyi və ilk ödənişin oktyabr ayının 25- 30-u arası olacağına razılaşmaları aydın olur. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs alimentin ödənilməsinə dair barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. Maraqlı şəxsə ərizənin surətinin göndərilməsinə baxmayaraq tələbə qarşı etirazı və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Tərəflər aralarında bağlanmış barışıq sazişində alimentin hər ayın 25-30-u arası ödəniləcəyi barədə razılığa gəlmişlər. MPM-in 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişinin bağlanmasından sonra könüllü icra müddətində icra edilmədiyini, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını, uşaqların yüksək mənafeyinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 06 oktyabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli, 06 oktyabr 2021-ci il tarixli barışıq sazişi əsasında Maraqlı şəxs 21 iyun 2010-cu il təvəllüdlü X10 və 04 aprel 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, iki uşaq üçün birlikdə 180 (yüz səksən) manat məbləğində aliment 01 oktyabr 2023-cü ildən tutularaq uşaqların anası Ərizəçi ödənilməli, tələb alimentə dair hissədə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə təmin edilməli olduğundan ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunmalı; -Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 06 oktyabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli; -Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 21 iyun 2010-cu il təvəllüdlü X10 və 04 aprel 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, iki uşaq üçün birlikdə 180 (yüz səksən) manat məbləğində aliment 01 oktyabr 2023-cü ildən tutularaq uşaqların anası Ərizəçi ödənilməli; -Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilməli; -Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 06 oktyabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 21 iyun 2010-cu il təvəllüdlü X10 və 04 aprel 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, iki uşaq üçün birlikdə 180 (yüz səksən) manat məbləğində aliment 01 oktyabr 2023-cü ildən tutularaq uşaqların anası Ərizəçi ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilsin. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar