Məhkəmə qərarları › İş №2(078)-721/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-721/2024

27.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-721/2024 27.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakda payın dəyərinin ödənilməsi, bu mümkün olmadıqda əmlakın hərracdan satılmaqla satış pulunun paylara mütənasib surətdə ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0.0649 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.3 kvm olan fərdi yaşayış evinin dəyəri olan 80 min manat pulun 1/2 hissəsini təşkil edən 40 min manat pulun kompensasiya şəklində Cavabdeh alınıb ona verilməsi, bu mümkün olmadıqda isə yuxarıda qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın açıq hərracda satılaraq əldə edilən vəsaitin 1/2 hissəsinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 1 ünvanında 0.0649 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun və Cavabdeh adına hər birinin payı 1/2 olmaqla Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 19 fevral 2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmin əmlakda payları müəyyən olunmuş, həmin payların naturada ayrılması tələbi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinə verdiyi iddia ərizəsinə 25 oktyabr 2021-ci il tarixdə baxılaraq iddianın rədd olunması barədə 2(078)-566/2021 nömrəli qətnamə qəbul edilmişdir. Həmin əmlak bütünlüklə Cavabdeh istifadəsindədir. O mülkiyyətində olan əmlakından yararlana bilmir. Mübahisənin məhkəmədən kənar həlli ilə bağlı Naxçıvan Mediasiya təşkilatına müraciət olunmuş, Cavabdeh İlkin Mediasiya Sessiyasında iştirak etmədiyindən müvafiq arayış alınaraq iddia ərizəsinə əlavə edilmişdir. 27 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş 13 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının 13 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 27 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh və cavabdehin nümayəndəsi X2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 13 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, hazırki iş üzrə 07 iyun 2024-cü il tarixli bağışlama müqavilələri əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini cavabdehə bağışladığını, iş üzrə iddiasından imtina etdiyini, iş üzrə icraata xitam verilməsini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. 13 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaçının iddiasından imtinasının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 183 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 13175 nömrəli qəbzlə ödənilmiş 110 (yüz on) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakda payın dəyərinin ödənilməsi, bu mümkün olmadıqda əmlakın hərracdan satılmaqla satış pulunun paylara mütənasib surətdə ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 183 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 13175 nömrəli qəbzlə ödənilmiş 110 (yüz on) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar