Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-730/2021 05.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşları X6 21 dekabr 1988-ci il tarixdə Naxçıvan şəhərində ölməsi və X7 12 noyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi ərizəsini müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, qardaşları X18 21 dekabr 1988-ci il tarixdə Naxçıvan şəhərində, X19 isə 12 noyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və yas mərasimləri də yaşadıqları evdə saxlanılmışdır. Bunu yaxın qohumları və qonşuları da təsdiq edə bilər. Hər iki qardaşı Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Qardaşları vəfat edən zaman müvafiq dövlət orqanlarına müraciə edilmədiyindən ölüm haqqında şəhadətnamə vaxtında alınmamışdır. Hazırda yaşadığı evin sənədləşməsi ilə əlaqədar ölüm sənədini almaq zərurəti yaranmışdır. Ərizəçi sonda qeyd olunanlara əsasən qardaşları X6 21 dekabr 1988-ci il tarixdə Naxçıvan şəhərində ölməsi və X7 12 noyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir.. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X13 izahatında göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin qardaşları-mərhum X18 21 dekabr 1988-ci il tarixdə Naxçıvan şəhərində, X19 isə 12 noyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, hər ikisi Naxçıvan şəhər qəbiristanlığında dəfn edilmiş və yaslarını da yaşadığı evdə saxlamışlar. Mərhumların yas mərasimində də yaxından iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 izahatında göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşları-mərhum X18 21 dekabr 1988-ci il tarixdə Naxçıvan şəhərində, X19 isə 12 noyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, hər ikisi Naxçıvan şəhər qəbiristanlığında dəfn edilmiş və yaslarını da yaşadığı evdə saxlamışlar. Mərhumların yas mərasimində də qardaşı olaraq yaxından iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 izahatında göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşları-mərhum X18 21 dekabr 1988-ci il tarixdə Naxçıvan şəhərində, X19 isə 12 noyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, hər ikisi Naxçıvan şəhər qəbiristanlığında dəfn edilmiş və yaslarını da yaşadığı evdə saxlamışlar. Mərhumların yas mərasimində də bacıları olaraq yaxından iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X9 izahatında göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşları-mərhum X18 21 dekabr 1988-ci il tarixdə Naxçıvan şəhərində, X19 isə 12 noyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, hər ikisi Naxçıvan şəhər qəbiristanlığında dəfn edilmiş və yaslarını da yaşadığı evdə saxlamışlar. Mərhumların yas mərasimində də bacıları olaraq yaxından iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X14 izahatında göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin qardaşları-mərhum X18 21 dekabr 1988-ci il tarixdə Naxçıvan şəhərində, X19 isə 12 noyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, hər ikisi Naxçıvan şəhər qəbiristanlığında dəfn edilmiş və yaslarını da yaşadığı evdə saxlamışlar. Mərhumların yas mərasimində də yaxından iştirak etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən 01 iyun 2021-ci il tarixdə verilmiş 129 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X1 Şəhər Qəbirstanlığında aşağıda göstərilən qəbirlərin yanında dəfn edilmişdir. Baş tərəfi X5 1907-1983, ön tərəfi X25 1900-1977, sağ tərəf X4 1902-1982. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən 01 iyun 2021-ci il tarixdə verilmiş 128 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X2 Şəhər Qəbirstanlığında aşağıda göstərilən qəbirlərin yanında dəfn edilmişdir. Sol tərəfi X26 1937-2002, sağ tərəfi X10 1931-1994, ön tərəf X15 1898-1972, baş tərəf X20 1926- 1980. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ tərəfindən verilmiş 02.06.2021-ci il tarixli, 8 və 9 nömrəli məktublara əsasən ölüm şəhadətnaməsi ölüm baş verdikdən sonra 5 il ərzində müəyyən məlumatlar və tibbi sənədlərdə olan qeydiyyatlara əsasən yazıldığından X18 21 dekabr 1988-ci il tarixdə və X19 12 noyabr 1993-cü il tarixdə vəfat etdiyi üçün onların adına ölüm şəhadətnaməsi vermək mümkün olmadı. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.06.2021-ci il tarixli, 02/300 nömrəli və 02/301 nömrəli məktublara əsasən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşın vəziyyəti aktları” avtomatlaşdırılımış qeydiyyat informasiya sistemində 01.06.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və X6 və X7 ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.06.2021-ci il tarixli, 02/300 nömrəli və 02/301 nömrəli məktublarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən də X6 və X7 ölüm qeydiyyatının aparılması mümkün deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadəsini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X6 21 dekabr 1988-ci il tarixdə Naxçıvan şəhərində ölməsi və X7 12 noyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi qardaşlarının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 21 dekabr 1988-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. X7 12 noyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-730/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-730/2021
05.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver