Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-732/2025 17.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhəri, Qaraçuq kəndində yaşamış X4 25 may 2002-ci ildə Naxçıvan şəhəri, Qaraçuq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, atası X1 şəhəri, Qaraçuq kəndində yaşamış və 25 may 2002-ci ildə yaşadığı ünvanda vəfat edərək ünvan 2 anası yaşadığından atasının ölüm haqqında şəhadətnaməsinin anası tərəfindən alındığını bilmişlər. Lakin, anasının 27 yanvar 2025-ci ildə vəfatından sonra mirası qəbul etmək üçün notariusa təqdim etmək üçün sənədləri toplayarkən onlara məlum olmuşdur ki, atasına ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda anasının adına olan Qaraçuq kəndində yerləşən miras qalmış fərdi yaşayış evinin vərəsə kimi qəbul edə bilmirlər. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Naxçıvan Muxtar Respublika Zərifə Əliyeva adına Naxçıvan şəhər X8 şəxsə ünvanladıqları sorğuya cavab olaraq X4 ölümü haqqında tibbi şəhadətnaməsinin verilməsi üçün məlumat olmadığını bildirmişlər. Həmçinin mərhum X4 ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə Naxçıvan şəhər Nikah evinə ünvanladıqları sorğuya da cavab verilərək H.Əliyevin öldüyünə dair heç bir məlumat olmadığından ölüm faktlarının təstiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Atasına aid ölüm şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ancaq Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsi İsayə Seyidova 12 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən mülki işə iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi izahatında atası X4 25 may 2002-ci ildə Naxçıvan şəhəri, Qaraçuq kəndində vəfat etdiyini, anasının savadsız olduğundan atasının ölüm haqqında şəhadətnaməsini almadığını, anasından miras qaldığını, həmin mirası qəbul etmək üçün atasının ölüm haqqında şəhadətnaməsini almaq zərurəti yarandığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində X4 təxminən 2002-ci ildə vəfat etdiyini, qonşu olduqlarını, özünün də onun yasında iştirak etdiyini, yas mərasiminin Naxçıvan şəhəri, Qaraçuq kəndində öz evlərində keçirildiyini, X4 dəfn mərasimində də iştirak etdiyini, onun Naxçıvan şəhəri, Qaraçuq kəndində dəfn edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində X4 yas mərasiminin Naxçıvan şəhəri, Qaraçuq kəndində öz evlərində keçirildiyini, onun xəstə olduğu üçün öldüyünü bildiyini, Naxçıvan şəhəri, Qaraçuq kəndində dəfn edildiyini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli, 3-16-5/8-15-335/2025 nömrəli məktubdan görünür ki, X4 xx.xx.2002-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyi Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsi tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli, 18 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhər sakini 1941-ci il təvəllüdlü X4 ölümünü müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin X2 Arxivi və "X2 avtomatlaşdırılmış elektron informasiya sistemi"nə daxil edilmiş bütün Vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışdır. X11 barədə "X2 avtomatlaşdırılmış elektron informasiya sistemi"ndə və nazirliyin "X2 Arxivində heç bir məlumat tapılmamışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli, 25 nömrəli məktubundan görünür ki, X13 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsində məlumat yoxdur. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər Qaraçuq Bələdiyyəsi tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli, 21 nömrəli arayışdan görünür ki, X1 şəhər Qaraçuq kəndində yaşayıb, 2002-ci ildə vəfat edib və Qaraçuq Qəbirstanlığında dəfn edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Qaraxanbəyli kənd soveti tərəfindən verilmiş 15 aprel 1964-cü il tarixli, AZ seriyalı, 592025 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 xx xxxxx 1964-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Onun atası X11, anası X6r. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 536 nömrəli arayışdan görünür ki, Həşimova X7 şəhəri, C.Naxçıvanski küçəsi, ev 7 ünvanında qeydiyyatdadır. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində “X11 1941- 2002” yazıları qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin mərhum atası X4 25 may 2002-ci il tarixdə Naxçıvan şəhəri, Qaraçuq kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -1941-ci ildə doğulmuş X4 25 may 2002-ci il tarixdə Naxçıvan şəhəri, Qaraçuq kəndində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. -1941-ci ildə doğulmuş X4 25 may 2002-ci il tarixdə Naxçıvan şəhəri, Qaraçuq kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-732/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-732/2025
17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver