Məhkəmə qərarları › İş №2(078)-746/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-746/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-746/2023 11.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhərində yaşamış mərhum X1 04 may 1994-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi izahatından ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki işin icraatına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndində görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 296 nömrəli tibbi arayışın surətindən aydın olur ki, 1949-cu il təvəllüdlü Naxçıvan şəhər sakini X1 04 may 1994-cü il tarixdə “Mədə yarasının perforasiyası. Yayılmış diffuz peritonit. Ağır dərəcəli endogen intoksikasiyası” diaqnozu ilə Naxçıvan Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olması və elə həmin tarixdə ürək qan-damar və tənəffüs, qaraciyər çatışmazlığı diqanozu ilə Naxçıvan Respublika Xəstəxanasında vəfat etməsi öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, mövcud olan faktın yenidən təsdiq edilməsi yolverilməz olduğundan hazırki tələbə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də MPM-nin 261.0, 261.0.1-ci maddələrinin tələblərinə əsasən, işin icraatına xitam verilməli və ərizəçiyə tibbi arayışı müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat orqanına, qeydiyyat orqanı ölümü qeydə almaqdan imtina etdiyi halda isə müvafiq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023ci il tarixdə 25542 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçi hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat orqanına, müvafiq qeydiyyat orqanın hərəkət və ya hərəkətsizliyindəm müvafiq inzibati məhkəməyə müraciət etmə hüququ izah edilsin. Ərizəçi tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-ci il tarixdə 25542 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar