Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-782/2025 03.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı və digər İddiaçı4 nümayəndəsi X5, İddiaçı3, İddiaçı1 Təvəkkül qızının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər X14, Cavabdeh2, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 Təvəkkül qızı, X7, İddiaçı3 və İddiaçı4 cavabdeh Naxçıvan “ASAN Xidməti Mərkəzində” Notariat ofisinə, X18 və Cavabdeh2 qarşı X8 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən-miras əmlakdan ½ hissədə Cavabdeh2 pay hüququ haqqında Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilən 28 iyun 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamə əsasında Naxçıvan Naxçıvan MR İqtisadiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsində Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 18/48 nömrəli reyestr kitabının 9336 nömrəli vərəqində aparılan xx.xx.2024-cü il tarixli qeydiyyatın və bu barədə verilən çıxarışın ləğvi, miras əmlakda payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 Təvəkkül qızı, X7, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə cavabdeh Naxçıvan “Asan Xidmət Mərkəzində” Notariat Ofisinə qarşı məhkəməyə müraciət edərək X8 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 6,1 hissəsinə qabub üzrə vərəsələr İddiaçı1 Təvəkhül qızı, X7, İddiaçı3 və İddiaçı4 ayrılıqda payının müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Naxçıvan Asan Xidmət Mərkəzində Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini əsaslandıraraq bildirmişdirlər ki, mərhum ataları X21 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Naxçıvan şəhəri Xətai məhəlləsi döngə-3, ev-8 ünvanında ünvanında yerləşən fərdi yaşayış evi mərhum ataları X8 miras qaqlmışdır. Mərhum ataları X11 ölümündən sonra miras qalan əmlakın qəbul edilməsinə dair İddiaçı3 ilə İddiaçı4 xx.xx.2022-ci il tarixli, X7 xx.xx.2022-ci il tarixli, X26 ilə İddiaçı1 Təvəkkül qızı (nümayəndəsi tərəfindən) isə xx.xx.2022-ci il tarixli notarial təsdiqli ərizələrlə Naxçıvan şəhər 1-saylı notariat ofisinə müraciət etmişdir mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmçinin bildirilir ki, mərhum ataları X8 qalan mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətdə Naxçıvan şəhər 1 saylı notariat ofisinə ərizə ilə müraciət etdiyi halda hüquqi məlumatsızlıq səbəbindən mərhum ataları X8 qalmış mirasın qəbulu faktının müəyyən edilməsi tələbi barədə Naxçıvan Şəhər Məhkəməsinə də müraciət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan qeyd edilən iş üzrə məhkəmə aktının hüquqi nəticəsi "mirasın qəbulu faktının müəyyən edilməsi,, ilə bağlı olduğundan həmin məhkəmə qətnaməsinin hüquqi nəticəsi mərhum ataları X8 qalan mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətdə Naxçıvan şəhər 1-saylı notariat ofisinə hazırkı ərizədə adları qeyd edilən vərəsələr tərəfindən təqdim edilmiş ərizələrin hüquqi mahiyyətinə və nəticəsinə hər hansı əsasla təsiri istina edilir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-84/2023 saylı qətnaməsi əsasında mirası qəbul etmə faktı müəyyən edilən digər vərəsələr X26 və X22 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etmirlər, həmçinin vərəsə X26 və X29 tərəfindən onların mərhum atamız X8 miras qalan əmlakın qəbuluna dair (mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətdə) Naxçıvan şəhər 1-saylı notariat ofisinə təqdim edilmiş ərizələri mübahisələndirilməsinə-ləğvinə dair hər hansı icraat mövcud deyildir. Mərhum atalarından miras qalmış Naxçıvan şəhəri Xətai məhəlləsi döngə-3, ev-8 ünvanında ünvanında yerləşən fərdi yaşayış evinin inşası və bərpası ilə bağlı hər biri maddi dəstək vermişdir. İddiaçılar tələbin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322, 1325, 1291, 1321.1, 1133.1, 1243.1, 1243.2-ci maddələri ilə əsaslandırmışdır. İddiaçılar İddiaçı1 Təvəkkül qızı, X7, İddiaçı3 və İddiaçı4 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tələbin artırılması barədə ərizə təqdim edərək tələbin həcminin artırılması zərurətinin yarandığını, buna görə də iddia tələbinin artırılaraq tələbə X8 miras qalmış Naxçıvan şəhəri Xətai məhəlləsi döngə-3, ev-8 ünvanında ünvanında yerləşən fərdi yaşayış evinin 6/1 hissəsinə miras payının müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması və X8 miras qalan Naxçıvan şəhəri Xətai məhəlləsi döngə-3, ev-8 ünvanında yerləşən fərdi yaşayış evindən-miras əmlakdan 2/1 hissədə Cavabdeh2 pay alması haqqında Naxçıvan şəhəri 3 saylı notariat ofisi tərfindən verilən xx.xx.2024-cü il tarixli "Qanun üzrə vərəsəlik hüququ şəhadətnamə„nin və bu şəhadətnamə əsasmda Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyndə "Daşınmaz Əmlkam Dövlət Kadastrı və Reyestri, Publik Hüquqi şəxsində Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/48 nömrəli reyestr kitabının 9336 nömrəli vərəqində aparılan xx.xx.2024-cü il tarixli qeydiyyatın və bu barədə verilən çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 09 iyul 2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 Təvəkkül qızı, X7, İddiaçı3 və İddiaçı4 cavabdeh Naxçıvan “ASAN Xidməti Mərkəzində” Notariat ofisinin nümayəndəsina miras əmlakda payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı1 Təvəkkül qızı, X7, İddiaçı3 və İddiaçı4 tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin həcminin artırılmasına dair ərizəsi nəzərə alınması, iddia tələbinə X8 miras qalmış Naxçıvan şəhəri Xətai məhəlləsi döngə-3, ev-8 ünvanında ünvanında yerləşən fərdi yaşayış evinin 6/1 hissəsinə miras payının müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması və X8 miras qalan Naxçıvan şəhəri Xətai məhəlləsi döngə3, ev-8 ünvanında yerləşən fərdi yaşayış evindən-miras əmlakdan 2/1 hissədə Cavabdeh2 pay alması haqqında Naxçıvan şəhəri 3 saylı notariat ofisi tərfindən verilən xx.xx.2024-cü il tarixli "Qanun üzrə vərəsəlik hüququ şəhadətnamə„nin və bu şəhadətnamə əsasmda Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyndə "Daşınmaz Əmlkam Dövlət Kadastrı və Reyestri, Publik Hüquqi şəxsində Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/48 nömrəli reyestr kitabının 9336 nömrəli vərəqində aparılan xx.xx.2024-cü il tarixli qeydiyyatın və bu barədə verilən çıxarışın ləğvi tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. İddiaçıların razılığı əsasında X26 və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmənin təşəbbüsü ilə Naxçıvan şəhəri 3 saylı notariat ofisi və Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyndə "Daşınmaz Əmlkam Dövlət Kadastrı və Reyestri, Publik Hüquqi şəxsi cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı və digər İddiaçı4 nümayəndəsi X7 izahatında iddia ərizəsini müdafiə etdiyini, orada qeyd edilənlərin nəzərə alınmasını və iddia üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı1 Təvəkkül qızının vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddiaçıların mərhum ataları X21 xx.xx.2022ci il tarixində vəfat etmişdir. Naxçıvan şəhəri Xətai məhəlləsi döngə-3, ev-8 ünvanında ünvanında yerləşən fərdi yaşayış evi mərhum ataları X8 miras qalmışdır. Mərhum ataları X11 ölümündən sonra miras qalan əmlakın qəbul edilməsinə dair İddiaçı3 ilə İddiaçı4 xx.xx.2022-ci il tarixli, X7 xx.xx.2022-ci il tarixli, X26 ilə İddiaçı1 Təvəkkül qızı (nümayəndəsi tərəfindən) isə xx.xx.2022-ci il tarixli notarial təsdiqli ərizələrlə Naxçıvan şəhər 1-saylı notariat ofisinə müraciət etmişdir; mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətdə ərizə verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 84/2023 saylı qətnaməsi əsasında mirası qəbul etmə faktı müəyyən edilən digər vərəsələr X26 və X22 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etmirlər, həmçinin vərəsə X26 və X29 tərəfindən mərhum ataları X8 miras qalan əmlakın qəbuluna dair (mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətdə) Naxçıvan şəhər 1-saylı notariat ofisinə təqdim edilmiş ərizələri mübahisələndirilməsinə-ləğvinə dair hər hansı icraat mövcud deyildir. Mərhum atalarından miras qalmış Naxçıvan şəhəri Xətai məhəlləsi döngə-3, ev-8 ünvanında ünvanında yerləşən fərdi yaşayış evinin inşası və bərpası ilə bağlı hər biri maddi dəstək verilmişdir. X8 miras qalmış Naxçıvan şəhəri Xətai məhəlləsi döngə-3, ev-8 ünvanında ünvanında yerləşən fərdi yaşayış evinin 6/1 hissəsinə miras payının müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması və X8 miras qalan Naxçıvan şəhəri Xətai məhəlləsi döngə-3, ev-8 ünvanında yerləşən fərdi yaşayış evindənmiras əmlakdan 2/1 hissədə Cavabdeh2 pay alması haqqında Naxçıvan şəhəri 3 saylı notariat ofisi tərfindən verilən xx.xx.2024-cü il tarixli "Qanun üzrə vərəsəlik hüququ şəhadətnamə„nin və bu şəhadətnamə əsasmda Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyndə "Daşınmaz Əmlkam Dövlət Kadastrı və Reyestri, Publik Hüquqi şəxsində Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/48 nömrəli reyestr kitabının 9336 nömrəli vərəqində aparılan xx.xx.2024-cü il tarixli qeydiyyatın və bu barədə verilən çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı X15 izahatında payını istədiyini və iddia üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdeh X26 izahatında bildirmişdir ki, atasından qalan mirası qanunla bölünüb kimə nə qədər pay düşürsə verilməsini istədiyini, özünün razılaşmaq istədiyini, lakin axırı bu yerə gəlib çıxdıqlarını, ona düşən payı istədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh2 izahatında keçən dəfə sənədləri təqdim etdiyini, atasına düşən payı istədiklərini, özünün mirasın qəbuluna dair qətnaməsinin olduğunu, deyiləcək birşeyinin olmadığını, bibilərinin pay istəməkləri barədə ərizə vermələrində bildirmişdir ki, atasının payının ona verildiyini, bibiləri yubandığı üçün babasının payının əmisinə verdiyini, özünün əlində qətnaməsninin olduğunu ona güvəndiyini, gözlədiyini, 3 ildir artıq bu mövzunun uzandığını, 3 ildir sənədlər toplanıldığını, faktiki olaraq mirası özünün qəbul etdiyini, iddianın rədd edilməsini istədiyini bildirmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdehin nümayəndasi Nümayəndə izahatında mirasda 2 də 1 paya qərar verildiyini, imtinanın edildiyini, 6 ayın keçdiyini, bugün qızının işinin Gülsüm xanımın icraatında olduğunu, özünün notariusdan ½ payın qərara əsasən verildiyini, vərəsəliyi qəbul etdikləri üçün ½ hissədə payı tələb etdiyini bu səbəbdən istəyinin nəzərə alınmasını, Abbasov Həsənin 20 il onunla yaşadığını, atasının rəhmətə getməsindən sonra da orada yaşadığını, onun yasının da o evdə olduğunu, qızının notariusdan vərəsəlik vəsiqəsini aldığını, bibilərinin Günaya şillə vurduğunu, məhkəmənin qətnaməsi ilə daşınmaz əmlakdan ½ payı qızının adına rəsmiləşdirildiyini, və bu dediklərinin nəzərə alaraq iddianın əsassız hesab edilməsini istədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Naxçıvan “ASAN Xidməti Mərkəzində” Notariat ofisinə və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan şəhəri 3 saylı Notariat Ofisinə və Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyndə "Daşınmaz Əmlkam Dövlət Kadastrı və Reyestri, Publik Hüquqi şəxsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Naxçıvan “ASAN Xidməti Mərkəzində” Notariat ofisi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndədərək bildirmişdir ki, üzürlü səbəbdən 02 sentyabr 2025-ci il tarixə saat 16:15 təyin edilmiş İddiaçılar İddiaçı1 Təvəkgül qızının, İddiaçı2 və İddiaçı4 miras əmlakda payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyik. Bu səbəbdən də, bizim iştirakımız olmadan işə baxıb qətnamə qəbul etməyinizi xahiş edirik. Məhkəmə iclasları cavabdeh Naxçıvan “ASAN Xidməti Mərkəzində” Notariat ofisinin və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan şəhəri 3 saylı Notariat Ofisinin və Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyndə "Daşınmaz Əmlkam Dövlət Kadastrı və Reyestri, Publik Hüquqi şəxsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). İş materiallarında 9 sentyabr 1961-ci il tarixdə verilmiş AZ seriyalı 088097 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X16 2 avqust 1961-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 773 nömrəli akt qeydi aparılmışdır. X6 və anası X27r. İş materiallarında 7 mart 1963-cü il tarixdə verilmiş AZ seriyalı 401154 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X19 xx xxxxxx 1963-cü ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 224 nömrəli akt qeydi aparılmışdır. X6 və anası X27r. İş materiallarında 09 sentyabr 1971-ci il tarixdə verilmiş AZB seriyalı 167777 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X12 3 sentyabr 1971ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 55 nömrəli akt qeydi aparılmışdır. X6 və anası X27r. İş materiallarında 30 noyabr 1974-cü il tarixdə verilmiş İİİ-JQ seriyalı 268349 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı4 xx xxxxxx 1974-cü ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 94 nömrəli akt qeydi aparılmışdır. X6 və anası X27r. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli AZ-İ nömrəli 598060 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X32 29 aprel 2018-ci il tarixdə ürəyin sklerotik xəstəliyi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 201 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş 23 fevral 2022-ci il tarixli AZ-İ nömrəli 871260 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X21 16 fevral 2022-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 09 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 05 may 2024-cü il tarixli 1056 nömrəli arayışdan aydın olur ki, mərhum X11 vərəsələri aşağıdakılardır:
1. X32 (həyat yoldaşı)- vəfat edib;
2. X16-qızı-1961;
3. X19-qızı-1963;
4. X23-oğlu-vəfat edib;
5. X26-oğlu-1968;
6. X12-qızı-1971;
7. İddiaçı4-qızı-1974 İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 199.92 kv.metr olan fərdi yaşayış evi və 0.1337 ha olan torpaq sahəsi xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X11 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 10 iyun 2024-cü il tarixdə verilmiş 1828 nömrəli arayışından aydın olur ki, Abdinova X17 şəhəri Bulqan kəndində qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 10 iyun 2024-cü il tarixdə verilmiş 1572 nömrəli arayışından aydın olur ki, X3 şəhəri 6-cı küçə döngə 4 ev 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 10 iyun 2024-cü il tarixdə verilmiş 1305 nömrəli arayışından aydın olur ki, Abbasova X10 şəhəri M.Araz küçəsi ev 39 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 10 iyun 2024-cü il tarixdə verilmiş 316 nömrəli arayışından aydın olur ki, Hüseynova X20 rayonu Dəllər qəsəbəsi Y.Hacıyev küçəsi 21 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 1 saylı Notariat Ofisinə verilmiş 06 iyul 2022-ci il tarixli ərizədən aydın olur ki, ünvan 11 ünvanında qeydiyyatda olan X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6nun ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etdiyini bildirmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan 1 saylı Notariat Ofisinə verilmiş 08 iyul 2022-ci il tarixli ərizədən aydın olur ki, Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatda olan İddiaçı1 Təvəkkül qızı adından X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6nun ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etdiyini bildirmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan 1 saylı Notariat Ofisinə verilmiş 04 iyul 2022-ci il tarixli ərizədən aydın olur ki, Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatda olan İddiaçı3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6nun ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etdiyini bildirmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan 1 saylı Notariat Ofisinə verilmiş 04 iyul 2022-ci il tarixli ərizədən aydın olur ki, ünvan 12 ünvanında qeydiyyatda olan İddiaçı4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6nun ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etdiyini bildirmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-84/2023 saylı qətnaməsi ilə X4 miras qalmış ünvan 13 ünvanında yerləşən miras əmlakın iddiaçı-cavabdeh X26 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməsi, İlkin iddia iddiaçı-cavabdehlər İddiaçı4, X7, İddiaçı3, İddiaçı1 Təvəkkül qızının X4 miras qalmış ünvan 14 ünvanında miras qalmış daşınmaz əmlakın tərəflərindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə münasibətdə əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməsi, X4 miras qalmış ünvan 13 ünvanında yerləşən miras əmlakın mərhum X23 tərəfindən sağlığında qəbul edilməsi faktı müəyyən edilməsi, mərhum X1 qəbul etdiyi miras əmlakın vəfatından sonra cavabdehiddiaçı X29 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir.. Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən 08 may 2024-cü il tarixdə verilmiş 660 nömrəli cavab məktubundan məlum olur ki, Naxçıvan şəhər 1 saylı Notariat ofisinə 07 oktyabr 2022-ci il tarixdə və 13 oktyabr 2022-ci il tarixdə ünvaladığınız ərizələrə cavab olaraq bildirilib ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum atanız X8 miras qalmış əmlakla bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunub, həmçinin bu işlə bağlı Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2023- cü il tarixli, 2(078)-84/2023 nömrəli qətnaməsi qəbul edilmişdir. Sənədlərdən məlum olduğu üzrə Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsindən apellasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh X29 tərəfindən təqdim edilən qanun üzrə vərəsəlik hüququ haqqında 28 iyun 2024-cü il tarixli şəhadətnamədən aydın olur ki, ünvan 15 ünvanında qeydiyyatda olan mərhum X11 vərəsəsi X24r. Mirasdan ½ hissədə pay almalıdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 199.92 kv.metr olan fərdi yaşayış evi və 0.1337 ha olan torpaq sahəsi xx.xx.2024-cü il tarixdə tam mülkiyyət hüququ üzrə ½ hissədə pay X11 adına, ½ hissədə pay Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-84/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Sözügedən qətnamənin iddiaçılara münasibətdə mirasın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbi rədd edilərkən məhkəmənin əsaslandırması ondan ibarət olmuşdur ki, iddiaçılar İddiaçı4, X5, İddiaçı3, İddiaçı1 Təvəkkül qızının miras qoyan X2 ailə qurub həmin evdən köçüb getməsi işin mübahisəsiz halıdır. Bu hal işdə olan nikah haqqında şəhadətnamələrlə, tərəflərin izahatları ilə, şahidlərin ifadələri ilə işə baxılarkən öz təsdiqini tapmışdır. Miras qoyanın vəfatında sonra isə iddiaçılar İddiaçı4, X5, İddiaçı3, İddiaçı1 Təvəkkül qızının mirası faktiki qəbul edilməsi işə baxılan zaman öz təsdiqini tapmamışdır. Mülki qanunvericilikdə mirasın qəbulu miras qoyanın ölümündən sonra vərəsələr tərəfindən mirasın qəbulunu şərtləndirir və bu halda mirasın hansı üsulla qəbul edilməsi əhəmiyyət kəsb etmir. İddiaçılar İddiaçı4, X7, İddiaçı3, İddiaçı1 Təvəkkül qızı atalarından qalan mirasın onlar tərəfindən qəbul etdiyini iki halla bildirir, birincisi onlar atalarına və qardaşlarına xəstə olduqları müddətdə baxıb qayğısına qalmış, atasının vəfatından sonra isə yas mərasimini, qırx mərasimini təşkil etmiş, bunun üçün evi töküb təmizləmiş, orada yaşamışdılar, ikincisi isə həmin müddətdə kommunal xərcləri ödəmişdirlər. Məhkəmə hər iki halı iş materiallarında olan sübutlarla əlaqəli araşdırıb hesab edir ki, iddiaçılar İddiaçı4, X5, İddiaçı3, İddiaçı1 Təvəkkül qızının atalarına və qardaşlarına xəstə olduqları müddətdə baxıb qayğısına qalmaları, onun vəfatından sonra isə yas mərasimini, qırx mərasimini təşkil etmələri, bu məqsədlə evi töküb təmizləmələri mirasın qəbulu hesab edilmir. Belə ki, bu halda onlar övlad olaraq valideynləri qarşısında mənəvi borclarını yerinə yetirmişdirlər. İşə baxılan zaman müəyyən edilmişdir ki, X23 X6nun vəfatından sonra iki ay həmin evdə yaşamış, həmin müddətdə o xəstə olmuş və bacılar qardaşlarına baxıb qulluq etmişdirlər. Onların həmin müddətdə bu hərəkətləri mirasın qəbuluna yönəlməmiş, xəstə yaxınlarına qayğı ilə əhatə edilmişdir. İşin bu halını həm iddiaçılar özləri, həm cavabdeh, həm də şahidlər bildirmişdilər. İddiaçılar İddiaçı4, X5, İddiaçı3, İddiaçı1 Təvəkkül qızının hər birinin özlərinə məxsus evlərinin olması, ailələri ilə birlikdə öz mənzillərində yaşaması onların atalarının vəfatından sonra qardaşları X14 yaşadığı bir evdə, X13 yaşadığı digər evdə mirası qəbul edib onların da yaşamaları barədə arqumentlərini məhkəmə əsaslı hesab edilmir və işə baxılarkən bu hallar təsdiq edilmir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında formalaşmış hüquqi mövqelərdən də aydın olur ki, mirasın qəbulu vərəsə tərəfindən elə bir aşkar hərəkətlərin həyata keçirilməsidir ki, vərəsə o hərəkətlərlə mirası qəbul etdiyini şəksiz nümayiş etdirir və bu cür hərəkətlər mirasına qəbul edilməsinə heç bir şübhə doğurmur. Vərəsə miras əmlakda yaşamadığı halda belə mirasın idarəçiliyini və mühafizəsini həyata keçirirsə bu da mirasın faktiki qəbulu hesab edilir. Lakin işin hallarından aydın olur ki, miras qoyan X21 vəfat etdikdən sonra ona məxsus olan torpaq sahəsində inşa edilmiş evlərdə vərəsələrindən X26 və X23 yaşamaqla və əmlakın idarəçiliyini və mühafizəsini həyata keçirməklə mirası faktiki qəbul etmişdirlər. Həmin müddətdə də iddiaçılar İddiaçı4, X5, İddiaçı3, İddiaçı1 Təvəkkül qızının mirasın idarəçiliyini və mühafizəsini həyata keçirən, orada yaşayan qardaşları olduğu halda, özlərinə aid evlərin və yaşayış sahələri olduğu halda onların da bu cür mühafizə və idarəçiliyin həyata keçirməsində iştirakı ağlabatan mühakimə əsasında inandırıcı deyildir və işə baxılarkən də sübuta yetirilməmişdir. İşə baxılan zaman iddiaçıların özü tərəfindən məhkəməyə dəvət edilən şahidlər onların hər birinin ayrı evləri olduğunu, həmin ünvanda iki qardaşın yaşadığını, qızların isə atalarına, qardaşlarına baxıb qulluq etdiklərini, daimi olaraq həmin ünvanda yaşamadıqlarını bildirmişlər. Məhkəmənin yuxarıda da qeyd etdiyi kimi mirasın qəbulu vərəsənin miras əmlaka sahib çıxmaq, təsərrüfatı idarə etmək, açıqaşkar şəkildə mirası qəbul etdiyini nümayiş etdirmək kimi hərəkətləridir. İddiaçılar İddiaçı4, X5, İddiaçı3, İddiaçı1 Təvəkkül qızının mirasın faktiki qəbul etməsini bildirdikləri ikinci arqumentləri isə miras qoyanın vəfatından sonra kommunal ödənişlərin onlar tərəfindən ödənilməsi ilə bağlıdır. Məhkəmə bununla bağlı arqumenti əsaslı hesab etmir. Belə ki, iddiaçılar buna dair hər hansı qəbz təqdim etməmiş, təqdim edilən qəbzlərdə Abbasov Adil və Abbasov Həsənin adı yazılmışdır. Məhkəmə qeyd edir ki, bu cür qəbzlərin mövcudluğu halında belə kommunal ödənişlərin hazırki vəziyyətdə hər iki evdə faktiki yaşayan, mirası idarə edən şəxslər olduğu halda orada yaşamayan və faktiki idarəçiliyi həyata keçirməyən iddiaçıların sadəcə olaraq təsadüfən kommunal ödəniş ödəməsi mirasın faktiki qəbulunu sübut edən fakt hesab edilməməlidir. Qeyd edilənləri ümumiləşdirib məhkəmə belə nəticəyə gəlir ki, X11 vəfatından sonra ondan miras qalan ünvan 13 ünvanı üzrə miras əmlak iddiaçı-cavabdehlər İddiaçı4, X7, İddiaçı3 və İddiaçı1 Təvəkkül qızı tərəfindən faktiki olaraq qəbul edilməsi işə baxılarkən sübuta yetirilmədiyindən onlara münasibətdə iddia tələbi rədd edilməlidir. Həmçinin sözügedən qətnamədə hüquqi qiymət verilən iddiaçılara münasibətdə digər hal ondan ibarət olmuşdur ki, məhkəmə iddia tələbinin əsaslandırıcı hissəsində və işə baxılarkən iddiaçı-cavabdehlər tərəfindən verilən izahatlarda mirasın qəbulu üçün notariat ofisinə ərizə ilə müraciət etmələri və bununla bağlı müddətin üzürlü səbəbdən buraxılması barədə qeyd etdikləri halların hazırki iddia tələbi çərçivəsində hüquqi qiymət verilməsini yolverilməz hesab edir və bununla əlaqədar iddiaçı-cavabdehlərə iddia tələbinin nədən ibarət olmasını xatırlatmağı zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsidir. İddiaçıcavabdehlərin miras əmlakın qəbuluna dair notariat ofisinə ərizə vermələri miras əmlakın formal olaraq qəbul edilməsidir və müddət keçdikdən sonra müraciət edilməsi ilə bağlı bildirdiyi üzürlü hallara münasibətdə miras əmlakın qəbul edilməsi müddətinin uzadılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları onlara izah edilməlidir. Məhkəmə miras əmlakın 6 vərəsə arasında bölünməklə hər birinin payının müəyyən edilməsi barədə iddiaçı-cavabdehlərin izahatlarında bildirdiyi hallarla əlaqədar qeyd edir ki, hazırki iddia tələbi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi olduğundan və iddia tələbində payın müəyyən edilməsi tələb olaraq göstərilmədiyindən məhkəmə payın müəyyən edilməsi məsələsini araşdıra bilməz. Bu tələbdə məhkəmə yalnız iddiaçıcavabdehlərə və cavabdeh-iddiaçıya münasibətdə miras əmlakın faktiki olaraq qəbul edilməsi məsələsini araşdırmalıdır. Məhkəmə qeyd edir ki, miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi ilə bağlı tələbin hüquqini taleyini həll edən qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur və bu halda yalnız miras əmlakın iddiaçılar tərəfindən formal-notariat ofisinə ərizə verilməklə qəbul edilməsi barədə məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçıların miras əmlakın faktiki qəbul etmələrinə dair iddia tələbi rədd edilmişdir. İş materiallarında olan iddiaçılar tərəfindən notariat ofisinə təqdim edilən ərizələrdən görünür ki, onlar atalarından qalan miras əmlakı qəbul etdiklərini bildirmişlər. Miras qoyan X11 16 fevral 2022-ci il tarixdə vəfat etməsi iddiaçıların isə 04 iyul 2022-ci il tarixdə miras əmlakı qəbul etmələri barədə ərizələrinin müvafiq notariat orqanında qeydiyyata alınması müəyyən edilir. Həmçinin işə baxılan zaman müəyyən edilmişdir ki, iddiaçılar mirasın formal qəbulu üçün buraxılmış müddətin uzadılması barədə məhkəməyə ərizə ilə müraciət etməmişlər. Belə olan halda məhkəmə miras qoyanın vəfatı zamanı mövcud olan mülki qanunvericiliyin 1246-cı maddəsinin tələbi əsas götürülməklə iddia tələbi rədd edilməlidir. Belə ki, qeyd edilən maddənin məzmunundan da aydın olduğu kimi miras əmlak vərəsə tərəfindən 3 ay müddətində qəbul edilməlidir. Lakin ərizələrdən aydın olur ki, mirasın qəbulu üçün verilən ərizələr miras qoyanın vəfatından 4 ay 18 gündən sonra verilmişdir. Müddət keçdikdən sonra aparılan hərəkətlərin isə heç bir hüquqi əhəmiyyətti olmamaqla hüquqi nəticə yaratmaması nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Sözügedən müddət vərəsələr arasında mübahisə olmadığı halda miras əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün qeyd edilən müddət olmaqla mirasın qəbul edilməsi üçün 3 aylıq müddətdən fərqli anlayışdır. Qanunverici mirasın qəbulu üçün qeyd edilən dövrdə nəzərdə tutduğu müddət 3 ay olması nəzərə alınmalıdır. Eyni zamanda miras qoyanın vəfat etdiyi vaxt müddətin nəzərdə tutulduğu maddənin şərhi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının qəbul edilmədiyini də nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-ci maddəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı ilə mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə bütün bunlara əsaslanaraq hesab edir ki, iddiaçılar İddiaçı1 Təvəkkül qızı, X7, İddiaçı3 və İddiaçı4 miras qoyan X8 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən-miras əmlakı formal olaraq qəbul etmədiklərindən onlara pay müəyyən edilə bilməz. Belə olan halda miras əmlakın ½ hissədə Cavabdeh2 pay hüququ haqqında Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilən 28 iyun 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamə əsasında Naxçıvan Naxçıvan MR İqtisadiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsində Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 18/48 nömrəli reyestr kitabının 9336 nömrəli vərəqində aparılan xx.xx.2024-cü il tarixli qeydiyyatın və bu barədə verilən çıxarışın ləğvi üçün hər hansı əsas yoxdur. Belə ki, iddiaçılar barəsində miras əmlak barəsində pay müəyyən edilə bilmədiyindən, mirası qəbul edən iki vərəsə üzrə mövcud qətnamə ilə mirasın qəbulu faktı tanınmış və sözügedən qətnamə icra edilən zaman notariat orqanı pay bölgüsünü apararaq hər biri üzrə ½ hissəyə dair hüquqmüəyyənedici sənəd verildiyindən mahiyyət etibarilə düzgün bölgü aparılmışdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 Təvəkkül qızı, X7, İddiaçı3 və İddiaçı4 cavabdeh Naxçıvan “ASAN Xidməti Mərkəzində” Notariat ofisinə, X18 və Cavabdeh2 qarşı X8 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən-miras əmlakdan ½ hissədə Cavabdeh2 pay hüququ haqqında Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilən 28 iyun 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamə əsasında Naxçıvan Naxçıvan MR İqtisadiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsində Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 18/48 nömrəli reyestr kitabının 9336 nömrəli vərəqində aparılan xx.xx.2024-cü il tarixli qeydiyyatın və bu barədə verilən çıxarışın ləğvi, miras əmlakda payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, iddia tələbi verilən zaman, iddia tələbinin həcminin artırılması zamanı ödənilən dövlət rüsumları iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddiaçılar İddiaçı1 Təvəkkül qızı, X7, İddiaçı3 və İddiaçı4 cavabdeh Naxçıvan “ASAN Xidməti Mərkəzində” Notariat ofisinə, X18 və Cavabdeh2 qarşı X8 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən-miras əmlakdan ½ hissədə Cavabdeh2 pay hüququ haqqında Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilən 28 iyun 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamə əsasında Naxçıvan Naxçıvan MR İqtisadiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsində Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 18/48 nömrəli reyestr kitabının 9336 nömrəli vərəqində aparılan xx.xx.2024-cü il tarixli qeydiyyatın və bu barədə verilən çıxarışın ləğvi, miras əmlakda payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddia tələbi verilən zaman, iddia tələbinin həcminin artırılması zamanı ödənilən dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva