Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-784/2022 14.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi 04 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 iştirakı ilə Maraqlı şəxs ilə arasında bağlanmış 04 may 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Maraqlı şəxs arasında nikah akt qeydi Naxçıvan şəhər Qeydiyyat Şöbəsində 27 noyabr 2020-ci il tarixdə pozulmuş və 106 sayla qeydə alınmışdır. Birgə nikahda yaşadıqları dövrdə 23 aprel 2004-cü il təvəllüdlü X4 doğulmuşdur. M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 iştirakı ilə Maraqlı şəxs ilə 04 may 2022-ci il tarixdə barışıq sazişi imzalamış, barışıq sazişinin şərtlərinə əsasən uşaq Maraqlı şəxs keçmiş həyat yoldaşı Ərizəçi himayəsində yaşayan xəstə oğlu 23 aprel 2004-cü ildə doğulmuş X2 müalicə olunması və saxlanılmasına kömək məqsədi ilə Ərizəçi hər ay 100 (yüz) manat məbləğində vəsait ödəyəcəyini öhdəsinə götürür. Tərəflər vəsaitin ödənişinin iyun ayından başlanması və Ərizəçi təqdim edəcəyi bank hesabına köçürülməsi razılığına gəlirlər. Maraqlı şəxs barışıq sazişində göstərilən aliment məbləğini ödəmir. Barışıq sazişində qeyd olunan müddət keçmişdir. 14 iyul 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Maraqlı şəxs mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsasən Maraqlı şəxs iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 14 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iş üzrə Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizədə barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyini, həmin iş üzrə hazırda ərizəyə baxılmasını istəmədiyini, ona görə də ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılması barədə qərar verilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən məhkəməyə ərizənin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla bağlı məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 29 iyun 2022-ci il tarixli, 20161 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: Ərizəçi barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 29 iyun 2022-ci il tarixli, 20161 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-784/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-784/2022
14.07.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver