Məhkəmə qərarları › İş №2(078)-79/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-79/2025

06.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-79/2025 06.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X19 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X40, cavabdeh və Cavabdeh10 nümayəndəsi Cavabdeh1, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızına, Cavabdeh7 və Cavabdeh8 qarşı miras əmlakın qəbul edilməsi faktının və payların müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızına, Cavabdeh7 və Cavabdeh8 qarşı miras əmlakın qəbul edilməsi faktının və payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan MR Daşınmaz Əmlakı və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 30 avqust 2023-cü il qeydiyyat tarixli, **********40-10301 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirililən, ünvan 1 ünvanında yerləşən 63.7 kv.metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsindən payları müəyyən olunmuş X20 2/7 hissədə, X29 1/7 hissədə, X9 1/7 hissədə və X10 1/7 hissədə payların miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının və payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, X1 26 mart 1963-cü il tarixdə, nənəsi X22 isə 10 avqust 1999-cu il tarixdə ölmüşlər. Onların birgə nikahından mərhum atası da daxil olmaqla 6 nəfər uşaqları doğulmuşdur. X46 (xx.xx.2011-ci il tarixdə ölüb), X50 (xx.xx.2021-ci il tarixdə ölüb), X30 (xx.xx.2024-cü il tarixdə ölüb), X31 (xx.xx.2022ci il tarixdə ölüb), X32 (xx.xx.2008-ci il tarixdə ölüb) və X16 (xx.xx.2004-cü il tarixdə ölüb). X20 Cavabdeh3 adlı vərəsəsi var. X10 Cavabdeh7 və Cavabdeh8 adlı vərəsələri var. X9 X51, Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 adlı vərəsələri var. X29 Cavabdeh9, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızı adlı vərəsələri var. X11 əri X41 (xx.xx.1939), qızı X33 (xx.xx.1959), oğlu X12 (10 iyun 2018-ci ildə vəfat edib), oğlu X23 (xx.xx.1962), qızı X34 (xx.xx.1964) və oğlu X13 (xx.xx.1966) adlı vərəsələri var. X4 arvadı X52 (xx.xx.1963), oğlu X24 (xx.xx.1986), qızı X25 (xx.xx.1988) və oğlu X17 (xx.xx.1991) adlı vərəsələri var. X1 26 mart 1963-cü il tarixdə öləndən sonra onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 63.7 kv.metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İstər babası Mirhəşimin sağlığında istərsə də onun ölümündən sonra həmin evdə yalnız öz valideynləri yaşamışdır. Hazırda isə atası öldüyündən o anası ilə birlikdə orada yaşayır. Lakin buna baxmayaraq o babası Mirhəşimdən miras əmlak olaraq qalan evin çıxarışını alıb, adına rəsmiləşdirmək istəyərkən onun öz adına çıxarışı deyil, bütün övladlarına mirası qəbul edibmiş kimi hər birinə paylı mülkiyyət olaraq çıxarış verilmişdir. O, ondan sonra atasından qalan mirası payını xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********40-10301 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirib, adına çıxarış almışdır. Ancaq həmin çıxarışda paylı mülkiyyət olaraq onunla bərabər babasının digər vərəsələrinin payları müəyyən olunub göstərilmişdir. Bütün bunlara baxmayaraq həmin şəxslərin də vərəsələri öz paylarından notarial qaydada onun xeyrinə imtina ərizələri veriblər. Babasının ölümündən sonra qalan bütün miras əmlakı mərhum atası sağlığında, onun ölümündən sonra isə o qəbul edib, sahiblənərək həmin evdə anası ilə birlikdə yaşamaqla, torpaq sahəsini əkib-becərərək meyvə ağaclarına qulluq göstərməklə, qaz, işıq və sudan istifadəyə görə kommunal xərclərini və əmlaka görə bələdiyyə vergisini ödəmişdir. Bu günə heç bir borcları yoxdur. Hal-hazırda o ailəsi ilə birlikdə orada yaşayır, bibiləri və əmisi dünyasını dəyişiblər. O miras əmlakı faktiki olaraq qəbul etdiyi üçün adına rəsmiləşdirmək istəmişdir. Buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi 30 noyabr 2023-cü il tarixli, 904 nömrəli məktubunda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən də o sözügedən miras əmlakın adına rəsmiləşdirilməsi üçün məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalmışdır və istəyir ki, məhkəmə qaydasında öz həllini tapsın. İddiaçı 04 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızına, Cavabdeh7 və Cavabdeh8 qarşı miras əmlakın qəbul edilməsi faktının və payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 30 avqust 2023-cü il qeydiyyat tarixli, **********40-10301 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirililən, ünvan 1 ünvanında yerləşən 63, kv.metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsindən payları müəyyən olunmuş X20 2/7 hissədə, X29 1/7 hissədə, X9 1/7 hissədə və X10 1/7 hissədə payların miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının və payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, hal-hazırda tələbini dəqiqləşdirərək, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 30 avqust 2023-cü il qeydiyyat tarixli, **********40-10301 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirililən, ünvan 1 ünvanında yerləşən 63 kv.metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsindən payları müəyyən olunmuş X20 2/7 hissədə, X29 1/7 hissədə, X9 1/7 hissədə və X10 1/7 hissədə payların miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməklə payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-79/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 30 avqust 2023-cü il qeydiyyat tarixli, **********40-10301 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirililən, ünvan 1 ünvanında yerləşən 63 kv.metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsindən payları müəyyən olunmuş X20 2/7 hissədə, X29 1/7 hissədə, X9 1/7 hissədə və X10 1/7 hissədə payların miras əmlak olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə payın müəyyən olunması həddində baxılması qərara alınmışdır. 04 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizədə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməklə payların müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etdiyini, hal-hazırda iddia ərizəsinin xahiş etdi hissəsində göstərilən X9 1/7 hissədə payının miras əmlak olaraq özü tərəfindən qəbul edilməsi faktının və payın müəyyən olunması hissədə iddiasından imtina etdiyini, həmin hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-79/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızına, Cavabdeh7 və Cavabdeh8 qarşı miras əmlakın qəbul edilməsi faktının və payların müəyyən olunması tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 30 avqust 2023-cü il qeydiyyat tarixli, **********40-10301 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirilən, ünvan 3 ünvanında yerləşən 63 kv.metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsindən payı müəyyən olunmuş X9 1/7 hissədə payının miras əmlak olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməklə payın müəyyən olunmasına dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6 qızına, Cavabdeh7 və Cavabdeh8 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə teleqramlar göndərmişlər. Cavabdeh5 26 noyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda ünvan 1 ünvanında yerləşən 63.7 kv. metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsindən payları müəyyən olunmuş hissədə, atası X29 1/7 hissədə miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsinə və payların müəyyən olunmasına heç bir etirazı olmadığını, məhkəmə iclasında işləri ilə əlaqədar iştirak edə bilmədiyini, iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh9 26 noyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda ünvan 1 ünvanında yerləşən 63.7 kv metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsindən payları müəyyən olunmuş hissədə, atası X29 1/7 hissədə yerləşən miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsinə və payların müəyyən olunmasına heç bir etirazı olmadığını, məhkəmə iclasında işləri ilə əlaqədar iştirak edə bilmədiyini, iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh7 26 noyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda ünvan 1 ünvanında yerləşən 63.7 kv. metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsindən payları müəyyən olunmuş hissədə, yoldaşı X35 1/7 hissədə yerləşən miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsinə və payların müəyyən olunmasına heç bir etirazı olmadığını, məhkəmə iclasında işləri ilə əlaqədar iştirak edə bilmədiyini, iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh8 26 noyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda ünvan 1 ünvanında yerləşən 63.7 kv. metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsindən payları müəyyən olunmuş hissədə, anası X35 1/7 hissədə yerləşən miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsinə və payların müəyyən olunmasına heç bir etirazı olmadığını, məhkəmə iclasında işləri ilə əlaqədar iştirak edə bilmədiyini, iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 26 noyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda ünvan 1 ünvanında yerləşən 63.7 kv. metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsindən payları müəyyən olunmuş hissədə, anası X20 2/7 hissədə yerləşən miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsinə və payların müəyyən olunmasına heç bir etirazı olmadığını, məhkəmə iclasında işləri ilə əlaqədar iştirak edə bilmədiyini, iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh6 qızı 03 dekabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda ünvan 1 ünvanında yerləşən 63.7 kv. metr ev və 0.1558 ha həyətyanı torpaq sahəsindən X29 1/7 hissədə olan mirasın İddiaçı verilməsinə etirazı olmadığını qeyd etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh3, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6 qızının, Cavabdeh7 və Cavabdeh8 məhkəməyə göndərdikləri teleqramları nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh10 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxış iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdeh və Cavabdeh10 nümayəndəsi Cavabdeh1 cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh10 iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında ünvan 1 ünvanında özünün 28 ildir yaşadığını, anasının da 35 ildir həmin evdə yaşadığını, ev üçün torpaq üçün özlərinin əziyyət çəkdiklərini, həyəti də, evi də özünün düzəltdirdiyini, əvvəl uçuq dam olduğunu, süfrəkeş işləyib, ayda 250-300 manat maaş almaqla o evi təmir etdirdiyini, başqa da heç kimin o evdə yaşamadığını, kiminsə gəlməsinə heç bir maneə yaratmadıqlarını, paylar bölünsə də naturada bölgü olmadığını, X9 1/7 hissədə payını istəmədiyini, digərlərinin payları olsa da heç nə etmədiklərini, ona çatan payın verilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X58 izahatında 35 ildir ünvan 1 ünvanında yaşadığını, oraya heç kimin gəlmədiyini, özünün həmin həyətdə əziyyət çəkdiyini, ev tikdiyini, oğlu İddiaçı 9-cu sinifdən süfrəkeş işlədiyini, o evdə haqları olduğunu, həmin haqlarını tələb etdiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və Cavabdeh10 nümayəndəsi Cavabdeh1 izahatında notariusda ərizə verib anasından qalan miras əmlakdakı payı qəbul etmədiyini, anası öləndən sonra ünvan 1 ünvanında yerləşən evdə İlkinlə anasının yaşadığını, özlərinin oraya gedə bilmədiklərini, 10 il kirayədə yaşadığını, baba ocağı olan evdə yaşamaq istəyəndə İlkingilin qoymadıqlarını, özünə düşən payı istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında o həyətdə qalmağa gedəndə ağacla, bıçaqla onları hədələyib həyətə girməyə icazə vermədiklərini, anasının 12 oktyabr 2023-cü ildə öldüyünü, anası ölməmişdən qabaq gedib-gəldiklərini, öləndən sonra gedə bilmədiklərini, notariusda ərizə verib anasından qalan miras əmlakdakı payı qəbul etmədiyini, ünvan 1 ünvanında yerləşən evdə İlkinlə anasının yaşadığını, əslində həmin evin müvəqqəti olaraq onların qalması üçün verildiyini, sonra daimi yaşadıqlarını, onları həyətdən qovmasalar heç bir mübahisələri olmayacağını, ancaq indi razı olmadıqlarını, özünə düşən payı istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında hal-hazırda yaşadığı evin qayınanasının mülkiyyətində olduğunu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ata mülkü olduğunu, özünə çatan payını istədiyini, uşaqlarının da evi olmadığını, atasının ölümündən sonra ondan qalan miras əmlakı qəbul etmək üçün ərizə vermədiyini, elə bir şey etməli olduğunu bilmədiyi üçün etmədiyini, heç kimin ona ərizə verməsini demədiyini, atasının sağlığında evini iki oğluna bağışladığını, özünün heç nədən imtina etmədiyini, özünün xəbəri olmadan atasının evi iki oğluna verdiyini, 3 il sonra bu barədə məlumatı olduğunu, hal-hazırda da ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan atasına düşən payı istədiyini, həmin evdə yaşamadığını, istifadə etmədiyini, özünün atasından qalan heç bir miras əmlakı qəbul etmədiyini, öz payını istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 27 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh10 izahatında özünün notariusda ərizə verib anasından qalan miras əmlakdakı payı qəbul etmədiyini, anası öləndən sonra ünvan 1 ünvanında yerləşən evdə İlkinlə anasının yaşadığını, hər kəsin öz evi olduğu üçün heç kimin orada yaşamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda əvvəllər mərhum Bulqeyis xalanın yaşadığını, o öldükdən sonra oğlu Fəxrəddinin yaşadığını, Fəxrəddinlə birlikdə onun həyat yoldaşının və oğlu İlkinin yaşadığını, onun ölümündən sonra da həmin evdə İlkinin və anasının yaşadığını, hal-hazırda da onların yaşadığını, orada başqa heç kimi görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X66 ifadəsində 2007-ci ildə Naxçıvan şəhəri, V.Hüseynova küçəsindən torpaq sahəsi aldığını, 2016-cı ildən də orada yaşadığını, İlkinlə qonşu olduqlarını, özü oradan torpaq alanda İlkinin balaca olduğunu, ünvan 1 ünvanında yerləşən evin də köhnə bir ev olduğunu, İlkinin və anasının çox çətin günlər yaşadıqlarını, həmin evdə İlkinin və anasının yaşadığını, arada qonaq kimi gedib-gələnləri gördüyünü, bir dəfə İlkingilin həyətə daş daşıdıqlarını gördüyünü, hətta ona kömək də etdiyini, həmin vaxt orada İlkinin xalasının və xalasının oğlunun da olduğunu, orada daimi yaşayan başqa heç kimi görmədiyini, daimi olaraq İlkinin və anasının yaşadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 2/7 hissədə X20, 1/7 hissədə X29, 1/7 hissədə X11, 1/7 hissədə X9, 1/7 hissədə X10 və 1/7 hissədə İddiaçı mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 2/7 hissədə X20, 1/7 hissədə X29, 1/7 hissədə X11, 1/7 hissədə X9, 1/7 hissədə X10 və 1/7 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 1099 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli çıxarışdan X21 ilə X22 arasında xx.xx.1963-cü il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 92 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Zaks bürosu tərəfindən verilmiş 15 fevral 1969-cu il tarixli, A3 seriyalı, 551394 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X21 və X6 birgə nikahından 08 sentyabr 1934-cü il tarixdə X16 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 30 sentyabr 1997-ci il tarixli, XX-ЖГ seriyalı, 387421 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X16 və X40 birgə nikahından xx xxxxx 1997-ci il tarixdə İddiaçı adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 078594 nömrəli çıxarışdan X7 xx.xx.1963-cü il tarixdə ürək əzələsinin infarktı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1963-cü il tarixdə 44 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ seriyalı, 028365 nömrəli çıxarışdan X6 xx.xx.1999-cu il tarixdə ürəyin xroniki işemiya xəstəliyi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 213 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı, 029642 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X5 xx.xx.2004-cü il tarixdə prostatın xərçəngi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 118 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan X42 xx.xx.2024-cü il tarixdə infarkt səbəbi ilə Culfa rayon Əbrəqunus kəndində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 19 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 737 nömrəli arayışdan X20 oğlu Cavabdeh3 adlı vərəsəsinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən təkrar verilmiş 25 may 2023-cü il tarixli, AZ-İV seriyalı, 786798 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən xx xxxxxx 1980-ci il tarixdə Cavabdeh3 doğulması, onun anasının X46, atasının Cavabdeh7 olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən təkrar verilmiş 25 may 2023-cü il tarixli, AZ-İ seriyalı, 009031 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən xx xxxxxx 1980-ci il təvəllüdlü Cavabdeh3 X46 tərəfindən övladlığa götürülməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli arayışdan “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X36 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması, nikah haqqında akt qeydi aşkar edilməməsi və X20 öldüyü xx.xx.2011-ci il tarixədək subay olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 436490 nömrəli çıxarışdan X20 diabetik koma səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 229 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 738 nömrəli arayışdan X10 yoldaşı Cavabdeh7 və oğlu Cavabdeh8 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 481764 nömrəli çıxarışdan X32 ilə Cavabdeh7 arasında 19 oktyabr 1978-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 309 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, 270198 nömrəli çıxarışdan X43 ilə X26 birgə nikahından xx xxxxxx 1984-cü il tarixdə Cavabdeh8 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 330957 nömrəli çıxarışdan X10 ağciyər xərçəngi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 111 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 701 nömrəli arayışdan X29 arvadı X47 (vəfat edib), oğlu Cavabdeh9, qızı Cavabdeh4, oğlu Cavabdeh5 və qızı Cavabdeh6 qızı adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli, 016339 nömrəli çıxarışdan X37 ilə X50 arasında 24 mart 1956-cı il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 69 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Zaks bürosu tərəfindən verilmiş 09 mart 1959-cu il tarixli, İ-НЕ seriyalı, 733714 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X50 və X27 birgə nikahından xx xxxx 1958-ci il tarixdə Cavabdeh9 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Zaks bürosu tərəfindən verilmiş 24 fevral 1962-ci il tarixli, A3 seriyalı, 088938 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X50 və X27 birgə nikahından xx xxxxxx 1962-ci il tarixdə Cavabdeh5 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, ******* nömrəli çıxarışdan X50 və X14 birgə nikahından 08 noyabr 1965-ci il tarixdə Cavabdeh6 qızı adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ seriyalı, 801549 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X29 xx.xx.2021-ci il tarixdə ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 167 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı, 495403 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X14 xx.xx.2014-cü ol tarixdə durğunluq pnemaniyası səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 129 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1288 nömrəli arayışdan X9 həyat yoldaşı X51, oğlu Cavabdeh1, oğlu Cavabdeh10 və qızı Cavabdeh2 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, AZ seriyalı, 183440 nömrəli çıxarışdan X31 ilə X51 arasında xx.xx.1971-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 159 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 381472 nömrəli çıxarışdan X51 və X15 birgə nikahından xx.xx.1972-ci il tarixdə Cavabdeh1 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 477503 nömrəli çıxarışdan X51 və X15 birgə nikahından xx.xx.1973-cü il tarixdə Cavabdeh10 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş AZ seriyalı, 802627 nömrəli çıxarışdan X9 qaraciyəin dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 348 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 702530 nömrəli çıxarışdan X3 koranar sindromu səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 56 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan MR Culfa Rayon İcra Hakimiyyəti Əbrəqunus kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 160 nömrəli arayışdan X11 Culfa rayon Əbrəqunus kəndində yaşayıb, 09 fevral 2024cü il tarixdə vəfat etməsi və əri X41 (xx.xx.1939), qızı X33 (xx.xx.1959), oğlu X12 (10 iyun 2018-ci ildə vəfat edib), oğlu X23 (xx.xx.1962), qızı X34 (xx.xx.1964) və oğlu X13 (xx.xx.1966) adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan MR Culfa Rayon İcra Hakimiyyəti Əbrəqunus kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 161 nömrəli arayışdan X4 Culfa rayon Əbrəqunus kəndində yaşayıb və 10 iyun 2018ci il tarixdə vəfat etməsi və arvadı X52 (xx.xx.1963), oğlu X24 (xx.xx.1986), qızı X25 (xx.xx.1988) və oğlu X17 (xx.xx.1991) adlı vərəsələrinin olması; İddia ərizəsinə əlavə olunmuş Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli, 904 nömrəli, 20 fevral 2024-cü il tarixli, 243 nömrəli, 20 fevral 2024-cü il tarixli, 244 nömrəli, 20 fevral 2024-cü il tarixli, 245 nömrəli, 20 fevral 2024-cü il tarixli, 246 nömrəli və 20 fevral 2024-cü il tarixli, 247 nömrəli arayışlarda görünür ki, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu və payın müəyyən olunması məhkəmə tərəfindən təyin olunur. İddiaçı müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh6 qızı tərəfindən 23 sentyabr 2023-cü il tarixdə verilmiş ərizədə atası X29 xx.xx.2021-ci il tarixində öldüyü, onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddətin ötürüldüyü, yəni buraxıldığı, atasının ölümündən sonra mirasın nədə ifadə edilməsindən asılı olmayaraq qəbul etmədiyi və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığı, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədi olmadığı, ona mirasdan imtina barədə ərizənin ləğv edilə və ya geri götürülə bilmədiyinin, əgər miras paydan imtina edirsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) bütün miras əmlakdan imtina etdiyinin məlum olduğu qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh9 tərəfindən 24 sentyabr 2023-cü il tarixdə verilmiş ərizədə X29 xx.xx.2021-ci il tarixində öldüyü, onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddətin ötürüldüyü, yəni buraxıldığı, atasının ölümündən sonra mirasın nədə ifadə edilməsindən asılı olmayaraq qəbul etmədiyi və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığı, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədi olmadığı, ona mirasdan imtina barədə ərizənin ləğv edilə və ya geri götürülə bilmədiyinin, əgər miras paydan imtina edirsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) bütün miras əmlakdan imtina etdiyinin məlum olduğu qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh5 tərəfindən 13 noyabr 2023-cü il tarixdə verilmiş ərizədə xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X18 ona çatan mirası nə notariat ofisinə ərizə verməklə, nə də miras əmlaka faktik sahibliyi həyata keçirməklə qəbul etmədiyi və qəbul etmək niyyətində olmadığı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh3 tərəfindən 14 noyabr 2023-cü il tarixdə verilmiş ərizədə anası X20 xx.xx.2011-ci il tarixdə öldüyü, onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddətin ötürüldüyü, yəni buraxıldığı, anasının ölümündən sonra mirasın nədə ifadə edilməsindən asılı olmayaraq qəbul etmədiyi və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığı, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədi olmadığı, ona mirasdan imtina barədə ərizənin ləğv edilə və ya geri götürülə bilmədiyinin, əgər miras paydan imtina edirsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) bütün miras əmlakdan imtina etdiyinin məlum olduğu qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh8 tərəfindən 18 noyabr 2023-cü il tarixdə verilmiş ərizədə anası X10 xx.xx.2008-ci il tarixdə öldüyü, onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddətin ötürüldüyü, yəni buraxıldığı, anasının ölümündən sonra mirasın nədə ifadə edilməsindən asılı olmayaraq qəbul etmədiyi və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığı, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədi olmadığı, ona mirasdan imtina barədə ərizənin ləğv edilə və ya geri götürülə bilmədiyinin, əgər miras paydan imtina edirsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) bütün miras əmlakdan imtina etdiyinin məlum olduğu qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh7 tərəfindən 22 noyabr 2023-cü il tarixdə verilmiş ərizədə arvadı X10 xx.xx.2008-ci il tarixdə öldüyü, onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddətin ötürüldüyü, yəni buraxıldığı, arvadının ölümündən sonra mirasın nədə ifadə edilməsindən asılı olmayaraq qəbul etmədiyi və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığı, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədi olmadığı, ona mirasdan imtina barədə ərizənin ləğv edilə və ya geri götürülə bilmədiyinin, əgər miras paydan imtina edirsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) bütün miras əmlakdan imtina etdiyinin məlum olduğu qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Dövlət Energetika Xidməti Naxçıvan Regional “Asan xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 12 nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında xx.xx.2017-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70375691 olan smartkart tipli elektrik sayğacı müqaviləsi X40 adına bağlanmışdır, ödənişlər X58 tərəfindən ödənilmişdir və xx.xx.2023-cü il tarixə qədər heç bir borcu yoxdur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Dövlət Energetika Xidməti Kommunal (Qaz) Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 169 nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında olan sayğac nömrəsi 26007447 olan smart tipli qaz sayğacı müqaviləsi 30 noyabr 2016-cı il tarixdə bağlanmışdır və qaz ödənişləri həmin ildən X58 tərəfindən ödənilir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Sukanalizasiya idarəsi Naxçıvan Regional "ASAN xidmət" mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 5 ünvanına 12 oktyabr 2017-ci il tarixdə 32010 mexaniki tipli su sayğacı müqaviləsi X58 adına bağlanmışdır. Həmin tarixdən su ödənişləri özü tərəfindən ödənilmişdir və sayğac göstəricisi 1310 m3 borcu yoxdur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri Naxçıvan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan İddiaçı Naxçıvan Bələdiyyəsinə 2023-cü il vəziyyətinə vergi borcu yoxdur. İddia ərizəsinə əlavə olunmuş 01 dekabr 2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Seyidov X28 şəhər, V.Hüseynova küçəsi, döngə 1, ev 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 03 mart 1964-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19 fevral 1963-cü ildə vəfat edən X21 vəfat etdikdən sonra onun ünvan 7 ünvanında yerləşən evi qalmış, həmin evə arvadı X22, X50, X16, X30, X46, X31 və X32 bərabər hissə ilə varisdirlər. İş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər Zaks bürosu tərəfindən verilmiş 23 fevral 1962-ci il tarixli, A3 seriyalı, 088935 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X50 və X27 birgə nikahından xx xxxx 1959-cu il tarixdə Cavabdeh4 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə olunmuş 29 avqust 2007-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 1999-cu ildə vəfat etmiş X6 əmlakına vərəsəsi X39r. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli reyestr nömrəsi **********99-1031099 və qeydiyyat 3875 nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Naxçıvan şəhəri, V.Hüseynova küçəsi, ev 2-də yerləşən, 1558 kv.m torpaq sahəsində olan, 2 otaqlı, 41.0 kv.m yaşayış sahəsi 74.0 kv.m qeyri-yaşayış, 22.7 kv.m köməkçi sahəsindən ibarət mülkün 1/7 (yeddidə bir) hissəsidir. İş materiallarına əlavə olunmuş 16 avqust 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2004-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 8 ünvanında qeydiyyatda olan İddiaçıdur (AA*******, xx.xx.2022 - NAXÇİVAN ŞPİ QvŞV bölməsi, FİN:xxxxxxx, d/t:xx.xx.1997) və o miras əmlakdan 1/7 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2007-ci il tarixdə X8 verilmiş 5405 qeydiyyat, **********99-1031098 nömrəli çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən 1558.0 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 63.7 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi 156 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 9 ünvanında yerləşən 1558.0 kv.m torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İddiaçı ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində payları müəyyən olunmuş X20 2/7 hissədə, X29 1/7 hissədə və X10 1/7 hissədə payların miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə payın müəyyən olunmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə belə hesab edir ki, miras əmlakda payın müəyyən olunması üçün ilkin olaraq miras əmlakın qəbul edilib-edilməməsi məsələsi araşdırılmalıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X46, X50 və X32 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı X2 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 2/7 hissədə payını mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi halının aşkar edilməməsini, şahidlərin ifadələrini, Cavabdeh3 məhkəməyə göndərdiyi və anası X20 miras əmlakda olan 2/7 hissədə payının İddiaçı tərəfindən qəbul edilməsinə və payların müəyyən olunmasına heç bir etirazı olmadığını qeyd etdiyi teleqramı da nəzərə alır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X35 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 1/7 hissədə payını mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi halının aşkar edilməməsini, şahidlərin ifadələrini, cavabdehlər Cavabdeh7 və Cavabdeh3 məhkəməyə göndərdikləri və X35 1/7 hissədə payının İddiaçı tərəfindən qəbul edilməsinə və payların müəyyən olunmasına heç bir etirazı olmadığını qeyd etdikləri teleqramları da nəzərə alır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X29 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 1/7 hissədə payını mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi halının aşkar edilməməsini, şahidlərin ifadələrini, cavabdehlər Cavabdeh9, Cavabdeh5 və Cavabdeh6 qızının məhkəməyə göndərdikləri və X29 1/7 hissədə payının İddiaçı tərəfindən qəbul edilməsinə və payların müəyyən olunmasına heç bir etirazı olmadığını qeyd etdikləri teleqramları da nəzərə alır. X29 digər vərəsəsi olan Cavabdeh4 məhkəmə iclasında iştirak edərək miras əmlakda özünə düşən payın verilməsini istədiyini qeyd etsə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, o, həmin miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Hətta özü bilavasitə izahatlarında ünvan 2 ünvanında yerləşən evdə yaşamadığını, atasından qalan miras əmlakı qəbul etmədiyini, qəbul etmək üçün notariusa müraciət etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə İddiaçı ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində payları müəyyən olunmuş X20 2/7 hissədə, X29 1/7 hissədə və X10 1/7 hissədə paylarında payının müəyyən olunmasını tələb etməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə belə hesab edir ki, İddiaçı X2 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 2/7 hissədə payını, mərhum X35 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 1/7 hissədə payını və mərhum X29 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 1/7 hissədə payını qəbul etdiyindən hazırda iddiaçı payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə belə hesab edir ki, X20 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 2/7 hissədə payından İddiaçı tam hissədə payı müəyyən edilməli, X35 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 1/7 hissədə payından İddiaçı tam hissədə payı müəyyən edilməli və X29 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 1/7 hissədə payından İddiaçı tam hissədə payı müəyyən edilməlidir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hər üç miras qoyanın miras əmlakı yalnız İddiaçı tərəfindən qəbul edilmişdir ona görə də həmin miras əmlakda yalnız onun payı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, daşınmaz əmlakın vahidliyi prinsipinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evinə payı ümumilikdə göstərilməli və İddiaçı payı müəyyən edilərkən iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 1/7 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması da nəzərə alınmalıdır. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində 5/7 hissə payı müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızı, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -İddiaçı X2 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 2/7 hissədə payını, mərhum X35 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 1/7 hissədə payını və mərhum X29 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 1/7 hissədə payını qəbul etməsi faktı müəyyən edilməklə İddiaçı ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində 5/7 hissə payı müəyyən edilməli; -iddia təmin edildiyindən 100 (bir yüz) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızı, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı X2 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 2/7 hissədə payını, mərhum X35 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 1/7 hissədə payını və mərhum X29 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində olan 1/7 hissədə payını qəbul etməsi faktı müəyyən edilməklə İddiaçı ünvan 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m2 fərdi yaşayış evində 5/7 hissə payı müəyyən edilsin. İddia təmin edildiyindən 100 (bir yüz) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızı, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar