Məhkəmə qərarları › İş №2(078)-820/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-820/2025

17.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-820/2025 17.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili X10, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və ona çatan payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və ona çatan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, mərhum atası X2 miras qalmış yaşayış evinin onun tərəfindən miras olaraq qəbul olunması faktının müəyyən olunması və miras əmlakda ona çatan payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum atası X2 miras qalmışdır. Mərhum atası X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onun oğlu Cavabdeh1, oğlu İddiaçı, oğlu Cavabdeh2 və qızı Cavabdeh3 adlı vərəsələri vardır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Şərur rayon Nikah evinin 14 fevral 2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli məktubuna əsasən X7 ilə X14 "X8" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində nikah haqqında akt qeydi aşkar edilməmişdir. Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi, ev 86-da yerləşən, 3 nömrəli mənzil, 15 oktyabr 2002 tarixli, 158394 nömrəli alqı-satqı müqaviləsinə əsasən X9 tərəfindən mərhum atası X1. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri"nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi, ev 86-da yerləşən, 3 nömrəli mənzil mərhum atası X3 adınadır. Mirasın qəbulu ilə bağlı Naxçıvan şəhəri Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə verilən 21 yanvar 2025-ci il tarixli, 98/2025 nömrəli cavabda qanunda nəzərdə tutulmuş müddət keçdiyindən və müvafiq sənədlər ofisə təqdim olunmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(078)-552/2025 nömrəli qərardadına əsasən İddiaçı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh3 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə 30 iyul 2025-ci il tarixdə teleqram göndərərək bina 86, mənzil 3-də yaşayan atası Fətullayev Hüseynəliyə aid olan evdə qardaşı İddiaçı düşən payın verilməsinə etirazı olmadığını və 26 avqust 2025-ci il tarixdə teleqram göndərərək atasından qalan mirasın qardaşı İddiaçı düşən dörddə bir hissənin verilməsinə etirazı olmadığını, həmçinin özünə düşən payı istədiyini qeyd etmişdir. Məhkəmə Cavabdeh3 məhkəməyə göndərdiyi teleqramları nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında atasının 2016-cı ildə vəfat etdiyini, atasından ünvan 1 ünvanında yerləşən mənzilin miras olaraq qaldığını, atasının ölümündən sonra həmin evdə özünün, qardaşlarının və anasının yaşadığını, hazırda həmin evdə anasının yaşadığını, özünün hal-hazırda həmin evin qarşısında olan sığınacaqda qaldığını, özünün yaşamağa yeri olmadığını, 3 uşağı ilə küçədə qaldığını, bu səbəbdən İcra Hakimiyyəti tərəfindən müvəqqəti yaşaması üçün həmin sığınacağın verildiyini, hər an sökülə biləcəyini, sökülənə kimi yaşamasının deyildiyini, anası ilə atasının rəsmi nikah qeyd etdirmədiklərini, 4 uşaq olduqlarını, atasından qalmış miras əmlakdan özünə düşən 1/4 hissə payını istədiyini, qardaşlarına və bacısına düşən paylarının da verilməsinə etirazı olmadığını, 4 uşaq arasında miras əmlakın bərabər şəkildə bölünməsini istədiklərini, notariusa müraciət etdiklərini, məhkəmədən mirası qəbul etməsi ilə bağlı sənəd gətirməsini dediklərini, miras əmlakın tərəflərindən faktiki qəbul edilməsi faktının və paylarının müəyyən edilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X20 izahatında iddiaçının mərhum atası X2 ünvan 1 ünvanında yerləşən əmlakın miras qaldığını, həmin əmlakda vərəsələrin bərabər paylarının müəyyən edilməsinə tərəflərin hamısının razı olduqlarını, miras əmlakın qəbul olunması faktının müəyyən olunması və miras əmlakda payların müəyyən olunmasını istədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında mərhum atası X2 ünvan 1 ünvanında yerləşən əmlakın miras qaldığını, atası vəfat etdikdən sonra həmin əmlakda özünün və qardaşı Nəciməddinin yaşadığını, digər qardaşı Niyaməddinin Bakı şəhərində, bacısının isə evlənib Göyçayda yaşadığını, sonra anasının qan xəstəliyi olduğundan uşaqlara keçməməsi üçün özünün evdən çıxdığını, kirayədə yaşadığını, qardaşı Nəciməddinin həmin əmlakın qarşısında olan sığınacaqda yaşadığını, bacı və qardaşlarının paylarının verilməsinə etirazı olmadığını, özünün də payının müəyyən edilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında mərhum atası X2 ünvan 1 ünvanında yerləşən əmlakın miras qaldığını, atası vəfat etdikdən sonra həmin əmlakda özlərinin yaşadıqlarını, bacısının evlənib getdiyini, özünə düşən payı istədiyini, hər birinin payının müəyyən edilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində tərəflərlə qapı qonşu olduqlarını, ünvan 1 ünvanında yerləşən evdə Cavabdeh1, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 və onların anasının, yəni 4 uşaq və anasının yaşadığını, analarının da xəstə olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində tərəflərlə illərdir qonşu olduqlarını, ünvan 1 ünvanında yerləşən evdə Cavabdeh1, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 və analarının yaşadığını, başqa heç kimin yaşamadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən mənzilin tam mülkiyyət hüququ üzrə X3 mülkiyyətində olması, X3 Cavabdeh1, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 adlı vərəsələrinin olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X30 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.1 m2 olan mənzilin tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 12/35 nömrəli reyestr kitabının 6797 nömrəli vərəqində qeydiyyata alınması; -iş materiallarına əlavə olunmuş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən ünvan 1 ünvanında yerləşən mənzilin X3 adına qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli, 2391 nömrəli arayışdan X3 oğlu Cavabdeh1, oğlu İddiaçı, oğlu Cavabdeh2 və qızı Cavabdeh3 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Basmannıy rayonunun dövlət xidmətlərinin göstərilməsi üçün çoxfunksiyalı mərkəzi, Moskvanın 10 saylı VVAQ Orqanı tərəfindən verilmiş 13 sentyabr 2016-cı il tarixli, 708464 nömrəli ölüm haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən X3 xx.xx.2016-cı il tarixdə Rusiya, Moskva şəhərində vəfat etməsi; -iş materiallarına əlavə olunmuş və Naxçıvan “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli, 4160 nömrəli arayışdan X6 və X16 xx.xx.1987-ci il tarixdə İddiaçı adlı övladlarının doğulması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 avqust 2025-ci il tarixli, 3969 nömrəli arayışdan X17 və X16 xx.xx.1993-cü il tarixdə X12 adlı övladlarının doğulması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 98/2025 nömrəli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqındа qərardan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ərizəsinə əsasən, mərhum 13 sentyabr 2016-cı il tarixdə Federasiyasının Moskva şəbərndə vafat etmiş, X2 miras qalmış ünvan 1 ünvanda 22 kv.m torpaq sahəsi və üzərində yerləşən 3 otaqlı mənzilə dair vərəsəliyin açılmasında imtina edilmişdir. İddiaçı mərhum atası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin miras olaraq qəbul olunması faktının müəyyən olunmasını və miras əmlakda ona çatan payının müəyyən olunmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə belə hesab edir ki, miras əmlakda payın müəyyən olunması üçün ilkin olaraq mirasın qəbul edilib-edilməməsi məsələsi araşdırılmalıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X6 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi Cavabdeh1, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 X3 qanun üzrə vərəsələridir. 26 dekabr 2023-cü ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı və Cavabdeh2 mərhum X3 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişlər. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı müəyyən edilmiş halları, tərəflərin izahatlarını, şahidlərin ifadələrini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə payının müəyyən olunmasını tələb etməsi ilə bağlı belə qeyd edir ki, məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında və digər Cavabdeh3 isə məhkəməyə göndərdiyi teleqramda miras əmlakda paylarının müəyyən edilməsini istədiklərindən, iddiaçı isə miras əmlakda hər birinin payının müəyyən edilməsinə etirazı olmadığını bildirdiyindən məhkəmə belə hesab edir ki, ünvan 1 ünvanında yerləşən miras əmlakda Cavabdeh1, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 hər birinin payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. N.Əbilovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlakla bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir və qeyd edir ki, bu halın müəyyən edilməsi iddia tələbindən kənara çıxarılma olaraq qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Göstərilənlərlə əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, bu öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin faktiki qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən, mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, X3 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı 1/4 hissədə payı, Cavabdeh1 1/4 hissədə payı, Cavabdeh2 1/4 hissədə payı və Cavabdeh3 1/4 hissədə payı müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -İddiaçı mərhum X3 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən mənzili qəbul etməsi faktı müəyyən edilməklə, mərhum X3 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı 1/4 hissədə payı, Cavabdeh1 1/4 hissədə payı, Cavabdeh2 1/4 hissədə payı və Cavabdeh3 1/4 hissədə payı müəyyən edilməli; -iddia təmin edilməli olduğundan İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı mərhum X3 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən mənzili qəbul etməsi faktı müəyyən edilməklə, mərhum X3 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı 1/4 hissədə payı, Cavabdeh1 1/4 hissədə payı, Cavabdeh2 1/4 hissədə payı və Cavabdeh3 1/4 hissədə payı müəyyən edilsin. İddia təmin edildiyindən İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar