Məhkəmə qərarları › İş №2(078)-830/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-830/2025

20.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-830/2025 20.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum Quliyev Muxtar K.Xudaqulu oğlunun xx.xx.1944-ci il tarixdə Kəngərli rayon, Şahtaxtı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin vəkil və nümayəndəsi ərizəni əsaslandıraraq qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi Ərizəçi dediklərinə əsasən mərhum atası Quliyev Muxtar K.Xudaqulu oğlu 1944-cü il tarixdə Kəngərli rayon Şahtaxtı kəndində vəfat etmiş və Kəngərli rayon Şahtaxtı kənd Qəbirstanlığında dəfn olunmuşdur. Kəngərli rayon Şahtaxtı kənd inzibati ərazi üzrə nömayəndəliyinin xx.xx.2024-cü il tarixli, 76 nömrəli arayışına əsasən Quliyev Muxtar K.Xudaqulu oğlunun 1944-cü il tarixdə Kəngərli rayon Şahtaxtı kənd Qəbirstanlığında dəfn olunması qeyd olunmuşdur. Qəbrin sağ tərəfində mərhum qardaşı Quliyev Heydər K.Xudaqulu oğlu dəfn olunmuşdur. Naxçıvan MR Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 13/1472 nömrəli arayışına əsasən ölüm akt qeydi 1943-1945-ci ilədək yoxlanılmış ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Kəngərli rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Quliyev Muxtər K.Xudaqulu oğlunun ölüm qeydiyyatı aparılmamış və aparılması mümkün olmadığı qeyd olunmuşdur. X10 X9 şəxsin xx.xx.2025-ci il tarixli arayışda Quliyev Muxtar K.Xudaqulu oğlunun adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Hüquqlarını müdafiə etdiyi Ərizəçi anası X5 adına ünvan 1 ünvanında ev və torpaq sahəsi olmuşdur. Notariat kontoruna müraciət edəndə Quliyev Muxtar K.Xudaqulu oğlunun ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Qeyd olunan ölüm haqqında şəhadətnaməni tapa bilməmişdir. Məcbur qalıb qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsində ölüm akt qeydi qeydə alınmadığı bildirilmişdir. Quliyev Muxtar K.Xudaqulu oğlunun ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmədiyindən məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə ərizəçiyə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu Ərizəçi iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq Ərizəçi iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahatında Ərizəçi anasından miras əmlak qaldığını, həmin mirası adına keçirmək üçün atası Quliyev Muxtər K.Xudaqulu oğlunun ölüm haqqında şəhadətnaməsinin tələb edildiyini, atası öldüyü vaxt ölüm haqqında şəhadətnaməni almadıqlarını, qeydiyyat şöbəsinə müraciət etdiklərini, ancaq həmin ölüm haqqında şəhadətnamənin alınmasının mümkün olmadığını, mərhum Quliyev Muxtar K.Xudaqulu oğlunun xx.xx.1944-ci il tarixdə Kəngərli rayon Şahtaxtı kəndində vəfat etməsi faktının müəyyən edilməsini istədiklərini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli, 3-16-5/8-xxxx/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən Quliyev Muxtər K.Xudaqulu oğlunun ölüm qeydiyyatının aparılması mümkün deyil. İddia ərizəsinə əlavə edilmiş Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 may 2025-ci il tarixli arayışdan görünür ki, 1911-ci ildə Kəngərli rayonu Şahtaxtı kəndində anadan olmuş Quliyev Muxtər K.Xudaqulu oğlunun ölümü barəsində Kəngərli rayon Qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli, 13/1560 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Şərur rayonu Qıvraq kəndi üzrə 1943-1945-ci illərə dair ölüm haqqında akt qeydi kitablarına baxılmış, mərhum X1 1943-1945-ci illərə dair dövrlərdə vəfat etməsi haqqında məlumata rast gəlinməmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli, 13/1472 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Şərur rayonu Şahtaxtı kəndi üzrə 1943-1945-ci illərə dair ölüm haqqında akt qeydi kitablarına baxılmış, mərhum X1 1943-1945-ci illərə dair dövrlərdə vəfat etməsi haqqında məlumata rast gəlinməmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli, 13/1471 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 Şöbəsi- Şərur rayon Qıvraq kəndi üzrə Nikah haqqında 1937-1939-cu illərə dair akt qeydi kitablarında (mərhum) X2 ilə (mərhum) X5 xx.xx.1937-ci il tarixdə, 19 nömrəli aktla nikaha daxil olmaları qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş X10 X9 şəxsi tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli, 16 nömrəli tibbi arayışdan görünür ki, Kəngərli rayon Şahtaxtı kənd sakini 1911-ci il təvəllüdlü Quliyev Muxtər K.Xudaqulu oğlunun Kəngərli rayon mərkəzi xəstəxanasında ölümü qeydə alınmamışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Kəngərli Rayon İcra Hakimiyyəti Şahtaxtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 76 nömrəli arayışdan görünür ki, Quliyev Muxtər K.Xudaqulu oğlunun məzarı Kəngərli rayon Şahtaxtı kənd qəbiristanlığındadır. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində “Quliyev Muxtər K.Xudaqulu oğlu 1915-1944” yazıları qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin vəkil və nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin mərhum atası Quliyev Muxtər K.Xudaqulu oğlunun 24 mart 1944-cü il tarixdə Kəngərli rayonu, Şahtaxtı kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -1911-ci ildə doğulmuş X1 24 mart 1944-cü il tarixdə Kəngərli rayonu, Şahtaxtı kəndində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. -1911-ci ildə doğulmuş X1 24 mart 1944-cü il tarixdə Kəngərli rayonu, Şahtaxtı kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar