Məhkəmə qərarları › İş №2(078)-856/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-856/2025

09.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-856/2025 09.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Naxçıvan “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X5 ölümündən sonra miras qalmış ünvan 1 miras əmlakda İddiaçı payının müəyyən olunması tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı dediklərinə əsasən, mərhum atası X10 xx.xx.2007-ci il tarixdə vəfat etmiş, mərhum anası X11 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. X1 ölümündən sonra ünvan 1 ev miras qalmışdır. Anasının ölümündən sonra hüquqlarını müdafiə etdiyi Səfərov X9 şəhəri, Xətai məhəlləsi, döngə 17, ev 26 ünvanında yerləşən əmlak miras əmlakı qəbul etmişdir. X5 mərhum həyat yoldaşı X10, oğlu İddiaçı, oğlu Cavabdeh1 Ağamməd oğlu, oğlu Cavabdeh2 və qızı Hüseynova (Səfərova) Gülşən Ağamməd qızı adlı vərəsələri var. Hüquqlarını müdafiə etdiyi İddiaçı bildirdiklərinə əsasən, anası X5 ölümündən sonra ünvan 1 miras əmlakı faktiki olaraq qəbul etdiyini bildirmişdir. Əlavə olaraq evin bütün kommunal xərcləri İddiaçı tərəfindən ödənilmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan Regional "ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, notariat ofisi 06 iyun 2024-cü il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İddiaçı 24 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə başqa cavabdehin cəlb olunması barədə vəsatət təqdim edərək vəsatətdə İddiaçı mərhum anası X5 ölümündən sonra miras qalmış ünvan 1 miras əmlakda İddiaçı payının müəyyən edilməsini xahiş etdiyini, mülki iş üzrə Naxçıvan “ASAN” xidmət mərkəzində notariat ofisinin cavabdeh qismində işə cəlb olunmasını məhkəmədən xahiş etdi. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-856/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan “ASAN” xidmət mərkəzində notariat ofisi cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə aşağıda qeyd edilən teleqram və ərizələri göndərmişlər: Cavabdeh1 24 sentyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək qardaşı İddiaçı anası X3 Xətai məhəlləsi, döngə 17, ev 26 ünvanında qalmış miras əmlaka qaldırılmış miras əmlak bölgüsündə özünün-Cavabdeh1 vərəsəlik əmlak payının nəzərə alınmasını xahiş etmiş, həmçinin 25 sentyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı ünvan 1 miras əmlakda payının müəyyən edilməsinə etirazı olmadığını, həmin əmlakda özünün, Cavabdeh1 da payının müəyyən edilməsini xahiş etmiş və məhkəmə iclasında səhhəti ilə əlaqədar Naxçıvan şəhəri ərazisində olmadığından iştirak edə bilmədiyini qeyd etmişdir. Cavabdeh2 24 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək qardaşı İddiaçı və özünün anası X3 Xətai məhəlləsi, döngə 17, ev 26 ünvanında qalmış miras əmlaka qaldırılmış miras əmlak bölgüsündə özünün də nəzərə alınmasını xahiş etmiş, həmçinin həmin tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı ünvan 1 miras əmlakda payının müəyyən edilməsinə etirazı olmadığını, həmin əmlakda özünün də payının müəyyən edilməsini xahiş etmiş və məhkəmə iclasında Naxçıvan şəhəri ərazisində olmadığından iştirak edə bilmədiyini qeyd etmişdir. Cavabdeh3 24 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı ünvan 1 miras əmlakda payının müəyyən edilməsinə etirazı olmadığını, həmin əmlakda özünün də payının müəyyən edilməsini xahiş etmiş və məhkəmə iclasında Naxçıvan şəhəri ərazisində olmadığından iştirak edə bilmədiyini qeyd etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən məhkəməyə göndərilmiş ərizə və teleqramları nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri haqqında cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdehin nümayəndəsi məhkəməyə 07 iyul 2025-ci il, 06 avqust 2025-ci il, 29 avqust 2025-ci il, 15 sentyabr 2025-ci il, 26 sentyabr 2025-ci il və 02 oktyabr 2025-ci il tarixlərdə eyni məzmunlu məktublar göndərərək təyin edilmiş İddiaçı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, bu səbəbdən də, onların iştirakları olmadan işə baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin qeyd olunan məktublarını nəzərə alaraq Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında atası X6 2007-ci ildə vəfat etdiyini, atası vəfat etdikdən sonra ondan qalan ünvan 1 miras əmlakın anasının adına rəsmiləşdirildiyini, anasına özünün baxdığını, anası ilə atasından qalmış miras əmlakda yaşadıqlarını, anası X5 isə 2020-ci ildə vəfat etdiyini, anasının ölümündən sonra da ünvan 1 miras əmlakda özünün yaşadığını, bacısının Ukrayna vətəndaşı olduğunu, balaca qardaşının Litviya vətəndaşı olduğunu, digər qardaşının da Bakı şəhərində yaşadığını, özünün miras əmlakda artırmalar etdiyini, evin açarlarının da özündə olduğunu, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da miras əmlakda paylarının müəyyən edilməsinə razı olduğunu, bacı qardaşı və özünün hər birinin miras əmlakda 1/4 hissədə payının müəyyən edilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında iddia ərizəsində qeyd edilənlərə və iddiaçının bildirdiklərinə əlavəsi olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində İddiaçı ilə qonşu olduqlarını, Elşadın anası öldükdən sonra ünvan 1 əmlakda Elşadın ailəsi ilə yaşadığını, digər bacı qardaşlarını həmin evdə görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində İddiaçı ilə qonşu olduqlarını, Elşadın anası öldükdən sonra ünvan 1 əmlakda Elşadın ailəsi ilə yaşadığını, digər bacı qardaşlarını həmin evdə görmədiyini, onların burada yaşamadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, ünvan 1 0.1677 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43.98 m2 yaşayış, 56.59 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətində olması, X5 Cavabdeh1, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 adlı vərəsələrinin olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 17-də 0.1677 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.98 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 56.59 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 18/18 nömrəli reyestr kitabının 3428 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz əmlakın texniki pasportun təsdiq edilmiş surətindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X5 adına qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli, 430 nömrəli arayışdan X5 həyat yoldaşı X12 (vəfat edib), oğlu İddiaçı, oğlu Cavabdeh1, oğlu Cavabdeh2 və qızı Cavabdeh3 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Zaks bürosu tərəfindən verilmiş 30 mart 1959-cu il tarixli, İ-ИЕ seriyalı, 139795 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 ilə X11 arasında 30 mart 1959-cu il tarixdə nikah bağlanması və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 22 fevral 2007-ci il tarixli, AZ-İ seriyalı, 164879 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X2 22 fevral 2007-ci il tarixdə miokard infarkt səbəbindən Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 50 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 aprel 2020-ci il tarixli, AZ-İ seriyalı, 749480 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X5 09 aprel 2020-ci il tarixdə beyin qan dövranı çatmamazlığı səbəbindən Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 143 nömrə ilə qeyd aparılması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli, 803/2024 nömrəli məktubdan görünür ki, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu məhkəmə tərəfindən təyin olunur. Müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli, 04/995 nömrəli məktubdan görünür ki, ünvan 1 fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli 03/834 nömrəli arxiv arayışı və xx.xx.2014-cü il A008899 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır. İddiaçı mərhum anası X3 miras qalmış ünvan 1 0.1677 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43.98 m2 yaşayış, 56.59 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evində payının müəyyən olunmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə belə hesab edir ki, miras əmlakda payın müəyyən olunması üçün ilkin olaraq mirasın qəbul edilib-edilməməsi məsələsi araşdırılmalıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X11 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi Cavabdeh1, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 X5 qanun üzrə vərəsələridir. 26 dekabr 2023-cü ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı X1 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı müəyyən edilmiş halları, iddiaçı tərəfin izahatlarını, cavabdehlər tərəfindən məhkəməyə göndərilmiş ərizə və teleqramları və şahidlərin ifadələrini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə İddiaçı ünvan 1 0.1677 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43.98 m2 yaşayış, 56.59 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evində payının müəyyən olunmasını tələb etməsi ilə bağlı belə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə göndərdikləri ərizə və teleqramlarda miras əmlakda paylarının müəyyən edilməsini istədiklərindən, iddiaçı isə miras əmlakda bacı qardaşları və özünün hər birinin payının müəyyən edilməsinə etirazı olmadığını bildirdiyindən məhkəmə belə hesab edir ki, ünvan 1 miras əmlakda Cavabdeh1, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 hər birinin payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. N.Əbilovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlakla bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir və qeyd edir ki, bu halın müəyyən edilməsi iddia tələbindən kənara çıxarılma olaraq qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Göstərilənlərlə əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, bu öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin faktiki qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən, mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, X5 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 1 0.1677 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43.98 m2 yaşayış, 56.59 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarət miras əmlakda İddiaçı 1/4 hissədə payı, Cavabdeh1 1/4 hissədə payı, Cavabdeh2 1/4 hissədə payı və Cavabdeh3 1/4 hissədə payı müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -X1 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 1 0.1677 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43.98 m2 yaşayış, 56.59 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evində İddiaçı 1/4 hissədə payı, Cavabdeh1 1/4 hissədə payı, Cavabdeh2 1/4 hissədə payı və Cavabdeh3 1/4 hissədə payı müəyyən edilməli; -iddia təmin edilməli olduğundan İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. X1 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 1 0.1677 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 43.98 m2 yaşayış, 56.59 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evində İddiaçı 1/4 hissədə payı, Cavabdeh1 1/4 hissədə payı, Cavabdeh2 1/4 hissədə payı və Cavabdeh3 1/4 hissədə payı müəyyən edilsin. İddia təmin edildiyindən İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar