Məhkəmə qərarları › İş №2(078)-880/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-880/2022

03.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-880/2022 03.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı cavabdeh X1 qarşı pul və əmlak tələbi barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyənetdim: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5397 (beş min üç yüz doxsan yeddi) manat pulun və mübahisə olunan evdə ona aid 5 ədəd xalça, bir ədəd diplomat içərisində açarlar, lavaş bişirmək üçün iki ədəd saç, 3 ədə elektrik pilətəsi, bir ədəd Rusiya istehsalı olan köhnə paltaryuyan maşın, 3 ədəd işıq gücləndirən 220 voltluq transformator, 200 ədəd 1,2, və 3 litrlik şüşə balonlar, ona aid bir ədəd dublyonka, bir ədəd Beko televizoru, bir ədəd əl-üz yuyan, bir dədə dəyəri 50 manat olan yazı masası, bir ədəd 30 manat dəyərində dəmirdən düzəldilmiş masanın alınaraq ona verilməsi və ya həmin əşyaların ümumi dəyəri olan 395 manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmiş, tələbin forma və məzmununa riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Belə ki, iddiaçı cavabdehin faktiki yaşadığı ünvanı natamam formada göstərmiş, sadəcə olaraq Bakı şəhəri kimi qeyd etmişdir. Halbuki MPM-in 149-cu maddəsinin tələbinə görə cavabdehin həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvan tam formada göstərilməlidir. Bundan əlavə iddiaçı tələbinin xahiş hissəsində adlarını göstərdiyi əşyaların hər birinin dəyərini ayrıayrılıqda göstərməmiş, tələbin əsaslandırıcı hissəsində ayrılıqda qeyd etdiyi məbləğ ümumi hesablandıqda xahiş hissəsində göstərdiyi məbləğlə eyniyyət təşkil etməmişdir. İddiaçıya qeyd etdiyi nöqsanları düzəltməklə iddia tələblərini konkretləşdirib yenidən ümumi məhkəməyə iddia tələbi ilə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 27 iyul 2022-ci il tarixdə terminal nömrəsi K0500011 olan 40 (qırx) manat və xx.xx.2022-ci il tarixdə terminal nömrəsi K0500011 olan 74 (yetmiş dörd) manat dövlət rüsumu geri qaytarılmalıdır. Həmçinin iddiaçıya izah edilməlidir ki, iddia tələbində qeyd etdiyi ümumi məbləğə münasibətdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət rüsumu ödəməlidir. Hazırki qəbzlərdən aydın olur ki, iddiaçı artıq məbləğdə rüsum ödəmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdeh X1 qarşı pul və əmlak tələbi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 27 iyul 2022-ci il tarixdə terminal nömrəsi K0500011 olan 40 (qırx) manat və xx.xx.2022-ci il tarixdə terminal nömrəsi K0500011 olan 74 (yetmiş dörd) manat dövlət rüsumu geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar