Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-893/2023 14.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, M-00133 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X7 iştirakı ilə Maraqlı şəxs ilə 11 fevral 2022-ci il tarixdə imzalanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs onunla aralarında bağlanmış 06 oktyabr 2004-cü il tarixli 294 nömrəli nikah aktının pozulmasına, birgə nikahdan doğulmuş 31 avqust 2006-cı il təvəllüdlü X2 və 05 noyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin onun xeyrinə ödənilməsi barədə öhdəlik götürmüşdür. Bu barədə M-00133 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X7 iştirakı ilə Maraqlı şəxs ilə 11 fevral 2022-ci il tarixdə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən hər iki tərəf birlikdə Saziş imzalandıqdan sonar üç gün ərzində Tam mediasiya xərci 100 (yüz) manat məbləğində vəsaiti ödəyəcəkdir. Tərəflər aralarında bağlanmış xx.xx.2004-cü il 294 nömrəli nikah aktının məhkəmədə ləğ olunmasına razılaşdılar. Tərəflər övladları xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X1 anaları Ərizəçi yanında qalmasına razılaşdılar. Tərəf Maraqlı şəxs hər ayın sonu 200 (iki yüz) manat vəsaiti uşaqların saxlanılması üçün alimentin ödənilməsini öhdəsinə götürməyi razılaşdılar. Tərəf Ərizəçi Maraqlı şəxs uşaqları ilə hər həftənin şənbə və bazar günlərində görüşmələrini və onunla birlikdə qalmağını, təhsil saatlarından sonar telefonla əlaqə saxlanılmasına şərait yaradılmasını öz öhdəsinə götürməyi razılaşdılar. Tərəf Maraqlı şəxs övladları xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X1 anaları Ərizəçi ilə hər hansı bir sənətin hazırlanmağında lazım olan razılıq ərizəsinin və müddətli ehtibamamələrin verilməsini öz öhdəsinə götürməyi razılaşdılar. Lakin Maraqlı şəxs bugünə qədər götürdüyü öhdəliyi icra edilməmişdir. Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə Ərizəçi və Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 11 fevral 2022-ci il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X7 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən -Hər iki tərəf birlikdə Saziş imzalandıqdan sonar üç gün ərzində Tam mediasiya xərci 100 (yüz) manat məbləğində vəsaiti ödəyəcəkdir. -Tərəflər aralarında bağlanmış xx.xx.2004-cü il 294 nömrəli nikah aktının məhkəmədə ləğ olunmasına razılaşdılar. -Tərəflər övladları xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X1 anaları Ərizəçi yanında qalmasına razılaşdılar. - Tərəf Maraqlı şəxs hər ayın sonu 200 (iki yüz) manat vəsaiti uşaqların saxlanılması üçün alimentin ödənilməsini öhdəsinə götürməyi razılaşdılar. Tərəf Ərizəçi Maraqlı şəxs uşaqları ilə hər həftənin şənbə və bazar günlərində görüşmələrini və onunla birlikdə qalmağını, təhsil saatlarından sonar telefonla əlaqə saxlanılmasına şərait yaradılmasını öz öhdəsinə götürməyi razılaşdılar. -Tərəf Maraqlı şəxs övladları xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X1 anaları Ərizəçi ilə hər hansı bir sənətin hazırlanmağında lazım olan razılıq ərizəsinin və müddətli ehtibamamələrin verilməsini öz öhdəsinə götürməyi razılaşdılar. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 793711 nömrəli və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 165994 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Maraqlı şəxs ilə X3 nikahlarından 31 avqust 2006-cı il təvəllüdlü X8 və 05 noyabr 2008-ci il təvəllüdlü X4 adlı övladları vardır. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 401916 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, Maraqlı şəxs ilə Bayramova (Məmmədova) Gülnar Dağlar qızının arasında bağlanmış nikah Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-317/2022 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci tarixdə 118 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər 3 nömrəli SİƏDN tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 911 nömrəli arayışa əsasən Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər 3 nömrəli SİƏDN tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 910 nömrəli arayışa əsasən Bayramov X9 şəhəri, 22-ci məhəllə, ev 38A ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 11 fevral 2022-ci il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X7 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən Maraqlı şəxs hər iki tərəf birlikdə Saziş imzalandıqdan sonar üç gün ərzində Tam mediasiya xərci 100 (yüz) manat məbləğində vəsaiti ödəyəcəkdir. Tərəflər aralarında bağlanmış xx.xx.2004-cü il 294 nömrəli nikah aktının məhkəmədə ləğ olunmasına razılaşdılar. Tərəflər övladları xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X1 anaları Ərizəçi yanında qalmasına razılaşdılar. Tərəf Maraqlı şəxs hər ayın sonu 200 (iki yüz) manat vəsaiti uşaqların saxlanılması üçün alimentin ödənilməsini öhdəsinə götürməyi razılaşdılar. Tərəf Ərizəçi Maraqlı şəxs uşaqları ilə hər həftənin şənbə və bazar günlərində görüşmələrini və onunla birlikdə qalmağını, təhsil saatlarından sonar telefonla əlaqə saxlanılmasına şərait yaradılmasını öz öhdəsinə götürməyi razılaşdılar. Tərəf Maraqlı şəxs övladları xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X1 anaları Ərizəçi ilə hər hansı bir sənətin hazırlanmağında lazım olan razılıq ərizəsinin və müddətli ehtibamamələrin verilməsini öz öhdəsinə götürməyi razılaşdılar. Ərizəçi qeyd edilən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə də məhkəmə hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələbinə uyğun olduğundan, barışıq sazişinin icra edilməsi müddəti keçdiyindən və ərizə təmin edilməli və 11 fevral 2022-ci il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış 11 fevral 2022-ci il tarixli Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-893/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-893/2023
14.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver