Məhkəmə qərarları › İş №2(078)-924/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-924/2025

29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-924/2025 29.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 noyabr 1961-ci il tarixdə Babək rayonu, Yuxarı Uzunoba kəndində anadan olmuş X6 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X9 xx.xx.1961-ci il tarixdə Babək rayonu Yuxarı Uzunoba kəndində anadan olmuşdur. 1976-cı il tarixdə qardaşı X3 rayonu Yuxarı Uzunoba kəndində yerləşən evlərindən çıxaraq getmişdir. Həmin vaxt mən balaca idim. Valideyinlərim tərəfindən qohum-qonşulara, xəstəxanalara və.s bir çox yerlərə şifahi müraciət etsələr də qardaşından heç bir xəbər ala bilməmişdirlər. Həmin tarixdən onunla bir daha əlaqə saxlamağı mümkün olmamışdır. Artıq həmin hadisədən 49 il keçib. Bu günədək qardaşından heç bir xəbər ala bilməmişdir. Onlar artiq qardaşının ölümünü qəbullanmışdır. Qeyd etmişdir ki, qardaşı X9 ilə bağlı polis idarəsində hər hansı məlumat olub-olmaması barədə Babək rayon Polis idarəsinə müraciət etmişdir. Müraciətinə cavab verilən zaman məhkəməyə təqdim edəcəkdir. Əlavə olaraq qeyd etmişdir ki, evi sənədləşdirmək və bir sıra işlər üçün qardaşının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də ölüm haqqında şəhadətnamə almaq üçün Babək rayon Qeydiyyat şöbəsinə müraciət etdim. Lakin 23 qeydiyyatını 2025-ci il tarixdə ona yazılı olaraq bildirildi ki, vətəndaşın ölümünün aparmaq üçün tibb müəssisəsindən müəyyən tibbi şəhadətnamə və ya ölüm faktinin heç edilməsi haqqında məhkəmə qətnaməsi təqdim edilməlidir. O bunların heç birini əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi izahatında qardaşı 1961-ci ilin sentyabrında doğulduğunu, qardaşının əsgərliyə getdikdən sonra ümumiyyətlə heç bir xəbər çıxmadığını, qardaşını o zamandan bəri bir daha görmədiyini, o zamandan bəri heç bir əlaqələrinin və məlumatlarının olmadığını, bu məsələnin beş on ildir olmadığını, 40 ildən artıqdır heç bir xəbər almadıqlarını bildirərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X17 ifadəsində Hacını əsgərliyə gedəndən sonra görmədiyini, özündan yaşca böyük olduğunu, özü ilə arasında səkkiz yaş fərq olduğunu, əsgərliyə gedən sonra Hacını birdaha görmədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində Hacını otuz qırx ildir bəlkədə daha çox zamandır görmədiyini, hara getdiyini, nəyə görə getdiyini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində Hacının ondan böyük olduğunu, Hacını əsgərliyə gedəndən bəri görmədiyini, heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Ədliyyə Nazirliyindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba, əsasən, ərizəçinin xx.xx.2025-ci il tarixli müraciətinə əsasən bildirirlir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən oğlduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazı qeydiyyat şöbələri tərəfindən icra edilir. Ölüm haqqında aktların itirilimiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Babək rayon qeydiyyat şöbəsi müvafiq məhkəməyə müraciət etməyi məsləhət görür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli çıxarışa əsasən X9 xx.xx.1961-ci ildə anadan olmuşdur. X4, anası X2r. İş materiallarında olan naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı mənzil İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli 1236 nömrəli arayışından aydın olur ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. ünvan 2mayəndəliyin xx.xx.2025-ci il tarixli 134 nömrəli arayışında bildirilir ki, Naxçıvan şəhər Arxiv İdarəsinin 3-48-NDA/2-2- 7xx-xx/2025 nömrəli arayışına əsasən bildiririk ki, 1961-ci ildə Babək Rayon Yuxarı Uzunoba kəndində anadan olmuş X9 uzun illərdir ki, həmin kənddə yaşamır.Yaxın qohumlarının dediyinə görə uzun illərdir ki, onun haqqında heç bir məlumatları yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1970-ci ildə anadan olmuşdur. X4, anası X2r. Naxçıvan Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq Naxçıvan MR Dövlət Vergi Xidməti xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, X13 barəsində vergi ödəyicisi olmasına dair məktubunuza Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qanunamüvafiq qaydada baxılmışdır. Bildiririk ki, X1 Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında aşkar olunmadığından hər hansı bir məlumatın təqdim olunması imkan xaricindədir. Naxçıvan Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq Naxçıvan MR Dövlət Statistika Komitəsi xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, 21 iyul 2025-ci il tarixli 2(078)-924/2025 nömrəli məktubunuza əsasən bildirilir ki, fərdi məlumatların uçotu tərəfimizdən aparılmır. Naxçıvan Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, sizin xx.xx.2025-ci il tarixli 2(078)-924/2025 nömrəli sorğunuza Dövlət Miqrasiya Xidmətində aidiyyəti üzrə baxılmışdır. X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə və Qaydaya əlavə olunmuş müvafiq sorğu vərəqinə uyğun şəkildə tərtib olunaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunması zəruridir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar dövlət orqanları tərəfindən verilən sorğu vərəqinin nümunəsini (əlavə olunur) və həmin sorğu vərəqinə əlavə edilən sənədlərin siyahısını (əlavə olunur) ünvanınıza göndəririk. Naxçıvan Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq Naxçıvan MR Mərkəzi Seçki Komissiyası xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, sizin 21 iyul 2025-ci il tarixli, 2(078)-924/2025 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, "Naxçıvan Muxtar Respublikasının X19 haqqinda Naxçıvan Muxtar Respublikasının Qanununun 97.2-ci maddəsinə əsasən seçici siyahıları 5 i müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır. Bu müddət başa çatdıqdan sonra seçici siyahılar qanunvericiliyə uyğun şəkildə məhv edilir. Nəticə etibarilə, 1976-cı ildən-2024-cü ilədək keçirilmiş seçkilər zamanı tərtib olunmuş seçici siyahıları hazırda Mərkəzi Seçki Komissiyasının arxivində mövcud olmadığından həmin dövrlərə dair məlumat təqdim olunması mümkün deyil. Həmçinin 2024-cü il seçkiləri üçün tərtib edilmiş seçici siyahısına tərəfimizdən baxış zamanı X6 adının həmin siyahıda olmadığı müəyyən olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq Naxçıvan MR Dövlət Arxiv İdarəsi xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, sizin 21 iyul 2025-ci il tarixli, 2(078)-924/2025 nömrəli məktubunuza cavab olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Yuxarı Uzunoba kəndinin 1977-1979-cu illərə aid təsərrüfatbaşına kitabında X9 haqqında məlumatların qeyd olunduğu səhifənin təsdiq olunmuş surəti əlavə edilərək məhkəməyə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq Naxçıvan MR Ədliyyə Nazirliyi xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.15-ci bəndinin icrası ilə əlaqədar sorğunuzla (hakim Gülnar Səfərəliyeva) bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, X9 ilə bağlı Xıncab icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 122 nömrəli doğum akt qeydindən başqa heç bir məlumat tapılmamışdır. Mülki iş materiallarına ərizəçinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan 02 noyabr 1961-ci il tarixdə Babək rayonu, Yuxarı Uzunoba kəndində anadan olmuş X6 ölmüş elan edilməsi təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi X6 ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 02 noyabr 1961-ci il tarixdə Babək rayonu, Yuxarı Uzunoba kəndində anadan olmuş X9 ölmüş elan edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar